Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN ÜMMƏTİ ÖZ İZZƏTİNİ NECƏ QAYTARSIN?!

[ Aktual / 220 dəfə baxılıb ]   
|
 

Babalarımız və müsəlman əcdadımız düşmən qarşısında yenilərkən, məğlubiyyətin səbəblərini araşdırar, hansı əməllərin bu məğlubiyyətə gətirib çıxardığını aydınlaşdırardılar. Əgər Peyğəmbərimiz (S.A.S)-in sünnətindən hansısa birinə əməl etməyiblərsə və yaxud hansısa sünnəti səhlənkarlıqdan buraxıblarsa və yaxud da hansısa sünnəti pozublarsa, tez bu səhvi düzəldərdilər. Sünnəti həyata keçirməyə, etdikləri səhvi düzəldib yenidən Rəsulullahın yolunu doğru olaraq davam etməyə tələsərdilər. Onlar bu ümmətin tərbiyəsini gecikdirmirdilər.


Onlar düşmənlərindən sayca az olsalar da, bu addımı atdıqdan sonra Allahu Təala onlara mütləq kömək olurdu, onları düşmənləri üzərində qələbəyə müvəffəq edirdi. (Allaha kömək etsəniz, Allah da sizə kömək edər və sizin ayaqlarınızı sabit edər)


Bəs biz necə indi düşmənlərimizə qalib gələk? Biz hansı yolla səhvimizi düzəldək? Hansı əməlləri edək və hansı üsuldan yapışıb yenidən Allaha dönək və qələbə əldə edək? Əlbəttə bu din üçün, İslam üçün, yalnız Allahın adı tək çəkilməsi üçün çalışmaqla. Yalnız dinimizi gözəl həyata keçirməklə, Allahu Təalanın əmrlərini yerinə yetirib və bizi çəkindirdiyi əməllərə yaxın durmamaqla. Bunu etmək üçün, bir müsəlman kimi, hər birimiz üzərimizdə olan bəzi hüquqları və bəzi vacibləri yerinə yetirməliyik. Bu vacib əməllərdən bəzilərini xatırladatmaq istərdik;


 



  1. Elə bu an, gecikmədən günahları tərk et, pis əməllərdən çəkin, onlardan tövbə et və Allaha dua etki, səni bu günahlardan uzaqlaşmağa və tərk etməyə yardım etsin.
  2. Müsəlman qardaşlara aiddirki, beş vaxt namazlarınızı bacardığınız qədər camaatla məsciddə qılın və xüsusilə də Sübh namazını. Unutmayınki Allahu Təala buyurub: ((Həqiqətən namaz, möminlər üçün vaxtı təyin edilmiş (yazılmış) bir əmrdir))
  3. Malından imkanın sayəsində sədəqə ver, əl tut, kömək et. Bacardığın qədər paxıllıq etmə, imkansızlara pulundan bir azca da olsa yardım et. Xatırlaki; ((Xəlvətcə (gizlincə) sədəqə vermək, Allahu Təalanın qəzəbini söndürür))
  4. Müsəlman bacım, indidən və gecikmədən örtün! Allahın əmr etdiyi şəkildə və əmr olunan hissələrini haram baxışlardan ört. Bir müsəlman qız kimi hicabını gey, sonraya saxlama, deməki sonra edəcəm, gecikdirmə!
  5. Uşaqlarınızı gözəl tərbiyə edin, bir müsəlman ailəsinə yaraşan formada onlara ədəb-ərkan öyrədin. Onlara dinimizin gözəl əxlaqlarını öyrədib, daxillərində Allah qorxusu cücərdin. Səhabələrin övladları kimi böyütməyə çalışın, qoy bizim övladlarımız heç olmasa bizim kimi olmasınlar, zəmanəmizin pisliklərindən uzaq olsunlar.
  6. Hər gün nafilə namazlardan çoxaltmağı unutmayaq.
  7. Ailənə, sonra dost-tanışlarına gözəl əməllər etməyi buyur, pis əməllərdən onları çəkindirməyə çalış. Ümmətimizin belə müsəlmanlara ehtiyacı olduğunu onlara başa sal. Peyğəmbərimiz (S.A.S) və Onun səhabələri necə olubsa, onlara da bu yolla getməyi anlat.
  8. Həmişə Allahu Təalanın əmrlərini yerinə yetirməyə malınla, canınla və ailənlə hazır ol!
  9. Hər bir əməlində Allahu Təalaya müxlis ol, Ona sadiq ol. İstər təhsilində, istər ticarətində, istər əkinçiliyində, hər hansı işində olursansa, yalnız Allahu Təala üçün ixlasla əməl et.
  10. Xeyir işləri daim artırmağa cəhd et, gözəl əməllər etməyə həmişə can at.
  11. Müsəlmanlarla bir yerdə xeyirli elm almağa çalış, elmini artırmaq üçün lazımi və xeyirli kitablardan oxu.
  12. Allaha həmişə sidq ürəkdən və Ona əyilərək, əzilərək dua etki, səni bu yolda sabit etsin, səni doğru yoldan azmağa qoymasın.
  13. Həmişə inanki, həqiqətən Allahu Təala doğru olan mömin və saleh qullarına kömək edir.
  14. Bunun uzun və çətin bir yol olmağından qorxma, Allahdan ümidini heç vaxt üzmə. Çünki bu ümmət artıq batıb gedir. Bu ümmət artıq yolunu azır, etdiyi günahlarda, bataqlıqdan çıxa bilmədiyi kimi batıb qalıb. Bu ümmətin gününə hər birimiz ağlamalıyıq və bu əziyyəti, bu məşəqqəti çətin də olsa çəkməyi öhdəmizə götürməliyik. Özümüzü düzəldərək və ətrafdakılarımızı yönəldərək bu işi görməyə başlamalıyıq.

 O zamanki, bütün namazlarda müsəlmanların cümə günü namaza toplaşdığı kimi, toplaşdığını görsən, Allahın qələbəsinin yaxın olduğunu bil və əmin ol!


 


 


Mənbə: www.islamway.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka