Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSCİDDƏ PARTLAYIŞ OLDU, ÖLƏN VƏ YARALANAN VAR

[ Aktual / 28741 dəfə baxılıb ]   
|
 
Bu gün təxminən saat 20:50 radələrində Nərimanov rayonu Cümə məscidində (Əbubəkr) - axşam namazı vaxtı partlayış hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

Şahidlərin sözlərinə görə hadisə axşam namazının axırıncı rükətinin qılınması zamanı baş verib. Belə ki, ilk öncə məscid imamı Qamət Süleymanın olduğu yerdə, yəni məscidin tam ortasında olan pəncərə sındırılıb daha sonra isə içəri, məscid imamının lap qarşısına partlayıcı atılıb. İlk səs pəncərənin ikiqatlı şüşəsinin sınması, ikinci partlayış səsi isə içəri atılan naməlum qurğunun partlaması olub.
Şahidlərin sözlərinə görə partlayış zamanı məscidin birinci, ikinci və məscidin altında olan otaqlar ibadət edən insanlarla dolu olub.
Adətən bazar günləri bura insanlar daha çox gəlir. Onu da qeyd edək ki, partlayışdan dərhal sonra izdiham yaranmış və insanlar məsciddən qaçaraq bayıra çıxmışlar.

Hadisə yerinə ilk olaraq Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Daha sonra təcili yardım maşınları, polislər və yanğınsöndürən maşınlar mövqelərini hadisə yerində tutublar.
Hadisə ilə əlaqədar Azərfoto əməkdaşı Təcili Tibbi Yardım məntəqəsində olarkən ona bildiriblər ki, ora 9 yaralı və 2 nəfərin cəsədi gətirilib.

Ölənlərə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmağı diləyirik.

HADİSƏNİN FOTOXRONİKASINA BURADAN BAXIN >>>
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka