Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QONŞULARLA ƏLAQƏYƏ AİD HƏDİSLƏR

[ əxlaq / 5075 dəfə baxılıb ]   
|
 

Qonşuya yaxşılıq etmək barədə tövsiyə


1. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Cəbrail (a.s) qonşu haqqında mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim".


2. Əbu Şureyh əl-Xuzai (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Kim Allaha və Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy xeyir söyləsin ya da sussun".  


Qonşunun haqqı


3. Miqdad ibnul Əsvəd rəvayət edir ki, Peyğəmbər (s.a.s) əshabələrdən zina barədə soruşdu. Onlar dedi­lər: "Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur". O dedi: В«Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür. Peyğəmbər (s.a.s) onlardan oğurluq barə­də soruşdu. Onlar dedilər: "Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur". O dedi: В«Kişinin on evdən oğur­­luq etməsi (günah baxımından) onun üçün qonşusu­nun evindən oğurluq etməsindən daha yüngüldür".
 


Qonşudan başlamaq


4. İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Cəbrail (a.s) qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim".


5. Abdullah ibn Amr (r.a) bir qoç kəsdirdi. Sonra xidmətçisindən təkrar-təkrar soruşdu: "(Ətdən) qonşumuz yəhudiyə pay verdinmi? Qonşumuz yəhudiyə pay verdinmi? Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: "Cəbrail (a.s) qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim".


5. Aişə (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: "Cəbrail (a.s) qonşu haqqında mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim".
 


Qapısı ən yaxın olan qonşuya pay vermək


6. Aişə (r.a) rəvayət edir ki, mən dedim: "Ey Allahın elçisi! Mənim iki qonşum var. Mən onlardan hansı birinə pay verməliyəm?" O dedi: "Qapısı ən yaxın olana!"


7. Aişə (r.a) rəvayət edir ki, mən dedim: "Ya Rəsulallah! Mənim iki qonşum var. Mən onlardan hansı birinə pay verməliyəm?" O dedi: "Qapısı ən yaxın olana!"
 


Ən yaxın və ən yaxın qonşular


8. Həsəndən (r.a) qonşu barədə soruşdular. O dedi: "Önündəki qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!"
 


Qapını qonşunun üzünə bağlayan kəs


9. İbn Ömər (r.a) deyir ki, vaxt var idi heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Amma indi kimlərəsə dinar və dirhəm müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: "Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan asılı olacaq. O deyəcəkdir: "Ey Rəbbim! Bu, öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır".
 


Qonşu ac ola-ola qarnını doydurmamaq


10. İbn Abbas (r.a) ibn əz-Zubeyrə (r.a) dedi: "Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: "Qonşusu ac ola-ola qarnını doyduran kimsə əsl mömin deyildir".
 


Xörəyin şirəsini çox edib qonşulara da pay vermək


11. Əbu Zərr (r.a) rəvayət edir ki, əziz dostum (s.a.s) mənə üç şeyi tövsiyə etdi: "(Başçınız) şikəst bir qul olsa belə eşit və itaət et; xörək bişirdikdə onun şirəsini çox elə. Sonra qonşularından olan ev əhlinə nəzər sal və xörəkdən lazımi qədər onlara da ver; (hər) namazı öz vaxtında qıl. İmamı namazı qılan görsən (və camaatla birgə bir daha namaz qılsan), bu sənin üçün nafilə (əlavə namaz) olar. Əks halda artıq sən öz namazını yerinə yetirmişsən".


12. Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Ey Əbu Zərr! Xörək bişirəndə onun şirəsini çox elə və qonşularını da (yeməyə) çağır yaxud onların arasında bölüşdür".
 


Ən xeyirli qonşu


13. Abdullah ibn Amr ibnul-As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Uca Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu öz qonşusuna yax­şılıq edən kimsədir".
 


Əməlisaleh qonşu


14. Nafi ibn Abdulharis (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir". 
 


Pis qonşu


15. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə  dua edərdi: "Allahım! Daim qalacağım yurddakı pis qonşudan Sənə sığınıram. Çöldə yaşayan qonşu isə köçəridir".


16. Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: "Kişi öz qonşusunu, qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz".
 


Qonşuya əziyyət verməmək


17. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) dedilər: "Ey Allahın elçisi! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir". Peyğəmbər (s.a.s) dedi: "Onda xeyir yoxdur. O, Cəhən­nəm əhlindəndir". Onlar dedilər: "Filan yalnız qadın vacib namazları qılır, pendirdən və şordan sədəqə verir, heç kəsə də əziyyət vermir". Pey­ğəmbər (s.a.s) dedi: "O, Cənnət əhlindəndir".


18. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) dedi: "Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz".


 


 


Tərcümə və tərtib: Əlixan Musayev

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka