Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEVGİ

[ Aktual / 17978 dəfə baxılıb ]   
|
 
Sevgi, varlıq sualının cavabı.
Sevgi, məxluqat ağacının toxumu.
Sevgi, ürəyin ölümsüz meyvəsi.
Sevgi, Yaradan və yaradılanı ilə varlığın ortaq səsi.
Sevgi, insanın xərclədikcə çoxalan yeganə sərmayəsi.
Sual verək: Sevgi, varlıq sualına necə cavab ola bilər?
Belə ki: Olmayan bir şeyə sevgi duyulmaz; sevməkdən söz edə bilmək üçün “digəri” vacibdir. Subyekt olmadan obyekti kim tanıyar? Sevgidən sözgedən yerdə əlbəttə, sevənlərlə sevilənlərin varlığı mütləqdir. Ortada olmayan bir şeyə sevgi duymaq mənasız olar.
Məhz bunun üçün sevgi varlıq sualının cavabıdır. Sevgini tanıyan sevəcək və onu paylaşacaq birini axtarar. Çünki paylaşmaq sevginin ən güclü təzahürüdür. Əgər sevgini paylaşmaq istəyən yaratmaq kimi bir gücə malik deyilsə, o zaman varlıq içərisindən bir “başqası”nı tapıb sevgini onunla paylaşacaq. Yox, əgər bu Zat yaratma gücünü əlində tutan Allahdırsa, əlbəttə, sevilən və sevən birilərini yaradacaqdır.

“Onun işi, bir şeyin olmasını istədiyi zaman, ona sadəcə “ol!” deməkdir; o da həmən olacaqdır” [36/82].
Hər şeyin olduğu kimi sevginin qaynağı da Allahdır [c.c]. Sevgi şəlaləsi Ondan qaynaqlanır. Yer üzündə gəlib keçmiş sevgi məktəbləri [din] Onundur. Dünyanın görüb-görəcəyi ən bacarıqlı sevgi müəllimləri [Peyğəmbərlər] Onun məktəbinin məzunlarıdır. Eşqin ölümsüz kitabını yenə O yazmışdır. Çünki O, “Vədud”dur, yəni “çox sevən”...
Yalnız o qədərmi? Əlbəttə deyil, eyni zamanda O, “çox sevilən”dir. Səbəbi yenə eyni: Çünki O, “VƏDUD”dur. Öz dili ilə Özünü elə tanıtmaqdadır; Onu tanıya biləcəyiniz ən doğru qaynaq da Quranda:
“Rəbbinizdən məğfirət diləyin, sonra Ona tövbə edin! Doğrusu Rəbbim çox rəhm edən, ÇOX SEVƏNdir” [11/90].
“O [Allah], bağışlayandır, “SEVƏNdir” [85/13].

Onun sevməsinin o biri adı “cənnət”dir. Cənnət sevginin çözülüb əşyaya dönməsidir. O, yalnız sevən, yalnız sevdirən deyil, eyni zamanda sevindirəndir də. Nə ilə olacaq? Əlbəttə, cənnətlə. Çox sevənin, çox sevilənin, çox sevindirməməsi düşünülə bilərmi?
Onun həm çox sevən, həm də çox sevilən olduğunu mən demirəm. Bu “Vədud” isminin qrammatik özəlliyidir. Yəni fail olaraq “çox sevən” mənasına gəldiyi kimi, məful olaraq “çox sevilən” mənasına da gəlir.
Allahın “Vədud” olması Onun çox sevəcəyi və Onu çox sevən birinin olması deməkdir. Məhz bunun üçündür ki, sevgi varlıq sualının cavabıdır.
Sevgi, üflənən ruh kimi, kökü İlahi olan dəyərlərdən biridir. Sözü gedən dəyərlərin çox az hissəsi Yaradanla yaradılan arasında paylanır. Paylanılan bu dəyərlərin başında sevgi gəlir.
“Vədud” sifətinin Yaradıcımızı tanıma baxımında bizə bələdçilik edən digər sifətlərinə bənzəməyən fərqli bir tərəfi də var. Məsələn: O, Qoruyandır [Rəhman], Bağışlayandır [Rahim], lakin qorunmağa və bağışlanmağa möhtac deyildir. Əfv edər [Qafur], əfv edilməz; hökm edər, hökm olunmaz; doydurar [Razık], doydurulmaz...

Bu kimi sifətlər həm fail həm məful mənası ilə Allah üçün istifadə edilməz. Bunları istifadə etmək insanın imanını təhlükəyə sürükləyəcək küfr sözlər arasına girə bilər.
Məhz bu baxımdan Onun Özü üçün seçib bəyəndiyi “Vədud” isminin fərqliliyi vardır. Allah, sevgini qulları ilə paylaşır, “O onları, onlar da Onu sevər”lər [5/54].

Digər nemətlərinə qarşılıq olaraq «ubudiyyət» [qulluq] istəyərkən, sevgi nemətinə eyni cinsdən qarşılıq gözləməkdədir. Bu mənada sevginin başqa bir nümunəsi yoxdur və sevgi rəqibsizdir. Yaradan, onu varlığın ortaq dəyəri qılmışdır. Doydurmuş, doydurulmağı istəməmiş [51/57], vermiş, almağı istəməmiş, yaşatmış, yaşadılmağı istəməmiş, qorumuş, qorunmağı istəməmişdir. Fəqət sevgiyə gəlincə iş dəyişmiş, onu bütün varlığa şamil edərək, sevmiş və sevilməyi istəmişdir.

Mustafa İslamoğlu "Ürək dövləti" / AZERISLAM.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:57
GÜNƏŞ07:30
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:21
İŞA [ 4 rükət ]18:50
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka