Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QOHUMLARLA MÜNASİBƏTLƏRƏ AİD HƏDİSLƏR

[ Ailə / 502 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


Qohumluq əlaqələrini möhkəmləndirməyin vacib olması 


   1. Əbu Hureyra (r.a) rəvayət edir ki,


   "Və ən yaxın qohumlarını qorxut!"( əş-Şuəra, 214.) ayəsi nazil olduqda Peyğəmbər r uca səslə çağırıb dedi: "Ey Kə'b ibn Luey oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdumənaf oğulları! Özünüzü Oddan xilas edin. Ey Haşim oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü Oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü Oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Mən yalnız qohumluq əlaqələrini möhkəm­ləndirə bilərəm".


 


Qohumluq əlaqələrini möhkəmləndirmək 


   2. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər r səfərdə ikən bir bədəvi gəlib ona dedi: "Mənə, məni Cənnətə yaxınlaşdıran və Cəhənnəmdən uzaqlaşdıran əməl barədə xəbər ver". O dedi: "Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir".


 


  3. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdır­dıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: "Dayan!" O dedi: "Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır". (Allah) dedi: "Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?" O dedi: "Əlbət ki (razıyam), ya Rəbb!" (Allah) dedi: "Sənin üçün məhz belə olacaq!"


   Sonra Əbu Hureyra (r.a) dedi: "İstəyirsinizsə bu ayəni oxuyun:


   "Əgər siz başçılıq etsəniz (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsə­siniz". (Muhəmməd, 22)


 


Qohumluq əlaqələrini möhkəmləndirməyin fəziləti 


4. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin r yanına gəlib dedi: "Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar".


 


5.  Abdurrəhman ibn Auf (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Qüdrətli və əzəmətli Allah dedi: "Mən ər-Rəhmanam! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşdura­ram. Kim də onu kəssə, Mən onu kəsərəm".


 


6. Əbul Ənbəs rəvayət edir ki, mən bostana - Abdullah ibn Am­rın (r.a) Taifdəki yerinə gəldim. O dedi: "Peyğəmbər r barmağını bizə işarə edib dedi: "Rəhm ər-Rəhmandan bir şəcnədir.( Qohumluq əlaqəsi Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.) Kim onu möhkəmləndirsə, O, onu rəhmətinə qovuşdura­r. Kim də onu kəssə, O, onu kəsər. Qiyamət günü onun fəsahətli, bəlağətli dili olacaqdır".


 


7.  Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Rəhm Allahdan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qovuşdura­r. Kim də onu kəssə, Allah onu kəsər".


 


Qohumluq əlaqələrini möhkəmləndirmək ömrü uzadır 


8. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istəyən kimsə qohumluq əlaqələrini möhkəmləndirsin".


 


9.  Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin".


 


Kim qohumluq əlaqələrini möhkəmləndirsə, əhli onu sevər 


10. İbn Ömər (r.a) dedi: "Rəbbindən qorxan və qohumluq əla­qələrini möhkəmləndirən kimsənin əcəli uzanar, var-dövləti artar və əhli onu sevər".


 


11.  İbn Ömər (r.a) dedi: "Rəbbindən qorxan və qohumluq əla­qələrini möhkəmləndirən kimsənin ömrü uzanar, var-dövləti artar və əhli onu sevər".


 


Ən yaxın və ən yaxın olanların qayğısına qalmaq 


12. Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Həqiqətən, Allah sizə analarınızın qeydinə qalmağı, sonra (yenə) analarınızın qeydinə qalmağı, sonra atalarınızın qeydinə qalmağı, sonra da ən yaxın və ən yaxın olanların qeydinə qalmağı buyurur".


 


Qohumluq əlaqələrini kəsənin günahı 


13. Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə daxil olmaz".


 


14. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Qohumluq əlaqəsi ər-Rəhmandan bir şəcnədir.


(Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.) O deyir: "Ey Rəb­bim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə, mənə". Rəbbi də ona: "Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?!"- deyə cavab verir.


 


15. Səid ibn Səm'an deyir ki, mən Əbu Hureyranın (r.a) körpələrin və səfehlərin hökmranlığından Allaha sığındığını eşitdim. İbn Həsənə əl-Cuhəni deyir ki, mən Əbu Hureyradan (r.a) soruşdum: "Bunun əlaməti nədir?" O dedi: "(O vaxt) qohumluq əlaqələri kəsiləcək, az­ğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymaya­caqlar".


 


Qohumluq əlaqələrini kəsənin dünyadakı aqibəti


16. Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Allah tərəfindən günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın) dünyada da ona tezliklə veril­məsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur"


 


Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz


17. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə onu yenidən qursun".


 


Zalım qohumla əlaqələri möhkəmləndirməyin fəziləti 


18. Bəra (r.a) rəvayət edir ki, bir bədəvi gəlib dedi: "Ey Allahın peyğəmbəri! Mənə elə bir əməl öyrət ki, o məni Cənnətə salsın". O dedi: "Müraciəti qısa etsən istəyinə nail ola bilərsən. Kölə azad et yaxud kimsəni köləlikdən azad et". (Bədəvi) dedi: "Məgər ikisi də bir şey deyilmi?" O dedi: "Xeyr! Kölə azad etmək (yalnız öz vəsaitinlə) onu azad etmən, kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməndir. (Habelə yaxınlarına) bol-bol süd verən dəvə bağışla, qohumlara qənimətdən pay ver. Bunu bacarmasan, (insanlara) yaxşı işlər görməyi əmr et və (onları) pis işlərdən çəkindir. Bunu da bacarmasan, onda heç olmasa dilini saxla, ancaq xeyir söylə".


 


Cahiliyyət dövründə qohumlarına baş çəkən, sonra da müsəlman olan kəs 


19. Həkim ibn Hizam Peyğəmbərə r dedi: "Bir de görüm cahiliyyət dövründə qohumluq əlaqələrini möhkəmləndirmək, qul azad etmək və sədəqə vermək kimi gördüyüm yaxşı işlərə görə mənə savab yazılıbmı?" Rəsulullah r dedi: "Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!"


 


Müşrik qohumla əlaqələri möhkəmləndirmək və ona hədiyyə vermək


20. İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) (satılan) siyra bürün­cəyini(Tərkibində ipək olan bir libasdır.) görüncə dedi: "Ya Rəsulallah! Bəlkə bunu alıb həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyəsən". O dedi: "Ey Ömər! Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!" Sonra həmin bürün­cəkdən bir neçəsini Peyğəm­bərə r pay verdilər. O da Ömərə (r.a) bir bürüncək hədiyyə göndərdi. Ömər (r.a) Peyğəmbərin r yanına gəlib dedi: "Bunu mənə göndərmisən. Hərçənd ki, sən onun haqqında dediyini artıq demisən." O dedi: "Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan". Ömər (r.a) onu anadan bir olan müşrik qardaşına hədiyyə verdi.


 


Qohumlarınızla əlaqələri möhkəmləndirəsiniz deyə əsl-nəcabətinizi öyrənin


21. Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Ömərin (r.a) minbərdə belə dediyini eşitdim: "Əsl-nəcabətinizi öyrənin, sonra da qohumlarınızla əlaqələri möhkəmləndirin. Allaha and olsun ki, hər kəsin öz qardaşı ilə aralarında inciklik ola bilər. Əgər qardaşından inciyən kimsə aralarındakı qohumluq əlaqəsinin mahiyyətini bilsə, bu onu əlaqələri kəsməməyə təhrik edər ".


 


22. İbn Abbas (r.a) demişdir: "Əsl-nəcabətinizi qoruyun, qohum­larınızla əlaqələri möhkəmləndirin. Çünki qohum nə qədər uzaq olsa da sən onunla əlaqəni möhkəmləndirsən uzaq sayılmaz, həmçinin qohum nə qədər yaxın olsa da sən onunla əlaqəni kəssən yaxın sayılmaz. Qiyamət günü hər bir qohum öz qohumunun önünə gələcək və əgər qohumluq əlaqələrini möhkəmləndirmişsə, möhkəmləndirdiyinə, onu kəsmişsə, kəsdiyinə şahidlik edəcək".


 


Qövmün (azad etdiyi) köləsi onların özlərindəndir


23. Peyğəmbər r Ömərə (r.a) dedi: "Qövmünü mənim üçün bir yerə yığ!" Ömər (r.a) onları bir yerə yığdı. Onlar Peyğəmbərin r qapısının yanına gəldikdə Ömər (r.a) onun yanına daxil olub dedi: "Qövmümü səndən ötrü toplamışam". Ənsarlar bunu eşitdikdə: "Qureyş barədə vəhy nazil oldu"- dedilər. Dinləmək və baxmaq istəyənlər oraya gəldilər. Peyğəmbər r bayıra çıxdı, onların arasında dayanıb dedi: "Aranızda sizdən başqası varmı?" Onlar dedilər: "Bəli! Müttəfiqlərimiz, bacımız uşaqları və (azad edilmiş) kölələrimiz aramızdadırlar". Peyğəmbər r dedi: "Müttəfiqlərimiz də bizdəndir, bacımız uşaqları da bizdəndir, (azad edilmiş) kölələrimiz də bizdəndir. Eşidin! Şübhəsiz ki, mənim dostlarım aranızdakı müttəqilərdir. Siz onlardansınızsa, çox yaxşı. Əks təqdirdə isə baxın Qiyamət günü insanlar öz etdikləri əməllərlə gələcəklər. Siz daha ağır əməllərlə gələcəksiniz, lakin sizdən üz döndəriləcəkdir". Sonra o, uca səslə çağırıb dedi: "Ey insanlar!" Əllərini qureyşlilərin başı üzərinə qoyub (üç dəfə) dedi: "Ey insanlar! Həqiqətən, Qureyşlilər e'tibarlı adamlardır. Kim onlara qarşı azğınlıq etsə, Allah onu hər iki üzü üstə (Cəhənnəmə) sürükləyər".


 


İki yaxud bir qız uşağına baxan kimsə


24. Uqbə ibn Amir (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Kimin üç qızı olsa, səbir edib onları böyütsə və malından onlara xərcləsə, o qızlar onu Oddan qoruyan bir sipər olar".


 


25.  İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Elə bir müsəlman yoxdur ki, onun iki qızı olsun, onlara yaxşı baxsın və qızlar da onu Cənnətə salmasın".


 


26. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq mütləq ona vacib olar". Başqa tayfadan olan bir kişi dedi: "Ey Allahın elçisi! İki qızı olana da?" O dedi: "İki qızı olana da!"


 


Üç bacıya baxan kimsə


27. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Elə bir kimsə yoxdur ki, onun üç qızı və ya üç bacısı olsun, onlara yaxşı baxsın və Cənnətə daxil olmasın".


 


Himayəsində olan qızına baxan kimsənin fəziləti


28. Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin r belə dediyini eşitdim: "Özün nə yesən sənin üçün sədəqədir. Övladına nə yedirtsən o da sənin üçün sədəqədir. Zövcənə nə yedirt­sən o da sənin üçün sədəqədir. Xidmətçinə nə yedirtsən o da sənin üçün sədəqədir".


 


Övlad xəsislik və qorxaqlıq üçün bir bəhanədir


29. Aişə (r.a) rəvayət edir ki, bir gün Əbu Bəkr (r.a) belə dedi: "Allaha and olsun ki, yer üzündə mənə Ömərdən daha sevimli bir kimsə yoxdur". O çıxıb getdikdə qayıdıb mənə dedi: "Hə qızım, necə and içdim?" Mən dedim: "Mənə çox xoşdur. Amma övlad daha şirindir".


 


30. İbn Əbu Nu'm rəvayət edir ki, mən ibn Ömərin (r.a) yanında idim. Bir kişi ondan ağcaqanadın qanı barədə soruşdu. O dedi: "Sən kimlərdənsən?" Kişi dedi: "Mən İraq əhlindənəm". İbn Ömər (r.a) de­di: "Buna bir baxın! Məndən ağcaqanadın qanı barədə soruşur. Hal­buki onlar Peyğəmbərin r nəvəsini öldürdülər. Mən Peyğəmbərin r belə dediyini eşitdim: "Həsən və Hüseyn mənim dünyadakı iki reyhanımdır!"


 


Körpəni boynuna mindirmək


31. Bəra (r.a) rəvayət edir ki, mən Peyğəmbəri r Həsəni (ona Allahın salavatı olsun) boynunda oturtmuş halda gördüm. O dedi: "Allahım! Mən onu sevirəm, Sən də onu sev!"


 


Övlad (ata-ananın) göz bəbəyidir
32. Cubeyr ibn Nufeyr rəvayət edir ki, bir gün biz Miqdad ibnul Əsvədin yanında oturmuşduq. Bu vaxt bir kişi onun yanına gəlib dedi: "Allahın elçisini r görmüş bu iki gözün xoş halına! Allaha and olsun ki, biz də sən görəni görmək, şahid olduğuna şahid olmaq istərdik". O (bu sözlərlə) Miqdadı (r.a) qəzəbləndirdi. Mən təəccüb­ləndim. Axı o kişi xeyirdən başqa bir söz söyləmədi! Miqdad (r.a) ona üz tutub dedi: "Adamı Allahın göstərmədiyini görmək arzusunda ol­mağa vadar edən nədir? Axı o heç bilmir ki, onu görsəydi münasibəti ona qarşı necə olardı? Allaha and olsun ki, bir çoxları Allahın elçisini r görmüş, amma Allah onları üzləri üstə sürükləyib Cəhənnəmə atacaqdır. Onlar nə Peyğəmbərin r dəvətini qəbul etmiş, nə də onun gətirdiyini təsdiqləmişlər. Məgər siz şükür etmirsinizmi ki, qüdrətli və əzəmətli Allah sizi yalnız Rəbbinizi tanıyan və Peyğəmbərinizin r gətirdiyini təsdiqlə­yən bir ümmət etdi. Yetər ki, bəla sizdən qeyrilərinə gəldi. Allaha and olsun! Peyğəmbər r heç bir peyğəmbərin göndərilmədiyi elə bir cahiliyyət döv­ründə göndərilmişdir ki, həmin vaxt bütlərə ibadət etməyi dindən üstün tuturdular. O zaman o, haqqı batildən ayırd edən Furqanı (Qur'anı) gətir­di. Onun sayəsində valideyni övladdan ayırdı. Hətta valideynini, övla­dını və qardaşını kafir sayan da var idi. Allah o kimsənin qəlbindəki qıfılı imanla açdı. O başa düşdü ki, belə halda həlak olsa Cəhənnəm oduna girəcəkdir. Odur ki, o, sevdiyi kimsənin Oda düşəcəyinə bilə-bilə sevinə bilməzdi. Bu isə qüdrətli və əzəmətli Allahın dediyi kimsə­lərdir:


   "Onlar deyirlər: "Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zöv­cələr və övladlar bəxş et və bizi müttəqilərə örnək et!" (əl-Furqan, 74)


 


Hədisləri tərcümə və tərtib edən: Əlixan Musayev

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]12:51
ƏSR [ 4 rükət ]15:23
MƏĞRİB [ 3 rükət ]17:42
İŞA [ 4 rükət ]19:13
GECƏYARI00:03
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka