Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DAHA ÇOX QURAN OXUYAQ!

[ Müqəddəs quran / 8276 dəfə baxılıb ]   
|
 
Ramazan ayı Quran ayıdır. Bu baxımdan hər bir müsəlmanın bu ayda digər aylara nisbətən daha çox Qurani Kərim oxuması lazımdır. Sələfi salehlər Allahın kitabına daha çox bağlı idilər. Cəbrayıl (a.s) Ramazan ayında Rəsulullah (s.a.s) lə birgə Quranı qarşılıqlı oxuyardılar. Sələfi salehlərdən bəziləri Quranı üç gecədə bir, bəziləri on gündə bir Ramazan qiyamında (təravihdə) xətm edərdilər. Onlar namazda da namazın xaricində də Quranı daimi oxuyardılar.

İmam Şafi Ramazan ayında altmış xətm oxuyardı və bunları namazın xaricində edərdi.

İmam Şihabuddin əz-Zuhri də Ramazan ayında hədis oxumaqdan və elm əhli ilə oturmaqdan qaçıb daha çox Qurani Kərim oxumağa yönəlirdi.

Quran tilavəti əsnasında ağlamağa gəlincə; sələfi salehin, üzərində düşünmədən, qavramadan şer oxumaq kimi Qurani Kərimi sürətli oxumaq kimi bir adəti yox idi. Onlar Allah Talanın kəlamından təsirlənir və bundan dolayı qəlbləri ürpənirdi.

Buxaridə Abdullah b. Məsud (r.a) in belə dediyi nəql edilir. Allah rəsulu mənə Quran oxu dedi. Məndə Quran sənə endirilmişkən onu sənə mi oxuyum dedi. O, dedi: Quranı başqasından dinləməyi sevirəm.Ona Nisə surəsini: Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq? (Nisə, 4/41) buyruğuna varıncaya qədər oxudum. Bu səfər mənə; Bu qədər yetər dedi. Ona dönüb baxdığımda gözlərindən yaş axdığını gördüm.

İbni Ömər (r.a) da Mutaffifun surəsini: O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar. Mutaffifun (83/6) buyruğuna varıncaya qədər oxudu və yerə yıxılıncaya qədər ağladı, ardını oxumağa davam etmədi.

Müzahim b. Züfər belə dedi; Süfyan əs-Sevri bizə axşam namazını qıldırdı. Yalnız sənə qulluq edər və yalnız səndən yardım diləyirik ayəsinə gəlincə qiraəti kəsilincəyə qədər ağladı. Daha sonra Fatihə surəsini yenə başdan oxudu.

Bu bizlərə örnək ola biləcək bizdən öncə yaşamış müsəlmanların Quranı oxuyarkən necə təsirləndiklərindən örnəklər idi. Allah onlardan razı olsun
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka