Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QUR'ANİ-KƏRİMİ ƏZBƏRLƏMƏK ÜÇÜN QIZIL QAYDALAR

[ Müqəddəs quran / 138 dəfə baxılıb ]   
|
 
BIRINCI QAYDA

İxlaslı olmaq

Quran əzbərləyən zaman niyyəti ixlaslı edib əsas məqsədi düzəltmək lazımdır. Həmçinin Quran əzbərləməyi və ona əməl etməyi Allah üçün, Onun Cənnətinə müvəffəq olmaq və Onun razılığını qazanmaq üçün etmək lazımdır. Quranı oxuyan və onu əzbərləyən kəs böyük mükafat qazanır. Uca Allah buyurur: В«(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!) Bil ki, xalis din (ibadət və itaət) ancaq Allaha məxsusdur.В» (əz-Zumər surəsi 2-ci və 3-cü ayələr) В«De: "Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!В» (əz-Zumər surəsi 11-ci ayə)
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: В«Uca Allah belə deyib ki, Mən şəriklərin şirkindən uzağam. Kim bir əməl edər və bu əməldə Mənə başqasını şərik qoşarsa onu da, şirkini də tərk edərəm.В» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Quranı kiməsə göstərmək və eşitdirmək məqsadilə oxuyub əzbərləyən şəxs üçün Allah tərəfindən heç bir savab və mükafat yoxdur. Həqiqətən, Quranı dünya malı üçün oxuyan və bunun müqabilində dünya mükafatı istəyən şəxs günahkardır.

IKINCI QAYDA

Tələffüzü və oxumağı düzəltmək

İxlasdan sonra əzbərləmək yolunda ən birinci atılan addım Quranın düzgün tələffüzünü öyrənməkdir. Buna ancaq Quranı gözəl oxuyan qarini və ya hafizi dinləmək vasitəsi ilə nail olmaq olar. Hətta ərəb dilini ən gözəl bilən Peyğəmbərimizin səllallahu aleyhi və səlləm özü də onu Cəbraildən aleyhissələm dinləyərək öyrənmişdir. Peyğəmbərimiz səllallahu aleyhi və səlləm hər il Ramazan ayında Quranı Cəbrailə bir dəfə oxuyardı. Vəfat etdiyi il isə onu iki dəfə oxudu. (Bu hədisi Buxari rəvayət etmişdir)
Həmçinin Peyğəmbərimiz səllallahu aleyhi və səlləm səhabələrinə Quranı şifahi olaraq öyrətmişdir. Səhabələrdən də onların ardınca gələnlər bu qayda ilə öyrənmişlər. İnsan ərəb dilini və onun qaydalarını nə qədər yaxşı bilsə də özünə arxayın olmamalı, əksinə, ilk növbədə Quran oxumağını təkmilləşdirməli və onu şifahi olaraq mahir bir qaridən öyrənməlidir. Belə ki, Qurani Kərimdə olan bir çox ayələr məşhur ərəb dili qaydalarına müxalifdir.

ÜÇÜNCÜ QAYDA

Hər gün nə qədər əzbərlənəcəyini müəyyən etmək

Quranı əzbərləmək istəyən şəxs hər gün əzbərləyə biləcəyi qədəri - bir neçə ayə və ya bir səhifə, yaxud iki səhifə, yaxud da cüzün səkkizdə birini və s. müəyyən etməlidir. O, nə qədər əzbərləyəcəyini təyin etdikdən sonra onu dəfələrlə təkrarlayıb tam şəkildə öyrənməlidir. Bu təkrar da öz növbəsində avazla olmalıdır. Bu isə ilk növbədə sünnəyə tabe olmaqdan, sonra isə hafizəni gücləndirməkdən ötrüdür. Çünki bir ritmdə olan avaz qulağa xoş gəlir və bu da dili müəyyən bir avaza öyrədərək əzbərləməyə çox kömək edir. Bununla da həmin şəxs, müəyyən bir ayəyə uyğun olan avazda və ya onun oxunuş ritmində çatışmamazlıq hiss etdikdə orada olan xətanı dərhal hiss edir. Belə ki o, xəta edərkən dilinin ona tabe olmadığını və avazda nöqsanın baş verdiyini hiss edərək qiraəti yenidən təkrar edir. Bütün bunlar onu göstərir ki, Quranı avazla oxumaq gərəkli əməldir və Peyğəmbərimizin səllallahu aleyhi və səlləm sözünə görə buna müxalif olmaq olmaz. Peyğəmbərimiz səllallahu aleyhi və səlləm demişdir: В«Quranı avazla oxumayan bizdən deyil.В» (Bu hədisi Buxari rəvayət etmişdir)

DÖRDÜNCÜ QAYDA

Gündəlik nəzərdə tutulan miqdarı tam və gözəl şəkildə əzbərləmədən digərinə keçməmək

Quran əzbərləyən şəxs əzbərlədiyini tam yadda saxlamamış yenisinə keçməməlidir. Bu da əzbərlədiyinin tam şəkildə zehinə həkk olunması üçündür. Şübhəsiz ki, müəyyən edilmiş miqdarı əzbərləməyə kömək edən amillərdən biri də Quranı əzbərləyən şəxsin gecə və gündüz imkan daxilində ona vaxt sərf etməsidir. O şəxs bunu namazlarda, namazları gözlədiyi vaxtlarda və namazdan sonrakı vaxtlarda oxumaq vasitəsi ilə edə bilər. Bu yolla da Quran əzbərləmək asanlaşır. Bunu, hətta bir neçə işlə məşğul olan şəxslər də yerinə yetirə bilərlər. Çünki bu şəxs ayələri əzbərləmək üçün xüsusi bir vaxt təyin etmir, əksinə, o öz qiraətini yalnız qarini dinləyərək düzəldir. Sonra da əzbərlədiyini namazlarda tətbiq edir. Beləliklə də o, həmin gün ərzində bir neçə işlə məşğul olmasına baxmayaraq axşam olduqda gündəlik təyin etdiyi ayələri əzbərləmiş və onları tam şəkildə öz zehninə həkk etmiş olur. Odur ki, Quran əzbərləyən şəxs təzə ayələrə keçməyə tələsməməlidir. O, köhnə ayələri tam şəkildə əzbərləyənə qədər ertəsi günü də onların üzərində davam etməlidir.

BEŞİNCİ QAYDA

Əzbər zamanı eyni çapda yazılmış Quran kitabından əzbərləməyə riayət etmək

Əzbərləməyə kömək edən amillərdən biri də odur ki, Quran əzbərləyən şəxs mütləq özü üçün müəyyən bir Quran kitabı seçməlidir. Ona görə ki, insan eşitməklə yanaşı ayələrin yazılışını görməklə də əzbərləyir. Çünki, Quran kitabını çox oxuduqda və ona çox nəzər saldıqda, ayələrin orada olan şəkilləri və yerləri zehində həkk olur. Eyni kitabdan əzbərləməyən və ya ayələrin yerləri fərqli olan müxtəlif çaplarla yazılmış Quran kitablarından əzbərləyən şəxsə Quranı əzbərləmək daha çətin olur. Odur ki, Quran əzbərləyən şəxs ayələri eyni çapda yazılmış Quran kitabından əzbərləməyə riayət etməlidir.

ALTINCI QAYDA

Əzbərləməyi asanlaşdırmaq üçün ayələri başa düşmək

Əzbərləməyə kömək edən ən böyük amillərdən biri də əzbərlədiyin ayələri başa düşmək və onlar arasında olan bağlılığı bilməkdir. Ona görə də Quran əzbərləyən şəxs əzbərləmək istədiyi ayələrin təfsirini oxumalı və bu ayələr arasında olan bağlılığı bilməlidir ki, oxuduğu zaman bu şeylər onun fikrinə gəlmiş olsun. Bu da öz növbəsində ayələri yada salmağı onun üçün asanlaşdırır. Bununla yanaşı Quranı əzbərlədikdə yalnız ayələrin fəhminə arxayın olmamalı, əksinə, ayələri təkrarlamaq başlıca əsas olmalıdır. Bu ona görədir ki, hərdən insanın fikri dağınıq olduqda belə dili qiraətə uyğun gəlsin. Yalnız fəhminə arxayın olan şəxsin fikri dağılan kimi qiraəti də kəsilir. Bu cür hallar tez-tez, xüsusən də uzun qiraətlərdə baş verir.

YEDDİNCİ QAYDA

Bir surəni axıra qədər əzbərləmədən digərinə keçməmək

Quran əzbərləyən şəxs hər hansı bir surəni əzbərləyib başa çatdırdıqdan sonra onun hifzini tam şəkildə mənimsəmədən və əvvəlini sonu ilə bağlamadan başqa surəyə keçməməlidir. Belə ki, onun dili bu surəni asanlıqla tələffüz etməli və ayələri yada saldıqda heç bir çətin vəziyyətə düşməməlidir. Əksinə, onun hifzi o dərəcədə güclü olmalıdır ki, hərdən fikri ayələrin mənasını izləməkdən yayınsa belə surəni tələsmədən, asanlıqla oxusun. Necə ki, bizim hər birimiz heç bir çətinlik çəkmədən və hazırlaşmadan В«FatihəВ» surəsini oxuyur. Bu, həmin surəni çoxlu təkrar etməyimizdən və onu daim oxumağımızdan irəli gəlir. Nadir hallar müstəsna olmaqla Quranın bütün surələrinin hifzi В«FatihəВ» surəsinin hifzi kimi olmur. Biz В«FatihəВ» surəsini bir nümunə olsun deyə misal çəkdik. Sonra əzbərlənən surələr bir-bir ilə qarşılıqlı rabitədə olub bir-birinə sıx bağlı şəkildə zehinə həkk olunmalıdır. Quran əzbərləyən şəxs həmin surəni yalnız mükəmməl əzbərlədikdən sonra digərinə keçə bilər.

SƏKKİZİNCİ QAYDA

Quranı daim əzbərdən kiməsə danışmaq

Quran əzbərləyən şəxs təkcə öz hafizəsinə bel bağlamamalı, əzbərlədiyini daim başqasına danışmalı və ya onu Qurandan izləməlidir. O bunu məharətli hafizlə etsə daha yaxşı olar. Quran əzbərləyən şəxs nəyi isə unutduqda və ya diqqətsiz olaraq təkrarladıqda həmin hafiz onun yada salar.
Biz bəzən surəni səhv əzbərləyir və Qurana nəzər saldıqda belə buna diqqət yetirmirik. Çünki çox vaxt əzbərdən oxumaq görməyi qabaqlayır və beləliklə həmin şəxs əzbərdən oxuduğu zaman Qurana baxsa da xətasını görmür. Elə buna görə də Quranı əzbərdən başqasına danışmaq ona bu xətaları düzəltməkdə və onlara daim diqqət yetirməkdə səbəb olur.

DOQQUZUNCU QAYDA

Quranı davamiyyətli oxumaq

Quran yadda qalmasına görə şer və ya nəsr əsərlərindən fərqlidir. Çünki, Quran yaddan çox tez çıxır. Peyğəmbər səllallahu aleyhi və səlləm belə demişdir: В«Nəfsim (canım) əlində olana and olsun ki, o (Quran) ipdən (açılıb) qaçan dəvədən də bərk qaçır.В» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Quranı əzbər bilən şəxs onu azacıq da olsa təkrarlamasa Quran ondan uzaqlaşır və o, tez bir zamanda unudulur. Elə buna görə də daim Quran oxumalı və əzbərlədiklərini təkrarlamalısan. Bu barədə Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: В«Quran sahibinin (yəni onu əzbər bilən şəxsin) məsəli bağlı dəvə sahibinin məsəlinə bənzəyir. Belə ki, onu bağladıqda tutub saxlamış olar, buraxdıqda isə çıxıb gedər.В» Başqa bir rəvayətdə isə belə demişdir: В«Quranla əhd bağlayın (onu unudulmaqdan qoruyun)! Nəfsim (canım) əlində olana and olsun ki, o (Quran) ipdən (açılıb) qaçan dəvədən də bərk qaçır.В» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.) Bu o deməkdir ki, Quran əzbərləyən şəxs hər gün ən azı Quranın otuz cüzündən birini, ən çoxu isə on cüzünü təkrarlamalıdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: В«Kim Quranı üç (gündən az müddətdə) oxuyub qurtararsa onu anlamaz.В» (Bu hədisi Tirmizi, Əbu Davud, İbn Macə və başqaları rəvayət etmişdir)
Mütəmadi olaraq Quran oxumaq əzbərlənən ayələri yadda saxlayır. Əks halda isə isə Quran yaddan çıxır.

ONUNCU QAYDA

Mütəşabih В« bir-birinə bənzər ayələrə diqqət yetirmək

Qurani Kərim məna və oxunuşca mütəşabih ayələr vardır. Uca Allah buyurur: В«Allah sözün ən gözəlini (Quranı) mütəşabih (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri bir-birinə bənzər), təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər.В» (əz-Zumər surəsi 23-cü ayə.)
Quranda olan altı mindən çox ayələrdən iki minə yaxını oxşardirlar. Bu ayələr bir-birindən bəzən bir hərfə görə, bəzən də bir sözə görə fərqlənirlər. Buna görə də bacarıqlı qari mütəşabih ayələrə xüsusi diqqət yetirməlidir. Biz burada mütəşabih dedikdə ləfzləri bir-birinə oxşar ayələri nəzərdə tuturuq. Bu cür mütəşabih ayələrə mümkün qədər çox diqqət yetirdikdə hifz təkmilləşir. Mütəşabih ayələrə daha çox diqqət verən kitabları çoxlu oxumaqla mükəmməl hifzə nail olmaq mümkündür. Bu kitabların ən məşhurları aşağıdakılardır:
- В«Durratut-tənzil və ğurratu-tə'vilВ»
Xatib əl-İskafi.
- В«Əsrarut-təkrar fil-QuranВ»
Mahmud əl-Kirmaninin.


ONBİRİNCİ QAYDA

Qızıl hifz yaşından istifadə etmək

Xoşbəxt o kəsdir ki, ömrünün qızıl hafizə illərindən istifadə edir. Bu müddət təqribən beş yaşından iyirmi üç yaşına kimidir. Həmin illərdə insanın hafizəsi çox güclü olur və ona görə də bu illərə qızıl hafizə illəri deyilir. İnsanın hafizəsi beş yaşına qədər qızıl hafizə illərinə nisbətən daha zəif olur. Eləcə də təqribən iyirmi üç yaşından sonra hafizə zəifləyir. Odur ki, hər bir insan ömrünün qızıl hafizə illərindən istifadə edib bacardığı qədər Allahın kitabından əzbərləməlidir. Bu yaşda əzbərləmək daha asan, unutmaq ehtimalı isə daha az olur. Bundan sonrakı yaşlarda isə insan çox çətinliklə əzbərləyir və daha tez unudur. Doğru demişlər ki, Uşaqlıqda əzbərlənən daş üzərindəki naxış kimi, yaşa dolduqda əzbərlənən isə su üzərində olan naxış kimidir.В»
Odur ki, bizim hamımız qızıl hafizə illərindən səmərəli istifadə etməliyik. Əgər biz həmin illəri ötürmüşüksə, çalışmalıyıq ki, övladlarımız istifadə etsinlər.
Müvəffəqiyyət Allahdandır. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrə Allahın xeyir-duası və salamı olsun!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka