Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ

[ Oxu! / 6547 dəfə baxılıb ]   
|
 
Əxlaqi və insani dəyərlərin tamamilə itdiyi, bəşəriyyətin cəhalət qaranlıqları altında qıvrılıb durduğu bir zamanda hidayət üfüqündə doğan bir günəş cahana elm və hikmət nurlarını yayaraq insanlığı tarixin qaranlıqlarından aydınlığına çıxarmışdı. Şübhəsiz ki, bu günəş Qurandır. Onun sahib olduğu səmavi feyzləri və həyati qüvvəti ortaya çıxaran elm sahəsi isə Təfsir elmidir.

Təfsir, məlum olduğu kimi Quranın dil baxımından təhlil edilməsi və mətninin anlaşılması üçün lazımı məlumatların bir yerə toplanması ilə həyata keçirilən bir fəaliyyətdir. Əvvəllər bu fəaliyyət şifahi formada yayılmış, hicri II əsrin ikinci yarısından etibarən isə yazıya keçirilərək [tədvin] bu günə qədər davam etdirilmişdir. Məhz Quran mesajının anlaşılmasına yönələn bu fəaliyyətlər «Təfsir Tarixi» deyilən tarixi bir prosesi meydana gətirmişdir. Əlbəttə ki, sözü gedən tarixin başlanğıcından bu günə qədər keçmiş olduğu inkişaf mərhələsini bilmək vacibdir. Xüsusi ilə də Quran üzərində araşdırma aparanlar,-istər təfsir, istərsə təfsir üsulu ilə bağlı olsun,-bu tarixi proses içərisindəki Quranı yanaşmaları çox yaxşı bilməlidirlər. Doğrudur, həm Şərqdə, həm də ki, Qərbdə Təfsir Tarixi ilə əlaqəli bir sıra tədqiqatlar aparılmışdır. Ancaq onlar təfsirə aid fəaliyyət prosesinin hamısını ehtiva edən əsərlər deyil, bəzi müfəssirlərin təfsirdəki metodlarını tədqiq edən araşdırmalardır. Təfsir Tarixinin bir halqası olan belə fərdi tədqiqatların davam etməsi, gələcəkdə əhatəli «Təfsir Tarixi» kitablarının yazılmasına da zəmin yaradacaqdır. Fəqət bu gün bu sahə ilə əlaqəli məlumatlar olduqca səthi bir xüsusiyyətə malikdir. Çünki bu fərdi tədqiqatlar, başlandığı gündən bu günə qədər keçən tarixi prosesi ehtiva etmir.

Məhz bütün bunları nəzərə alaraq tədqiqat əsərimizi bir giriş və dörd fəsilə ayırdıq. Quranın inzalı [1] və kitab formasına salınması ilə bağlı olan məlumatları giriş hissəsində, təfsir və təfsirlə məna yaxınlığı olan kəlmələri, təfsir elminin vacibliyini və təfsirdə şərh fərqliliyinə yol açan səbəbləri birinci fəsildə araşdırdıq.

İkinci fəsildə təfsir elminin ilk mərhələlərini, yəni, Hz. Peyğəmbər, səhabə və tabiun dövründəki təfsir hərəkatlarını tədqiq edib, sözü gedən üç ayrı təfsir təcrübəsini sonrakı müfəssirlər üçün hansı məna kəsb etdiyini təsbit etməyə çalışdıq. Daha sonra təfsirin hədislə birlikdə və müstəqil olaraq toplanmasının necə reallaşdığını izah etdik.

Təfsir növlərini araşdırdığımız üçüncü fəsildə təfsiri məvzii [parçacı] və məvzui [tam] formatları baxımından dəyərləndirərək daha çox nəql [rəvayət] və dirayət istiqaməti üzrə araşdırma apardıq və məşhur rəvayət və dirayət müfəssirlərindən bəzilərinin təfsirlərini üsul baxımından təhlil etməyə çalışdıq.
Dördüncü fəsildə isə tarixdən bu günə qədər keçən müddət ərzində meydana çıxan təfsir məktəblərini, onların təfsirdəki üsullarını və sözü gedən məktəblərin yetişdirdiyi önəmli müfəssirlərin təfsirlərini tədqiq etdik.

Hazırladığımız bu araşdırma ilə Allahın rəhmət və məğfirətini təmənna edərkən fərqində olmadan etdiyimiz xəta və qüsurlardan ötrü oxuculardan üzr istəyir və tənqidə hər zaman hazır olduğumuzu bildiririk.

Lüğət

[1] İnzal - nazil olma, enmə, endirilmə

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka