Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

PEYĞƏMBƏRIN (S.Ə.S) SÜNNƏSINƏ ƏMƏL ETMƏNIN ÖNƏMI

[ Sünnə / 7475 dəfə baxılıb ]   
|
 
Qurani Kərim Allah qatından insanlara bir bəyan və nəsihət olaraq endirilmiş son İlahi kitabdır. İçində hər şeyin açıqlaması vardır və insanlar üçün bir hidayət vəsiləsidir. Qurandakı çox ayətdə Rəsulullaha (s.ə.s) itaət edilməsi əmr edilməkdədir. Bu son dərəcə əhəmiyyətli bir nöqtədir, çünki Quranın tam olaraq anlaşılması ancaq və ancaq Sünnətə riayət etməklə ola bilər.

Quranın açıqlayıcısı sünnətdır. Sünnət : Rəsulullahın (s.ə.s) səhih hədislərinin toplanması və daha sonrakı dönəmlərdə böyük İslam alimlərinin bu hədisləri izah etməsi ilə baş verən Əhli - Sünnə etiqadıdır.

Burada çox əhəmiyyətli bir nöqtənin üzərində durmaq lazımdır. Sünnət Qurandan ayrı olaraq ola biləcək bir qavram deyil. Ayələrdə Peyğəmbərimizin (s.ə.s) insanlar üzərindəki ağır yükləri qaldıran, hökm qoyan, Qurandakı açıq və gizli hikmətləri ümmətinə öyrədən xüsusiyyətlərindən bəhsedilməkdədir. Necə ki, Sünnətə baxdığımızda Rəsulullahın (s.ə.s) səhabələrinə hər mövzu ilə bağlı çox sayda bilgi verdiyini görürük. Bu bilgilər daha sonra alimlərin tərəfindən izah olunaraq gündəlik həyata keçmiş və günümüzə qədər gəlmişdir.

Allah Peyğəmbərimizin (s.ə.s) Qurani Kərimi öyrədən və insanları çəkindirən xüsusiyyətə sahib olduğunu Ali İmran surəsində belə xəbər vermişdir. Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki onların içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları [pis əməllərdən] təmizləyən, onlara kitabı [Quranı] və hikməti öyrədən pir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali İmran 164)

Ayədə keçən Kitabı və hikməti öyrətmə kəlimələrinə diqqət çəkməkdə fayda vardır. Çünki Rəsulullahın (s.ə.s) sünnəti olmadan Quranın tam olaraq anlaşılması və hökmlərinin yerinə yetirilməsi mümkün deyildir. Dinimiz ancaq Qurani Kərim və Sünnət ilə bir bütövlükdür. Qurani Kərimin ilk endirildiyi dönəmlərdə Peyğəbərimizin (s.ə.s) ətrafında olan insanlar onun örnək davranışlarına baxaraq dinimizin hikmətlərini öyrənmişlər və lazım olduğu kimi yerinə yetirmişlər. Əslində Peyğəmbərimizin (s.ə.s) İslam dininin hökmlərini tətbiq etdiyi örnək yaşam Quranın anlaşılmasında önəmli bir yol göstəricisi olmuşdur.

Dinin hökmlərinin anlaşılmasına bariz nümunə olaraq namaz qılmağı misal çəkə bilərik. Bilindiyi kimi İslamiyyətdə 5 vaxt namaz qılmaq fərzdir, namazın necə qılınacağı, necə dəstəmaz alınacağı kimi mövzular ilə əlaqəli əsas məlumat verən ayələr vardır. Namaz ibadətinin tam olaraq yerinə yetirilməsini sünnətə baxaraq anlaya bilərik. Çünki ayələrdə namazın qılınış şəkli, namazda oxunacaq dualar, qadın və erkək necə namaz qılır, hansı namazın savabı daha böyükdür, dəstəmazın detalları, nələr dəstəmazı pozar, nələr pozmaz kimi mövzular ilə əlaqəli detallı məlumatlar yer almaz. Bu kimi önəmli xüsusiyyətləri ancaq və ancaq Sünnətə baxdığımızda öyrənə bilərik.

Başqa bir misal olaraq da Peyğəmbərimizin (s.ə.s) Cümə günü ilə əlaqəli tövsiyələri və Cümə namazı haqqında söylədiklərini də verə bilərik. Bundan başqa Quranda sözün ən gözəlini söyləmə, təmizlik, yeməklər kimi mövzularla yanaşı oruc, dəstəmaz, həcc kimi fərzlərlə əlaqədar ayələr də vardır. Ancaq ayələrdə bu ibadətlərin detalları ilə əlaqəli məlumatlar verilmir. Bunların necə və nə ölçüdə riayət olunacağı detallarla Peyməbərimizin (s.ə.s) sözlərinin və davranışlarının alimlər tərəfində edilmiş izahlarından öyrənə bilərik.

Tarix boyunca yaşamış olan bütün müsəlmanların, gəlmiş-keçmiş bütün İslam alimlərinin həyatına istiqamət verən, ibadətlərini şəkilləndirən Sünnət olmuşdur. Peyğəmbərimizin (s.ə.s) dönəmindən bəri, yəni yüzillərdir Müsəlmanlar ibadətlərini sünnətə uyğun şəkildə edirlər. 5 vaxt namaz qılmaq, oruc tutmaq, sədəqə vermək, qurban kəsmək kimi ibadətlər sünnətə riayət edilməsi sayəsində heç dəyişməmişlər. Bu səbəblə yüzillərdir eyni şəkildə edilən ibadətlər üzərində ixtilaf yaratmağa çalışmaq, namazın vaxtları, neçə rükət qılınacağı mövzularında mübahisələr etmək, qurban kəsməli mi, kəsməməli mi kimi mübahisələri gündəmə gətirmək son dərəcə yersiz davranışlardır. Bunların bütünü Sünnətdə detallı izah edilmiş olan və yerinə yetirilməsi vacib olan ibadətlərdir.

Qurana baxdığımızda da Rəsula itaət etməklə əlaqəli çox ayətin olduğunu görürük. Məsələn, bir ayədə Allah Rəsula itaət etməyi belə əmr edir. "[Ya Məhəmməd!] Həqiqətən Biz səni [bəşər övladına] bir şahid, bir müjdəçı və [Allahın əzabı ilə] qorxudan bir peyğəmbər olaraq göndərdik. [Biz onu göndərdik ki, siz insanlar] Allaha və Onun Rəsuluna iman gətirəsiniz, ona [Allaha, yaxud Peyğəmbərə] yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və Allahı səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz! [Ey Peyğəmbər!] Sənə beyət etmiş olanlar şübhəsiz ki, Allaha da beyət etmiş olurlar. Allahın əli onlar& #305;n əlləri üzərindədir. Kim [beyəti] pozsa ancaq öz əleyhinə pozmuş olur. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər." (Fəth 8-10)

"Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, qoy döndərsin! Biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik." (Nisa 80)

Ayələrdə diqqət edilməsi lazım olan nöqtə qavramının üzərində durulmuş olmasıdır. Bu nöqtə, Rəsulullaha itaət etmənin, yəni onun əmrlərinə və qoyduğu qanunlara itaət etmənin, Allahın fərz buyurduğu bir ibadət olduğunu göstərir.

Yenə ayələrə baxdığmızda Peyğəmbərimizin (s.ə.s) qadağa və əmr etmə səlahiyyətinə sahib olduğunu görürük. Məsələn ".... Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Həşr 7) ayəsi Peyğəmbərin (s.ə.s) Quranda haram olunmuş olanlar xarıc bəzi şeyləri ümmətinə qadağan edə bilməsi göstərməkdədir. Bundan başqa möminlərin anlaşa bilmədiyi mövzuları Peyğəmbərə (s.ə.s.) aparılmalarını və hökmün onun tərəfindən verilməsi də ayələrdə bildirilməkdədir.

Rəsulullahın hökm qoyucu xüsusiyyətinə qarşı çıxmaq, ya da hökmünün qəliyinə hörmət göstərməmək kimi davranışlar isə ayələrdə olaraq adlandırılmaqdadır. Peyğəmbərimizin (s.ə.s) hökmünün qəliyi və bu hökmə kəskin bir itaət göstərilməsi lazım olduğunu da başqa bir ayətdə belə vurğulanmaqdadır. "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və Peyğəmbərinə asi olan şəxs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır." (Əhzab 36)

Buraya qədər izah olunanlarda da göründüyü kimi Allah ayələrində Rəsulullaha (s.ə.s) kəsin bir itaəti əmr etmişdir. Bu səbəblə İslam ancaq Quranla birlikdə Sünnətə də riayət olunmasıyla yaşanır. Bu mövzuyla əlaqəli ayələrdəki izahlar son dərəcə möhkəmdir. Vəziyyət belə ikən Rəsulullahın (s.ə.s) sünnətindən üz çevirmək lazım olduğu bir iddiayla ortaya çıxmaq əslində Qurana tam anlamla müxalif bir düşüncə olacaqdır.

İslam alimlərimiz Peyğəmbərimizin (s.ə.s) sünəntini Nuhun (ə.s.) gəmisinə oxşadaraq "Kim ona minərsə xilas olur, kim minməzsə boğulur" (Suyuti, Miftahul Cənnə, s. 53-54) - deyə buyurmuşdur. Əsl qurtuluş ancaq Əhli Sünnət etiqadının vacibliyinin hər kəs tərəfindən anlaşılaraq, toplumda yayılması ilə baş verəcəkdir.

Allahin salamı və xeyir-duası üzərinizə olsun!

Harun YƏHYA
Çevirən: Kamran Ağayev
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka