Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏŞHUR İSLAM ALİMLƏRİNİ TANIYAQ - MÜSLİM

[ Görkəmli şəxslər / 8993 dəfə baxılıb ]     
|
 

Müslimin tərcümeyi-halı
Adı: Müslim ibnu-l-Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi.
Künyəsı: Əbu-l-Hüseyn.
Təvəllüdü: Müslim hicrətin 204-cü ilində Nisabur şəhərində anadan olmuşdur.

Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Peyğəmbərin (s.ə.s) hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir.

Onun haqqında deyilənlərdən:

Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: В«Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılarВ».
Əbu Qüreyş demişdir: В«Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və MüslimdirВ».
Məsləmə ibn Qasim demişdir: В«O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idiВ».
Xəlili demişdir: В«Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdurВ».

Əsərləri:

1. В«əs-SəhihВ». Kitabın tam adı: В«əl-Musnədu-s-SəhihВ»dir.
2. В«ət-TabəqatВ».
3. В«əl-Əsma va-l-kunəВ».
4. В«ət-TəmyizВ».
5. В«əl-Münfəridətu-l-vihdənВ».
6. В«Suələtu-l-imam ƏhmədВ».
7. В«Əvhami-l-muhəddisinВ».
8. В«Əvlədi-s-sahəbəВ».
9. В«Əfradi-ş-şamiyyinВ».
10. В«əl-ƏqranВ».
11. В«Məşəyix MalikВ».
12. В«Məşəyix ŞöbəВ».
13. В«Məşəyixu-s-SəuriВ».
14. В«əl-MuxadraminВ».
15. В«əl-İntifa bi uhubi-s-sibaВ».

Vəfatı: Müslim hicrətin 261-ci ilində Rəcəb ayının 2-si Nisabur şəhərində vəfat etmişdir.

O, bu kitabı bir əsas səbəbə görə yazmışdır. Belə ki, tələbələrindən biri (Xətib əl-Bağdadi В«Tarixu-l-BağdadВ» əsərində (4-cü cild, 186-cı səhifə) bu tələbənin Əhməd ibn Sələmə ən-Nisaburi olduğunu qeyd etmişdir) ondan səhih hədisləri bir kitabda cəm etməsini xahiş edir. Müslim onun bu xahişini nəzərə alıb В«əl-Musnədu-s-SəhihВ» əsərini tərtib edir.

Hədisin mötəbərliyini təsdiq etmək üçün qoyduğu şərtlər:

1. Sənəddə olan bağlılıq. Yəni sənədin əvvəlindən (hədisi rəvayət edən şəxsdən) axırına (səhabələrə) qədər olan ravilər biri-birindən (hər biri hədisi ona rəvayət edən şəxsdən bilavasitə) eşitməlidir.
2. Ravilərin ədalətli olması. Yəni hər bir ravi həddi-büluğa çatmış, şüurlu, Allah və Onun elçisinə müti olan, əxlaqlı müsəlman olmalıdır.
3. Ravilərin mühafizəkarlığı. Yəni hər bir ravi eşitdiyi hədisi olduğu kimi qəlbində (əzbərdən) və ya yazılı şəkildə (dəyişdirilməməsi üçün) mühafizə etməlidir.
4. Rəvayətlər arasında ziddiyyətin olmaması. Yəni hər hansı bir ravinin rəvayət etdiyi hədis başqa ravilərin və ya ondan da üstün olan ravinin rəvayət etdiyi hədisə zidd olmamalıdır.
5. Rəvayətdə illənin olmaması. Yəni hədisin mətnində və ya sənədində onu zəiflədən amil olmamalıdır.
6. Eyni əsrdə yaşamaq. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə eyni əsrdə yaşamalıdır.

Məlumatlar В«Səhih MüslimВ»in şərhinin müqəddiməsindən götürülmüşdür

|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka