Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏŞHUR İSLAM ALİMLƏRİNİ TANIYAQ - əl-BUXARİ

[ Görkəmli şəxslər / 12027 dəfə baxılıb ]     
|
 
Adı: Məhəmməd ibn İsmail ibn İbrahim ibni-l-Muğirə ibn Bərdizbə əl-Cufi.
Künyəsı: Əbu Abdullah.
Təvəllüdü: hicrətin 194-cü ilində şəvval ayının 13-ü Buxara şəhərində anadan olmuşdur.

O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman əl-Buxari artıq yetmiş min hədis əzbər bilirdi.
Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir.

Onun haqqında deyilənlərdən:

İbn Kəsir demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi».
İbn Mücahid demişdir: «Məhəmməd ibn Səlləmin yanında idim. O mənə dedi: - Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim».
Quteybə ibn Səid demişdir: «Fəqihlərlə, zahidlərlə və abidlərlə oldum, lakin Məhəmməd ibn İsmail kimisini görmədim. O, öz zamanında Ömər (r.a.) kimi idi».
Tirmizi demişdir: «Sənəd (Hədisin mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə biləcək amillərin araşdırılması)
elmində Məhəmməd ibn İsmail kimisini görmədim».

Əsərləri:

1. «əs-Səhih». Kitabın tam adı: «əl-Cəmiu-s-səhih əl-musnəd min hədisi rasulilləhi sallallahu aleyhi və səlləmə və sunənihi və əyyamihi».
2. «Əsami-s-səhabə»
3. «ət-Tarixu-l-kəbir»
4. «ət-Tarixu-l-əvsat»
5. «ət-Tarixu-s-sağir»
6. «Qadayə-s-səhabə və-t-tabiin»
7. «əl-İləl»
8. «əl-Kunə»
9. «Birru-l-valideyn»
10. «əl-Məbsut»
11. «ət-Təfsiru-l-kəbir»
12. «əl-Musnədu-l-kəbir»
13. «Cuzu rafu-l-yədeyn fi-s-saləti»
14. «Cuzu-l-qiraəti xalfə-l-iməmi»
15. «Xalqu əfali-l-ibəd».

Vəfatı: Hicrətin 256-cı ilində şəvval ayının 1-i, Fitrə bayramının gecəsi Səmərqənddə vəfat etmişdir.

Buxari «əs-Səhih» əsərini iki əsas səbəbə görə yazmışdır:
- O rəvayət edir ki, biz İshaq ibn Rəhavyanın yanında idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin (s.ə.s) sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi çox xoşuma gəldi və «əl-Cəmiu-s-səhih» kitabını tərtib etməyə başladım.
- O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri (s.ə.s) yuxuda gördüm. Əlimdəki yelpiklə onu yelpikləyir və üzərinə qonan milçəkləri ondan uzaqlaşdırırdım. Alimlərdən gördüyüm yuxu barəsində soruşduqda onlar mənə dedi ki, sən Peyğəmbərin (s.ə.s) adından istifadə olunaraq uydurulan rəvayətləri ondan uzaqlaşdıracaqsan. Bu da mötəbər hədisləri cəm etməyim üçün bir səbəb oldu.

Kitabı tərtib etdiyi üsul:

Əl-Buxari demişdir: «Mən "əl-Cami" əsərində olan hədisləri on altı il ərzində, altı yüz min hədisin içərisindən seçib tərtib etdim».
O həmçinin demişdir: «Mən hər bir hədisi bu kitaba yazmamışdan əvvəl yuyunub iki rükət namaz qılardım».

Hədisin mötəbərliyini təsdiq etmək üçün qoyduğu şərtlər:

1. Sənəddə olan bağlılıq. Yəni sənədin əvvəlindən (hədisi rəvayət edən şəxsdən) axırına (səhabələrə) qədər olan ravilər hədisi biri-birindən (hər biri hədisi ona rəvayət edən şəxsdən bilavasitə) eşitməlidir.
2. Ravilərin ədalətli olması. Yəni hər bir ravi həddi-büluğa çatmış, şüurlu, Allah və Onun elçisinə müti olan, əxlaqlı müsəlman olmalıdır.
3. Ravilərin mühafizəkarlığı. Yəni hər bir ravi eşitdiyi hədisi olduğu kimi qəlbində (əzbərdən) və ya yazılı şəkildə (dəyişdirilməməsi üçün) mühafizə etməlidir.
4. Rəvayətlər arasında ziddiyyətin olmaması. Yəni hər hansı bir ravinin rəvayət etdiyi hədis başqa ravilərin və ya ondan da üstün olan ravinin rəvayət etdiyi hədisə zidd olmamalıdır.
5. Rəvayətdə illənin olmaması. Yəni hədisin mətnində və ya sənədində onu zəiflədən amil olmamalıdır.
6. Eyni əsrdə yaşamaq. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə eyni əsrdə yaşamalıdır.
7. Rastlaşma. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə bir dəfə də olsa belə rastlaşmalıdır.


MƏLUMATLAR «SƏHİHU-L BUXARİ»NİN ŞƏRHİNİN MÜQƏDDİMƏSİNDƏN GÖTÜRÜLMÜŞDÜR
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka