Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏHMƏD HÜSEYN DİDAT - BÖYÜK İMAN VƏ İSLAMA XİDMƏT DOLU HƏYAT

[ Görkəmli şəxslər / 264 dəfə baxılıb ]     
|
 

Əhməd Didat, 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi.


Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır.


Beləcə o, Hindistanda Islam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür.


Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdıki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.. Belə qərar verdikdən sonra o, İncil kitabının 1-ci nüsxəsini alır və oxumağa başlayır. Bir müddət sonra o, artıq 4 nüsxəni də alır. Bu kitabları dərindən oxuyur və bəzi şeyləri qeyd edirki, hər gün onun yanına gəlib mübahisə edən Xristian missonerlərinə desin.


Bir neçə görüşdən sonra, o artıq müzakirə və mübahisələrə hazır idi. O, xristian missionerlərin təbliğatı qarşısında duraraq, onlarla münaqişə etmək istəyirdi. Təbliğat aparan qruplar, onun güclü və sübutlu müzakirələri qarşısında tab gətirməyəndə, Əhməd Didat fikirləşdiki, indi onların böyüklərini, biliklilərini və rahiblərini təkbətək müzakirəyə çağırsın. Onlarla müxtəlif regionlarda görüşüb müzakirələr aparmağa başladı və bir çox mübahisələrdə onlardan üstün oldu. Bu minvalla o, bu işi bir məşğuliyyət və həvəs kimi deyil, artıq bir dəvət kimi davam etdirməyə başladı.


Cənubi Afrikaya köçdükdən sonra o, yüzlərlə mühazirələr və dərslər deməyə başlayır. Xristian papaları və rahibləri ilə görüşüb mübahisələrə girirdi. 20-dən artıq kitab yazdı. Bu fəaliyyətləri ilə davam edərək o, artıq İncil haqqında xüsusi-professional dərslər deməyə başlayır. Sonra "Salam" müssisəsinin əsasını qoyur və burada o, dəvətçiləri məşq etdirməklə məşgul olur.


Şeyx Didatın, dəvəti belə əda etməsi, hərəkatı, çox tənqidlərə məruz qalmışdır. Beləki, Şeyx Didatın dəvət üslubu ağır, istehza yönlü və əqidəli məsələlərdə çox xırdaçı kimi qələmə verilib. Bunu hətta xristianların özləri də anlamırdılar, yalnız bir-iki baş bilənlərindən başqa. Şeyx Didat qarşısındakı ilə elə bir məntiqlə danışırdıki, həmin şəxs qane olmasa da, cavab verə bilmirdi, bir növ susdurulurdu.


Atasının bu əməlini müdafiə edən Yusuf deyirki; "Şeyxin üslubu ona görə belə idiki, ilk vaxtlarında, həyatının gənc yaşlarında, onun dininə görə onunla istehza edirdilər, onu lağa qoyurdular.


Şeyx Didat haqqında çox şey yaza bilərlər, onun üslubunu necə istəsələr tənqid edə bilərlər, onun dəvətinin kobud və ya çox xırdaçı olduğunu da iddia edə bilərlər, lakin onun ictimaiyyət arasında olan əxlaqına, davranışına, rəftarına bir söz deyə bilməzlər. Hətta onun kitablarında və əlyazamalarında belə, tənqid olunacaq bir kobudluq tapmaq mümkün deyil. Əksinə o, öz kitablarında hər zaman gözəl Islam əxlaqlarından və ədəblərindən yazardı.


Şeyx Əhməd Didat, 1996-cı ildə şikəst olur və yatağa düşür. Xəstə olmasına baxmayaraq, o öz ailəsi və qonaqları ilə həmişə ünsiyyətdə olur. Necə ünsiyyət bağlaması isə çox maraqlıdır. O, kipriklərini tərpədərək sözünü deyirdi.


Şeyx Əhməd Didat, Avqust ayının 8-də dünyasını dəyişdi. 1996-cı ildən vəfat edincəyə qədər, o yataqda qaldı.


Şeyx Didatın ölümü Islam aləmində o qədər də yayılmadı. O, xəstələnib yatağa düşəndən bəri onun haqqında heç bir televiziya kanalları bir xəbər yaymamışdı. Budur bizim bədbəxtçiliyimizki, Islam alimlərini unuduruq, onları tanımırıq. Papa ölərkən bütün Islam ölkələrindəki televiziya kanalları, onun dəfninin müşaiət olunmasını dəfələrlə göstərdilər. Bəzi Islam ölkələrindəki kanallar, dəfn mərasimini birbaşa göstərirdilər. Bəs Islam dünyasının ən bilikli alimlərindən olan, Papayla müzakirə etməyi belə təklif edən, Allaha sonra elminə güvənən Şeyx Əhməd Didatın ölmünü hansı kanallar yaydı?! Hansıki, Papa onunla müzakirə etməkdən həmişə qaçırmış, onun elminin üstünlüyündən əmin olduğu üçün.


Allah rəhmət eləsin!
Mənbə www.aljazeera.net, www.islamonline.com

|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka