Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏZRƏTİ EYYUB

[ Peyğəmbərlər / 5254 dəfə baxılıb ]   
|
 
Allahın səbirdə bizə nümunə olaraq təqdim etdiyi rəsulu olan Həzrəti Eyyubun adı Qurani-Kərimdə dörd yerdə keçir. Bunlardan ikisində sadəcə adı anılır [Ən-Nisa, 163; əl-Ənam 84], digər iki yerdə isə barəsində məlumat verilir [Əl-Ənbiya 83-84; Sad 41-44].
Qurani Kərimdə haqqında bu qədər az məlumat olmasına rəğmən Eyyub peyğəmbər haqqında qaynaqlarda olduqca çox məlumata rast gəlinir. O qaynaqlara müraciət etmədən Quranın bizə təqdim etdiyi Eyyub peyğəmbəri tanımağa çalışaq.

Eyyubun başına gələn sıxıntı və kədərlər haqqında olan ayələrin məalı belədir:
“Eyyubu da xatırla! O bir zamanlar; “Mənə bu dərd mübtəla oldu. Amma Sən mərhəmətlisən!” - deyə Rəbbinə yalvarmışdı. Biz də onun duasını qəbul etmiş və onu bu bəladan qurtarmışdıq; daha doğrusu qatımızdan bir rəhmət və layiqi ilə qulluq edənlərə bir nəsihət olsun deyə, yaxınlarını bir qat artıraraq ona geri vermişdik.” [Ənbiya, 83-84]

Qeyd etdiyimiz kimi qaynaqlarda bu peyğəmbər haqqında kifayət qədər çox məlumat var. Lakin bu məlumatlarda olduqca çox ziddiyyətə rast gəlinir.
Yuxarıdakı ayələri açıqlayan xülasə belədir ki: Böyük ehtimalla Ərəb əsilli bir peyğəmbər olan Eyyub peygəmbər əvvəlcə zəngin və sağlam biri ikən sonradan fəqirlik və xəstəliklə imtahan olunmuşdur. Uşaqları və həyat yoldaşı daxil hər kəs onu tərk etmiş, düşdüyü ölümcül dərd əsnasında möhtəşəm bir səbir göstərmişdi. Ondan razı olan Rəbbi onun adını ölümsüzləşdirmişdir.
Eyyub peyğəmbərin Sad surəsinin 41-ci ayəsində keçən şikayətlərindən də anlaşıldığı kimi, bu mübarək Nəbi, bədəninin yoluxduğu xəstəlikdən deyil, mənəviyyatına və qəlbinə mübtəla olan mənəvi xəstəlikdən bezmiş və şikayət etmişdir. Belə ki, əsas olan insanın cismani varlığı deyil, mənəvi varlığıdır. Başqa sözlə desək əsas müsibət insanın bədəninə gələn deyil, qəlbinə və ruhuna gələn müsibətdir. Sad surəsi 41-ci ayədə Həzrəti Eyyub məhz bundan şikayət edir.

“Və qulumuz Eyyubu da xatırla; Bir gün o Rəbbinə “[Rəbbim!] Şeytan mənə yorğunluq və tərk edilmişlik hissi verməkdədir!” deyə yalvarmışdı. Biz də “düş yola! Bax məhz [burada] həm yuyunacaq, həm də içiləcək soyuq bir su var!” [demişdik]. Qatımızdan ona bir rəhmət və ağıl sahibləri üçün ibrət olmaq üzrə [onu tərk edən] yaxın çevrəsini və onlarla yanaşı bir qat daha artığını bəxş etdik. [Və dedik ki]: “Əlinə bir dəstə al və onunla vur! Beləcə andından vaz keçməmiş olarsan.” Həqiqətən biz onu çox səbirli biri olaraq gördük: o nə gözəl bir quldur, həqiqətən də [o] daima Allaha yönəlirdi." [Sad, 41-44]

Burada Şeytanın verdiyi “əzabı” “Sənin Mənim qullarım üzərində heç bir təsiredici gücün yoxdur” [İsra, 65; Hicr, 42] ayələrinin işığında anlamalıyıq. Şeytanın verdiyi bildirilən bu hiss “Allah tərəfindən tərk edilmişlik” hissidir. Bu əlbətdə ki, sadəcə bir şübhədən ibarətdir, çünki Allah mömin qulunu əsla tərk etməz. “Allah quluna yetməzmi?” [Zumər, 36] Qul Allahı tərk etmədən Allah qulu tərk etməz. Əgər müsübətlərin nəticəsində qul Allahı tərk etmişdirsə, müsibət əslində məhz o zaman fəlakət olur.
Həzrəti Eyyub qissəsində bizə bir də ədəb öyrədilir: Eyyub peyğəmbər “Yetər!”, "Yoruldum!", "Bezdim!" demir. Bu vəziyyətdən rahatsız olur və bunu etiraf edir, fəqət bu halını da Şeytana nisbət edir. Yəni qəlbində vəsvəsəyə bənzər bir hiss olduğunu bilir. Onu qəbul etməməsi, onunla mübarizə edə bilməsi üçün məsələyə belə yanaşması vacibdir. Ayə bütün müxatiblərini bu vəziyyətə qarşı tərbiyyə edir.

Eyyubun şəfası üçün onun əzim və cəhd etməsi vacib amildir. Ona görə ona “Düş yola!” deyilir. Zəhmət çəkmədən şəfa olmaz. Bir qul əzim göstərməlidir ki, Rəbbi də mükafatını versin.

Eyyubun tərk edilməsində isə verilən mesaj: İnsanı xalqın tərk etməsinin o qədər də önəmi yoxdur. Əsas olan odur ki, onu Haqq tərk etməsin. Çünki Haqq, xalqın gözündən düşən etibarı daha artığı ilə qaytarmağa qadirdir.
Qurani Kərimdə Həzrəti Eyyubla bağlı bundan başqa heç bir məlumat yoxdur. Etibar edilən hədis kitablarında isə cəmi bircə hədis var. Buna baxmayaraq tarix və təfsir kitablarında Həzrəti Eyyubla bağlı kifayət qədər çox məlumata rast gəlmək mümkündür. Bu qissə ilə bağlı daha çox israliyyat qaynaqlarına müracət edilmiş və Həzrəti Eyyubun qissəsi Kitabı Müqəddəsin işığında anlaşılmağa çalışılmışdır və səbri “darbi-masal” olan Eyyubu xalqın gözündə böyütmək üçün bir çox şişirtmələrə yol verilmişdir. Bu rəvayətlərdən anlaşıldığı kimi Həzrəti Eyyubun vücudunu başdan aşağı çibanlar, böyük yaralar sarmış, dərisi sismiş, yaralarına qurdlar düşmüşdü. Bütün bunlara baxmayaraq Həzrəti Eyyub mətanətini itirməmiş və Allahdan ümidini kəsməmişdir.
Peyğəmbərlər də sadəcə bir insan olduqları üçün xəstələnə bilərlər. Bu caizdir. Gülər, ağlayar, əzab çəkə bilərlər. Bunda heç bir anormallıq yoxdur. Lakin ayədən də anlaşıldığı kimi Qurani Kərim Həzrəti Eyyubun xəstəliyi üzərində çox durmamış, onun detalları haqqında bizə heç bir məlumat verməmişdir. Bizim Eyyubun xəstəliyi ilə əlaqədar olaraq bildiyimiz yeganə şey, onun dua əsnasında Allaha belə niyaz etməsidir: “Mənə bu dərd mübtəla oldu. Amma Sən mərhəmətlisən!” deyə Rəbbinə yalvarmışdı. [Ənbiya] Ey Məhəmməd qulumuz Eyyubu da xatırla; “Və Bir gün o Rəbbinə “[Rəbbim!] Şeytan mənə yorğunluq və tərk edilmişlik hissi verməkdədir!” - deyə yalvarmışdı. [Sad]

Məal etibarı ilə bir-birinə yaxın bu iki cümlədən başqa Quran və hədislərdə Həzrəti Eyyubun xəstəliyinin mahiyyəti ilə bağlı heç bir məlumat yoxdur. Deməli önəmli olan onun xəstəliyinin nə olması deyil, Eyyubun bu halına necə bir münasibət göstərməsidir. O xəstəliyindən deyil, Şeytanın ona “yorğunluq və tərk edilmişlik hissi” verməsindən, yəni Şeytanın vəsvəsəsindən şikayət edir. Bunun sadəcə bir vəsvəsə olduğunu da bilir.

Daha önəmli bir fakt Həzəri Eyyuba söylənən “Əlinə bir dəstə al və onunla vur! Beləcə andından vaz keçməmiş olarsan.” [Sad, 44] mesajıdır. Ayənin bu bölümü də bir çox ixtilafa səbəb olmuşdu. Bəziləri həyat yoldaşına əsəbləşərək ona sağalan kimi yüz çubuq vuracağına and içdiyi qənaətin dəstəkləyir. Lakin Qurani Kərimdə bu anladılmır. Ordakı mesaj "bir peyğəmbər də olsan verdiyin sözə əməl etmək məcburiyyətindəsən" mesajıdır. Kim olduğu bilinməyən “günahkara” isə yüngülcə olaraq 100 çubuğun bir dəfədə vurulması əmr edilmişdir. Buradakı insanın da günahının nə olduğu, Həzrəti Eyyubun nə üçün onu vurmaq üçün and içdiyi də söylənilmir. Bizim almalı olduğum mesaj sözümüzə sadiq olmaqla mükəlləf olmağımızdır. Bu "günahkarın" kim və nə üçün Həzrəti Eyyub tərəfindən "cəzaya" layiq görülməsi önəmli olsaydı Quran bunu bizə söyləyərdi. "Günahkara" sadəcə yüngülcə toxundurmağı söyləməsi isə əslində onun böyük bir suçunun olmamasına dəlildir.

Nəzərə alaq ki, Həzrəti Eyyubun qissəsi, sıxıntı ilə imtahanın ən təsirlisidir. Qissədə Eyyubun duası və Allahın duaya verdiyi cavab anladılır. Həzrəti Eyyub düşdüyü vəziyyətdən əsla şikayət etmir, Allahın verdiyi imtahana səbir etdiyi üçün vəziyyətinin dəyişdirilməsi üçün dua etmir. O yaxşı bilir ki, Rəbbi onun vəziyyətindən xəbərdardır, əgər xəstəliyi sağalmayıbsa deməli bunun bir hikməti var və o səbirlə bunu gözləyir, sağalacağından isə ümidini kəsmir. Onun imtahanının qaldırılması bir duasına bağlıdır.
“Və qulumuz Eyyubu da xatırla; Bir gün o Rəbbinə “[Rəbbim!] Şeytan mənə yorğunluq və tərk edilmişlik hissi verməkdədir!” deyə yalvarmışdı. Biz də “düş yola! Bax məhz [burada] həm yuyunacaq, həm də içiləcək soyuq bir su var!” [demişdik]. Qatımızdan ona bir rəhmət və ağıl sahibləri üçün ibrət olmaq üzrə [onu tərk edən] yaxın çevrəsini və onlarla yanaşı bir qat daha artığını bəxş etdik.
Ayədən də anladığımız kimi nəinki imtahanı qaldırılmış, həm də mükafatlandırılmışdır. “Qarşılıqsız rəhmətin bir əsəri olaraq”. İmtahan anı və imtahandan sonrakı rəhmət anı. Təbii ki, Həzrəti Eyyubun imtahanı bütün insanlığa bir mesaj daşıyır. Əks halda Allah bu qissəni ölümsüzdürməz, bizə bunu anlatmazdı. Eyyub səbrin və ədəbin simvoludur. Onun səbri dillərə dastan olmuşdu.



İQ'RA/Azerislam.com

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:08
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka