Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏHARƏT

[ Müxtəlif / 4714 dəfə baxılıb ]     
|
 

1. Ömər ibnu-l-Xəttab (Allah ondan razı olsun! - radıyallahu anhu - r.a) dedi: В«Rəsulullahın: "Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür (Günah və ya savab qazanır). Kimin hicrət etməsi Allah və Onun rəsulu(nun buyuruğunu yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu(nun razılığını qazanmaq) üçündür (Onun savabını Allah verir). Kimin ki, hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır (İstədiyinə yalnız bu dünyada nail olur) " - dediyini eşitdimВ» (əl-Buxari, 1; Müslim, 4904).
Niyyət: lüğəti mənası - qəsd etməkdir. İstilahi mənası - qəlbi hər hansı bir əməli etməyə və ya ondan çəkinməyə yönəltməkdir.
Hicrət: lüğəti mənası - tərk etməkdir. İstilahi mənası - Allahın qadağan etdiyi şeyləri tərk etməkdir.



Hicrət iki qismdir:
1) Təhlükəli yerdən əmin-amanlıq olan yerə hicrət;
2) Küfr olan yerdən iman olan yerə hicrət.

1-ci hədisdən çıxarılan nəticələr:


- Niyyət ibadətdir. Buna görə də möminin hər ibadət üçün niyyət etməsi vacibdir;
- Hədisin əvvəli əməllərlə, axırı isə əməllərin cəzası ilə bağlıdır;


- Niyyət əməlin qəbul olması üçün şərtdir;
- Niyyətin yeri qəlbdir. Hər hansı ibadəti etdikdə niyyəti tələffüz etmək yenilikdir. Yalnız həcc və ümrə üçün olunan niyyət müstəsnadır. Bu iki ibadət növündə niyyət tələffüz olunur;
- Allah xatirinə şirk və küfr olan ölkədən İslam ölkəsinə olunan hicrət əfzəl ibadətlərdəndir;
- Dünya və qadın xatirinə olunan ibadət riyakarlıq sayılır.

2. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: В«Sizdən birinizin dəstəmazı pozulduqda dəstəmaz almayınca Allah onun (dəstə­mazsız qıldığı) namazını qəbul etməzВ»
(əl-Buxari, 6954; Müslim, 536).

2-ci hədisdən çıxarılan nəticələr:


- Dəstəmazsız qılınan namaz qəbul olunmur;
- Dəstəmazı batil edən amil namazı da batil edir;
- Dəstəmaz namazın şərtlərindəndir;
- Səhvən dəstəmazsız qılınan namaz təkrar qılınmalıdır.

3. Abdullah ibn Amr ibnu-l-As (r.a), möminlərin anası Aişə (r.a) - [
Uca Allah buyurur: В«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri möminlərin anasıdırВ» (В«əl-ƏhzabВ», 6)] - və Əbu Hüreyrə (r.a) rəvayət edirlər ki, Peyğəmbər (s.ə.s) bir nəfərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb dedi: В«Vay olsun cəhənnəmdə yanan dabanlara!В» (əl-Buxari, 60; Müslim, 565, 571, 572).

3-cü hədisdən çıxarılan nəticələr:
- Dəstəmaz alarkən yuyulması vacib olan əzaların tam isladılması;
- Dəstəmazı tam şəkildə almayanın əzaba düçar olması;
- Ayaqların yuyulmasının vacib olması.

4. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: В«Sizdən biriniz dəstəmaz aldıqda suyu burnuna alıb sonra onu burnundan kənar etsin, ayaqyolunda təharət etdikdə tək sayda təmizlənsin. Sizdən biriniz yuxudan oyandıqda dəstəmaz alacağı qaba əlini salmazdan əvvəl əllərini üç dəfə yusun, çünki o, əlinin nəyə toxunduğunu bilmirВ»
(əl-Buxari, 162; Müslim, 559, 560, 561).

4-cü hədisdən çıxarılan nəticələr:
- Dəstəmaz alınan zaman buruna su almağın vacib olması;
- Ayaqyolunda tək sayda təmizlənmənin müstəhəb olması;
- Yuxudan oyanana əllərini qaba salmazdan öncə (əllərini) üç dəfə yumasının müstəhəb olması;
- Yuxunun dəstəmazı pozan amil olması.

5. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: В«Sizdən biriniz daimi bir yerdə duran (durğun) suya sidik ifraz edib sonra həmin su ilə yuyunmasınВ»
(əl-Buxari, 239; Müslim, 654).


Əbu Hüreyrənin başqa bir rəvayətində deyilir ki, Peyğəmbər (s.ə.s) dedi: В«Sizdən biriniz cənabət (Cinsi əlaqədən və ya hər hansı yolla məni ifraz edilməsindən sonrakı hal.) halında olduqda daimi bir yerdə duran suda yuyunmasınВ» (Müslim, 656).

5-ci hədisdən çıxarılan nəticələr:
- Daimi bir yerdə olan suya sidik ifraz etməyin qadağan olması;
- Sidik ifraz olunmuş sudan dəstəmaz və qüsl üçün istifadənin qadağan olunması (Axar su isə müstəsnadır);
- Sidiyin suya ifraz edilməsinin ədəbsizlik olması.

6. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: В«İt, sizdən birinizin qabından (su və s.) içərsə, o qabı yeddi dəfə yuyun!В»


Müslimin əlavəsində: В«Birincisini torpaqla (Yeddi dəfədən birini torpaqla yumaq)В» (əl-Buxari, 172; Müslim, 648, 649).

7. Abdullah ibn Muğaffəl (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: В«İt, sizdən birinizin qabını yalayarsa, o qabı yeddi dəfə yuyun və səkkizincini torpaqlayın
(Yeddi dəfədən birində torpaqla suyu qarışdırmaqla yumaq)В»
(Müslim, 651).

6-cı və 7-ci hədislərdən çıxarılan nəticələr:
- İtin murdar sayılması;
- İtin yaladığı (və ya içdiyi) qabın yeddi dəfə yuyulmasının vacib olması;
- Qabın yuyulmasında torpağın istifadə edilməsinin vacib olması;
- İslam dininin bu cür əzəmətli şəriət qanunlarına və təmizliyə riayət etməsi;
- Ov iti, çoban iti (mal-qaranı qoryuan) və həyət-bacanı qoryuan itlərin müstəsna olması.

8. Osman ibn Əffanın mövlası Humran rəvayət edir ki, Osman (r.a) dəstəmaz almaq üçün su istədi. Ona gətirilən
sudan əllərinə töküb onu üç dəfə yudu. Sonra sağ əli ilə qabdan su götürüb ağzını yaxaladı və burnunu (burnuna su çəkib çıxarmaqla) təmizlədi, sonra üç dəfə üzünü, üç dəfə də qollarını dirsəklərə (Dirsəklər daxil olmaq şərtilə) qədər yudu, başına məsh çəkdi və üç dəfə də ayaqlarını topuqlara (Topuqlar daxil olmaq şərtilə) qədər yudu. Sonra dedi: В«Mən Peyğəmbərin (s.ə.s) bu cür dəstəmaz alıb: "Kim mənim dəstəmazım kimi dəstəmaz alıb nəfsini danışdırmayaraq (Namaza aid olmayan işlər və s) iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar" - dediyini eşitdimВ» (əl-Buxari, 159; Müslim, 537).

9. Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin (s.ə.s) dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəm­bərin (s.ə.s) dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu. Sonra sağ əli ilə qabdan su götürərək üç dəfə ağzını yaxaladı və burnunu (burnuna su alı çıxarmaqla) təmizlədi. Sonra üç dəfə üzünü, iki dəfə də qollarını dirsəklərə qədər yudu, sonra əllərini suya saldı və yaş əllərini başının önündən arxasına doğru və əksinə çəkərək bir dəfə məsh etdi və daha sonra ayaqlarını yudu. (əl-Buxari, 186; Müslim, 554).


Başqa bir rəvayətdə: В«Başının önündən qafasına doğru məsh etdi, sonra isə əllərini məshi başladığı yerə doğru qaytardıВ» (Müslim, 556).


Başqa bir rəvayətdə: В«Peyğəmbər (s.ə.s) bizim yanımıza gəldi və biz ona dəstəmaz almaq üçün misdən olan təurda (Tasa oxşar qab) su gətirdikВ» (əl-Buxari, 197).

8-ci və 9-cu hədislərdən çıxarılan nəticələr:
- Əllərin, dəstəmaz alınan suya salınmasından öncə üç dəfə yuyul­masının şəriət qanunundan olması;
- Dəstəmaz aldıqda sağ tərəfdən başlamağın müstəhəb olması;


- Ağız və burunun yaxalanması hökmünün vacibə yaxın olması;
- Üzü üç dəfə yumağın müstəhəb olması (Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır). Üzün həddi: saçların bitdiyi yerdən çənəyə qədər uzununa, qulaqdan o biri qulağa qədər isə eninə sayılır. Ağız və burunu üç dəfə yaxalamaq da bura daxildir;
- Əlləri dirsəklərə qədər (dirsəklər daxil olmaq şərtilə) üç dəfə yumağın müstəhəb olması (Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır);
- Bir dəfə başa məsh çəkməyin vacib olması;
- Ayaqları topuqlara qədər (topuqlar daxil olmaqla) üç dəfə yumağın müstəhəb olması (Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır);
- Əzaların yuyulmasını və məsh olunmasını tərtib ilə (ardıcıllıqla) etməyin vacib olması;


(Bu, Peyğəmbərin (s.ə.s) dəstəmazının kamil vəsfidir);


- Dəstəmaz aldıqdan sonra iki rükət namaz qılmağın müstəhəb olması;
- Namazın kamilliyi, qəlbin Allah ilə bağlı olmasından asılıdır ki, bu da insanı ixlaslı olmağa sövq edir. Şübhəsiz ki, namazda dünya işləri haqqında fikirləşmək namazın savabının azalmasına səbəbdir. Şeytan tərəfindən olunan vəsvəsələri tərk edən şəxs isə savaba nail olur;


Dəstəmazın kamil alınması kiçik günahların bağışlanmasına səbəbdir. Böyük günahlar isə yalnız tövbə ilə bağışlanır. Uca Allah buyurur:

В«Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.В» (В«ən-NisaВ» surəsi, 31).

Tövbənin şərtləri isə bunlardır:



  1. Tövbəni ixlas ilə Allah üçün etmək;
  2. Keçmiş günaha görə peşmançılıq hissi keçirtmək;
  3. Keçmiş günaha bir daha qayıtmamağı niyyət etmək;
  4. Keçmiş günahı bir daha təkrar etməmək;
  5. Tövbəni qəbul olunan vaxtda etmək.

    Tövbənin qəbul olunmayan vaxtı ikidir:

1. Ölüm anında, can (ruh) boğaza yetişdiyi zaman.


Uca Allah buyurur:В«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olun­maz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıqВ» (В«ən-NisaВ» surəsi, 18).

2. Qiyamət günü, günəş məğribdən çıxıb məşriqdə batdığı zaman. Uca Allah buyurur: В«Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De ki: "Gözləyin, doğrusu, biz də gözləyirik"В» (В«əl-ƏnamВ» surəsi, 158).

Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə deyilir ki, В«Peyğəmbər (s.ə.s) demişdir: "Günəş məğribdən çıxmayınca Qiyamət yetişməz. Günəş məğribdən çıxdığı zaman insanların hamısı iman gətirəcək, lakin heç bir şəxsə o gün gətirdiyi imanı fayda verməyəcək". Sonra Pey­ğəmbər (s.ə.s) bu ayəni oxuduВ» (В«Səhih əl-BuxariВ», 8/147, 4636-cı hədis, В«əl-ƏnamВ» surəsi 168-ci ayənin şərhi).

- Ağız və burunu üç dəfə su ilə yaxalamağın müstəhəb olması (Bu müstəhəbdir. Vacib isə bir dəfə yumaqdır);
- Əlləri dirsəklərə qədər (dirsəklər daxil olmaqla) iki dəfə yumağın caiz olması;
- Üzü yumaq üçün tək əl ilə (icmanın rəyinə görə isə həm də iki əl ilə) qabdan su götürməyin müstəhəb olması;
- Başı hərtərəfli məsh etməyin əfzəl olması.

10. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) geyindikdə, daran­dıqda, yuyunduqda və hər bir işində sağdan başlamağı xoşlayardıВ» (əl-Buxari, 426; Müslim 615).

10-cu hədisdən çıxarılan nəticələr:


- Təmiz (pak) sayılan işlərdə sağdan başlamağın (və ya sağ əli isti­fadə etməyin) əfzəl olması;
- Murdar işlər üçün sol əlin işlədilməsi;


- Şəriətin bu yolla insanları islah etməsi;
- Dəstəmaz aldıqda sağ tərəfdən başlamağın əfzəl olması.

11. Nüeym əl-Muğmir Əbu Hüreyrədən (r.a) rəvayət edir ki, В«Peyğəmbər (s.ə.s) dedi: "Qiyamət günü ümmətimin dəstəmaz suyu dəydiyi üzləri, əlləri və ayaqları nur saçacaq. Bacardığınız qədər artıq dəstəmaz alın (
Altından xətt çəkilmiş cümlə Əbu Hüreyrənin (r.a) əlavəsidir)В» (əl-Buxari, 136).


Başqa bir rəvayətdə isə Əbu Hüreyrə (r.a) dəstəmaz aldıqda qollarını çiyinlərinə qədər (Çiyinə yaxın), ayaqlarını da dizlərinə qədər (Dizə yaxın) yuyub deyir: В«Peyğəmbərin (s.ə.s): "Qiyamət günü ümmətimin dəstəmaz suyu dəydiyi üzləri, əlləri və ayaqları nur saçacaq. Bacardığınız qədər artıq dəstəmaz alın (Altından xətt çəkilmiş cümlə Əbu Hüreyrənin (r.a) əlavəsidir)В» " - dediyini eşitdimВ» (Müslim, 579).

12. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, sevimli Peyğəmbərimizin (s.ə.s): В«Möminin bər-bəzəyi dəstəmaz suyunun dəydiyi əzalarındadırВ» - dediyini eşitdim. (Müslim, 585).

11-ci və 12-ci hədislərdən çıxarılan nəticələr:


- Qolları dirsəkdən çox yuxarı, ayaqları da topuqdan çox yuxarıya qədər yumaq Əbu Hüreyrənin etdiyi əməldir (ictihaddır). Əbu Hənifənin, əş-Şafiinin, Əhmədin, İbn Həcərin, ən-Nəvəvinin və s. rəyinə görə bunu etmək caizdir. Lakin Malikin, ibn Teymiyyənin, ibnu-l-Qeyyimin, Abdurrahmən əs-Sədinin və s. rəyinə görə bu caiz deyildir.


Uca Allah qolları dirsəklərə qədər (dirsəklər də daxil olmaqla), ayaqları da topuqlara qədər (topuqlar da daxil olmaqla) yumağı əmr etmişdir. Peyğəmbər (s.ə.s) və onun səhabələri də davamlı olaraq belə etmişlər. Bu səbəbdən də ikinci rəy daha mötəbər sayılır.
- Əqidə və qeyb (Cənnət, Cəhənnəm, mələklər və s.) ilə bağlı məsələlərdən fərqli olaraq fiqhi məsələ­lərdə ictihad etməyin caiz olması;
- Qiyamət günü dəstəmaz suyunun dəydiyi əzaların nur saçması.

|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka