Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSCİD ƏDƏBLƏRİ

[ Müxtəlif / 4597 dəfə baxılıb ]   
|
 

Allah təalə məscidlərin şənini ucaldıb Özünə məxsus etmiş və onları abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirənlərə aid etmişdir: "Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan baçqa heç kəsdən qorxmayanlar abadlaşdırır. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar". (ət-Təubə, 18) Həmçinin orada ibadət etməyə mane olmağı zülm hesab etmiş və bunu edənlərə əzab və rüsvayçılıq vəd etmişdir:
"Allahın məscidlərində - orada Onun adının zikr olunmasına mane olan və onların xarab olmasına səy göstərən kəsdən daha zalım kim ola bilər? Əslində onların oraya [məscidlərə] qorxa-qorxa daxil olmaları gərək idi. Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə isə böyük bir əzab vardır". (əl-Bəqərə, 114)
Başqa ibadətgahlardan fərqli olaraq məscid - qadağan olunmuş yerlər istisna olmaqla - hər yerə şamil edilir.
Peyğəmbər (s.ə.s) demişdir:
"Mənə beş (xislət) verilmişdir ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməmişdir. "..... yer üzü mənim üçün pak və məsciddir. Belə ki, ümmətimdən hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır....." (əl-Buxari və Muslim)
Doğrudan da məscidlər İslam şüarlarını yaymaq üçün Allahın çox sevdiyi, imanın qorunduğu, tövhidin yayıldığı bir yerdir. Din bütövlükdə məscidlə bğlı olduğuna görə onun özünə məxsus ədəbləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:


 Məscidlərə yalnız Allahın razılığını qazanmaq üçün getmək
Peyğəmbər (s.ə.s) demişdir: "Hər kəs məscidə nə məqsədlə getsə, o da ona nəsib olar". (Əbu Davud; əl-Albani bu hədisi səhih saymışdır. "Səhihul-Cami" 5936)


Məscidə gedərkən dəstəmaz almaq
Peyğəmbər (s.ə.s) demişdir: "Evində düzgün şəkildə dəstəmaz alıb məscidə gələn şəxs Allahı ziyarət etmiş hesab olunur. Ziyarət olunanın üzərinə düşən haqq isə ziyarət edənə yaxşılıq etməkdir". (Ət-Təbərani; hədis səhihdir. "Səhihut-Tərğib" 322)


Bəzənmək
Uca Allah buyurur: "Ey Adəm oğulları! Hər bir məscidə gözəl geyimlərinizi geyin". (əl-Ə'raf, 31) İbn Kəsir təfsirində deyir: "Bu ayəyə və onun mənasına uyğun hədislərə əsasən demək olar ki, namaza gedərkən - xüsusən də cümə və bayram günlərində bəzənmək və ətirlənmək müstəhəbdir. Belə ki, bunlar gözəl geyimə aiddir. Misvakla təmizlənmək də zinətə aid edilir və tamamlayır. Ən əfzəl geyim isə ağ libasdır". İbn Abdul-Bər demişdir: "Elm əhli geyinməyə imkanı və qüdrəti çatan hər kəsin namaza gedərkən gözəl geyimlə, ətirlə və (dişlərini) misvakla təmizləməklə bəzənməyi bəyənilən əməl hesab edir". ("ət-Təmhid" 6/369) Abdullah ibn Ömər (r.a) Nafinin xəlvətə şəkilib bir paltarda namaz qıldığını görüb dedi: "Sənə bir cüt paltar verimmi?" O: "Bəli, ver!" deyə cavab verdikdə, ibn Ömər (r.a) dedi: "Məgər sən bazara bir paltar geyib gedirsən?" O: "Xeyr!" deyə cavab verdikdə, ibn Ömər (r.a) dedi: "Allah üçün bəzənmək daha vacibdir!?" (ət-Təhavi "Şərhu Məanil-Əsar" 1/377)
Qəribədir ki, bəzi müsəlmanlar məscidə yataq paltarında və ya şəffaf geyimdə yaxud ayıb yerlərini təcəssüm edən libasda gəlir, yığıncaq və qonaqlıqlarda dostlar qarşısına bu cür geyimdə çıxmağı isə ayıb sayırlar. Halbuki Allah üçün bəzənmək daha vacibdir. Xüsusən də cümə və başqa bu kimi əziz günlərdə. Odur ki, Peyğəmbər (s.ə.s) cümə namazına gələn hər kəsə gözəl geyinməyi buyurub demişdir: "Kim cümə günü gözəl tərzdə qüsl edib ən gözəl geyimini geysə, ..... növbəti cüməyədək günahları bağı.lanar". (Əbu Davud və ibn Macə) Budur, Peyğəmbər (s.ə.s) saçları dağınıq, paltarı da kirli olan bir kişi görüb dedi: "Məgər bu adam saçlarını düzəltməyə bir şey tapa bilmir? Olmaya, paltarını yumağa bir şey tapa bilmir?" (Əhməd; Əbu Davud; əl-Hakim; "Səhihul-Cami" 1333)


Ağızdan yaxud üst-başdan pis qoxu gəldikdə məscidə daxil olmamaq
 Peyğəmbər (s.ə.s) demişdir: "Kim soğan, (yaxud) sarımsaq, (yaxud da) kəvər yesə, məscidimizə yaxınlaşmasın. Həqiqətən, Adəm övladının əziyyət şəkdiyi şeydən mələklər də əziyyət şəkir". (Muslim) Ömər (r.a) cümə günü xütbə verərkən camaata belə demişdir: "Ey insanlar! Siz iki ağacdan - soğan və sarımsaqdan yeyirsiniz. Mən isə onları xoşa gəlməyən bir şey sayıram. Peyğəmbər (s.ə.s) məsciddə ağzından soğan və ya sarımsaq qoxusu gələn adam gördükdə əmr edərdi onu bayıra çıxarsınlar, (səhabələr də) onu Bəqi' qəbiristanlığına tərəf aparardılar". (Muslim) Böyük alimlərdən Muhəmməd ibn Salih əl-Useymin (r) demişdir:
"Soğan və ya sarımsaq yemiş kimsənin ağzında pis qoxu qalıbsa, ona istər namaz qılmaq, istərsə başqa məqsədlə məscidə daxil olmaq haramdır. Çünki məsciddə mələklər vardır. Bu halda məscidə daxil olduqda isə mələklərlə əziyyət verir. Təəssüf ki, bəzi adamlar siqaret və ya qəlyan çəkir, ağzılarından yaxud üstlərindən pis qoxu gələ-gələ məscidə gəlirlər. Bu pis qoxu heç kəsin xoşuna gəlmir, hətta onların yanında dayanıb rahatlıqla namaz qılmaq belə mümkün deyil. Ağzılarından pis qoxu gələn bu adamlara məscidə daxil olmaq haramdır.


Məscidə asta-asta, təmkinlə getmək
Peyğəmbər (s.ə.s) demişdir: "İqaməni eşitdiyiniz zaman namaza asta-asta, təmkinlə gedin, tez-tez addımlamayın. Nəyə (namazın hansı rükətinə) çatsanız (yerdə qalanlarını imamla birlikdə) qılın, çatmadıqlarınızı isə tamamlayın". (əl-Buxari və Muslim)


Məsciddə barmaqları bir-birinə keçirməmək
 Peyğəmbər (s.ə.s) demişdir: "Kim dəstəmaz alıb məscidə gəlsə, qoy barmaqlarını bir-birinə keşirməsin. Çünki o, namazdadır". (İbn Macə, əl-Hakim və başqaları)


 Məscidə girərkən və çıxarkən dua etmək
 Məscidə sağ ayaqla daxil olmaq və bu duanı oxumaq: [Allahumməftəh li əbvabə rahmətikə] В«Allahım! Öz mərhəmət qapılarını üzümə aç!В» və oradan sol ayaqla şıxmaq və bu duanı oxumaq: [Allahummə inni əs'əlukə min fadlıkə] В«Allahım! Sənin lütfündən diləyirəmВ» müstəhəbdir. (Muslim)


Məsciddə camaatın başı üstən addamaq
 Peyğəmbər (s.ə.s) demişdir: "Cümə günü (məsciddə) camaatın başı üstən addama. Yoxsa Qiyamət günü Allah səni onlar üçün körpü edər". (İbn Əsakir; əl-Albani bu hədisi həsən saymışdır. "Səhihul-Cami" 3122)


Məscidə girəndə təhiyyə (salam) namazını qılmamış oturmamaq
 Peyğəmbər (s.ə.s) demişdir: "Sizlərdən biri məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın". (əl-Buxari və Muslim) Xütbə verilərkən belə bu namazı qılmaq olar. Namaz qılan şəxs qarşısına sütrə () qoymalıdır. Peyğəmbər (s.ə.s) demişdir: "Biriniz namaz qılmaq istəsə, qoy sütrəyə tərəf qılsın, ona yaxınlaşsın və heç kəsə qarşısından keçməyə imkan verməsin". (əl-Buxari və Muslim)


Məscidin təmiz olmasına təşəbbüs göstərmək
 Səmura ibn Cundəb (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) bizə yurdlarımızda məscidlər tikməyi və onları təmiz saxlamağı əmr etmişdir". (Əhməd və ət-Tirmizi. "Səhihut-Tərğib") başqa rəvayətdə: ".... təmiz saxlamağı və ətirləməyi əmr etdi". (Əhməd, Əbu Davud və ibn Macə) Peyğəmbər (s.ə.s) demişdir: "Məscidə tüpürmək günahdır. Kəffarəsi isə üstünü torpaqlamaqdır". (əl-Buxari və Muslim)


Məsciddə səsi qaldırmamaq
Peyğəmbər (s.ə.s) demişdir: "Sizi bazarlarda olduğu kimi (məsciddə) səs-küy salmaqdan çəkindirirəm". (Muslim) İbn Teymiyyə deyir ki, məsciddə səs-küy salmaq qadağandır, xüsusən də Peyğəmbərin (s.ə.s) məscidində.


Məsciddə alver etməmək
 Peyğəmbər (s.ə.s) demişdir: "Məsciddə alver edən görsəniz, deyin: "Allah sənin alverinə qazanc verməsin!". (ət-Tirmizi)


Məsciddə itmiş heyvanı axtarmamaq
 Peyğəmbər (s.ə.s) demişdir: "Kim məsciddə itmiş heyvanı axtaran bir kimsə görsə, qoy desin: "Allah onu sənə qaytarmasın! Axı məscidlər bundan ötrü tikilməyib". (Muslim)


Məscidlərdən yol kimi istifadə etməmək
 Peyğəmbər (s.ə.s) demişdir: "Məscidlərdən yol kimi deyil, yalnız zikr və namaz üçün istifadə edin". (ət-Təbərani; əl-Albani bu hədisi həsən saymışdır. "Silsilətul-Əhadisis-Səhihə" 1001 və "Səhihut-Tərğib" 295)


Azanı eşitdikdən sonra məsciddən çıxmamaq
Əbu Hureyra (r.a) bir nəfərin azanı eşitdikdən sonra məsciddən çıxdığını gördükdə dedi: "Bu, artıq Əbul-Qasimə (Peyğəmbərə (s.ə.s) asi oldu". (Muslim) Hədisi şərh edən ən-Nəvəvi deyir ki, bu hədis, azan eşidildikdən sonra fərz namazı qılınıb qurtaranadək, - üzürlü hal istisna olmaqla məsciddən çıxmaq bəyənilmir. (Şərh, 5/157-158)


Məsciddə dünyəvi söhbətlər üçün toplanmamaq
 Peyğəmbər (s.ə.s) demişdir: "Axır zamanda elə bir camaat olacaq ki, məscidlərdə dövrə vurub oturacaqlar, imamları da dünya olacaq (söhbətləri yalnız dünya barədə olacaq)". (İbn Macə və ət-Təbərani. əl-Albani bu hədisi həsən saymışdır. "Silsilətul-Əhadisis-Səhihə" 1163)


Yaxınlıqda yerləşən məscidlərdə namaz qılmağı tərk etməmək
Peyğəmbər (s.ə.s) demişdir: "Qoy kişi yaxınlıqda olan məsciddə namaz qılsın və başqa məscidlər axtarmasın". (ət-Təbərani; əl-Albani bu hədisi səhih saymışdır. "Silsilətul-Əhadisis-Səhihə" 2200) Böyük alim İbn Qeyyim (r) demişdir: "Peyğəmbər (s.ə.s) kişiyə yaxındakı məscidi qoyub başqa məscidlər axtarmağı qadağan etmişdir. Çünki bu, sonda həmin məscidin tərk olunmasına gətirib çıxarır və məscidin imamı tək qalır. Əgər imam namazı düzgün qılmırsa, yaxud bi'dət edirsə, yaxud da açıq-aşkar günah işlər görürsı, onda həmin məscidi tərk etmək olar". ("İ'ləmul-Muvəqqiin" 5/37-38)


Qəbirlərin üzərində məscidlər tikməmək, məscidlərin içərisinə qəbir salmamaq
Peyğəmbər (s.ə.s) vəfatından beş gün öncə demişdir: "Doğrudan da, sizdən əvvəlkilər peyğəmbərlərinin və əməlisalehlərinin qəbirlərini məscid etmişlər. Siz qəbirləri məscid etməyin. Həqiqətən, mən bunu sizə qadağan edirəm". (əl-Buxari və Muslim)


Məscidləri şəkillərlə bəzəmək
 Ummu Həbibə (r.a.) və Ummu Sələmə (r.a.) Həbəşistandakı kilsədə şəkillər olduğunu Peyğəmbərə (s.ə.s) bildirdikdə o dedi: "Onlar elə kimsələrdir ki, içərilərindən əməlisaleh bir kişi vəfat etdikdə, qəbrinin üstündə məscid tikər, içərisini də şəkillərlə bəzəyərdilər. Onlar Qiyamət günü Allah yanında məxluqatın pisi olacaqlar". (əl-Buxari və Muslim) Bu hədis dəlildir ki, ibadət yerlərini şəkillə bəzəmək dinlərini təhrif edən xaçpərəstlərdən qalmışdır. Allahdan diləyirik ki, bizi sevdiyi və razı qaldığı əmələ yönəltsin!

Azerislam.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka