Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DARVİNİZMİN ÇÖKÜŞÜ

[ Müxtəlif / 41 dəfə baxılıb ]   
|
 
Darvinizmin ideoloji çöküşü

Darvinizmi yalnız elm dünyasına aid bir iddia olmaqdan çıxarıb, bütün cəmiyyət üçün əhəmiyyətli hala gətirən cəhət nəzəriyyənin ideologiyasıdır. Bütün canlıların, o cümlədən insanın necə yaradıldığı sualına verməyə çalışdığı cavaba görə Darvinizm bəzi fəlsəfələrin, dünyagörüşlərinin və siyasi ideologiyaların əsasını təşkil edir. Burada Darvinizmin bu idologiyasının xüsusilə türk dövləti və milləti ilə əlaqədar olan iki yönünə toxunacağıq. Bunlardan biri Darvinizmlə materialist fəlsəfə arasındakı əlaqədir. Digəri isə Darvinizmlə irqçilik, ələlxüsus da türk düşmənçiliyi arasındakı çox az bilinən, lakin önəmli bağlantıdır. Əvvəlcə söhbətimizə birinci əlaqədən başlayaq. Materialist fəlsəfə, yaxud başqa cür ifadə etsək, "maddəçilik" tarixi Qədim Yunanıstana qədər uzanan bir düşüncə sistemidir. Materializm maddənin yeganə varlıq olduğuna əsaslanır. Materialist fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, sonsuza qədər də olacaqdır. Yenə bu fəlsəfəyə görə, maddədən başqa heç bir varlıq yoxdur. Təbii ki, materializmin bəzi siyasi yönləri də var. Bunların başında heç şübhəsiz ki, kommunizm gəlir. Əsas kommunizm ideoloqları hesab edilən Karl Marks və Fridrix Engels həm də dialektik materializmin baniləridir. Kommunizm isə materialist fəlsəfənin Marks və Engels tərəfindən sosial elmlərə tətbiq edilməsindən başqa bir şey deyil. Kommunizm bu gün tarixin dərinliklərində qalmış bir ideologiya kimi görsənir, halbuki həqiqətdə hələ də öz təsirini itirməyib. Darvinizm isə bu nöqtədə böyük önəm qazanır. Çünki Darvinizm, ya da təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüfən meydana gəldiklərini iddia etdiyi üçün materialist ideologiyalar tərəfindən qəbul edilmiş, xüsusilə kommunizmin "əsas dayağı" sayılmışdır. Kommunist ideologiyanın bütün öndə gedən fikir liderləri bu nəzəriyyəni olduğu kimi qəbul etmişlər və ideologiyalarını buna əsaslandırmışlar. Məsələn, Karl Marks 1860-cı ildə Fridrix Engelsə yazdığı bir məktubunda Darvinin kitabı haqda "bizim fikirlərimizin təbii tarixi əsasını təşkil edən kitab budur" ifadəsini işlətmişdir (Convay Zirkle, Evolution, Marxian Biologu and the Social Scene. 1959, səh. 86). Yenə Marks 1861-ci ildə Ferdinand Lassalleyə yazdığı məktubda "Darvinin əsəri ("Cinslərin mənşəyi") böyük bir əsərdir və tarixdəki sinif mübarizəsinin təbiət elmi yönündən əsasını təşkil etdiyi üçün mənə çox uyğun görsənir" demişdir (K.Marx, F.Engels, Seçmə yazışmalar, 1884-1869). Buna oxşar şəkildə Çin kommunizminin qurucusu Mao Tze Dun da "Çin sosializminin bünövrəsini Darvinə və təkamül nəzəriyyəsinə əsaslandırdığını" açıq şəkildə bildirmişdir (K.Mehnert, Deutsche Verlags -Anstalt, Kampf iıum Maos Erbe., 1977). Kommunizmə qarşı aparılacaq fikri mübarizənin dolayısı ilə mütləq materialist fəlsəfəni və təkamül nəzəriyyəsini hədəf seçməli olduğu aydındır. Digər tərəfdən, təkamül nəzəriyyəsinin bir cəmiyyətdə geniş qəbul edilməsinin materializmi və dolayısı ilə kommunizmi bəsləyəcəyi də bəllidir.




Darvinizm və Türk düşmənçiliyi
Başqa bir önəmli mövzu isə Darvinizmin yuxarıda qeyd etdiyimiz ikinci ideologiyasıdır: Türk düşmənçiliyi. Təkamül nəzəriyyəsi kommunist ideologiyasının fikri dayağı olduğu kimi, Türk düşmənçiliyinin də fikri əsasıdır. Çünki nəzəriyyə insanları "aşağı irqlər" və "mədəni irqlər" kimi iki yerə ayırıb, uca Türk Millətini də "aşağı irqlər"ə aid edib. Nəzəriyyə türklərin tam insan olmadıqlarını, meymunla insan arasındakı canlılar olduqlarını və "gerçək insan irqi olan avropalılar" tərəfindən zaman-zaman yox ediləcəklərini iddia edir. Nəzəriyyənin banisi Çarlz Darvin bu fikrini çox yerdə açıq şəkildə bəyan edib. Məsələn, V.Grazam adlı bir dostuna 1881-ci il iyul ayının 3-də yazdığı məktubunda (sonralar oğlu Franqcis Darvin tərəfindən yazılan "The Life and Letters of Charles Darwin" adlı kitabın 1-ci cildinin 286-cı səhifəsində göstərilən "Leter to W.Graham" hissəsində də bildirildiyi kimi) bu ifadələri işlətmişdir: "Avropa irqləri kimi tanınan mədəni irqlər həyat mübarizəsində TÜRK BARBARLIĞINA qalib gəlmişdir. Dünyanın heç də uzaq olmayan gələcəyinə nəzər salanda, BU CÜR AŞAĞI İRQLƏRİN əksəriyyətinin mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm". Darvinin Türk millətini hədəfə alan bu çirkin hərəkətləri bu gün neonasistlərin nəşrlərində itstifadə edilir və İnternet vasitəsilə on milyonlarla insana çatdırılır. Qərbin Sevrdən bu günə qədər dəyişməyən Əziz Türk Millətini kənarlaşdırmağa və əzməyə yönəlmiş axtarışlarının arxasında da bu irqçi və Türk düşməni olan fikirlər durur. Petr dozilərdən irqçi "daz"lara qədər bütün türk düşmənləri fikri dayaqlarını Darvinizmdən alırlar. Solingendə türklərin evlərinin dağıdılması, Bolqarıstanda Türklərə edilən zülmlər, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Türk xalqlarını illərlə əsarətdə saxlaması, Krım türklərini Sibirə sürgün etməsi, Özbək və Qırğız türklərinə təzyiq etməsi, ermənilərin Azərbaycandakı türklərə qarşı işğalçılıq siyasəti aparması, Kipr türklərinə olan haqsızlıqlar, Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi, Avropa dövlətlərinin türkləri öz aralarında görməmək üçün viza tətbiq etməsi, Avropa ölkələrinin və İtaliyanın Türkiyəyə qarşı olan düşmən siyasəti eyni irqçi anlayışın təzahürləridir. Bura qədər yazdıqlarımızdan da məlum olduğu kimi, Darvinizm Türk Dövlətinin və Millətinin qalıcılığını təhdid edən üç əsas fikri cərəyanın da guya elmi dayağıdır; kommunizm, bölücülük və Türk düşmənçiliyi təkamül nəzəriyyəsindən ilham alır. Bu mövzu çox əhəmiyyətlidir. Çünki yaradılışı rədd edərək, canlıların təsadüflər nəticəsində öz-özünə meydana gəldiklərini, dövr ötdükcə dialektik qaydalarla inkişaf etdiklərini iddia edən və Türk millətinə "aşağı irq" deyən bu düşüncə sisteminin yanlışlığı ortaya çıxarılmadığı təqdirdə, gənclərimizi yaxın gələcəkdə qaranlıq yönlərə aparacağı təhlükəsi olduğu məlumdur. Bu iddialara etibar edən və təkamül nəzəriyyəsinin elmi tərəfi olduğunu düşünən gəncdən ölkəsinə, millətinə, bayrağına, dövlətinə bağlı olması, gözəl əxlaq, ailə təsisatının müqəddəsliyi kimi dəyərləri uca tutması gözlənə bilməz. Bu gəncin türklük düşməni və kommunist olmaqdan başqa seçəcəyi heç nə yoxdur. Yaddan çıxarılmamalıdır ki, darvinist gənclər yetişdirmək dövlətimizin və millətimizin başına böyük bir bəla gətirmək, "oturduğumuz budağı kəsmək" deməkdir. Bu, darvinizmin ideologiyasıdır. Digər tərəfdən, bu nəzəriyyə təkcə elmi nəzərlərlə incələnəndə də yenə ümumiliklə rədd edilməsi lazım gələn köhnə bir iddia olduğu aydınlaşır. Çünki XX əsrdə elmi inkişafı nəzəriyyənin iddialarını çox açıq şəkildə mənasız hala salmışdır. Sonrakı yazılarda təkamül nəzəriyyəsinin bəhs etdiyimiz elmi süqutunun qısa şəkildə xülasəsini verəcəyik.





Darvinizmin elmi süqutu
Təkamül nəzəriyyəsi tarixi qədim Yunanıstana qədər uzanan bir təlim olmasına baxmayaraq, ancaq 19-cu əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm məsələ Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Cinslərin mənşəyi" adlı kitabı idi. Darvin bu kitabda müxtəlif canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldıqları gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdilər və zaman ötdükcə kiçik dəyişikliklərlə bir-birilərindən fərqlənmişdilər. Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi; özünün də qəbul etdiyi kimi, təkcə "məntiq ortaya atma" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə daha çox mühüm sual qarşısında çat verirdi. Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərin elmin inkişafı ilə birlikdə həll ediləcəyini, yəni elmi kəşflərin nəzəriyyəni gücləndirəcəyini zənn edirdi. Bunu kitabının çox yerində bildirmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə olaraq, nəzəriyyənin əsas iddialarını bir-bir sarsıdırdı.





Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:
1. Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2. Nəzəriyyənin ortaya atdığı "təkamül mexanizmləri"nin həqiqətdə təkamülləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.
3. Fəsil qeydləri təkamül nəzəriyyəsinin tam əksini ortaya çıxarır. İndi bu əsas başlıqları əsas yönləri ilə incələyək.





Aydın olmayan ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin təxminən 4 milyard il əvvəl dünyada ilk ortaya çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiklərini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirdiyi və əgər həqiqətən bu cür bir təkamül olubsa, niyə bunun izlərinin fəsil qeydlərində tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində durmaq lazımdır: bəhs edilən o "ilk hüceyrə" necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün "ilk hüceyrə"nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları daxilində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən əsas biologiya qanunlarına zidd iddiadır.





"Həyat həyatdan gəlir"
Darvin kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduqlarını qəbul edirdi. Orta əsrlərdən bəri inanılan və "Spontan Generasiya" adlanan nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirəcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat edə bilmək üçün də qəribə təcrübələr aparmışdılar. Kirli bir parçanın üstünə bir az buğda qoyulmuş və bir az da gözləniləndən sonra bu reaksiyadan siçanların meydana gələcəyi zənn edilmişdi. Ətlərin qurdlaması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki, daha sonra bilinəcəkdi ki, ətlərin üstündəki qurdlar öz-özünə ortaya çıxmırlar, milçəklərin gətirib qoyduqları gözlə görsənməyən larvalardan çıxırlar. Darvinin "Cinslərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında qəbul edilirdi. Halbuki, Darvinin kitabının nəşr edilməsindən beş il sonra, məşhur fransız bioloq Luis Paster təkamülün əsası olan bu inancı qəti olaraq rədd etdi. Paster apardığı çalışmalar və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə etmişdi: "Cansız maddələrin həyat əmələ gətirdikləri iddiası daha qəti olaraq tarixə basdırılmışdır." (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origins of Life, New York: Marcel Dekkn, 1977, səh. 2). Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü daha da aydın oldu.





20-ci əsrdəki nəticəsiz səylər
XX əsrdə həyatın mənşəyi mövzusunu ələ alan ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir" (Alexander I Oprain, Origin of Life, (1936) New York: Dover Publications, 1953 (Repprint), səh. 196). Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək, proteinlərin tərkibində olan bir neçə üzvi (orqanik) molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qaldığı və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olduğu gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, cild 63, noyabr 1982, səh. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7). Həyatın mənşəyi məsələsini açıqlamaq üçün 20-ci əsrdə aparılan bütün təkamülçü səylər həmişə nəticəsiz qaldı. San Dieqo Sqripps İnstitutundan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün 20-ci əsri arxada qoyarkən, hələ 20-ci əsrə daxil olanda sahib olduğumuz ən böyük həllini tapmamış problemlərlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).





Həyatın kompleks quruluşu
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq qurulşa malik olmasıdır. Canlı hüceyrəsi insan oğlunun düzəltdiyi texniki məhsullardan daha da mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq, canlı hüceyrə əldə etmək mümkün deyil. Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin nüvəsində genetik məlumatları ehtiva edən DNT molekulu inanılması çətin də olsa, sanki bir məlumat bankıdır. Əgər insan DNT-nin saxladığı məlumatları kağıza köçürə bilsə, hər biri 500 səhifədən ibarət 950 cildlik bir kitabxana olacağı hesablanır. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10.950-də (950-ni dipnot kimi yaz) 1-dir. Ancaq riyaziyyatda 10.50-də 1-dən aşağı olanlar "imkansız" sayılır. Şübhəsiz, əgər həyatın təsadüflərlə ortaya çıxmasının imkansız olduğu təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə "yaradıldığını" qəbul etmək lazımdır. Bu həqiqət ən əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır. Cardiff Universitetindən Tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Vixramasinc həyatın yaradılmadığına on illər boyu inandırılmış bir elm adamı kimi elmi kəşflər nəticəsində qarşılaşdığı bu həqiqəti belə ifədə etmişdir: "Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı bir yaradılış qavramı ilə uyğunlaşamıyacağına dair çox güclü bir beyin təmizlənməsinə məruz qaldım. Bu qavrama şiddətlə əks münasibət olmalı idi... Amma indi Tanrıya inanmağı əsas götürən açıqlama qarşısında ortaya atlıcaq heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşdik və indi dilə gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirirk, təsadüfi qarışıqlıqlar deyil" (Chandra Wickramasinghe, Interviewin London Daily Express, 14 avqust 1981).





Təkamülün xəyal mexanizmləri
Darvinin nəzəriyyəsini puç edən başqa ikinci böyük nöqtə nəzəriyyənin "təkamül mexanizmləri" kimi ortaya atdığı iki anlayışın da həqiqətdə heç bir təkamülləşdirici gücə malik olmadığının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iidasını tamamilə "təbii seleksiya" mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görsənirdi: "Cinslərin mənşəyi təbbi seleksiya yolu ilə..." Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində güclü və təbii şərtlərə uyğun olan canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətli və güclülərdən meydana gəlməlidir. Ancaq əlbətə, bu mexanizm marallları təkamülləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz. Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkamülləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və "Cinslərin mənşəyi" kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz" demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).





Lamarkın təsiri
Yaxşı, bu "faydalı dəyişikliklər" necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən nəsildən-nəslə boyları uzanıb. Darvin də buna oxşar misallar gətirmiş, məsələn "Cinslərin mənşəyi" kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir muddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184). Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə qətiləşən qalıtım qanunları, qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq dağıtdı. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.





Neodarvinizm və mutasiyalar
Darvinistlər isə bu vəziyyətə bir çözüm tapa bilmək üçün 1930-cu illərin axırlarında "Müasir sintetik nəzəriyyə"ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyanın yanına "faydalı dəyişikliklrin səbəbi" kimi mutasiyaları,yəni canlıların genlərinə radiasiya tək xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi. Bu gün hələ də dünyada təkamül adına qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozuntuqlara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər. Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genekoloq B.G.Ranganathan bunu belə açıqlayır: "Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə onu dağıdar" (B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truch Trust, 1988). Bu günə qədər heç bir xeyirli mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsiinn "təkamül mexanizmi" kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, şikəst edən bir genetik hadisədir (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, zərərverici bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç nə edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi" olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali mərhələ də ola bilməz.





Fəsil qeydləri: ara formalardan əsər yoxdur
Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmış olmadığının ən açıq sübutu isə fəsil qeydləridir. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmişi və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək, mərhələ-mərhələ inkişaf etmişdir. Bu vəziyyətdə, iddia edilən uzun dəyişiklik müddətində saysız "ara cinslər"in meydana gəlmiş və yaşamış olduqlarını qəbul etmək lazımdır. Məsələn, keçmişdə balıq xüsusiyyətləri özündə olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalıdır. Ya da sürünənlərin xüsusiyyətlərini gəzdirərkən, bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalıdır. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalıdırlar. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara "ara keçid forması" adını verirlər. Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu qəribə canlıların qalıqlarına mütləq fəsil qeydlərində rast gəlinməlidir. Darvin "Cinslərin mənşəyi"ndə bunu belə açıqlamışdır: "Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının sübutları da təkcə fəsil qalıqları arasında tapıla bilər. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)".





Darvinin puç olan ümidləri
Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd bir tərəfində fəsil tədqiqatları aparılmasına baxmayaraq, bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılan qazıntılarda və aşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, nöqsansız və qüsursuz ortaya çıxdıqlarını göstərmişdir. Tanınmış ingilis paleontoloq (fəsil elmi) Derek V. Ager təkamülçü olmasına rəğmən, bu gerçəyi belə etiraf edir: "Problemimiz budur: fəsil qeydlərini təfərrüatı ilə araşdıranda, istər cinslər, istər siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən yox, birdən Yer Kürəsində meydana gələn qruplar görürük. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133")". Yəni fəsil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkilləri ilə anidən oratya çıxırlar. Bu, Darvinin düşüncülərinin tam əksidir, canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özündən təkamülləşdiyinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı o cinsin yaradılmasıdır. Bu həqiqət, məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir: "Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında ediləcək yeganə iki açıqlamadır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamülləşərək, meydana gəlməlidirlər. Amma, əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar. (Douglas J.Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197)". Fəsillər də canlıların yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni cinslərin mənşəyi Darvinin zənninin əksinə olaraq, təkamül deyil, yaradılışdır.





Materialist inanc
Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fəsillər olmasını nəzəriyyənin vacib saydığı ara formaların yaşamadıqlarını göstərir. Belə də əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir fikir tək kənara atılması lazımdır. Tarix boyu təkamül modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar nəzəriyyənin tənqidini "elmə hücum" kimi qələmə verməyə çalışırlar. Görəsən nəyə görə?... Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq doqmatik bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edərlər. Harvard Universitetindən məşhur genekoloq və tanınmış təkamülçü olan Riçard Levontin "əvvəlcə materialist, sonra elm adamı" olduğunu belə etiraf edir: "Bizim materializmə bir etiqadımız var, "a priori" (əvvəlcədən qəbul edilmiş, doğru sayılan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin yöntəmləri və qaydaları deyil. Əksinə, materializmə olan "a priori" bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsulları və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də İlahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28). Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər "İlahi bir açıqlamanın səhnəyə girməməsi" üçün bu qənaəti müdafiə etməyə davam edirlər. Canıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncəylə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: "Bütün canlılar üstün bir güc, məlumat və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan yaradan, canlıları da yaradıb şəkilləndirən Allahdır". "Sən ucasan, bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!" ("Bəqərə", 2/32).

Harun YƏHYA

Çevirən: Elşad MİRİ

Allahin salamı və xeyir-duası üzərinizə olsun!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka