Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NƏSIHƏT VƏ ƏHƏMIYYƏTI

[ Müxtəlif / 4712 dəfə baxılıb ]   
|
 
Ey müsəlmanlar! Dünya həyatının bəzəyi və zinəti, parlaqlığı, oyun və əyləncəsi oyanıq və abid möminin Allaha gedən yolda sağlam addımlarla və qərarlıqlarla gəzməsində əsla əngəl ola bilməz. Dünya əhlinin bütün cəhdləri, dünyadakı evlərini və qazanclarını qoruyacaq hər yola xüsusilə sarılmaqdırsa, Allahın qullarından qğıl və bəsirət sahiblərinin yolu da ian məqamlarını və təqva dərəcələrini, tövhidin səmimiyyətini və sünnətin saflığını, saleh əməlləri və sözləri qoruyaacaq ünsurlara ən böyük diqqət göstərməkdir. Bu səbəblə onlar, bu sevdikləri nemətləri və dəyərli fikirləri qorumada oyanıq davranırlar.
İman və tövhid nemətindən sonra Allahın onlara bağışladığı ən böyük nemətlərdən biri də, Allah əzzə və cəllənin onlar üçün hazırladığı, onlara nəsihət edən səmimi din qardaşlarıdır. Onlara Allahı xatırladaraq ən sağlam və ən təsirli yaxşılığı edərlər, ən böyük xeyiri bağışlarlar. Hikmətli bir şəklildə onlara, gizli qüsrlarını göstərirlər. Xəstəlik sahələrini, fəlakət gətirəbiləcək yerləri və həlaka yol açan ünsurları görmələrini təmin edir. Beləcə onlar, müvəffəqiyyətdən ən böyük payı əldə edərlər. Bax bu nöqtədə, sələf alimlərindən birinin bu nəsihətinin anlamı anlalşılır. «Bil ki: sənə nəsihət edən səni sevmişdir, iki üzlü davranaraq səni idarə edən isə səni aldadmışdır.» və yenə bu nöqtədə; bu sözdə göstərilən doğruluq və səmimiyyətin, Allah üçün, Rəsulu üçün və möminləri üçün nəsihət önəmi anlaşılır.
Allahın qulları!.. Nəsihəti və xatırladmağı qəbul etmək gözəl bir xüsusiyyətdir. Nəsihət edilənin keçmişinin və təbiətinin təmizliyini göstərir. Nəsihət edilən, kəskin fikiri və doğru düşüncəsi ilə əksikliyin qaçınılmaz və mükəmməlliyin çox çətin olduğunu, qüsurlarının insanları əhatə etdiyini və onların ayrıılmaz bir parçası olduğunu, əksikliklərin və əyriliklərin ancaq Allahın lütfü və rəhməti ilə, sonra da o səmimi insanarın nəsihətləri ilə aparılacağını kəsin olaraq bilir.
«Nəsihət» kəliməsinin ifadə etdiyi izahıbiri bu anlayışın doğruluğunu və bu həqiqətin dəyərini necə anlamaz? Nəsihət kəliməsinin ifadə etdiyi anlam haqıqnda elm əhli belə deyir : «Nəsihət edilən payını qorumaq» yəni yaxın ya da uzaq hər növ xeyirdən payını qorumaqdır. Nəsihət kəliməsinin əsli saflıqdır. «Nasahtul asələ» «Balı süzdüm» anlamındadır. «Nasahtus səvbə» «Paltarı yamadım və qüsurunu örtdüm» mənasına gəlir. Qulaqları nəsihət dinləməyə qapalı olanın həlaka sürükləyən kibr və haqqı rədd etmə, batilə yapışma və insanları kiçik görmə şəklində ortaya çıxan özünü bəyənmə çuxurunda aşağıya doğru yuvarlandığını və beləcə sonunun – Allah qorusun – Allah əzzə və cəllənin haqqında «Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» (əl Bəqərə surəsi, 206) buyurduğu kimsəninki kimi olmasından qorxulduğunu bilən biri bu anlayışın doğruluğunu və bu həqiqətin dəyərini necə anlaya bilməz?
Yenə səhər axşam Rəbbinin Kitabını oxuyan biri bu anlayışın doğruluğunu və bu həqiqətin dəyərini necə anlaya bilməz? Allah Sübhənəhu bizlərə keçmişdə əzaba düçar olan ümmətlərin hekayələrini anladarkən, Allahın əzabının enməsinə yol açan faktorun kibirlənmə, Allaha qarşı gəlmə və Allahın elçilərinin nəsihətlərini rədd etmə olduğunu açıq bir şəkildə bildirir. Saleh əleyhissəlamın qövmü Səmu dhaqqında bildirilən xəbərlərdə olduğu kimi... Saleh əleyhissəlamın nəsihətini dinləməzlər, xatırlamasına qarşı qulaqlarını tıxayarlar. Allah Sübhanahu onlar haqqında belə buyurur : «Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!" - dedilər. Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).» (əl Əraf surəsi, 77-79)
Allahın qulları! Nəsihət mövzusunun ucalığı və dəyərinin yüksəkliyi səbəbilə Rəsulallah (s.ə.s), ona İslam üzrə beyət edən səhabələrə nəsihəti şart qoyardı. Buxari rəhiməhullah Səhihində, Ziyad b. Alakadan bunu rəvayət edir: «Muğirə b. Şubə vəfat etdiyi gün Cərir b. Abdullahın ayağa qalxıb Allaha həmd və səna etdikdən sonra belə dediyini eşitdim: «Tək olan və ortağı olmayan Allahdan qorxun. Sizə bir əmir (idarə edici) gələnə qədər sakit olun. O indi sizə gələcəkdir.» Sonra belə dedi: «Əmiriniz üçün Allahdan bağışlanma diləyin, çünki o bağışlanmaq istərdi.» Sonra belə dedi: «Bundan sonra... Mən, Peyğəmbər (s.ə.s)-in yanına gələrək «İslam üzrə sənə beyət edirəm» dedim. Mənə hər müsəlmana nəsihəti şərt etdi və bununla Ona beyət etdim. Bu məscidin Rəbbinə adn olsun ki, mən sizə nəsihət edirəm.» Sonra Allahdan bağışlanma dilədi və aşağıya endi. Allah ondan razı olsun və onu da razı etsin!
Ey qardaşlar!.. Elə isə Peyğəmbər (s.ə.s)-in bildirildiyi kimi dinin nəsihət olmasından çaşılacaq bir durum yoxdur. Muslim rəhiməhullahın Səhihində, Təmim əd-Dari (r.a) kanalı ilə rəvayət etdiyi hədisdə Rəsulallah (s.ə.s) üç kəs «Din nəsihətdir!» Deyirlər ki : «Kim üçün ey Allahın Rəsulu?» «Allah əzzə və cəllə üçün, Kitabı üçün, Rəsulu üçün, müsəlmanların imamı (idarəçiləri) və əsası üçün» buyurur.
Allah üçün nəsihət; rəbbliyində, ilahlığında, isimlərində və sifətlərində Onu birləmkədir. Gizli və aşkar olaraq Ona boyun əymək, onun haqqını başqalarının haqqlarından üstün görməkdir. Razı olduğu şeyləri edərək, sevgisini qazanmağı istəməkdir. Ona üsyanı tərk edərək və üsyankarları Ona döndürməyə çalışaraq, Onun qəzəbindən qorxmaqdır.
Allahın Kitabı üçün nəsihət; Onu öyrənmək, öyrətmək və içərisindəki hökmlərləəməl etməkdir. Oxuyaraq hərflərini tələffüz etmək və yazıya çevirərək yazmaqdır. Mənasını anlamaq və həddlərini qorumaqdır. Anlamını ibtal edənlərin təhrifatına qarşı onu qorumaqdır.
Allahın Rəsulu üçün nəsihət; Onu sevmək, Ona itaət etmək va Ona kömək etməkdir. Öyrənərək, öyrədərək və yaşayaraq sünnətini diriltməkdir. Sözlərində və davranışlarında Ona tabe olmaqdır. Dinində bidət ortaya çıxarmamaq və həddini aşmaqdan çəkinməkdir.
Müsləmanların imamlarına (idarəçilərinə) nəsihət, yükləndikləri vəzifədə onlara kömək etməkdir. Qəflət anında onlara xəbərdarlıq etmək və əksikliklərini tamamlamaqdır. Onların ətrafşnda toplanmaq və onlardan uzaqlaşan qəlbləri təkrar onlara döndürməkdir. Müctəhid imamlar da müsəlmanların imamlarındandır. Onlar üçün nəsihət, elmlərini yaymaq, haqqlarında hüsni zənndə olmaqdır.
Müsəlmanların əsası üçün nəsihət isə, onlara şəfqət göstərməkdir. Onlara fayda gətirəcək şeylər etməyə çalışmaq, onlara yararlı bilgilər vermək və hər növ əziyyəti onlardan uzaq tutmaqdır. Özü üçün sevdiyini onlar üçün sevmək, özü üçün istəmədiyini onlar üçün də istəməməkdir. Bütün bunları; Hafiz ibn Həcər rəhiməhullah və digər hədis alimləri, bu ucahədisin anlamını və işarət etdiyi nöqtələri açıqlarkən zikredir.
Allahdan qorxun ey Allahın qulları!.. Nəsihətdən payınızı alın və xatırlamalara qarşı diqqətli davranın ki, qazanan və qurtuluşa çatanlardan olun.
Qovulmuş şeytandan, Allaha sığınıram: «Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver! O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!» (əz-Zümər surəsi, 17-18)
Ey Allahın qulları!.. Sələf alimlərinin, bayramın anlamı və dəlaləti haqqındakı açıqlamaları və sözləri çoxdur. Bu mövzuda onlardan nəql edilən sözlərdən biri də budur : «Allaha üsyan etmədiyin hər gün bayramdır.» Bununla o günü, sevinc və xçşbəxtlik yönündən bayrama bənzədirlər. Deyilsə, ədəbiyyatda bilinən anlamı ilə bayram qəsdedilməkdədir.
Ey Allahın qulları!.. İnsanın Allaha ğsyan etmədiyi gün həqiqətən bayramdır. Bu səbəblə Allaha üsyandan hər an qaçının ki, bütün günləriniz bayram olsun və bu sözləri söyləyən kimi olun:
«Bayramın qalıcıdır, insanların bayramı gedici»
«Çünki qəlbim ləzzətlərdən uzaqdır!»
«Və mənim ayrılmaz yoldaşlarım var: »
Ey Allahın qulları!.. Allahdan qorxun! Aləmlərə rəhmət olaraq göndərilən son peyğəmbər və təkva sahiblərinin imamına salat və salam edin. Qurani Kərimdə bu sizlərə əmr edilmişdir. Allah Təala belə buyurur : «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (əl-Əhzab surəsi, 56)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka