Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GECİKMİŞ ETİRAFLAR

[ Müxtəlif / 92 dəfə baxılıb ]   
|
 

Rəhmli və mərhəmətli Allahın adı ilə!

Allaha həmd və səna, seçilmiş Peyğəmbərə, ailəsinə, mömin və şərəfli əshabələrinə salavat və salam olsun! (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Bunlar kütlənin yaxşı tanıdığı, uzun-uzadı gurultulu alqışlarla qarşıladığı, adları və şəkilləri ərəb və dünya qəzet və jurnallarının geniş səhifələrindən əskik olmayan bəzi məşhur adamların vaxtı ötmüş etiraflarıdır. Bunlar həmçinin başqa filosof, ədib, mütəfəkkir, iş adamlarına da məxsus etiraflardır ki, onları hazırki və gələcək nəsillərin qarşısına qoyub Allahın izni ilə onlardan ibrət və öyüd alacaqlarına ümid edirəm. Mən bu etiraflara bəzi qısa şərhlər də vermişəm. Böyük qüdrət və cəlal sahibi Mövlamızdan bunu və başqa işlərimi qəbul etməyini rica edirəm. Allah uğurlar bəxş edəndir!
Müəllif: 5 səfər, 1411 h.

İTHAF



  • Gözlərini işıq parıltılarının qamaşdırdığı, ehtirasların aldatdığı, boş vədlərin yoldan azdırdığı kəslərə,

  • Nəyin bahasına olursa-olsun şöhrət axtarışına çıxan, yalançı şöhrət və sərvət zirvəsinə qalxmağa çalışan, səadətə qovuşmaq məqsədinə çatıb xoşbəxt olmaq istəyənlərə,

  • Qərbə uyub onun verdiyi pozğunluq, bədbəxtlik və üfunətə sahib olanlara,

  • Qadın azadlığı iddiası ilə çıxış edib özləri aldanaraq başqalarında da şəkk və şübhə doğuranlara,

  • Oxumaq, işləmək və daha çox diplomlara nail olmaq bəhanəsilə evlənməyi rədd edən hər bir qızaВ»

  • Bunlara və başqalarına həsr olunur bu etiraflar! Arzum budur ki, bunlardan ibrət alsınlar, nümunə götürsünlər! Uğur Allahın əlindədir!

Qərb mədəniyyəti, İslam və Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) haqqında etiraflar.

Qərb mədəniyyətinə, istəsən, deyə bilərsən, В«qərb pəyəsinəВ» uymuşlar nə qədər də çoxdular! Bəli, içərisi insan surətində olan danışan heyvanlarla dolu böyık bir pəyə! Allah-təalanın buyurduğu kimi: В«Onlar heyvan kimidirlər. Bəlkə ondan daha çox yol azmışlarВ»(əl-Furqan,44). Bu adamlar müəyyən bir maddi tərəqqiyə nail ola bilmişdir. Lakin millətlər öz əxlaqı, ədəb-ərkanı ilə tanınır, maddi tərəqqi və sənayesilə yox. Qədim bir ərəb şairi demişdir: В«Əxlaqlı millətlər qalmadı, Hamısı məhv olub getdilər. Qalansa onların əxlaqı olduВ». Allaha and olsun, çox doğru deyilibdir. Budur, yüksək mədəniyyətə malik olduqlarını iddia edirlər, lakin əxlaqdan məhrumdurlar, dəyərləri yoxdur. Lakin onlar ölüm ayağındadırlar, çapalayırlar, sönüb gedirlər. Bunu onların filosofları, mütəfəkkirləri və alimləri deyirlər. Onların dediklərindən bəziləri: Bu əsrin tanınmış alimlərindən biri olan Aleks Karel yazır: В«Müasir (qərb) mədəniyyəti (bu gün) çox ağır vəziyyətdədir. Çünki o, bizə uyğun gəlmir, həqiqi xarakterimizi bilmədən yaradılmışdır. Bu mədəniyyət elmi kəşflər romantikasının, insanların ehtiras, istək,arzu və illüziyalarının məhsuludur. O, bizim səylərimizlə yaradılsa da, nə məzmunumuza, nə də formamıza uyğun gəlirВ». Prezident Vilson (ABŞ-tərc) ölümündən bir neçə həftə qabaq demişdir: В«Bizim mədəniyyətimiz mənəvi dəyərlərini özünə qaytarmasa, yalnız maddi əsaslarla qala bilməzВ». Nəhayət, müasir ingilis filosofu Bertrand Rasselin dediklərini göstərək: В«Ağ adamın hökmran olduğu dövr başa çatdıВ». Bəli,o dövr başa çatdı, gələcək Allahın iznilə bu dinə məxsusdurВ» Gələcək В« İslamındır. Sizi Qərbin bir sıra filosof və mütəfəkkirlərinin bu etirafları ilə təkbətək qoyuram ki, müasir mədəniyyətləri barədə hər şeyi açıq danışsınlar:

Bizim qərb mədəniyyətimiz ölüm ayağındadır

Bu etiraf Cenevrə Şərq tədqiqatları mərkəzinin direktoru, professor Simon Jorjeyə məxsusdur: В«Mən bizim maddi qərb mədəniyyətimizin çatmış olduğu səviyyə üçün qorxu və təlaş içində yaşayanlardan biriyəm. Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik. Mən bizim qərb mədəniyyətimizin öz qədim və ənənəvi anlamında indi ölüm ayağında olmasını düşünənlərdən biriyəm. Biz indi bir növ keçid dalğasındayıq, amma bunun nə ilə nəticələnəcəyini bilmirik. Biz çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz o, öləcəkdir, o ölür! Ondan yeni bir mədəniyyətin meydana gəlməsi labüddür. Əgər səbəb barədə soruşulsa, bunun çoxlu səbəbi vardır. Bunlardan biri odur ki, qərb söykəndiyi, əsaslandığı mənəvi, mədəni və dini dayaqlarını itirir, onun əsaslandığı bir şey qalmayıbdır. Xristian dini öz əsaslarından məhrum olmuşdur, mənəvi dəyərlərə bağlılıq sona yetmişdir, insanları tərk etmişdir. Qərb bir növ vakuum içərisindədir, bütün gənc nəsillərin əziyyət çəkdiyi hərtərəfli yol azmaq hər yeri bürümüşdür. Buna ən böyük dəlil universitetlərimizdə bizim В«Dinlər tarixiВ» adlandırdığımız fənnə qərb gəncləri arasında böyük marağın mövcudluğudur. Biz indi qaranlıq bir tuneldəyik. Bizə yol göstərəcək nurun intizarındayıq.Burda onun sözü bitir. Çübhəsiz ki, onlara haqqın yolunu göstərəcək, onları zülmətdən işığa çıxaracaq nur İslamdır. Allah-təala buyurur: В«Lakin biz onu bəndələrimizdən istədiyimizə haqq yolu göstərmək üçün bir nur etdikВ» (əş-Şura,52). Lakin bu nə vaxt olacaqdır. Yalnız Allah bunu bilir!

Biz qəlbimiz və ruhumuzla sizinləyik

Bu AFR-dan olan şirkət direktoru, В«ManВ» şirkətinin idarə heyətinin üzvü doktor Haynze Selencerin Səydiyyə Ərəbistanı iş adamları qarşısında etmiş olduğu açıq və aşkar etirafdır. В«Mən sizi yalnız В«ManВ» şirkəti adından deyil, Ərəb və ərəbliyə məhəbbət, sədaqət və hörmət hissi bəsləyən, xalqınıza dost olan alman xalqı adından salamlayıram. Siz uzaq bir ölkədən, parlaq günəş işığı ölkəsindən, bilik və qədim mədəniyyət öcağından, Allahın Quranı nazil etməklə şərəfləndirdiyi bir ölkədən gəlmişsiniz. Sizin müqəddəs ölkəniz ilahi səmavi dinlərin beşiyidir. Bura Allahın şəriətilə idarə edilir. Biz almanlar sizə dərin hörmət və ehtiram hissi ilə baxırıq. Mən hamının qarşısında elan edirəm ki, biz almanlar qəlbimiz, ağlımız və ruhumuzla sizinləyik. Pozğunluq və fitnə-fəsad dindən üz döndərdiyimiz gündən bizim sümüklərimizə belə işləmişdir. Budur, Avropa əxlaq uçurumuna yuvarlanır. Siz Səudiyyə Ərəbistanı krallığında mənim və mənim kimiləriin çoxunun fikrincə şərəfə, dinə və Rəbbə aparan yolun dərkinə qayıdışda bütün dünyanın ümidisiniz. Mən qorxmuram, bunu ucadan deyirəm: Biz qəlbimiz, ağlımız və ruhumuzla sizinləyik! Nə təhdiddən, nə də hədə-qorxudan çəkinirik! Siz yaxşı bilirsiniz ki, biz sizə qarşı durduğumuz vaxt iradəmizi sizə qarşı yönəldən, bizim qüvvəmiz xaricində duran bir qüvvə var idi. Lakin hökumətlət hökumətləri hərəkətə gətirir. Ərəblərin və müsəlmanların dostu Alman xalqı bu təzyiq və iddiaların təsiri altına düşmədən, qəlbində sizə məhəbbət və hörmət hissi daşıyır. Biz böyük hörmət və ehtiramla sizin bütün sahələrdə mübarizənizi dərin heyranlıqla iki şərafətli Həramın xidmətçisinin rəhbərliyi altında hökumətinizin yeritdiyi müdrik siyasəti izləyirik. Biz inanırıq ki, dünyaya ruhi rəhbərlik iki şərafətli Həramın yerləşdiyi Səudiyyə Ərəbistanı torpağından başlayır.Mən sizin ilahi Quranınızı böyük diqqət və heyranlıqla oxuyuram, sizə olan simpatiyamı hiss edirəm. Mən burada, şirkətdə tutduğum rəsmi mövqedən, (sizin aramızda olmağınızdan) məmnunlüq duyuram.Hiss edirəm ki, Allah bizimlədir.Allah sizi bizə yalnız maddi mənfəət almağımız üçün göndərməmişdir, tam səmimiyyətlə sizdən əxlaq və din baxımından da faydalanmağı arzulayıramВ».

Mən xristian idim

Bunlar əvvəllər xristian olub dərin düşüncələrdən və bir neçə il davam edən bir şəxsin etiraflarıdır: В«Təqribən iyirmi il xristianlığa mənsub bir adam kimi yaşadım. Lakin bu həyatda tutduğum həqiqi mövqeyimi aydınlaşdırdıqda, keçdiyim həyat yoluna nəzər saldıqda İslamı qəbul etdim, tam rahatlıq hiss etdim, sözlə ifadə edə bilmədiyim bir həddə sakitlik tapmış oldum.Həqiqi sonluğa çatdım, istədiyim və həmişə arzusunda olduğum bir zirvəyə yüksəldim. Elə bil yolumun lap başlanğıcında məqsədim və qayəm İslam olmuşdur. Bütün bunlar İslamı qəbul etdikdən sonra bir neçə dəqiqə ərzində baş verdi. İtirdiyim miqdarını dərk edə bilmədim, ömrümün zülmət və dərin yuxu içində puç olduğunu başa düşdüm. Sübh açıldı, illüziyadan ayrılıb həqiqətə qovuşdum, nəfsimdə olan hər şeyin dəyişməyə, saflaşmağa və aydınlaşmağa başladığını hiss etdim. Bu doğrudan da çox əcaib bir vəziyyət idi. Onu sözlə ifadə etmək olmur. Bu elə bir sınaq idi ki, onu yalnız onun şirinliyini dadanlar, həmin anlarda ani fikirlərilə buna qədərki anlardakı fikirləri arasında böyük həqiqi fərqi hiss edənlər başa düşə bilərdi. Əgər desəm ki, şüursuz idim, birdən ağıla gəldim, şüurlu adam oldum, yaxud desəm ki, mən qaranlıq zülmət içində kor idim, birdən gözlərimə işıq gəldi, ətrafımda hər şeyi olduğu kimi gördüm, yaxud da ki, həyatımda keçən hər şey bir illüziya idi, yuxu idi, mən ayıldımВ» Bütün bunları deməklə mən vəziyyəti tam doğruluğu və həqiqiliyilə vəsf və ifadə etmiş olaram. Mən öz insanlığımı, varlığımı hiss etmiş oldum, özümə nəzər yetirdim»«. Daha sonra yazır: В«Doğrusu İslamı qəbul etməyim barədə bu son qərarımın nəfsimdə, şüurumda bir neçə dəqiqə ərzində belə dəyişikliklər doğura biləcəyini gözləmirdim. Başımda dolanan qorxu və həyəcan hissi yox oldu. Məndə hər cür ehtimallara qarşı durmaq üçün kifayət edən şücaət hissi meydana gəldi. Bütün yer qüvvələri gözüm qabağında puç oldu. Mən əmin idim ki, gördüyüm hər bir savab iş kainatın əzəmətli Xaliqinin məndən istədiyidir. Bundan sonra hansı qüvvə məni qorxuda bilərdiВ». Bu sözlər uzun axtarışlardan sonra İslama qovuşan professor Vasif ər-Ra,uyə məxsusdur. Biz bu sözləri bütün xristianlara və başqalarına ünvalayırıq, onları ehtiras, təəssüb və kor-koranə təqliddən uzaq olub həqiqəti axtarmağa çağırırıq. Allah-təala buyurur: В«Kim İslamdan başqa bir din seçsə, bu istək qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən biri olacaqdırВ» (Ali-İmran,85). Allah-təala buyurur: В«Ey kitab əhli! Siz göz görə-görə nə üçün Allahın ayələrini inkar edirsiniz»« (Ali-İmran,70). Sübhanəhu В«təala buyurur: В«Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmdə yerləşdirdiyi sözü və Onun ruhudur. Allaha və peyğəmbərlərinə iman gətirin, Onun barəsində üçlük deməyin, ona son qoyun, bu sizə xeyirdir. Allah pak bir tanrıdır. Sübhanəhu O, övlada malik olmaqdan uzaqdır, göylərdə və yerdə olan hər şey Ona məxsusdur, Allahın hər şeyə vəkil olması kifayətdir!В» (ən-Nisa,171). Haqqı bilmək istəyənlər üçün bu məzmunda ayələr çoxdur, Allah haqq və düzgünlük yoluna yönəldəndir!

Millətimin nümayəndələri Məhəmmədin dinini qəbul edirlər

 
Bunlar tanınmış İrland yazıçısı Corc Bernard Şounun etiraflarıdır. Onun dedikləri dünyəvilər bunu istəsələr də, istəməsələr də az qala bizim dövrümüzdə həyata keçməkdədir, ya da ki, İnşallah gələcəkdə baş verəcəkdir. Bernard Şou yazır: В«Mən həmişə Məhəmmədin dininə, onun həyatiliyinə görə böyük hörmət hissilə yanaşmışam. Mənə elə gəlir ki, o hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir. Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən İslamı ən tutqun boyalarla təsvir etmişlərВ». O daha sonra yazır: В«Mən Məhəmmədi dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o, Məsih İsayla düşmənçilikdən uzaqdır. Biz onu mütləq В«Bəşəriyyətin xilaskarıВ» adlandırmalıyıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda ən çox ehtiyacı olduğu sülh və səadət bərqərar etməklə onun bütün problemlərini uğurla həll edər. Mənim millətimin nümayəndələri olan avropalılar Məhəmmədin dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın İslama keçidi başlanmışdır. İyirmi birinci əsr başa çatmamış Avrop a öz problemlərinin həlli üçün İslamdan kömək diləməyə başlayacaqdırВ». Bernard Şou belə bir uzaqgörənliklə çıxış etdi. Görünür ki, bu uzaqgörənlik gerçəkləşməyə başlamışdır. Amerikanın В«Nyu- York taymsВ» qəzeti yazır ki, İslam diqqəti cəlb edəcək dərəcədə yüksək sürətlə yayılmaqdadırВ» Qəzet əlavə edib yazır ki, Nyu-York, Los- Anjelos, Çikaqo və Deytrot şəhərəlri İslam dininin böyük mərkəzləri olmuşdur. В«TaymВ» jurnalı В«Amerikalılar gündə beş dəfə Məkkəyə üz tuturlarВ» adlı tədqiqat dərc etmişdir. Bu yazıda deyilir: В«Amerikada müsəlmanların səsi eşidilməkdədir, onlar keçmişdə olduğundan daha artıq öz sözlərini deyə bilirlər. Bu da sionist lobbisinin yüksək mövqeyə malik olduğu, iyirmi ildən artıq bir müddətdən bəri amerikalıların İslama geridə qalmış ibtidai dinlərdən biri kimi baxdıqları bir vaxtda baş verir. Lakin, ağlardan və qaralardan olan çoxsaylı mühacirlər İslamı qəbul etdikdən sonra amerikalıların İslam və müsəlmanlara baxışı da dəyişdiВ». Allah-təala necə də doğru buyurur: В«Müşriklərin xoşuna gəlməsə də İslamın bütün başqa dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu göstərən (Quranla) və haqq din ilə göndərən Odur!В» (əs-Səff,9).

Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) haqqında etiraflar

 
On doqquzuncu əsrin tanınmış filosofarından olan Kar Layl yazır: В«Dinləməyə və qəbul edilməyə ən layiq sözlər Məhəmmədin (s.s) sözləridir. Çünki, yalnız onun dedikləri həqiqəti əks etdirirlərВ». Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir: В«Bəşəriyyət Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kimi bir adamın ona mənsubiyyəti ilə fəxr edir. Belə ki, öz savadsızlığına baxmayaraq bir neçə on yüz illik qabaq elə bir şəriətlə gəlmişdir ki, biz avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək çox xoşbəxt olarıqВ». Biz bu deyimləri müsəlman olduqlarını iddia edib, lakin Allahın nazil etmədiyi və insanın icad etdiyi qanunlarla hökmlər verənlərə ünvanlayırıq. Allah-təala məhz onlar barədə buyurur: В«(Ya Məhəmməd!) Sənə nazil edilən Quranla və səndən əvvəl nazil edilənlərə (Tövrata və İncilə) iman gətirdiklərini iddia edənləri görmürsənmiВ» Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara Şeytana inanmaları əmr olunmuşdu. Şeytansa onları haqq yolundan azdırmaq istəyir. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! В« deyildiyi zaman, münafiqlərin səndən bütünlüklə üz döndərdiklərini görərsənВ» (ən-nisa, 60-61). В«Qadın azadlığıВ» deyilən şey, onun nəticəsi, hər iki cinsin bərabərliyi və qarışması barədə etiraflar: В«Çağırışımın təhlükəsini başa düşdüm. Allah şükür olsun ki, bunun qarşısını aldıВ». Bu etiraf Misirdə В«qadın azadlığıВ» ideyası ilə çıxış edən Qasım Əminə məxsusdur. Bunun mahiyyəti qadını Allaha qul olmaqdan xilas edib şeytana, nəfsə və pis işlərə qul olmağa çevirmək idi. Mərhum İbn əl-Qiyəm demişdir: Yarandıqları bəndəlikdən onlar qaçdılar. Amma nəfsə və şeytana qul oldularВ». Qasım Əmin öz çağırışını elan etdikdən və xalq içində yaydıqdan sonra öz fikirlərindən əl çəkib çağırışlarından imtina edərək demişdir: В«Bu ana qədər mən Misirliləri qadın azadlığı məsələsində avropalılardan nümunə götürməyə çağırırdım. Mən bu mənada mübaliğəyə yol verib hətta arada olan bu pərdəni götürməyə, qadınların bütün işlərdə, ziyafətlərdə və banketlərdə özləri ilə birlikdə iştirakını təmin etməyə çağırmışam. Lakin, mən yalnız iinsanların əxlaqında edilən təcrübələrə əsaslanıb bu çağırışın təhlükəsini dərk etdim.Mən Qahirədə və İsgəndəriyyədə çoxlu qadının hərəkətlərini izlədim ki, insanların onlara münasibətini öyrənim. Bu qadınlara münasibət necə ola bilər ki, onlar bayıra çılpaq çıxırlar! Mən kişilərin əxlaqının necə pozulduğuna şahid oldum. Təəssüflə Allaha dua etdim ki, mənim çağırışlarım puç olsun və camaat mənə qarşı çıxsın. Elə bir qadın və ya qız olmurdu ki, abırsız dillər ona sataşmasın. Sonra elə bir kişi dəstəsi görmədim ki, yoldan keçən qadına həm dillə, həm də əllə sataşmasınlar və i.a.В» Bütün bunları müəllif vəfatından iki əvvəl demişdi və bu etirafını В«ət-TahirВ» qəzetində 1906-cı ildə nəşr etdirmişdir. Qadın azadlığı barədə iddialarla çıxış edənlər bu gün nə deyirlərВ» Bu məsələ barədə danışılan hekayələr çox maraqlıdır. Deyirlər ki, İslam Tarixçisi Rəfiq əl-Əzm Qasım Əminə işində məğlubiyyətə uğradığını əməldə sübut etmək məqsədilə bir dəfə onun evinin qapısını döyür. Xidmətçi onu görəndə tezcə Qasım Əminə xəbər verir. Qonağı o özü qarşılşayır. Rəfiq əl-Əzm ona deyir: -Bu dəfə sizin yoldaşınızın ziyarətinə gəlmişəm. Gəlmişəm ki, onunla bir sıra ictimai problemləri müzakirə edim. Qasım Əmin onun tələbini rədd etdikdə Rəfiq əl-Əzm təəccüb içində soruşur: - Necə olur başqalarını görməyə çağırdığın bir işi öz arvadına yasaq edirsənВ» Deməli sən milləti özünə rəva bilmədiyin bir işə çağırırsanВ» Qasım Əmin deyir: - Həyat yoladaşım tərbiyəsini (deməli adətlərini də) valideynlərindən almışdır. O mənim çağırışlarımı xoşlamır. Rəfiq əl-Əzm gülə-gülə deyir: - Hamımız beləyik! Yaxşısı budur! Qadının işkişafı heç də onun kişilərlə görüşməsi demək deyildir. Mən sənə sübut etmək istədim ki, sənin çağırışlarını nəinki camaat, hətta öz ailən belə rədd edir. Biz bu gün qadın azadlığı iddiasında olanlara mərhum Rəfiq əl-Əzmin dediklərini deyirik: Məgər siz öz qadınlarınıza və qızlarınıza dünya qadınlarını əməl etməyə çağırdığınız bədəni və üzü açıqlığı, açıq-saçıqlığı, kişilərlə bir yerdə olmağı rəva bilərsinizmiВ»! Düzünü deyin, əgər düz adamsınızsaВ»

Qarışmağa mane olun, qızların azadlığını məhdudlaşdırın

Bu etiraf ABŞ jurnalisti, dünyanın müxtəlif ölkələrini

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka