Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DÜNYƏVI ZÖVQLƏRIN BITDIYI AN: ÖLÜM

[ Müxtəlif / 3975 dəfə baxılıb ]   
|
 
Dünya həyatına ehtirasla bağlanan bütün insanların çox bildikləri, amma daimi olaraq qaçmağa çalışdıqları vacib bir gerçək var: Ölüm hər insanın bır gün mütləq üzləşəcəyi bir hadisədir. Və ölüm bütün yaşamını dünya həyatı üzərində qurmuş bir insanın bu dünyaya verdiyi bütün əməyi bir anda silib yox edəcək, tamamən mənasız hala gətirəcəkdir. On illər boyu xərclənən əziyyət, yığılan mallar, insanlar arasında qururlanan bütün dəyərlər, ölüm ilə birlikdə bütün gücünü itirəcəkdir. İnsan dünyanın ən zəngin, ən məşhur, ya da ən tanınmış insanı olsa da belə bir anda bütün maddi dəyərlərini itirəcəkdir. Bədəni qısa zamanda yanına yaxınlaşmayacaq qədər pis hal alacaq, ardından da çürüyüb yox olmaq üçün torpağın altında buraxılacaqdır. Axirətə inanmayan bir insan üçün dünya həyatı üçün on illər boyunca verilən bütün mücadələ, sadəcə bu son üçündür. Həyatı ehtirasla yaşamağa çalışmaq, bütün zövqləri dadıb qurtarmaq, insanın qarşılaşacağı sondan başqa heç bir şeyi dəyişdirməyəcəkdir. Ölüm bütün bu zövqləri kəskinliklə yox edəcəkdir.
Və ölüm, inkar edən insanlar üçün ehtirasla bağlanılan hər dəyərin sona çatdığı, bunun yerinə çox böyük peşmançılığın və çətin bir yaşamın başladığı bir an olacaqdır. Allah, bu kimsələrin sonsuzadək sürəcək bu acıdan əvvəl, ölüm anlarında da böyük bir əzab yaşayacaqlarını Quranda bildirməkdədir:
"Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?" (Məhəmməd surəsi, 27 )
"... Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də [bu zaman] əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız." - deyəndə görəydin!" ( Ənam surəsi, 93)
Xeyr can boğaza [körpücük sümüklərinə] gəlib yetişəcəyi, [Ailə üzvlərin tərəfindən] : "[Onu bu bəladan] kim xilas edə bilər?"-deyiləcəyi, [Can üstündə olan kimsə] ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və [ölüm qorxusundan] qıçı-qıçına dolaşacağı zaman, Aparılacağın yer Rəbbinin hüzuru olacaqdır. [ey insan!] Beləliklə, o [kafir Əbu Cəhl] nə [Quranı] təsdiq etdi, nə də namaz qıldı. Amma [Allahın kəlamını] yalan saydı, [imandan da] üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına vay! (Qiyamət surəsi, 26-35)
Görüldüyü kimi, ölüm qəti bir gerçəkdir və inkar edənlər üçün Allahın diləməsindən başqa sonsuz bir əzabın kəsin başlanğıcıdır. Ancaq bəzi insanlar yaşamaları dövründə ölümü mümkün olduğunca az xatırlamağa, az zikr etməyə və hətta unudmağa çalışırlar. Ta ki, ölüm onlara da gələnə qədər...
Bütün ömürlərini dünya həyatından bir az da artıq yararlana bilmənin ehtirası ilə yaşayıb xərcləyən insanlar, ölüm ilə qarşılaşdıqlarında, həyatları boyunca vicdanlarında davamlı olaraq basdırmağa, düşünməməyə çalışdıqları ölümün nə qədər haqiqət olduğunu anlarlar. O dəqiqə Allaha sığınıb bir qurtuluş yolu tapmağa çalışarlar. Ancaq Allah Quranda Rəbbinin əmri gəlib mələklər səf-səf (məhşərdə) duracağı və Cəhənnəmin (məhşər meydanında) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O : "Kaş ki, mən əvvəlcədə (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!"- deyəcəkdir. "(Fəcr Surəsi, 22-24) "
ayətlərilə buyurduğu kimi, artıq bu peşmanlığın insana bir faydası olmaz. Çünki Allah insana doğru yolu və üzərindəki rəhmətini görməsi üçün "bir ömür vaxtı" qədər vaxt vermişdir. Allah Quranda, ömürlərini qəflət içində xərcləyən insanların peşmanlığını belə bildirməkdədir:
"Onlar orada fəryad edib deyəcəklər: "Pərvərdigara! Bizi burdan çıxart ki, saleh əməllər edək.O əməlləri yox ki, [dünyada edirdik]. [Onlara belə deyəcəyik]:Məgər siz ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizə [siz kafirləri Allahın əzabı ilə] qorxudan peyğəmbər də gəlmişdi. Dadın [cəhənnəm əzabını]. Zalimlərin imdadına çatan olmaz!" (Fatir surəsi, 57)
Allah onlara verilən bu vaxtı əleyhlərində istifadə edib ölüm ilə qarşılaşdıqları zaman tövbə etməyə qərar verən insanların bu tələblərini qəbul etməyəcəyini bildirməkdədir. Bu səbəblə hər insan Allahın xatırlatdığı bu həqiqəti vaxtı varikən düşünməli və bu gerı dönüşü olmayan ani yaşamadan əvvəl Allaha təslim olmalıdır. Tək niyyət, dünya həyatının zövqlərindən istifadə etməkdirsə, hər nə qədər istənməsə, hər nə qədər düşünülməməyə çalışılsa da, bunlar bir gün mütləq bitəcəkdir. Allahın bir insan üçün bildirdiyi vaxtı sona çatdığında , insanın ehtiraslı olduğu, arxasınca qaçdığı bütün zövqlər,torpağın altında çürümüş bədəni üçün bütün mənasını və dəyərini itirmiş olacaqdır. Bu düşüncəyə malik olan insanların bu açıq həqiqəti görüb anlamaları lazımdır. İnkar, insanlara dünya həyatında xöşbəxtsizlik, ölüm anında peşmanlıq, axırəttə isə əzabdan başqa bir şey qazandırmamaqdadır. İman isə, insanlara dünya həyatının zövqlərini ən yüksək dərəcədə dada biləcəkləri bir ruh dərinliyi, axirət həyatında isə sonsuza dək zövqlərin ən çoxunu qazandırmaqdadır.
İnsanın bu ikisi arasındakı açıq fərqi görməsi və inkarın qaranlığından qurtulmaq üçün imanın nuruna təslim olması lazımdır. Bu kitabda inkar edənlərin qəlblərində yaşadıqları boşluluğu və xoşbəxtsizliyi, xərcləyib qurtardıqları zövqləri, özlərinin də davamlı olaraq həyatlarının mənasızlığını mövzu etməkdə məqsəd, insanların həqiqəti görməklərinə və Allaha təslim olmalarında vəsilə olmağa çalışmaqdır. Ölüm anında yaşanacaq bu peşmanlıqdan əvvəl bütün insanlar Allahın rəhmətinə təslim olmuş və İslam əxlaqının gözəlliyini yaşamış olurlar. Amma Allah əksinə inkar edənlərin peşmanlıq səbəbiylə axirətdə "neçə dəfələrlə Müsəlman olmuş olmağı diyəcəklərini" bildirmişdir ki, axirədə artıq bir daha istəklərini gerçəkləşdirə biləcəkləri bir imkanları olmayacaqdır.
"Kafirlər [qiyamət günü] yəqin ki, müsəlman olmalarını istərdilər! [Ya Məhəmməd!] Qoy kafirlər hələ [istədikləri kimi] yeyib-içsinlər, [dünyadan] ləzzət alsınlar. Arzuları, ümidləri başlarını qatsın. [Düçar olacaqları müsibəti] sonra biləcəklər!" (Hicr surəsi, 2-3)


Bu anda harda olursunuz olun, bir an içində oturub bir ətrafınıza baxın; evinizin içində, otağınızda, iş yerinizdəki masanızda ya da həyətdə hər hansı bir yerdə ola bilərsiniz. Sadəcə qısa bir an üçün gözlərinizi çevirib gəzdirin... Ətrafınızdakı gözəlliklərin hamısını, heç birini qaçırmadan, səmimi olaraq görməyə çalışın. Sahib olduğunuz nemətləri, əlinizdəki gözəl imkanları sürətlə bir ağlınızdan keçirin. Sizdən daha çətin şərtlər altında olan, sizin sahib olduqlarınızdan məhrum olan insanları düşünün. Sadəcə qısa bir an içərisində belə fikrinizdən daha çox gözəlliyi görüb, seviniləcək detalları tuta bildiyinizi hiss edəcəksiniz.
İnsanın sadəcə heç bir sıxıntı çəkmədən nəfəs ala bilməsi, ürəyinin istədiyi bir yeməyi istədiyi kimi dadını hiss edə-edə yeyə bilməsi, özünü yorğun hiss etdiyində istədiyi kimi uzanıb rahatlıqla yata bilməsi çox böyük nemətlərdir. Və daha bunlar kimi çox neməti heç düşünmədən istədiyi kimi istifadə etməyə sahib olması çox böyük bir gözəllikdir. Neçə-neçə insanların müxtəlif səbəblərdən sahib olmadıqları nemətləri də ola bilər. Məsələn bir insanın sağlıq problemi səbəbiylə yaşaya bilmədiyi zövq ola bilər. Amma bu sahib olduğu nemətlərdən sadəcə biridir. Sonsuz rəhmət sahibi Rəbbimiz, onun yaşaya bilmədiyi bir zövqün yerinə başqa bir zövqu yaşamasına izin verir.
Əgər bir insan bütün bunları ilk dəfə hiss edirsə və bunlardan xoşbəxt ola bilər, ruhunda dərin bir həzz duya bilirsə, bilməlidir ki, dünya həyatı bunlar kimi saysız gözəlliklə doludur. Bəlkə bu ana qədər cahiliyyə əxlaqının gətirdiyi qara ruh halıyla ətrafındakı bu gözəllikləri heç düşünməmiş, bunların əslində özü üçün nə qədər əhəmiyyətli, nə qədər böyük nemətlər olduğunu görməmiş ola bilər. Bütün bunlar insanlar üçün, insanların rahatı, xöşbəxtliyi üçün yaradanın Allah olduğunu görüb, Ona səmimiyyətlə şükr etməsinin vacibliyini anlamaya bilər. İllərcə qafil bir ömür sürmüş də olsa, bu həqiqəti səmimiyyətlə qəbul edirsə, artıq keçmişdəki bu nöqteyi nəzərin heç bir əhəmiyyəti yoxdur. Əsas olan bundan sonrakı yaşamında onu yaradan, hər an qoruyan, həyatının davam etməsini sağlayan, gecə gündüz yaşadığı hər an ona saysız nemətini bəxş edərək, sevgisini, rəhmətini əsirgəməyən Rəbbimizə sevgiylə, səmimiyyətlə bağlanması, Allaha itən təslim olub, Onun verdiyi bütün bu nemətlərə qarşı Onun razılığını qazanacaq şəkildə bir ömür sürməyə qərar verməsidir.
Bilməlidir ki, bu qərarı almasıyla birlikdə, yaşadığı dünya bütün dəyişəcək, bəlkə də daha əvvəl əslində heç belə gözəl bir həyat yaşamamış olduğunu hiss edəcəkdir. Dünyada ikən çox sıxıntı səbəbiylə cəhənnəmə oxşar həyat yaşadığı halda, dünya şərtlərində, bir növ cənnət həyatı yaşamağa başlayacaq. Yediyi yeməkdən içdiyi suya qədər hər bir nemət fərqli bir məna qazanacaq, ətrafında seviniləcək, zövq alınacaq, xöşbəxt olacaq nə qədər çox gözəllik olduğunu, gözəl əxlaqın həzzini ilk dəfə yaşayacaqdır. Və hamsından əhəmiyyətlisi Allahı dost etmənin, Onun sevgisini, yaxınlığını və razılığını ummanın dərin həyəcanını hiss edəcəkdir.
Dünyada yaşanacaq bu gözəl həyat Allahı iman edənlərə olan vədidir və Allah vədindən dönməyəndir. "Allah öz vədinə xilaf çıxmaz. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməzlər." (Rum Surəsi, 6) Dünya həyatında keçiriləcək bu gözəl həyatın ardından isə, Allah, dünyada ikən qarşılaşdıqları bütün imtahanlara səbr edən, Allaha olan bağlılıqlarında qərarlılıq göstərən qulları üçün sonsuz cənnət həyatının gözəllikləri olduğunu müjdələməkdədir. Allah dünyada və axirətdə insanlara nəfislərinin xoşlarına gedəcək ən gözəl həyatı verməkdədir. Bu səbəblə hər insanın bu həqiqəti görərək ağıllı bir dəyərləndirmə yoluna getməsi lazımdır.
Bütün zövqlərin qurtarıb yox edildiyi, xöşbəxtsizlik, dərd və sıxıntıların hakim olduğu bir neçə on illik bir həyat və ardından əzabdan başqa bir şeyin olmadığı cəhənnəm həyatı mı? Yoxsa Allahın dostluğunun, yaxınlığının və sevgisinin qazandığı, xöşbəxt və inam ilə dolu, hər anın zövqə döndüyü və ardından da sonsuzadək sürəcək zövqlərin əsla tükənib yox olmayacağı cənnət həyatı mı?
Əlbəttə ki, ağlını və vicdanını istifadə edən hər insan üçün təl yol Allaha təslim olmaq və Onn razılığına uyğun bir ömür sürməkdir. Ümid edilir ki, bu kitabçada başa salınanlar, insanların bu həqiqəti görüb Rəbbimizin rəhmətinə çatmalarına vəsilə olur.
"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə İslama gəlin. Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir." (Bəqərə surəsi, 208)




Axirəttə itirilən nemətlər


Allah inkar edənləri sonsuza qədər dindirməyəcək və onlara nəzər salmayacaqdır

... Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz və onları [günahlarından] pak etməz [təmizə çıxarmaz]. Onları şiddətli bir əzab gözləyir. (Al-i İmran Surəsi, 77)
Allah buyurar: "Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!" (Mü'minun Surəsi, 108)

Sonsuza qədər nə ölə biləcək, nə də yaşaya biləcəklər

... O bədbəxt ki ən böyük oda [cəhənnəm oduna] girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır ! (Əl-Əla Surəsi, 12-13)
... Ona hər tərəfdən [bədəninin hər yerindən] ölüm gələr, lakin ölməz [ki birdəfəlik canı qurtarsın]. (İbrahim Surəsi, 17)

Dünya həyatında sonsuza qədər yaşamağı istərkən, orada yox olmağı istəyəcəklər

Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman [dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib] ölüm diləyərlər. (Furqan Surəsi, 13)

Ümidlərini itirmişlər
.
... Onlar orada əllərini hər şeydən üzmüş qalacaqlar. (Zuxruf Surəsi, 75)
Qiyamət qopacağı gün günahkarlar mat-məəttəl qalacaqlar. (Rum Surəsi, 12)

Rahat, güvənli bir yer əvəzinə, çəkişilən bir yerdə yaşayacaqlar

... cəhənnəm əhlinin bir-biriylə bu cür çəkişməsi, çənə-boğaz olması – bir həqiqətdir. (Sad Surəsi, 64)
Onlar orada [öz bütləri və rəisləri ilə] çənə boğaz olub deyərlər: "Allaha and olsun ki, biz [haqq yoldan] açıq-aydın azmışdıq."Orada birbirleriyle çekişip tartışarak derler ki: "Andolsun Allah'a, biz gerçekten apaçık bir sapıklık içindeymişiz," (Şuara Surəsi 96-97)
[Allah buyuracaqdır :] "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə [dünyada peyğəmbər vasitəsilə] bu zabı bildirmişdim." (Kaf Surəsi, 28)

Sonsuza qədər xoşbəxtçilikdən uzaq, bədbəxt qalacaqlar

... Ora ancaq azğın kafir daxil olar. (Leyl Surəsi, 15)

Sonsuza qədər yaxın dostları olmayacaq, tək dostları atəş olacaq

İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var! (Şuara Surəsi, 100-101)
... Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar. (Əraf Surəsi, 36)

Sonsuza qədər zalım insanlarla birlikdə yaşayacaqlar

Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: "Ey Rəbbizim ! bizi zalımlarla bir etmə!"-deyərlər." (Əraf Surəsi, 47)

Sevincli xəbər qadağan olunmuşdur.

Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara [Cənnətlə] heç bir müjdə olmaz. Mələklər onlara: "Sizə şad xəbər [eşitmək] haramdır!" -deyərlər. (Furqan Surəsi, 22)

Hörmət, sevgi görməyəcək, alçaldılıb rüsvay olunacaqlar

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. (Tur Surəsi, 13)
Onlar [qiyamət günü] Cəhənnəmə üzü üstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir. (Furqan Surəsi, 34)
"Ey Rəbbimiz ! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! " (Al-i İmran Surəsi, 192)

Nur istəyəcək, amma tapa bilməyəcəklər

O gün münafiq kişi və qadınlar iman gətirənlərə "[Bizi bir qədər] gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!" - deyəcəklər. [Onlara istehza ilə] belə cavab veriləcəkdir: "Geriyə dönüb işıq axtarın!" Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. (Hədid Surəsi, 13)

Onlar üçün yurdun ən pisi var

Elə bir gün ki, zalımlara üzrhaqlıqları bir fayda verməyəcəkdir. O gün onları lənət və axirət yurdunun pis əzabı gözləyir. (Mümin Surəsi, 52)

Yataqları və örtükləri cəhənnəm olacaqdır

...Onlar üçün Cəhənnəmdən [cəhənnəm odundan] döşək və üstlərinə örtmək üçün [atəşdən] yorğan vardır. Biz zalimləri belə cəzalandırırıq. (Ə'raf Surəsi, 41)

Qaranlıq yerdə yaşayacaqlar

Qapqara duman kölgəsində olacaqlar! O kölgə [başqa kölgələrdən fərqli olaraq] nə sərin, nə də xoşagələndir. (Vaqiə Surəsi, 43-44)

Dar və sıxıntılı yerdə qalacaqlar

Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman [dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib] ölüm diləyərlər. (Furqan Surəsi, 13)

Gözləri kor olaraq həşrediləcəkdir

Surun [ikinci dəfə] çalınacağı və günahkarları [qorxudan, yaxud susuzluqdan] gözləri gömgöy göyərmiş [və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış] halda məşhərə gətirəcəyimiz gün. Biz suçlu-günahkarları o gün, (yüzleri kara, gözleri) gömgök (kaskatı ve kör) olarak' toplayacağız. (Ta ha Surəsi, 102)

Sonsuza qədər sərinlik və fərəhlik hissetməyəcəklər

Onlar orada nə bir sərinlk görəcək, nə də içməyə bir şey tapacaqlar. Qaynar sudan və irindən başqa. (Nəbə Surəsi, 24-25)
Qapqara duman kölgəsində olacaqlar! O kölgə [başqa kölgələrdən fərqli olaraq] nə sərin, nə də xoşagələndir. (Vaqiə Surəsi, 43-44)

Gözəlliklərini itirəcək, çirkinləşdirilib, ürkütücü bir görkəm alacaqlar

Bu dünyada onlara lənət damğası vurduq [hamı onlara lənət oxuyar], qiyamət günü isə onlar çirkin, iyrənc, [Allahın rəhmətindən kənar edilmiş] kimsələr olacaqlar. (Qəsəs Surəsi, 42)
O gün neçə-neçə üzlər tutulub qaralacaq. (Qıyamət Surəsi, 24)
[Ya Peyğəmbər!] Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! [Əlbətdə vardır!] (Zümər Surəsi, 60)
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür! (Məaric Surəsi, 44)

Bütün rizqlər, bütün cənnət yeyəcəkləri onlar üçün haram edilmişdir

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib : "Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" - deyəcək. Onlar isə : "Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" - deyə cavab verəcəklər. (Əraf Surəsi, 50)

Qorxu içində yaşayacaqlar

[Ya Məhəmməd!] Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! Allah onların cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. (İbrahim Surəsi, 42)
Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. (Məaric Surəsi, 44)

Tək yiyəcəkləri "qaynar su, irin və atəş" olacaq

Sonra onlar üçün [içməyə] qaynar su ilə qatışmış irin vardır. Sonra kendileri için onun üzerinde kaynar su karıştırılmış bir içkileri de vardır. (Saffat Surəsi, 67)
Hələ qarşıda [bunun ardınca] Cəhənnəm vardır. [Hər bir inadkar təkəbbür sahibinə orada cəhənnəm əhlinin bədənlərindən axan] irinli qanlı sudan içirdiləcəkdir. O, irinli qanlı suyu qurtum-qurtum içər, onu zorla udar, [boğazından aşağı keçirə bilməz]. Ona hər tərəfdən [bədəninin hər yerindən] ölüm gələr, Lakin ölməz [ki, birdəfəlik canı qurtarsın]. (İbrahim Surəsi, 16-17)
Üstündən də [sizə bərk yanğı gəldiyi üçün] qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz. (Vaqiə Surəsi, 54-55)
Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Sad Surəsi, 57)
İrindən başqa bir yeməyi də yoxdur. (Hakka Surəsi, 36)

Cənnət nemətləri yerinə, boğaza tıxanıb qalan zəqqum və darı tikanı yeyəcəklər

Həqiqətən, [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir! O ərimiş mis [yağ] kimi qarınlarda qaynar, qaynar su qaynayan kimi. (Duhan Surəsi, 43-46)
[Ey insanlar!] Qonaq olmağa [ziyafət üçün] bu [Cənnət] yaxşıdır, yoxsa [Cəhənnəmdəki pis qoxulu, meyvəsi zəhər kimi acı] zəqqum ağacı? Biz onu zalımlar [cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər] üçün bir bəla, dərd etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən, [cəhənnəm odunun içindən] çıxar. Onun meyvəsi şeytanların başı kimidir [olduqca çirkin və əcaibdir]. (Saffat Surəsi, 62-65)
Şübhəsiz ki, zəqqum ağacının meyvəsindən yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə Surəsi, 52-53)
Boğaza tıxanıb qalan yemək [zəqqum] və yandırıb yaxan şiddətli əzab vardır!. (Müzzəmmil Surəsi, 13)
Onların yeməyi [zəhərdən də acı tikanlı otdan hazırlanmış] zəridən başqa bir şey olmayacaqdır. O yemək [onlara] nə qüvvət verər, nə də aclıqdan qurtarar. (Ğaşiyə Surəsi, 6-7)

Allahin salamı və xeyir-duası üzərinizə olsun!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka