Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HIDAYƏT VƏ AZĞINLIQ SƏBƏBLƏRI

[ Müxtəlif / 5606 dəfə baxılıb ]   
|
 
Allahın qulları! Allah Təala insanlara mərhəmət edərək onlara hər ümmət içində müjdələyici və çəkindirici peyğəmbərlər göndərmişdir. Anlaşmazlığa düşdükləri şeylərdə insanlar arasında hökm versinlər deyə onlarla birlikdə, haqq olaraq kitablar endirmişdir. Peyğəmbərlərin sonuncusu olaraq da, Məhəmməd (s.ə.s)-i göndərmişdir. Məhəmməd (s.ə.s)-dən sonra peyğəmbər yoxdur. Allah, Ona qiyamətə qədər oxunacaq və əməl ediləcək ən üstün kitabı endirmişdir. Onun şəriəti ilə, əvvəlki bütün şəriətlərin hökmünü ortadan qaldırmışdır. Allah heç kimsədən İslamdan başqa din qəbul etməz. Allah Təala belə buyurur:
« Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-İmran surəsi, 85)
Bəşəriyyətin xeyirlisi Məhəmməd (s.ə.s) və Ondan əvvəlki peyğəmbərlər haqq ilə gəlmiş, ən üstün yollarla və ən açıq dəlillərlə böyük bir əzm və uca bir səmimiyyətlə ona çağırmışdır. Batildən şiddətlə çəkindirmiş, müxtəlif dəlillər və açıqlamalarla haramları və pislikləri qadağan etmişdir. Allah Təala belə buyurur :
«Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (ən-Nisa surəsi, 165) Səadətə çatan möminlər haqq və hidayət çağırışına qatılmış, Allahın haqqlarında bədbəxtlik yazdığı kafirlər isə haqqdan üz çevirmişdir. Allah Təala belə buyurur : «. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)» (əl-Leyl surəsi, 5-10)
Və belə buyurur : «Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi! » (əl-Mumin surəsi, 6)
Bəşəriyyəti, hidayət və haqq din qarşısında iki qrupa, qəlbi ilə iman edib əzaları ilə saleh əməl işləyən bir qrup və qəlbi ilə inkar edib pis əməl işləyən bir qrupa ayıran nədir? Hər şeyə gücü yetən, hər şeyi bilən və hikmət sahibi, mütləq hökmran olan Allahın, yalnızca bilməyənləri bilən Allahın bildiyi uca hikmətlər və qayələr səbəbilə bir qrupun cənnətə və bir qrupun cəhənnəmdə olmasını dilədiyində şübhə yoxdur. Allah Təala belə buyurur : « (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər. » (əl-Ənbiya surəsi, 23) Çünki Onun ədalət və hikməti, elm və rəhməti qüsursuzdur. Allah Təala belə buyurur : « Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!) » (əs-Səcdə surəsi, 13) Bununla birlikdə hidayət və azğınlıqfaktorlarına baxıb düşünmək, doğruluq və əyrilik, haqq və batil yollarını bilmək möminin imanını artırır. İstək və həvəsdən uzaq ağıl sahibi kafiri də – Allahın izni ilə – imana sövq edər. Hidayət və iman səbəblərindən biri budur : Allah Təalanın əzəli elmində sabit olan, möminin iman səbəbilə Allaha şükr edəcəyi və Rəbbinə həmd edəcəyi, onu İslama yönəldən Rəbbinə tərif edəcəyi bilgisidir. Allah rəhməti və kərəmi gərəyi əzəli elmində hidayətə layıq olduqları sabit olduğu üzrə möminlərə nimətdə və lütfdə olur. Yoxsa heç kimsənin Allah üzərində heç bir haqqı yoxdur.

Allah Təala belə buyurur : «Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan uludur!)» (əl-Qəsəs surəsi, 68) və belə buyurur : « Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur) » (əl-Ənam surəsi, 124) və belə buyurur : « Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?" » (əl-Ənam surəsi, 53) Ey müsəlman! Dinin səbəbilə Allaha şükr et ki, Allah da sənin xeyrini və qərarlığını artırsın. Bununla birlikdə Allah, günah işləyincəyə qədər heç bir qula əzəli elmindəki bilgisi ilə əzab verməz.

“Haqqı öyrənməyə və haqqa tabə olmağa cəhd göstərmək, istək və həvəsdən uzaq durmaq da hidayətin səbəblərindən biridir. Allah Təala belə buyurur : «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö’minlərin tərəfində durar!)” (əl-Ənkəbut surəsi, 69)

“Qəlbin dürüstlüyü, kibirdən və həsəddən, hiylə və ziyan verməkdən, saxtakarlıqdan, pislikdən və münafiqlikdən təmiz olmazsı da hidayət və iman səbəblərindəndir. Allah Təala belə buyurur : « O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!" “ (əş-Şura surəsi, 88-89)

Allah Təalanın kəlamını sevmək və oxumaq, ona boyun əymək, eşidincə xuşu hiss etmək, Allah Rəsulu (s.ə.s)-in sünnəsini (yolunu, əməllərini) sevmək də yenə hidayət və iman səbəblərindəndir. Allah Təala belə buyurur: « Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur’an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz! » (əz-Zumər surəsi, 23) İman və hidayətin, daha buna bənzər bir çox səbəbi vardır.

Azğınlıq səbəblərinə, haqqa qarşı çıxmağa, onunla savaşma və haqdan üz çevirmə səbəbinə gəlincə, istək və şəhvətlərə tabe olmaq bunlardan biridir. Allah Təala belə buyurur : « (Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz!)» (əl-Casiyə surəsi, 23) və belə buyurur : « Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar) » (Məryəm surəsi, 59) Əbu Hureyrə (r.a), rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Cəhənnəm şəhvətlərlə çevrilmiş və cənnət sevilməyən şeylərlə çevrilmişdir». Bu hədisi Buxari və Muslim rəvayət edər, hədisin ləfzi Muslimə aiddir.

Haqdan və imandan uzaqlaşdıran səbəblərdən biri də, kibir günahıdır. Qəlb kibirlə kirlənincə qatılaşır, böyüklənərək haqqı qəbul etməz. Müvəffəqiyyətdən məhrum olur və təkbaşına tərk edilir. Allah Təala belə buyurur : «Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö’cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır » (əl-Əraf surəsi, 146)

Rəsulallah (s.ə.s)-dən, bir adamın, paltarının və ayaqqabısının gözəl olmasını istəməsinin kibir olub olmadığı soruşulur. Belə buyurur : «Xeyr, kibir, böyüklənərək haqqı rədd etmək və insanları kiçik görməkdir».

İmandan və haqdan çox uzaqlaşma səbəblərindən biri də həsəddir. Həsəd, qəlbə yaxşıca yerləşincə gözü kor, qulağı kar edər, sahibini hər növ günaha sürükləyər. Allah Təala belə buyurur : «(Ey mö’minlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir! » (əl-Bəqərə surəsi, 109) Həsəd bir çox insanı haqdan və imandan uzaqlaşdırmışdır. Adəm (ə.s)-ı həsəd edən İblisin halından ibrət al! Yahudi Huyeyy b. Ahtabın qızı (Rəsulallah (s.ə.s)-in zövcəsi) Safiyyə (r.a) belə deyir: «Atam Huyeyy və əmim Əbu Yasir gündüzün əvvəlində Rəsulallah (s.ə.s)-in yanına getdi. Sonra gündüzün sonunda ölü kimi yorğun bir şəkildə geri döndülər. Sevinclə onları qarşıladım. Hələ kiçik olan qız idim və uşaqları arasında onlara ən sevimli olan idim. Mənə dönüb baxmadılar. Əmim, atama «Bu, o mu?» dediyini eşitdim. (Atam) Huyeyy b. Ahtab, «Musanın Rəbbinə and olsun ki, bəli, şübhəsiz o, xüsusiyyətlərilə birlikdə peyğəmbər» dedi. Əmim «nə edəcəksən?» deyincə Huyeyy «Var olduğum müddətcə düşmənliyini» dedi. Allah Təala «Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. » (əl-Bəqərə surəsi, 146) deyərkən nə doğru buyurmuşdur.


Şeyx Əbdurrəhman əl-Huzeyfi
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka