Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RÖYANIN HƏQİQƏTİ

[ Müxtəlif / 6971 dəfə baxılıb ]   
|
 
Dünya qəflət yuxusudur. İnsan isə qəflətin çaldığı laylada dərin yuxuya getməyə meyilli yaradılmışdır.Yatmış olduğunu yalnız öldükdən sonra anlayar. Ölümü anlamaq üçün isə ölməzdən əvvəl ölmək, ölümü layiqiylə dərk etmək lazımdır. Bunu dərk etmək isə Allahın bir lütfüdür. Bu lütfü dadanlar Allahı layiqincə tanıyanlar və ona qeydsiz şərtsiz təslim olanlardır.

Öldüm... Bu qədər tez öləcəyimi heç düşünməmişdim. Qocalanda nə olacağımı, nələr edəcəyimi belə düşünürdüm. Yaşamaq arzum o qədər böyük idi ki, nəvələrimin toyunda necə sındıra-sındıra oynayacağımı belə düşünmüş, planlaşdırmışdım. Lakin bu qəfil ölüm mənim planlarımı alt-üst etdi və arzularımı gözümdə qoydu.

Öldüm və birdən öldüyüm anda da oyandığımı hiss etdim. Elə bil ki, kimsə məni bərk silkələdi və mən özümə qayıtdım. Bütün hüceyrələrimlə bunu hiss etdim. Amma bura başqa bir yer idi. Sanki yeni bir dünya idi və mən də yeni dünyanın yeni sakini. Burda insanlar canlarını nədənsə qurtarmağa tələsirdilər. Hamı şəfaət dalınca qaçırdı. Allahın ayəsini unudurdular: “Onun izni olmadan şəfaət edən olmaz" [Bəqərə 255]
Və qışqırmağa başladım. Ey insanlıq ailəsi... Ey Adəm oğulları... Ayəni yadınıza salın!!!, Ayəni yadınıza salın!!!. Heç kim məni eşitmirdi. Boğçası dolu gəlib boş qalanlar kim, boş gəlib burda dolduranlar kim...

Hamı qorxu və həyəcan içində veriləcək hökmü gözləyirdi. Allahın buyurduğu kimi: “O zaman gözlər bərələcək. Və ay sönüb gedəcək. Çünki günəş və ay birləşdiriləcək. O gün insanoğlu “Qaçacaq yer hardadır?” deyəcək. Xeyr! Heç bir sığınacaq yer yoxdur. O gün yolların sonu Rəbbinin qatına çıxacaq. O gün insanoğluna öncə etdikləri və sonraya qoyduqları bir-bir xəbər veriləcək. Doğrusu insan öz mənliyinə şahid olacaq. Fərqli bəhanələr gətirsə də". [Qiyamət 7-16]. Ölümü düşünmədən yaşamışdıq. Və artıq Din günüdür. Mən isə bu günə hazır deyiləm.
Bəlkə dua edim.... Bunu düşünərək duaya başladım. Bütün ruhumla Allahdan dünyaya qayıtmağımı istədim. Allahım! Məni dünyaya qaytar ancaq yaxşı işlər görüm, söz verirəm ki, günaha yaxınlaşmayacağam... Allahım kaş ki, dünyada daha çox qalardım... Həyat verən Kitabımı oxuyardım, onu yaşamağa çalışardım... Allahım! Dünyada daha çox qalacağımı düşünürdüm... Bir gün, ondan da az qala bildim. Allahım! Kaşki torpaq olaydım, tapdalanan, təvazökar və təslim olan torpağın yerində olaydım. Allahım! Məni dünyaya qaytar... Allahım, qaytar...

Bilmirəm belə içdən dua etdiyim üçünmü, ya Rəbbimin mənə yazığı gəldiyi üçünmü bir möcüzə baş verdi. Mən dünyaya qaytarıldım. Həqiqət yuxusundan oyandırılaraq yenidən imtahanlar dünyasına qaytarıldım...
Artıq bütün gerçəkləri görüb, şahid olmuşdum. Bundan sonra Allaha söz verdiyim kimi həyatıma yenidən nəzər salmalı idim. Bu Rəbbimin mənim vicdanıma səslənişi idi. Yuxunun və həqiqəti nə olduğunu bir daha lütfü ilə mənə göstərdi.
Göstərdi ki, bəlkə özümü taparam, bəlkə vicdanımın səsini eşıdərəm, bəlkə Ona tərəf daha bir addım ataram.

Allah bizdən qulluq gözləyir. Sadəcə və sadəcə Allaha qulluq.

AZADƏ MƏMMƏDOVA
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka