Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏCCDƏN SONRA NECƏ OLAQ?!

[ Həcc / 4939 dəfə baxılıb ]   
|
 

 


Bismilləhir-Rəhmanir-Rəhim


 


Zəvvarlar həcc ziyarətindən yeni döndülər. İman yanacağından tədarük görərək, əməl səhifələrini təmizləyib yeniləyərək, islamın 5 əsas şərtindən birini həyata keçirərək, sevinc və fərəh dolu ürəklə vətənlərinə qayıtdılar. Bu böyük ibadəti əda edib qayıdan insan, artıq o ağ əməl dəftərlərini günah qələmlərinin mürəkkəbindən uzaq tutmalıdır. Topladığı iman yanacağını yeniləyərək istifadə etməlidir ki, bitməsin. Həccə düzgün niyyətlə gedən hər bir müsəlman həccdən dönəndən sonra həqiqətən də yalnız bunu fikirləşir. Etdiyi əməllərə heyran qalır və düşünür ki, bu böyük ziyarətdən sonra özünü necə qorusun, imanını necə kamil saxlasın, əxlaqını və mədəniyyətini necə islah etsin, həccinə layiq necə hərəkət etsin?! Həcc edən müsəlman bütün bunları düşünərək özünü imtahan edir və yoxlayır. Əsl imtahan isə onda bəlli olur ki, müsəlman nəfsinə və şeytanına qalib gəlmək üçün mübarizə aparır.


Həccdən sonra müsəlman öz əməli ilə qürrələnməməlidir və etdiyi ibadətlər gözündə böyük görünməməlidir, əksinə daim imanını islah etməyə çalışmalıdır. Lakin çox təəssüf ki, bəzi həcc edənlər həccdən sonra dəyişirlər, etdikləri əməllə fəxr edir və qürrələnirlər, sanki ən böyük ibadət etmişlər və başqa müsəlmanlara yuxarıdan aşağı baxmağa başlayırlar. Bu da, lənət olmuş şeytanın bir hiyləsidir və həcilərlə daim mübarizə aparır ki, onların əməllərini puç etsin. Həcc etmiş müsəlman əməl dəftərlərinin təmizlənməsinə və həccinin qəbul olunmasına nail ola bilər, amma həccdən sonra şeytandan qurtulmaq heç də asan deyil.


Bundan əlavə isə, həcc zamanı buraxılan səhvlər və edilən günahlar da var ki, bir çox həcilər bunları etmişlər. Əlbəttə hər bir insan xətalıdır və səhv edir, etdiyi səhvlərin qarşılığında isə kəffarə olsun deyə yaxşı əməllər etməlidir. Bəlkə də demək olar ki, heç bir həcc edən şəxs səhvsiz deyildir, ən azından hər bir həci bircə səhv də olsa buraxmışdır. Ona görə də, hər bir həci əməlinin qəbul olmayacağından ürəyində həyəcan keçirməlidir, daim Allahdan qəbul etməsini diləməlidir. Bu o demək deyil ki, etdiklərinə məyus olmalıdır, lakin tam əminliklə həccinin qəbul olunmasına inanıb qürrələnməməlidir, əksinə daim saleh əməllərə can atmalı və Allaha dua etməlidir ki, onun həccini qəbul etsin. Həcc edən şəxsin müxlis və sadiq olduğu, məhz həccdən sonra onun əməllərindən bəlli olur. Daim yaxşı əməllər etməyə cəhd edən kimsənin həccinin qəbul olunmasına daha böyük ehtimal var.


Həcc edən şəxs daim həccini xatırlamalıdır. Hər əməlində, hər sözündə və hər addımında düşünməlidir ki; Allahu Təala mənə bu ziyarəti etməyi nəsib etdi, bu böyük neməti bəzilərinə vermədi mənə verdi, bəs mən buna layiqəmmi?! Həcc etmiş kimsəyə belə bir iş görmək yaraşarmı?! Bunu etmək Allahın verdiyi həcc nemətinə nankorluq olmazmı?!


Həcc edən şəxs bütün əməllərində yalnız və yalnız həqiqi olaraq Allaha ibadət etdiyini hiss etməlidir və bütün bəşəriyyətin faydalarından uzaq durmağa çalışmalıdır. Yalnız o əməllərə getməlidir ki, hansı ki, onun qəbrini yalnız işıqlandıra bilər. Qəlbi daim Allaha bağlı olmalıdır ki, dünya və axirət xoşbəxtliyinə nail ola bilsin. Ürəyində Allah sevgisi və məhəbbəti daha da artmalıdır, iman nuru içində şölə yaratmalıdır, həmd və şükür əvvəl qəlbindən sonra dilindən düşməməlidir, çünki həcc nemətinə həsrət qalmış milyonlarla müsəlmanlar olduğu halda Allahu Təala onu məhrum etməmişdir. O, şükrünü həm də əməlləri və itaəti ilə göstərməlidir. Sevinci və şükrü yalnız ürəkdə fərəh yaratmalı deyil, həmçinin dinində və dünyasında olan qüsürları yox etməklə fərəh yaratmalıdır və daim çalışmalıdır ki, ruhi, mənəvi və fikri baxımdan pak olsun.


 


Keçid xətti


Həqiqi xoşbəxtlik odur ki, həccdən qayıdan kimsə sanki bir sərhədi keçmiş kimi və həmin sərhəd xəttindən artıq geriyə dönməsin. Bu xətti keçdikdən sonra artıq yeni bir həyat başlayır, Allahı qəzəbləndirən bütün qüsürlardan təmizlənərək yeni addımlar atır. Yalnız günahlardan çəkinməklə kifayətlənmir, həm də daim xeyir əməllər etmək uğrunda mübarizə aparır.


Həcilərin düşdükləri bir səhv də vardır ki, bundan qorunmaq lazımdır. O da, həccdən sonra camaatdan ayrılmaq, daim tək olmaq, daim namaz qılıb və ibadətlərlə məşğul olmaq üçün cəmiyyət arasına girməmək. Bu isə səhvdir. Tək qalıb daim namaz qılmaq heç də ən böyük ibadət deyil. Çünki Peyğəmbərimizə (s.a.s) qiyamət günü ən yaxın olanlar, ən gözəl əxlaq sahibləri olanlardır. Ən gözəl əxlaqı isə yalnız cəmiyyətə qarışmaqla göstərmək olar. Nəfslə mübarizə aparıb, şeytana uymayaraq, insanlara gözəl nümunə olaraq ən gözəl əxlaq sahibi olmaq mümkündür. Allahu Təala Ət-Tövbə surəsinin 105-ci ayəsində buyurub: ((De: "(Ey insanlar, istədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və mö'minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!")) Həccdən qayıdan kimsənin ən gözəl xüsusiyyəti də odur ki, o, daim Allahu Təalanın nəzarətini hiss edir, Ondan çəkinir, həya edir və əməllərində diqqətli olur. Dünya həyatının ləzzətlərinə uymur, bilir ki, bütün bunlar keçici bir həvəsdir və Axirət səadətini qazanmaq üçün qısa bir keçid dövrüdür. Həcc edən mömin şəxs heç bir zaman acizlik hiss etmir, daim düzgün yolda addım atır və Allahdan yardım diləyir.


Bu zaman artıq dünya problemlərindən yaxasını qurtara bilər, Mərhəmətli olan Allahın köməyilə hər bir çətinliyə sinə gələr və keçdiyi yollardan, təcrübələrdən faydalanaraq başqalarına da nəsihət verər.


 


Həcinin azuqəsi


Həcc edən bəndə daim qəlbinin mülayimliyini və yumuşaqlığını qorumalıdır. Elmini artırmalı, Allahu Təalanın kainatda yaratdıqlarını düşünərək ibrət almalı, ibadətlərini gücləndirməli və əməllərində ixlaslı olmağa çalışmalıdır. Həmçinin, qəlbinin mülayimliyinə toxunan və onu daş edən yemək, içmək və sairə artıq şeylərdən uzaq durmalıdır. İmanını artırmaqla eyni zamanda dini biliyini və elmini də artırmalıdır,  dini biliyini isə Allaha və dininə sevgisi olmadan artıra bilməz. Dini buyuruqları və əmrləri tam olaraq dərk etməli və onları sevgi və hörmətlə əda etməlidir. Allahu Təala ilə əlaqəsində yüksək əxlaqlı olmalıdır və daim Ondan onu düzgün yola yönəltməsini diləməlidir. O, həmişə səbrli olmağa çalışmalıdır, səbr isə Mərhəmətli olan Allahın sevdiyi ən gözəl sifətlərdəndir. Daxilində imanın yüksək cərəyanını və müqəddəs yerləri ziyarətindən daxilində yaranan ruhi və mənəvi təmizliyi hiss edirsə, bunlardan başqaları ilə bəhs etməməlidir, çünki bu riyaya səbəb ola bilər. Həccdən döndükdən sonra ətrafında olan insanların dəyişməməsindən qəzəblənməməlidir, buna görə pis olmamalıdır. Əksinə o, özünü, dini və dünyəvi səhvlərini daim düzəltməyə çalışmalıdır.


 


Ya Allah! Sənə layiqincə həmd və səna etməmişik, Sənə haqqıyla şükr etməmişik, Səni lazımınca zikr etməmişik, Sənə doğru-dürüst ibadət etməmişik. Ya Rəbbi Sənin qədrini bilməmişik.

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:17
GÜNƏŞ06:55
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:06
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka