Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAMAZAN AYI VƏ ORUCLUQLA BAĞLI TANINMIŞ İSLAM ALİMLƏRİNİN BƏZİ FƏTVALARI

[ Oruc / 12562 dəfə baxılıb ]   
|
 
1.sual: Oruclu olduğun halda unudaraq yeyib-içməyin hökmü nədir və onu görənə vacibdirmi oruclu olduğunu ona xatırlatsın?

cavab: “Kim oruc olduğu halda yeyib-içərsə onun orucu düzgündür. Lakin dərhal yadına düşərsə, hətta ağzında loğma və ya su olsa belə çıxarmalıdır. Belə olan halda ağız boşluğunda nə varsa hamısını çölə tüpürüb atmalıdır. Buna dəlil isə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbər (s.a.s)-dən belə rəvayət edir: “Kim unudaraq yeyib-içərsə orucunu davam etdirərək tamamlasın. Çünki, həqiqətən onu yedizdirib-içizdirən Allah (s.t) -dır.

Həmçinin islam dinində qadağan olunmuş işlərdə insan unutqanlığa yol verərsə, bu işdə ona üzr olduğu üçün Allah (s.t) onu cəzalandırmaz. Necə ki, Qur’ani-Kərimdə Allah (s.t) buyurur: “... Ey Rəbbimiz, ( bəzi tapşırıqlarını) unutduqda və yanıldıqda bizi cəzalandırma!...” (Əl-Bəqərə 2/286)
Digər bir ayədə isə belə buyurulur: “Qad fəaltə... Artıq edtin... (yəni bu günahı artıq sən elədin.)”

Amma hər hansı bir şəxsi unudaraq yeyib-içdiyini görərsənsə, həmin şəxsə oruclu olduğunu xatırlatmaq vacibdir. Çünki belə etmək “münkərin” yəni pis əməlin dəyişdirilməsi deməkdir. Rəsulullah (s.a.s) belə deyir: “Sizdən biriniz bir pis, münkər əməl gördükdə bacarırsınızsa onu əliniz ilə dəyişdirin. Əgər onu da bacarmasanız diliniz ilə dəyişdirin. Əgər bunu da bacarmırsınızsa qəlbiniz ilə dəyişdirin. (“Yəni qəlbinizdə həmin münkər əmələ nifrət edin və ya həmin münkər yeri tərk edin”). İmanın ən zəif şöbəsi də elə budur.”

Heç şübhəsiz ki, oruclu bir şəxsin istər qəsdən istərsə də qeyri-qəsdsiz orucunu pozması zahirən münkər əməldir. Lakin həmin əməldə unutqanlığa yol verdiyi üçün Allah (s.t) onu cəzalandırmaz və əfv edər. Ancaq kim bu cür münkər əməlləri görüb dəyişdirməzsə, həqiqətən onun bu hərəkətinə heç bir üzrhaqlıq yoxdur.
Ən doğrusunu aləmlərin Rəbbi olan Allah bilir.

2.sual: Orucun özünəməxsus mərtəbə və dərəcələri varmı? bu nə dərəcədə doğrudur? həmçinin doğrudurmu ki, hər mərtəbənin və dərəcənin özünəməxsus savabı vardır?

cavab: Əgər burada söhbət sırf mərtəbədən gedirsə, onda əlbəttə ki, orucun fərz və nafilə kimi mərtəbələri vardır. O ki, qaldı dərəcəyə, əlbəttə fərz nafilədən dərəcə baxımından daha əfzəldir. Ancaq fəzilətin və əcrin mərtəbələri, bunların savabı Allah (s.t) -nın yanında oruc tutanların tutduqları oruclara görə verilir. Bu da böyük bir fərq ilə fərqlənir. Yəni insanın oruclu olduğu halda etdiyi hərəkətləri, islamdakı nizam-intizamı, əxlaqı, ədəb-ərkanı, tərbiyəsi və.s etdiyi bu kimi yaxşı əməllərə görə müxtəlif mənalarda fərqlənir. Ən əsası və mühümü isə oruc tutanın tutduğu oruc etibarı ilə qəlbindəki niyyət və ixlasa görə fərqlənir!

Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.
“Kitəb-ul-məcmuul-fətəva və rasəil, əl-mucəlləd 17”

3.sual: Oruclu olan halda “madmada” və “istinşaq” edərkən, yəni ağizi su ilə yaxalayib buruna su alarkən və bu zaman qəsdsiz boğaza su gedərsə oruc batildirmi və oruca hər hansı bir mənfi təsiri varmı?

cavab: Əgər “saim” yəni oruc tutan “madamada” və “istinşaq” edərkən, yəni ağzını su ilə yaxalayıb, burnuna su alarsa və bu zaman qeyri-qəsdsiz boğazına su gedərsə, orucunu tamamlasın, çünki orucu səhihdir. Buna dəlil kimi misal olaraq Allah (s.t) Qurani-Kərimdə belə buyurur: “...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah vadır. Allah Bağışlayandır, Rəhmlidir.” (Əl-Əhzəb 5)
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

4. Ramazan ayında oruclu halda misvakdan isrifadə etməyin hökmü nədir? bəziləri misvak istifadə etməkdən çəkinir ki, birdən orucuna hər hansi bir mənfi tə’siri olar, savabın azaldar və ya orucun batil edər! bu nə dərəcədə doğrudur?

cavab: İstər ramazan ayında istərsə də qeyri aylarda oruclu halda və ya orucsuz halda misvakdan istifadə etməyin heç bir mənfi tə’siri yoxdur. Əksinə misvaklanmaq sünnədəndir. Necə ki, Peyğəmbər (S.A.S)-dən varid olan səhih bir hədisdə deyilir: “Misvakdan istifadə etmək ağızın təmizliyi, aləmlərin Rəbbinin razılığın qazanmaq gözəl və bəyənilən səbəblərdən biridir. Həmçinin dəstəmaz alanda, namaza qalxanda, yuxudan duranda, evə ən birinci daxil olanda oruclu halda və ya digər yaxşı əməllərdə sivakdan istifadə etmək şəriətlə təkid olunmuş sünnədir.”
və bunun oruc üçün heç bir qorxusu yoxdur. Ancaq o halda fəsad törədə bilər ki, sivakın təsir edici dadı və tamı olsun. Belə olan halda misvakın ağıza verdiyi dadı-tamı udmaq qəti olmaz. Həmçinin misvaklanan zaman ağız dümağlarından qan gələrsə, həmin qanı da udmaq olmaz! Əgər bütün bu sadalananlara yerli-yerində əməl olunsa inşəAllah oruc tutan üçün misvakın heç bir maneəsi olmaz.
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

“KİTƏB-UL-MƏCMUU-L-FƏTƏVA”

5.sual: Allah (s.t) -nın dərgahında Ramazan ayında verilən sədəqənin fəziləti və nə dərəcədədir?

cavab: Ramazan ayında verilən sədəqə digər aylarda verilən sədəqələrdən qat-qat xeyirlidir. Səhih bir hədisdə deyilir ki: “Peyğəmbər (S.A.S) ramazan ayında Cəbrayılla (onun üzərinə Allah (s.t) -nın salamı olsun) qarşılaşanda və ya görüşəndə daha comərd, əliaçıq, xeyirxah və səxavətli olardı, və hətta göndərilmiş əsən küləkdən də səxavətli və çevik idi.”

Digər bir hədisdə isə Rəsululah (s.a.s) belə buyurur: “Kim ramazan ayında oruc tutanları yedizdirib-içizdirərsə, iftar verərsə günahlarına kəffarə olar və canını cəhənnəm atəşindən xilas etmiş olar. Bununla yanaşı özünün savabından azalıb-əksilmədən oruc tutanların savablarının misli bərabərində ona da savab yazılar. (“Kitəb-us-sunən-ut-Tirmizi 149/3),
(“Kitəb-us-Sunənu ibni Macəh 555/1),
(Sunən-ud-Dərimi 14/2”).
Buda ona dəlalət edir ki, həqiqətən Ramazanda verilən sədəqə olduqca fəzilətlidir. Xüsusi ilə də “şəhr-us-siyəm” yəni orucluq ayı olduğu üçün bu ayda verilən iftar, sədəqə daha əfzəldir. Heç şübhəsiz ki, bu cür bəyənilən və gözəl əməllərin vasitəsi ilə insan qismən də olsa ac və susuzların qarnını doydurar və ehtiyacı olanların da ehtiyacları ödənilər.

Ümumiyyətlə fəzilət, əcr olan zaman və məkanda Allah (s.t) -ya olan ibadəti, itaəti, duaları, ixlası və xeyir əməlləri çoxaltmaq fürsət olmaqla yanaşı həm də əfzəl bir əməldir. Necə ki, Məkkə və Mədinədə qılınan namazlar kimi. Belə ki, burada qılınan namazların savabı və dərəcəsi digər yerlərdə qılınan namazlardan 100000 (yüz min) dəfə artıqdır. Ona görə də ramazan ayı kimi mübarək, məğfirət, rəhmət, bərəkət, səmimiyyət, mehribançılıq yardımlaşma, və.s Allaha (s.t) -nın bəyənib, sevib, razı qaldığı xeyir əməlləri artırmaq lazımdır.
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

6.sual: Ramazan ayında oruc tutmamaq üçün səfər etməyin hökmü nədir?

cavab: Həqiqətdə mə’lum olduğu kimi kitab və sünnəyə görə ramazan vacibdir və hətta fərz kimi islamın dinin 5 əsas ərkanından biridir. Ümumiyyətlə şəriətlə vacib və fərz olan bir əməli hiyləgərliklə nəfsdən qaldırmaq qətiyyən düzgün deyildir. Hər kim ki, oruc tutmamaq niyyəti ilə səfərə çıxarsa, səfəri və səfərə görə orucu tərk etməsi ona haramdır. Əksinə həmin tutduğu haram əməldən Allah (s.t) ya tövbə etməli və Allah (s.t) -dan çoxlu bağışlanma diləməlidir və səfərdən qayıtıb mütləq orucunu tutmalıdır. Xülasə olaraq həqiqətən insana caiz olmaz ki, hiyləgərlik yolu ilə ramazan ayının orucunu tutmamaq üçün səfər etsin. Hiylə ilə nəfsə tabe olub, şər’i bir əməli yerinə yetirməmək bir mə’nalı olaraq haramdır və caiz deyildir. Necə ki, haram bir işə edilən hiygərlik, həmin əməli mübah eləməz!
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

“Kitəb-ul-məcmuu-l-fətəva və rasəil-uş-şeyx Muhəmməd-i-bni salih əl-Useymin, əl-Mucəlləd 17”

7.sual: Ramazan ayında oruc tutan şəxs yaralanarsa və yaxud yarasından çoxlu qan gələrsə, bu zaman hökm nədir?

cavab: Bu halın oruca heç bir təsiri yoxdur. Əgər oruclu halda yaralanarsa və ya ondan çoxlu qan çıxarsa bu zaman oruca heç bir mənfi təsiri qəti yoxdur. Çünki bu hal həmin şəxsdə qeyri-ixtiyarı baş verib. Orucu batil edən hallardan biri də edilən əməlin şüurlu və ixtiyarı edilməsidir. Ancaq həmin hal ixtiyarsız olarsa, oruc üçün zərərli deyildir və orucu pozulmamışdır. Həmçinin yuxuda “ihtilam-cunub” olmaq, yəni yuxuda “övrət yerindən” su gələrsə oruc batil olmaz. Çünki bu hal onun ixtiyarında deyildir. Yox əyər bu hal onun ixtiyarında olub və buna qəsdi olub və ya “məhcum” edib, yəni qan aldırıbsa, əksər elm-əhlinin (racih-səhih) rəyinə və fitvasına görə orucunu açmalıdır. Sünən kitablarından birində Peyğəmbər (s.a.s)-dən gələn səhih bir hədisdə bildirilir ki: “Əftara əl-həcim va əl-məhcum.” - “Qan alan və aldıran orucunu açmalıdır.”

Qan aldıran ona görə orucunu açmalıdır ki, çünki artıq halı və taqəti qalmır. Bədəni süstləşir və zəifləyir. Bu zaman insan daha çox qidalanmaq istəyir ki, itirilmiş, gücü, qüvvəni, enerjini və qanı yenidən bərpa eləsin və hətta bədənin əvvəl ki, normal vəziyyəti nizamlansın. Heç şübhəsiz ki, çoxlu qan itirdikdən sonra qidalanmamış dayanmaq, insana əziyyət verir. Lakin o halda yarana bilər ki, bədənin hər hansı bir hissəsində həmin lazımsız qan insan bədənin də tədricən müxtəlif təhlükəli fəsadlar törədə bilər, bu zaman həkimlərin rəyi və məsləhəti ilə qan aldırmaq caizdir. Qan aldıran zaman isə şərən artıq həmin şəxs iftarını etmiş sayılır. O ki, qaldı zəif qanaxmalara və qanatdırtmağa , bunun isə heç bir müşkülü yoxdur. Çünki, zəif qanaxmalar insan bədənin ciddi şəkildə haldan gətirib düşməsinə çıxartmır. Məsələn; Qanın analizi, təhlili, müayinəsi, və yaxud dişi qanatmaq və.s bu kimi işlərdə qanatdırmağın və qanaxmanın oruc üçün heç bir maneəsi yoxdur. Hətta insanın ixtiyarında olsa belə eyib etməz. Lakin bir şərt ilə ki, həmin dişdən gələn qanı udmayasan. Çünki udsan ehtimal var ki, həmin qan hətta azda olsa belə birbaşa mədəyə getsin. Əgər mədəyə də qeyri-ixtiyarı gedərsə, orucu səhihdir.
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

“Kitəb-ul-məcmuu-l-fətəva və rasəil-uş-şeyx muhəmməd-i-bni salih əl-Useymin, əl-Mucəlləd 9/10/19 mufsədət-us-Siyəm”

8.sual: Ramazan ayında bəyənilən xeyir əməllər hansılardır?

cavab: Saleh bin Fovzan əl-Fovzanın fətvası. “Ramazan ayında yerinə yetirilməsi ”mərğub” olan yəni rəğbət bəslənilən əməllər olduqca çoxdur”. Onlardan ən mühümləri: “Allah (s.t) -nın ramazan ayında fərz buyurduğu əməlləri mühafizə etmək və yerli-yerində vaxtında əda etmək və digər vacib əməllər namaz, oruc və sairələri kimi. Bundan sonra nafilə əməllərdən artırmaq. Məsələn; Qurani-Kərimi çoxlu oxumaq, tilavət etmək, xətm etmək, təravih namazları və təhəccüd namazları qılmaq, sədəqə vermək, etikaf etmək v.s. Daha sonra zikrləri çoxaltmaq. Misal üçün: Təsbih (subhənəllah), Təhmid (Əlhəmdulilləh), Təhlil (lə iləhə illəllah), Təkbir (Əllahu Əkbər), Tövbə və istiğfar etmək (əstəğfirullahə və ətubu ileyhi) v.s. Həmçinin ibadət etmək məscidlərdə oturmaq və qəlbi məscidə bağlı qalmaq. Həmçinin orucu batil edən əməllərdən çəkinmək, orucu pis şeylərdən qorumaq və nəfsi şəhvətlərdən uzaq durmaq. Oruca xələl gətirəcək haram, məkruh kimi söz və əməllərdən mühafizə olunmaq.” Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

9.sual: Hərdən oruc tutur, hərdən də tutmur və ancaq ramazan ayında namaz qılır və bu cür tutulan orucun hökmü nədir?

cavab: “əlhəmdulilləh”. Hər çatanın, ötənin və yetənin hökmünə küfr və kafir hökmü verilsə, onda həmin şəxsin öz əməlləri batil olar! Belə elmi-təhlükəli hökm və məsələlər də olduqca ehtiyatlı olmaq lazımdır. Qurani-Kərimdə Allah (s.t) Ənam surəsinin 88-ci ayəsində belə buyurur: “Əgər onlar ona şərik qoşsaydılar, əlbəttə etdikləri əməllər puç olardı.”
Və digər bir ayədə belə buyurur: “ Kim ki, imanı inkar edərsə (küfr edərsə), artıq əməli puç oldu və o, axirət də ziyan, zərər çəkənlərdən, hüsrana düşənlərdən olacaq!”
Və əksər elm-əhlinin rəyinə görə bu cür əməl sahibləri böyük küfr ilə təkfir edilmir. Lakin desə ki, yox elə bü cür olmalıdır, elə bu cür vacibdir, belə iqrar edərsə, kafir olur, amma kiçik küfr ilə. Lakin onun bu cür əməli ən qəbih, yəni ən pis, murdar, yaramaz, rəzil, alçaq, xəbis, utanmalı, eyibli, rüsvayçı və çirkin əməldir. Hətta zinadan, oğurluqdan və.s buna bənzər mənfur əməllərdən də dəhşətli iyrəncdir. Lakin bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, orucu səhihdir. Hətta elm-əhlinə görə həmən şəxs həccini tam şəriətə uyğun şəkildə yerinə yetirərsə, həcci də inşəallah səhihdir. Lakin onun ən böyük cəriməsi, cinayəti namazını mühafizə etməməyi olacaq, yəni namazı qılmamağıdır. Və ən əzəmətli, dəhşətli təhlükədir. Hətta elm-əhlinə görə böyük şirkə düşməsinə səbəbdir. Həmçinin bəzi əhli-elm əksər alimlərin rəyinə görə belə şəxsin namaz qılmaması tənbəllik və səhlənkarlıq ucbatındandırsa bu zaman böyük küfr ilə təkfir olunmur deyirlər. Və ancaq onun küfrü kiçik küfr kimi sayılır və əzəmətli cərimə etmiş olur. Yuxarıda deyildiyi kimi onun əməli münkər əməldir. Hətta zina etməkdən, şərab içməkdən, oğurluq etməkdən, Allaha (s.t) -ya asilik, itaətsizlik, eşitməməzlik kimi pis əməllərdən də iyrəncdir. Allahdan (s.t) -dan salamatçılıq və əmin-amanlıq diləyirik! Lakin Abduləziz ibni Bazın və digər alimlərin rəyinə görə düzgün olanı və səhih odur ki, namaz qılmayan həqiqətən böyük küfr ilə təkfir olunur. Allahdan afiyət diləyirik! Şəriətdə təqdim olunan dəlillərə görə kim oruc tutub namaz qılmazsa, nə onun orucu var, nədə ki, həcci...!
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

10. sual: Ramazan ayında saça boya qoymağın hökmü nədir?
cavab: Əhli-sünnə alimlərinin icması və ittifaqı ilə ramazan ayında saçı rəngləmək orucu batil edən əməllərdən deyildir.
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.

11.sual: Ramazan ayında iyi və qoxusu olan ətriyyatla ətirlənməyin hökmü necədir?

cavab: “Əlhəmdulilləh”. Ramazan ayında ətirlənmək olar və bunun oruc üçün heç bir fəsadı yoxdur. “əl-ləcnətu-d-dəimə”-nin, yəni alimlər toplumu şəbəkəsinin ümumi fitvasına görə qoxusu olan və ya qoxusu olmayan ətirlərin istər nafilə, istərsə də fərz oruclarına heç bir mənfi tə’siri yoxdur. Həmçinin “daimi ləcnə” digər bir fitvasında bildirir ki: “Kim ramazan ayında gündüz vaxtı ətriyyat növlərindən hər hansı bir növü ilə ətirlənərsə, orucuna heç bir fəsadı yoxdur. Lakin “misk” kimi ovulmuş və “buxur” kimi qatı və tünd maddəli ətirlərlə “istinşaq” etmək olmaz, yəni iyi buruna çəkmək olmaz. (fətəva əl-ləcnətu-d-dəimətu 271/10). “Daimi ləcnə”-nin yığıncaq üzvlərindən olan böyük islam alimi (Allah ona rəhmət eləsin) Muhəmməd ibni Salih Əl-Useymin isə belə deyir: “O ki, qaldı oruc tutana, oruc tutan üçün istər ramazan ayının əvvəlində istərsə də axırında ətriyyatdan istifadə etmək, istər “buxur” olsun, istərsə də yağlı ətirlər bunların istifadəsində heç bir problem yoxdur. Bir şərt ilə ki, bunların qoxusunu buruna çəkməyəsən! Çünki, “buxur”-da xüsusi hiss olunan və müşahidə edilən hissəciklər var. Bu zaman burun iylə dolar və ətirin qoxusu beyinə vurar, sonra da mədəsinə. Ona görə də Rəsulullah (s.a.s) Qayt ibni Sabraya belə dedi: “Oruclu olduğun vaxt istinşaqda mübalğəyə yol vermə, yəni həddindən artıq burunun içərisinə su dartma!”
Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah bilir.
(Fətəva ərkən-ul-isləmi, əs-sahfətu 469)

12.Sual: Bəzi alimlər qadına oruclu halda yeməyin dadına-tamına baxmağa icazə veriblər o şərt ilə ki, yemək boğazına getməsin. Bu doğrudurmu?

Cavab: Ümumiyyətlə hər bir insan oruc olduğu halda yeməyin dadına baxa bilər və burada eyb edəcək nöqsanlı bir iş yoxdur. Oruclu şəxs yeməyin tamına baxarsa orucu səhihdir. O, şərt ilə ki, niyyətin və qəsdində udmaq və ya yeməyin tamın mədəyə ötürmək olmasın. ( Va billəhi ət-tovfiq va sallallahu alə nəbiyyinə Muhəmmədin va əlihi va sahbihi va səlləm --- Fətəva əl-ləcnətu əd-dəimətu)

13.Sual: Ramazan ayında ümrə etmək əfzəldir, yoxsa sədəqə vermək?

Cavab: Səhih bir Rəsulullah (s.a.s) belə deyir; “Ramazan ayında edilən ümrə, Ramazan ayında verilən sədəqədən daha əfzəldir.”
Buxaridən (Allah (s.t) ona rəhmət eləsin) rəvayət olunan digər səhih bir hədisdə isə gəlib ki: “Ramazan ayında yerinə yetirilən ümrə, həcc kimidir.”
İmam Əhməd Hənbəlinin rəvayətində isə bu hədis, “Ramazan ayında edilən ümrə, həccə bərabərdir” ləfzi ilə keçir. Lakin o sədəqə ki, hər hansı bir ciddi ehtiyacı içində olan fəqirin, miskinin ehtiyacını qisməndə olsa ödəmək üçün verilir, onda sədəqə, ümrədən önə keçir. Ümumiyyətlə həmin sədəqə insanın ciddi bir problemin həll edib və onun qəm-kədərin aradan qaldırıb ona sevinc-fərəh gətirisə, həmin sədəqə, ümrədən daha xeyirlidir. Ancaq o sədəqə ki, adi, qeyri-mühüm bir iş üçün nəzərdə tutulubsa, onda ümrə etmək, sədəqə verməkdən daha yaxşıdır. Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah (s.t) bilir.
(əl-Mufti Abdurrahmən ibni Abdullah əs-Səhimi)

14.Sual: İmkanı və bacarığı olduğu halda ramazan ayının orucunu tutmadan dünyasını dəyişənin hökmü nədir? Həmin səxsin əvəzinə onun adından ehtiyacı olanları yedizdirmək olarmı? Yoxsa vəlisi və ya yaxın bir adamı onun yerinə mütləq oruc tutmalıdır? Yaxud hər hansı kənar bir şəxsin onun yerinə oruc tutması şəriətlə caizdirmi?
Cavab: Qəza oruclarını tutmağa imkanı olub, lakin sonrakı ramazan ayı da daxil olub və beləcə boynunda qəzalarla dünyasını dəyişibsə onda ehtiyacı olanları yedizdirməlidir. Amma imkanı və gücü olmadığı ucbatından oruclarını tutmayıb və iki ramazan arasındakı vaxt ərzində qəzalarınıda tərk edib qarşıdan gələn ramazana yetişməmiş hal üzrə ölübsə zərər etməz! Çünki, qarşıdakı ramazanın daxil olmasına hələ vaxt qalmışdır. Əgər növbəti ramazan girməmiş ölməyib və qəzasını tutmağa imkanı-gücü olub tutmasaydı onda qınanılasıdır. Amma bilmək lazımdır ki, qəzanın vaxtı genişdir. Ən doğrusunu aləmlərin Rəbbi olan uca Allah (s.t) bilir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka