Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAMAZANLA ƏLAQƏDAR BƏZİ TÖVSİYYƏLƏR

[ Oruc / 10634 dəfə baxılıb ]   
|
 
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Allahın xeyir bərəkəti və salamı peyğəmbərlərin və rəsulların ən əfzəli Muhəmmədə sallallahu aleyhi və səlləm olsun.

Bu məqaləni tərcümə etməkdən məqsədimiz aləmlər üçün rəhmət olaraq göndərilən son nəbi Rəsulullahın sallallahu aleyhi və səlləm ümmətinə müraciət edərək ifadə etdiyi: "Asanlaşdırın, çətinləşdirməyin" hədisinə müvafiq olaraq tez-tez xəstələnən, oruc tutmaqda çətinlik çəkən qardaşlarımıza bu mübarək Ramazan ayında oruclarını yaxşı, rahat tutmağa az da olsa kömək etmək və asanlaşdırmaqdır. Çünki, Ramazan orucundan əsas məqsəd TƏQVA sifətini qazanmaqdır. Aşağıda qeyd olunan problemlərin aradan qalxmasına səbəb olursaq, ümid edirik ki, bunlar TƏK İBADƏTƏ HAQQI OLAN UCA RƏBBİMİZİN qullarına oruc tutmağı əmr etməklə bizlərdən tələb etdiyi təqva sifətinə nail olmaq üçün daha bir addım bu mənəvi qidaya diqqətimizi yaxınlaşdırmış olacağıq (Tərcüməçinin müqəddiməsi).

Bu məqalə Ramazan ayında rastlanan bəzi ümumi problemlərin qarşısını necə almaq barəsində faydalı məsləhətləri təmin edir. Bunlara riayət olunsa, sizlərin rahat oruc tutmanıza və Ramazanın mənəvi faydalarından tam ləzzət almağınıza imkan yaradacaqdır. Mübarək Ramazan ayında süfrəmiz (yeməyimiz) adəti süfrəmizdən çox da fərqli olmamalı və mümkün olduğu qədər bəsit olmalıdır. Yemək, normal çəkimizi qorumaq, nə çəkimizi itirmək, nə də kökəlməmək üçün uyğun olmalıdır. Bununla belə, kiminsə çəki artıqlığı varsa, çəkisini normallaşdırmaq üçün Ramazan çox gözəl vaxtdır.

GEC HƏZM OLUNAN YEMƏKLƏRDƏN İSTİFADƏ EDİN
Gündəlik oruc zamanı uzun saatları nəzərə almaqla tez həzm olunan qidalardan deyil, tərkibində lif (Bağırsaqları yaxşı işlətməklə və digər qidaların bədəndən sürətlə xaric olunmasını təmin etməklə insanın gümrah olmasına kömək edən qidanın hissəsi ) olan gec həzm olunan qidalardan istifadə etməliyik. Gec həzm olunan qidaların həzm olunması 8-saata qədər davam edir, bununla yanaşı tez həzm olunan qidaların həzm olunması sadəcə 3-4 saat davam edir.

Gec həzm olunan qidalara: tərkibində dən və tum (toxum) olan arpa, buğda, çovdar, darı, manna yarması, paxla, mərci, ələnməmiş un, cilalanmamış düyü və s. (kompleks karbohidratlar adlanan) daxildir. Tez bişən qidalara tərkibində şəkər, ağ un, və s. olan qidalar (saflaşdırılmış karbohidratlar) daxildir.
Tərkibində lif olan qidalara kəpəkli qidalar, ələnməmiş buğda, dənlər və toxumlar, yaşıl lobya, noxud, ilik, ispanaq kimi tərəvəzlər və şəkərçuğundurunun yarpaqları (tərkibi dəmirlə zəngin) kimi otlar, üstü qabıqlı meyvələr, quru meyvələr, əlalxüsus qurudulmuş ərik, əncir və qara gavalı, badam və s. daxildir.

Qəbul olunan qidalar yaxşı tənzimlənməli, hər bir qrupdan olan qidalar (yəni, meyvələr, tərəvəzlər, ət/toyuq/balıq, çörək/ yulaf, qarğıdalı yarmasından olan xörək (səhər yeməyi) və süd məhsulları) olmalıdır. Qızardılmış yeməklər sağlamlıq üçün zərərlidir və məhdudlaşdırılmalıdır. Bu qidalar həzmin pozulmasına, qıcqırma, ürəkbulanma və çəki problemlərinin yaranmasına səbəb olur.

BUNLARDAN ÇƏKİNİN!!!
* Qızardılmış və yağlı yeməklər
* Tərkibində həddindən çox şəkər olan qidalar
* Xüsusilə də səhurda həddindən artıq yemək
* Səhurda həddindən artıq çay içmək. Çünki çoxlu çay bədəndən daha çox sidiyin ifraz olunmasına və beləcə də gün ərzində bədənin ehtiyac duyduğu qiymətli mineral duzlarının xaric olunmasına səbəb olur.
* Siqaret çəkmək. Siqaret səhhət üçün zərərdir və buna tamamilə son qoymaq lazımdır.

NƏ YEMƏK LAZIMDIR???
Qidanın həzm olunma prosesinin uzun davam etməsi və gec acmanız üçün səhurda kompleks karbohidratlar qəbul edin. Xurma - tərkibi şəkər, lif, karbohidratlar, potasium və maqnezium ilə zəngin əla qida mənbəyidir. Badamın tərkibi proteyin ilə zəngindir və həmçinin yağ səviyyəsi aşağı olan lif var. Banan potasium, maqnezium və karbohidratlarlar zəngin yaxşı qida mənbəyidir.

NƏ İÇMƏK LAZIMDIR???
İftar ilə yataqa getmək vaxtı arasında mümkün olduğu qədər çoxlu su və yaxud meyvə suyu için ki, bədəninizdə suyun səviyyəsi vaxtında tənzimlənsin (qaydaya düşsün).

QƏBİZLƏŞMƏ
Qəbizləşmə bağırsaqların şişməsinə (babasil), yaraların əmələ gəlməsinə və həzm sisteminin pozulması ilə köpmə yaranmasına səbəb ola bilər.
SƏBƏBLƏRİ: Çoxlu rafinə edilmiş (saflaşdırılmış) qidaların qəbul edilməsi, çox az su qəbulu və yeməkdə kifayət qədər liflərin olmaması
MÜALİCƏSİ: Həddindən artıq saflaşdırılmış qidalar qəbul etməyin, çoxlu su qəbul edin və kəpəkli çörəkdən istifadə edin.

HALSIZLIQ (AŞAĞI QAN TƏZYİQİ)
Həddindən çox tərləmə, zəiflik, yorğunluq, taqətsizlik, oturaq vəziyyətdən ayağa qalxdıqda baş gicəllənməsi, solğun görünüş və özünü zəif hiss etmək aşağı qan təzyiqinin əlamətləridir. Bu əlamətlər günortaya doğru getdikcə baş verir.
SƏBƏBLƏRİ: Həddindən az maye qəbulu, az miqdarda duz qəbulu MÜALİCƏSİ: Maye və duz qəbulunu artırın.
XƏBƏRDARLIQ!!!

Aşağı qan təzyiqinin əlamətləri aşkar olunduqda bunu bir daha təsdiq etmək üçün qan təzyiqi yoxlanılmalıdır. Yüksək qan təzyiqi olanlar Ramazan ayında dəva dərman məsələsini nizamlasınlar...Həkimləri ilə məsləhətləşsinlər.
BAŞAĞRISI

SƏBƏBLƏRİ: Kofein və tütün qəbulu, gün ərzində çox iş görmək, yuxusuzluq. Gün ötdükcə adətən aclıq hiss olunur və günün sonunda şiddətlənir. Aşağı qan təzyiqində baş ağrısı olduqca ağır keçə bilər və həmçinin iftardan əvvəl ürəkbulanması meydana gətirə bilər.

MÜALİCƏSİ: Ramazandan bir və yaxud iki həftə əvvəl yavaş-yavaş kofein və tütünün kökünü kəs. Ot tərkibli və tərkibində kofein olmayan çaylar bunu əvəz edə bilər. Rahat yatmaq üçün Ramazanda vaxtını yenidən tənzimlə.

AŞAĞI QAN ŞƏKƏRİ
ƏLAMƏTLƏRİ:

Zəiflik, baş gicəllənməsi, yorğunluq, zəif konsentrasiya, tez tərləmə, fiziki işləri bacara bilməmək, baş ağrısı, ürək döyünməsi (qan damarlarında) aşağı qan şəkərinin əlamətləridir.
SƏBƏBLƏRİ: Diabet (şəkər xəstəsi) olmayanlarda bunun səbəbləri: Həddindən ziyadə şəkər qəbul edilməsi (xüsusilə səhurda saflaşdırılmış karbohidratların qəbulu). Bədən həddindən ziyadə insulin istehsal edir və qandakı qlükozanın düşməsinə səbəb olur.
MÜALİCƏSİ: Səhurda bir şey ye və tərkibində şəkər olan qida və içkiləri məhdudlaşdır.
XƏBƏRDARLIQ!!!
Diabetlər Ramazanda dava dərman məsələsini nizama salsınlar və həkim ilə məsləhət etsinlər.

ƏZƏLƏLƏRDƏ QIC OLMA
SƏBƏBLƏRİ: Kalsium, maqnezium və potasium qidalarının lazımi qaydada qəbul edilməməsi.
ÇARƏSİ: Yuxarıda adı keçən tərkibində zəngin minerallar olan qidalar qəbul edin (yəni, tərəvəz, meyvə, süd məhsulları, ət və xurma).
XƏBƏRDARLIQ!!!
Yüksək qan təzyiqi olanlar və böyrəklərində daş problemi olan kəslər həkimlə məsləhətləşsinlər.

HƏZM XORALARI (YARALARI), QICQIRMA, QASTRİT VƏ QRİJA
Ramazanda boş mədədə turşunun səviyyəsinin artması yuxarıda qeyd olunan halları şiddətləndirir. Qabırğaların altında mədə boşluğunda bu özünü (göynəmə) yanğı hissi kimi əks etdirir və bunun təsiri boğaza kimi hiss oluna bilər. Ədviyyəli qidalar, kofe və kola içkisi bu halları ağırlaşdırır.

Mədədə turşuluğun səviyyəsinə nəzarət etmək üçün dərmanlar mövcuddur. Həzm xoraları və qrija olduğu məlum olan kəslər Ramazandan əvvəl öz həkimləri ilə məsləhətləşsinlər.

BÖYRƏK DAŞLARI
Böyrək daşları daha az maye qəbul edən insanlarda meydana gəlir. Ona görə də, daşların əmələ gəlməsinin qarşısını almaq üçün daha çox maye qəbul etmək zəruridir.

OYNAQLARDA AĞRILAR
SƏBƏBLƏRİ: Ramazanda, əlavə namazlar çox qılanda oynaqlara təzyiq artıq. Yaşlılar və artrit (oynaqların xəstəliyi) xəstəliyi olanlarda, bu: ağrı, gərginləşmə, şişmə və çətinliklər ilə nəticələnə bilər.
MÜALİCƏSİ: Dizlərdə əlavə yük daşımanın qarşısını almaq üçün çəkinizi aşağı salın. Ramazandan əvvəl bədən üzvlərinizi çalışdırın ki, Ramazanda onlar əlavə gərginlik üçün hazır olsunlar. Fiziki cəhətdən sağlam olmaq daha çox iş görməyə, beləcə də namazı asanlıqla əda etməyə imkan yaradır.
Həmişə öz şəxsi həkiminiz ilə Ramazan ayında sizin səhhətinizə xas ehtiyacları və qayğınıza qalmaq barəsində müvafiq məsləhətləri təmin eməsi üçün məsləhətləşin.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka