Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ORUCUN BƏDƏNİMİZƏ FAYDALARI

[ Oruc / 11147 dəfə baxılıb ]   
|
 
Orucun həzm sisteminə təsiri: Ağız, tüpürcək vəzləri, dil udlaq, yemək borusu, mədə 12 barmaq bağırsaq, qaraciyər ,mədəaltı vəzi kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi işləməkdədir. Avtomatik surətdə idarə edilən bu sistem gündə 24 saat işləməyin, çox halda əsəbiləşmənin və səhv qidalanmanın nəticəsində taqətdən düşür.

Oruc ilə həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə edilir. Orucdan başqa digər pəhrizlər yuxarıda deyilənlər baxımından kifayət deyildir. Çünki 10 qramlıq bir maddənin belə, orqanizmə daxil olması kompüter kimi işləyən həzm sistemini hərəkətə gətirir. Bu mənada demək olar ki, oruc sayəsində qaraciyər dincəlir.

Orucun qaraciyərə başqa bir yardımı da qan kimyası vasitəsi ilədir. Qaraciyərin ən mühüm vəzifələrindən biri, qəbul edilən qida ilə ifraz edilən qida arasında müvazinət yaratmasıdır. Oruc tutulan zaman gündüzlər qida qəbul edilmədiyi üçün, qaraciyər qida toplamaq barədə xeyli rahatlanır. Bu istirahət vaxtında orqanizm üçün, həyati əhəmiyyəti olan, qlobinlər hazırlayır. Bununla da immun sisteminiz güclənir. Mədənində Orucdan faydalanması tamamilə müsbətdir. Başqa aclıq hallarında fərqli olaraq, orucluqda niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı dayanır. Bununla da mədənin və turşu hüceyrələri bu ay ərzində dincəlmiş olur. Oruc bağırsaqların da həm şirə, həm də hərəkət edən əzələlər baxımından dincəlməsinə səbəb olur. Bağırsaqların daxili divarları altında mühafizə sistemimizin bir parçası olan xovlar yerləşmişdir.

Oruc tutmaqla həmin xovlarda sözün tam mənasında bir təftiş həyata keçirilir. Beləliklə həzm sistemi xəstəliklərinə qarşı daha da müqavimətli oluruq.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka