Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HİLAL (TƏZƏ AY)

[ Oruc / 9716 dəfə baxılıb ]   
|
 

Mərhəmətli, Rəhmli Allahın adı ilə!


Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (s.a.s);
Çoxsaylı oxucularımızdan bizə Ramazan ayının başlanması və hilalın (yeni ayın) görünməsi barədə suallar gəlir. Ramazan ayının Oktyabrın 4-də yaxud 5-də başlanması bir çoxlarını heyrətə gətirmiş, onlar arasında ixtilaf yaratmışdır. Bu məsələ eləcə də bizim oxucularımızı maraqlandırırdı. Onların daha dəqiq mə'lumat istədiklərinə və həqiqəti araşdırdıqlarına görə, biz məsələni hər tərəfli dəqiqləşdirmək məqsədilə Azərislam teoloqu, Mədinə Islam universitetinin tələbəsi Mübariz Qarayevə müraciət etdik. Ondan, məsələni ətraflı və dəqiq dəlillərlə izah etməsini xahiş etdik. Mübariz Qarayev cavabını aşağıdakı kimi vurğuladı:
  
"Şeyx Albani demişdir: "Məlum məsələdir ki, təzə ay bir yerdə göründüyü zaman hər yerdə görünə bilməz. Məsələn məğribdə görünübsə (eyni vaxtda) məşriqdə görünə bilməz. Alimlərin dəstəklədiyi daha doğru rəyə əsasən: "Ay göründüyü zaman oruc tutun ..." hədisi ümumi mənanı verir. Ayın müxtəlif yerlərdən çıxmasını da qeyd etmək düzgün deyildir. Çünki ayın çıxması üçün nə şəriətə görə, nə də hesablamalara görə məhdud bir yer yaxud müəyyən bir vaxt mövcud deyildir. Odur ki, bunu xüsusən qeyd etmək düzgün deyil. Bu deyilənlərə əsasən demək olar ki, bu günkü gündə ayın bir yerdə görünməsini başqa müsəlman ölkələrinə radio və s. vasitələrlə çatdırmaq mümkündür. Belə olduğu təqdirdə özünə ayın görünməsi xəbəri çatmış hər bir müsəlman oruc tutmalıdır..." (Silsilətul-Əhadisis-Səhihə, 6 cild, səh: 253)"
 
   Mübariz Qarayev söhbətinə belə davam etdi;
"Şövkani deyir ki: "ibn Abbasın: "Peyğəmbər (s.a.s) bizə bunu əmr etdi"- deməsi heç də hər ölkənin özünün ayı görməsinə dəlil deyil. Çünki ibn Abbas (r.a) açıq-aydın deməmişdir ki, "Peyğəmbər (s.a.s) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin" Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalanmağa gətirib çıxarmışdır." (əd-Dərari əl-Mudiyyə, 143)

   Şövkani deyir ki: "ibn Abbasın: "Etimad olunan rəy o rəydir ki, bir ölkənin əhli təzə ayı görsə, bütün başqa ölkələrdəki müsəlmanlara oruc tutmaq vacibdir" (Neylul-Əvtar, 4/231)

   "İbn Battal: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin"- hədisinВ¬dən nəticə çıxarıb demişdir. Bu hədis münəccimlərə rəddir. İbn Bəzizə isə belə demişdir: "Ulduzlar elmi bu xüsusda batil sayılır və şəriət bunu qadağan edir. Çünki öncədən təzə ayın nə zaman çıxaВ¬caВ¬ğını demək təxmini bir şeydir. Buxarinin İbn Ömərdən (r.a) rəvayət etdiyi hədis isə açıq-aydın buna dəlildir. Peyğəmbər (s.a.s) demişdir: "Biz yazıb-oxumağı, hesablamağı bacarmayan bir ümməВ¬tik. Ay hərdən belə olur, hərdən də belə (yəni hərdən iyirmi doqquz olur, hərdən də otuz. Bu isə gözВ¬lə görВ¬məyə işarədir. Çünki səhabələr arasında yazıb-oxumağı bacaranlar var idi)" (Subulus-Sələm, 2/220)

   Siddiq Həsənxan dedi: "Orucu ədaləti etibarlı müsəlmanın təzə ayı görməsi ilə tutmaq lazımdır. Belə ki, ibn Ömər (r.a) təzə ayın çıxdığını Peyğəmbərə (s.a.s) xəbər vermiş və Peyğəmbərə (s.a.s) caВ¬maata (bütün müsəlmanlara) oruc tutmağı əmr etmişdir ... Mötəbər hədislərdə varid olan: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin." ifadəsi bütün müsəlman ümmətinə xitabdır. Harada təzə ay görünsə hamı üçün oruc tutmaq vacib olur. Amma Muslimin "Səhih" əsrindəki Kureybin hədisi, ibn Abbasın (r.a) Mədinə əhli ilə birgə oruc tutması heç də dəlil deyil. Belə ki, ibn Abbasın: "Peyğəmbər (s.a.s) bizə bunu əmr etdi"- deməsi hər ölkənin özünün ayı görməВ¬sinə dəlil deyil. Çünki ibn Abbas (r.a) açıq-aydın deməmişdir ki, "Peyğəmbər (s.a.s) bizə başqa ölkənin ayı görməsinə etimad etməyin" Əksinə, o, bununla demək istəmişdir ki, əgər görməsələr otuz günü tamamlasınlar. Həm də belə bir rəy insanları parçalanmağa gətirib çıxarmışdır. (Halbuki ibn Abbas (r.a) bunu qəsd etməmişdir)". (Təliqat ər-Rədiyyə, Albaninin təhqiqi ilə, 2/7 və 13) Məgər tarixdə elə bir hadisə olubmu ku, səhabələrdən kiməsə ayın görünməsi xəbəri gəlib çatsın, o da oruc tutmasın və desin ki, biz başqa regionda yaşayırıq. Sadəcə özlərinə xəbər çatmayanlar otuzuncu günü tamamВ¬lamışlar. İbn Ömər (r.a) Peyğəmbərə (s.a.s) xəbər verdikdə o bütün ümmətə oruc tutmağı əmr etmiş və müsəlmanları bölgələrə parçalamamışdır.

   Şeyx İbn Bazdan soruşdular: "Müsəlman alimləri arasında orucluq ayının başlanğıcı baВ¬rədə ixtilaf düşmüşdür. Onlardan bəziləri: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin..." hədisinə əsaslanırlar. Bəziləri isə münəccimlərin astronomik hesablamalarına etiВ¬mad edib deyirlər ki: "Münəccimlər astronomiya elmində elə bir səviyyəyə gəlib çatıblar ki, artıq qəməri tarixindəki hər bir ayın başlanğıcını təyin edə bilirlər".  Odur ki bu alimlər təqvimə əsaslanırlar.

   Şeyx belə cavab vermişdir: "Birincisi: Ən səhih (mötəbər) rəy Peyğəmbərin (s.a.s) bu sözünə əsaslanmaqdır: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin..." Çünki ayın başlanması və bitməsi məhz təzə ayın görünməyindən asılıdır. Allahın göndərdiyi Peyğəmbərinin (s.a.s) gətirdiyi şəriətdə Qiyamət gününədək dəyişilməz qalacaqdır.

İkincisi: Şübhəsiz ki, Allah astronomik elmin olacağını bilirdi, lakin bununla belə Öz müqəddəs Kitabında buyurur: "Sizlərdən kim bu ayı müşahidə etsə, onu (həmin ayı) oruc tutmalıdır". Peyğəmbər (s.a.s) demişdir: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin..." Burada, Ramazan ayının orucunu tutmaq və onu bitirmək yalnız hilalı (təzə ayı) görməklə bağlıdır və onun astronomik hesablamalarla heç bir əlaqəsi yoxdur. Hərçənd, Allah bilirdi ki, belə alimlər olacaq. Müsəlmanlara vacibdir ki, oruc tutduqda və onu bitirdikdə hilalı görməyə etimad etməklə Peyğəmbərin (s.a.s) gətirdiyi Allahın şəriətinə qayıtsınlar. Bu isə bütün alimlərin yekdil fikridir. Təqvimə əsaslananlar isə İslam alimlərinə müxalif olanlardır". (Fətava Ləcnətud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 2036; Fətava Ramadan, 1/118-119).
  
"İbn Baz başda olmaqla böyük alimlər heyətinin hamısı belə fətva vermişdir. "Böyük alimlər heyəti təzə ayın astronomik hesablamalara əsasən nə zaman çıxmasının təyin olmasını, Quran və Sünnədə varid olanları, habelə sələf alimlərinin dediklərini müzakirə elədikdən sonra qərara almışdır ki, alimlərin hamısının yekdil fikrinə əsasən təzə ayın çıxmasını bilmək üçün astronomik hesablamalara əsaslanmaq şəriətə ziddir". (Fətava Ləcnətud-Daimə Lilbuhusul-elmiyəti vəl-İfta, 3686; Fətava Ramadan, 1/115).

   Bu deyilənləri sübuta yetirmək üçün ibn Ömərdən (r.a) gələn hədisə nəzər salaq: "İbn Ömər (r.a) camaatla birgə oruc tutar və astronomik hesablamalara əsaslanmazdı". (Əbu Davud və Beyhəqi. Bax: İrvaul-Ğəlil, 4/9)

   Bütün bunlardan belə nəticə çıxır ki, Ramazan ayına bir neçə ay, yaxud bir neçə gün qalmış təzə ayın nə zaman çıxacağını söyləmək qeybi məsələdir. Tarix boyu bütün sələf alimləri yalnız Şaban ayının iyirmi doqquzu, gün batdıqdan sonra təzə ayın çıxmasını izləmişlər. İbn Ömərin (r.a) İbn Abbasın (r.a) rəvayəti də buna dəlildir.

   Şeyx Abdulaziz ibn Bazdan soruşdular: "Ayın müxtəlif vaxtlarda çıxması problemi ilə üzləşən insanlar oruclarını necə tutmalıdırlar? Məgər Amerika və Avstraliya kimi uzaq ölkələr üçün labüddür ki, Ərəbistanda ayın görünməsinə etimad edib oruclarını tusunlar? Belə ki, onlar təzə ayı görmürlər"

   Şeyx belə cavab vermişdir: "Daha doğru rəy belədir ki, (müsəlman) təzə ayın görünməyinə etimad etməli və ayın müxtəlif yerlərdən çıxma ehtimalına fikir verməməlidir. Çünki Peyğəmbər (s.a.s) məhz ayın görünməyinə etimad etməyi vacib buyurmuş və bunu (ayın müxtəlif yerlərdən çıxma ehtimalını) açıqlamamışdır. O demişdir: "Təzə ayı gördükdə orucunuzu tutun, Təzə ayı gördükdə orucunuzu bitirin. Şəkk etdiyiniz günü isə otuza çatdırmaqla (günlərin sayını) tamamlayın". Bu mənada bir çox hədis vardır. Peyğəmbər (s.a.s) o hədislərin heç birində ayın müxtəlif yerlərdən çıxma ehtimalını bildirməmiş və bunu (səhabələrinə) öyrətməmişdir.

    Bir qisim alimlər isə təzə ayın müxtəlif yerlərdən çıxma ehtimalını daha üstün saymış və hər ölkənin özünün ayı görməyini vurğulamışlar. Və dəlil olaraq ibn Abbasdan (r.a) rəvayət olunan əsəri gətirmişlər. Belə ki, ibn Abbas (r.a)" Şam əhlinin ayı görməyini qəbul etməmişdir. Belə ki, Şam əhli Müaviyənin (r.a) xilafəti zamaВ¬nınВ¬da cümənin gecəsi ayı görmüş və oruc tutmuşlar. Mədinə əhli isə ayı şənbə gecəsi görmüş və o günü oruc tutВ¬muşlar. Kureyb ibn Abbasa (r.a) Şam əhlinin ayı gördüyünü və oruc tutduğunu xəbər verdikdə isə ibn Abbas (r.a) demişdir: "Biz ayı şənbə gecəsi görmüşük və beləcə də onu görənədək oruc tutacağıq ya da (görməsək) otuz günü tamamlayacağıq. Qeyd etmək lazımdır ki, bu qüvvətli rəydir". (Fətava Ramadan, 1/111-112)

  Ümid edirik ki, yuxarıdakı dəlillər oxucularımızı qane edə biləcək və araşdırdıqları həqiqəti dəlil və sübutla burada tapa biləcəklər. Həmçinin arzu edirik ki, bu problem gələn ilə kimi çözülsün, Ramazan ayına bir müddət qalmış bu məsələ ilə məsul şəxslər maraqlansınlar. Bu kimi məsələlərdə müsəlmanlar arasında ixtilaf və çaxnaşmalar yaranmasın.

Allah oruclarınızı qəbul etsin!
Qarşıdan gələn Ramazan Bayramınızı təbrik edirik!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka