Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FİTRƏ ZƏKATI

[ Oruc / 77 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və səna olsun bizi Ramazan ayına yetişdirənə, bizə oruc tutmağı nəsib edənə. Şükürlər olsun Uca Rəbbimizə ki, bizim üçün müqəddəs və mübarək aylar tə'yin etmişdir. Salat və salam olsun Onun Rəsuluna (s.a.s), həmçinin Onun (s.a.s) ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar! Ramazan ayının bitməsinə çox az bir müddət qalıb. Bu mübarək ayda kimlərinsə keçmiş günahları bağışlandı, kimlərsə Cəhənnəm əzabından qurtuldu, kimlərsə də bu aydan qənimətsiz və faydasız olaraq çıxacaqlar. Ramazan ayında oruc tutmaqla bərabər, namazlarımızı və başqa ibadətlərimizi də artırırıq, kasıblara və kimsəsizlərə əl tuturuq, sədəqə veriririk, Qur'an oxuyurq. Ramazan ayında bu kimi əməllərimizi çoxaldırıq, Allahu Təalaya daha da yaxın olmağa çalışırıq. Bunlar isə bizə Peyğəmbərimizdən (s.a.s) və Onun səhabələrindən miras olaraq qalmışdır, biz də onlar kimi bu mübarək aydan səmərəli istifadə etməyə çalışırıq. Ramazan ayında görülməsi gərəkən bir sıra əməllər vardır ki, bu əməllərdən Ramazan ayını başqa əməllərdən fərqləndirir. Ramazan ayında bizə vacib olan fitrə-zəkatı da vardır ki, bunu hər bir oruc tutan müsəlman verməlidir.

Zəkat iki qismə bölünür: 1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.
2) Varlıların öz mallarından verdikləri zəkat.

Söhbətimiz əsasən fitrə zəkatındandır. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.
Həmçinin fitrə zəkatını qeyri müsəlmanlara vermək olmaz. Çünki fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.


Allah oruclarınızı və bütün ibadətlərinizi qəbul etsin!

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka