Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

USEYMİNİN RAMAZAN FƏTVALARI

[ Oruc / 91 dəfə baxılıb ]   
|
 

1. Sual: Orucun vacib edilməsində hikmət nədir?
Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq "Ey iman gətirənlər sizdən öncəkilərə oruc vacib edildiyi kimi sizə də vacib edildi ki bəlkə Allahdan qorxasınız". Bu ayədən göruruk ki orucun hikməti Allahdan olan qorxu və Ona olan ibadətdir. Təqva: haram edilənləri tərk etmək və əmr olunanları isə yerinə yetirməkdir.

Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur". (Əl-Buxari1903)

Buradan belə aydın olur ki, oruc tutan kimsə hər bir haram işdən çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir. Ona qiybət etmək, yalan danışmaq, nəmmamlıq (sözgəzdirənlik) etmək və.s etmək olmaz. Ümumiyyətlə bütün haramlardan çəkinmək, bacardığı qədər yaxşı işlər görmək və vacib olan əməlləri yetirmək lazımdır. Bunu bir ay ərzində edən insan, ilin qalan hissəsində öz nəfisini doğru istiqamətdə yönləndirə bilər. Amma təəsüflər olsun ki, oruc tutanların çoxusu oruclu günləri ilə digər günləri arasında heç bir fərq görmürlər. Onlar əvvəlki kimi vacib əməlləri tərk etməkdə və haram işlər görməkdə davam edirlər. Öz üzərlərində orucun məsuliyyətini hiss etmirlər. Bu adı çəkilən əməllər orucu batil etmir, amma onun savabını azaldır. Hətta ola bilsin ki, onun bu pis əməlləri orucunun savabı bərabərliyində olsun və nəticədə orucun savabını başa-baş itirsin.

2. Sual: Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
Cavab: buna görə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.

3. Sual: Kiçik qız uşağı bilməyərək heyzli (aybaşı) ola-ola oruc tutub bunun hökmü nədir və nə etməlidir?
Cavab: Heyzli (aybaşı) qadın oruc tutmamalıdır və o heyz (aybaşı) günlərində tutduğu orucların qəzasını etməlidir. Burada belə bir məsələ də vardır: Əgər kiçik qız uşağına birinci heyz (aybaşı) gəlibsə və o utandıqından bu haqda ailəsinə xəbər verməyib və oruc tutmayıbsa onda tutmadığı bir aylıq orucu qəza etməlidir. Çünki heyz (aybaşı) olan qadın artıq həddi-büluğa yetişib və oruc tutmaq ona vacibdir.

4. Sual: Bir kişi ailəsi, uşaqları üçün ruzi qazandığından oruc tutmamışdır bunun hökmü nədir?
Cavab: Bu insan orucu tərk edərkən Təvil edib fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil, bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə bu haqda alimlər deyirləri ki, "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.

5. Sual: Bir kəs Ramazan ayının başlamasını bilməyib və birinci gün oruca niyyət etməyib sonra Sübh namazından sonra eşidib ki, bu gün artıq Ramazan ayıdır, bu halda nə etməlidir?
Cavab: o eşitdiyi vaxtdan oruc tutmalı və Ramazandan sonra ehtiyat üçün bu günün əvəzinə qəza tutmalıdır.

6. Sual: Bir kəs müəyyən səbəb üzündən orucunu açıb və günün bir hissəsində həmin səbəb götürülübsə günün qalan hissəsində oruc tutmalıdırmı?
Cavab: O günün qalan hissəsini oruc tutmalı deyil çünki onun oruc açması şəriətə müvafiq olan səbəb üzündəndir.

7. Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər gün əvəzinə bir nəfər yedizdirir.

8. Sual: Müsafir adamın orucu necə olmalıdır?
Cavab: Müsafir adamın Ramazan ayında oruc tutması daha yaxşıdır. Əgər iftar edərsə bunun bir zərəri yoxdur. O, iftar etdiyi günlərin qəzasını tutur. Əgər iftar etmək ona daha asandırsa iftar etmək daha yaxşıdır. Çünki Allah Onun rüxsətlərini götürməyi sevir.

9. Sual: Müsafirə oruc tutmaq çətinlik yaradarsa o nə etməlidir?
Cavab: çətinlik çox ağır olmazsa bu zaman onun oruc tutması məkruhdur (bəyənilmir), çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hamının bir nəfərin başı üzərinə toplaşmasını gördü və nə baş verdiyini soruşdu, cavabında orucdur dedilər. O buyurdu: "Səfərdə oruc tutmaq yaxşılıqdan deyildir". Əgər bu çətinlik ona çox ağır olarsa bu zaman iftar etmək vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun səfərdə olarkən insanlar orucun çətinliyindən şikayətləndilər və Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucunu açdı. Sonra Peyğəmbərə bəzilərinin orucu açmadığı xəbəri deyildikdə o buyurdu: "Onlar asi olanlardır, onlar asi olanlardır". Amma məşəqqətsiz olan səfərdə oruc tutmaq daha yaxşıdır.

10. Sual: Hal-hazırda müsair texnika səbəbi ilə səfərə çıxmaq çox asan olduğundan oruc tutmaq da ağır olmur, belə halda müsafirin nə etməsi daha yaxşıdır?
Cavab: Səfərə çıxan insan istəsə iftar edər yaxud da oruc tutar. Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz səhabələri ilə səfərə çıxardılar onlardan bəziləri oruc tutar bəziləri isə iftar edərdilər amma buna baxmayaraq biri-digərinə eyib etməzdi. Amma səfər rahat olarsa oruc tutmaq daha yaxşıdır. Çünki bu işdə üç fayda vardır:
1- Peyğəmbəri ona Allahın salavatı və salamı olsun örnək götürmək.
2- Oruc tutmağın asan olması. Çünki hamılıqla tutulan oruc daha asan olur.
3- Tez bir zamanda yükünü boynundan atmaq.

11. Sual: Süd verən qadın iftar edə bilərmi? O nə vaxt qəza etməlidir? Orucun əvəzinə yemək yedizdirə bilərmi?
Cavab: Süd verən qadın oruc tutmaqla südün azalacağından, bunun da uşağına zərər verəcəyindən qorxarsa bu zaman iftar edə bilər amma sonra həmin bu orucun qəzasını tutmalıdır. Çünki onun vəziyyəti xəstənin vəziyyətinə oxşayır. Bu səbəb getdikdən sonra o orucunu tutmalıdır və əgər bu il tuta bilməsə o birisi il tuta bilər. Orucun əvəzinə kəffarə olaraq yemək vermək isə həmin səbəbin və ya xəstəliyin daimi olmasıdır.

12. Sual: Orucun məşəqqətindən, aclıq və susuzluqdan, günün çox hissəsini yataraq keçirmək oruca mənfi təsir göstərirmi?
Cavab: Bu oruca mənfi təsir göstərmir, əksinə bu çətinlikdə çoxlu savab vardır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun Aişəyə demişdir: "Sənin savabın çətinliyin qədərdir". Insanın Allaha itaətində çətinliyi nə qədər çox olarsa savabı da bir o qədər çox olar. Belə çətinliklə üzləşdikdə sərin yerdə oturmaq və su ilə sərinlənmək olar.

13. Sual: Ramazan ayında hər gün niyət etmək lazımdır yoxsa bir aylıq oruc niyəti kifayətdir?
Cavab: Ramazan ayında birinci gün bir dəfə niyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyət etməsə də artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə onda yenidən niyət etmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyəti təzələmək lazımdır.

14. Sual: Qəti olaraq orucu açmaq niyətində olan adam yeyib-içməsə də iftar etmiş sayılırmı?
Cavab: Məlum olduğu kimi oruc niyət etməklə tərk etməyi birlikdə cəm etməkdir. Insan oruc ilə yemək-içməyi tərk edərək Allaha yaxınlaşmağı niyət edir. Həqiqətən o orucu açamaq niyətində olarsa bu onun orucunu batil edər. Amma bu Ramazan ayında olarsa günəş batana qədər yeyib-içməkdən imtina etmək vacibdir. Sonra bu orucun qəzasını tutmalıdır. Çünki Ramazan ayında üzürsüz yerə iftar edən günüz vaxtı yeyib-içməkdən imtina etməli sonra isə orucu qəza etməlidir. Amma onun oruc açmaq niyəti tərəddüdlü (qeyri qəti) olarsa bu haqda alimlərin ixtilafı vardır. Bəziləri belə halda orucun batil olmasını deyirlər, çünki tərəddüd etmək əzmə (qəti istəkə) ziddir. Digər alimlər isə orucun batil olmadığını deyirlər. Çünki əsas niyyətin qalmasıdır. Niyət onu qəti dəyişmək istəyinə düşənə qədər davam edir. Mən də bu fikri daha doğru hesab edirəm. Allah daha yaxşı biləndir.

15. Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir." Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!" Allah təalə də buyurmuşdur ki: -Artıq (belə də) etdim. Bunu görən insan isə onu xatırlatmalıdır və bunu eləmək vacibdir çünki bu münkəri dəyişmək deməkdir. Çünki oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.

16. Sual: Oruc tutana sürmə işlətməyin hökmü nədir?
Cavab: Oruclu adama sürmə işlətmək, gözə və qulağa damla axıtmaq olar. Hətta bunun dadını boğazında hiss etsə belə bunu təsiri yoxdur çünki bu nə yemək nə də içməkdir. Qadağa yemək-içmək və onların mənasında olan şeylərədir. Ona görə də yemək-içmək mənasında olmayan şeyləri ona aid etmək düzgün deyildir. Bu dediklərimiz Ibni Teymiyyənin -Allah rəhmət etsin- seçdiyi rəydir və düzgün rəy də budur. Amma burununa damla tökərkən qəsdən onu içəri salarsa orucu batil edər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "oruclu olmadığın halda istinşaqı (burunu təmizləməyi) dərindən et!"

17. Sual: Oruclu olarkən misvakdan və ətirdən istifadə etməyin hökmü nədir?
Cavab: Doğrusu odur ki, oruclu olarkən gün ərzində misvakdan istifadə etmək olar. Həmçinin növündən asılı olmayaraq ətirdən də istifadə etmək olar. Amma ki, burnu ilə dərindən nəfəs alıb onu içəri salmasın çünki bu onun mədəsinə gedə bilər.

18. Sual: Orucu batil edən şeylər hansılardır?
Cavab: Orucu pozan şeylər bunlardır:
a. Cinsi əlaqədə olmaq.
b. Yemək.
c. Içmək.
d. Şəhvət ilə məni çıxartmaq.
e. Yemək və içmək mənasında olan şeylər.
f. Qəsdən qusmaq.
g. Ehticam etmək (yəni qan aldırmaq).
h. Heyz və nifas qanının çıxması.
Deyilən bu şeylər üç şərt əsasında olmalıdır ki, orucu batil etsin.
a. Elm.
b. Xatırlamaq.
c. Qəsd.

Birinci şərt elmdir və onun mənası: O, bu şəriət hökmünü və onun vaxtını bilməlidir. Əgər o bunları bilməzsə və xəta edərsə onun orucu düzgündür. Bu haqda Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!". Həmçinin bu haqda səhih sünnətdə də hədislər gəlmişdir və belə hədislərdən Ədiyy ibn Hatimin hədisidir. O gecə yatarkən yastığının altına iki ip qoyur və səhər orucunu tutmaq üçün götürdüyü ağ ipi qara ipdən seçənədək yeyib içir. Sonra səhər açılanda Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlir və etdiyini ona danışır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun Quran ayəsindəki ağ ipin qara ipdən seçilməsi gördüyümüz və işlətdiyimiz ipin olmamasını ona bildirdi və burada ağ ip deyildikdə gündüzün işığı, qara ip deyildikdə isə gecənin qaranlığı nəzərdə tutulur deyərək cavab verdi. Səhabənin belə etməsinə baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun ona orucu qəza etməyi əmr etmədi. Çünki o hökmü bilmirdi və ayənin mənasını da etdiyi kimi başa düşmüşdü. Amma vaxtı bilmədən orucunu açarsa bu haqda da hədis vardır. Buxari öz səhih kitabında Əsma binti Əbu Bəkrdən rəvayət edərək deyir: "Biz Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında buludlu gündə iftar etdik və sonra günəşi gördük". Buna baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun onlara orucu qəza etməyi əmr etmədi. Həmçinin bu məsələyə oxşar başqa bir məsələdə vardır, məsələn: bir kəs gecə oyanıb yeyib-içir sonra baxır ki, artıq sübh namazının vaxtı çoxdan daxil olub belə olduqda bu kimsə qəza etmir çünki o vaxtın daxil olmasını bilmirdi.

Ikinci şərt xatırlamaqdır və bu da unutmağın əksidir. Əgər bir kəs unudaraq yeyib-içərsə onun orucu düzdür və qəza tutmağa da gərək yoxdur.

Üçüncü şərt isə qəsddir: Bunun mənası insanın vaxtından əvvəl etdiyi iftarın ixtiyari olmasıdır. Əgər insan iftarı qeyri ixtiyari, yəni məcburi olaraq edərsə onun orucu doğrudur. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Ümmətimə xəta etdiyi və unutduğu həmçinin məcburi edilən şeylərə görə günah yazılmır". Elə buna görə də oruc tutanın boğazına külək zamanı torpaq girərsə və o torpağın dadını boğazında hiss edərsə və torpaq onun mədəsinə daxil olarsa onun orucu pozulmur. Çünki o bunu qəsd etməyib. Həmçinin onu oruc açmağa məcbur etsələr, bu məcburiyyəti götürmək üçün oruc açarsa onun orucu batil olmur və yenə də orucuna davam edə bilər. Çünki bu iş onun ixtiyarı ilə olmayıb. Həmçinin yuxuda olarkən ihtilam (yuxu görərək cunub olmaq) olarsa onun orucu doğrudur, çünki yatan adamın heç bir qəsdi yoxdur. Həmçinin kişi öz qadınını məcbur edərək cima (cinsi əlaqə) edərsə qadının orucu doğrudur çünki onun heç bir ixtiyarı yoxdur.

Burada əhəmiyyətli bir məsələ var. Kişi öz qadını ilə oruc zamanı cinsi əlaqədə olarsa onun üzərinə beş şey düşür.
1. Günah.
2. Günün qalan hissəsində oruc tutmaq.
3. Orucunun batil olması.
4. Orucu qəza etməli.
5. Kəffarə (bağışlanma).

Amma bu cinsi əlaqəni səfərdə olan adam edərsə onun üzərinə yalnız qəza düşür və kəffarəsi yoxdur. Çünki müsafir adam istəsə oruc tutar yaxud da qəza edər.

19. Sual: Asma xəstəliyi ilə əlaqədar olaraq ağzına hava vurarsa bununla orucu açmış olurmu?
Cavab: bunu istifadə edən adamın orucu batil olmur, çünki bu onun mədəsinə yetişmir.

20. Sual: Qusmaq orucu pozurmu?
Cavab: Bilərəkdən qusmaq orucu pozur. Bilməyərəkdən qusmaq isə orucu pozmur. Buna dəlil Əbu Hüreyrənin hədisidir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin"

21. Sual: Oruc tuanın damağından çıxan qan onun orucunu batil edirmi?
Cavab: dişlərdən çıxan qan oruca təsir etmir. Amma ki, onun udmaqdan bacardıqca çəkinmək lazımdır.

22. Sual: Heyzli (aybaşı) olan qadın sübh namazından əvvəl heyzdən kəsilərsə sonra sübh namazının vaxtı çıxandan sonra qüsl alarsa onun orucunun hökmü nədir?
Cavab: Əgər onun heyzi sübh namazından əvvəl kəsiliblə orucu doğrudur. Əhəmiyyətli olan odur ki, qadın tam əmin olmalıdır ki, artıq o hezdən kəsilib. Buna görə də qadınlar Aişənin yanına gələr və pambıq gətirərdilər ki, Aişə baxsın görək heyzdən təmizlənib ya yox!? Aişə isə onlara belə deyərdi: "Siz tələsmətin, hətta ağ su görənədək gözləyin". Qadın heyzdən kəsilməsinə tam əmin olmalıdır. Əgər o heyzdən kəsilibsə bu zaman oruca niyət edə bilər hətta sübh namazının vaxtı çıxandan sonra qüsl alsa da onun orucu düzdür. Amma belə hallarda gərək qüslü tez alasan ki, sübh namazını vaxtı çıxmadan qıla biləsən.

23. Sual: Oruclu adam diş çəkdirə bilərmi?
Cavab: Oruclu olarkən diş çıxartmaq olar və bu zaman gələn qan orucu batil etmir.

24. Sual: Oruclu adam müayinə üçün qan verə bilərmi?
Cavab: Bəli, bunun oruca heç bir təsiri yoxdur.

25. Sual: Oruc tutan istimna (əl ilə sperma çıxararsa) edərsə orucu batil olurmu? Bu adam kəffarə də verməlidirmi?
Cavab: Oruclu adam istimna edərsə orucu batil olur. O, bu günün əvəzinə bir gün qəza etməlidir. Amma buna görə kəffarə düşmür. Çünki kəffarə yalnız cinsi əlaqədə olmaqla vacib olur. Həmin bu adam etdiyi işə görə tövbə etməlidir.

26. Sual: Oruclu adama ətir iyləməyin hökmü nədir?
Cavab: Oruclu adam yağ və ya dezodorant tipli ətirləri iyləyə bilər. Dezodorant tipli ətirləri iyləyərkən onun zərrəciklərini dərindən nəfəs alaraq udmaq olmaz. Çünki bu zərrəciklər onun mədəsinə daxil olur və belə halda orucu batil edir. Amma adi formada iyləmək isə oruca təsir etmir.

27. Sual: Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?
Cavab: Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bu hədisidir: "Oruclu olmaqığın vaxt burununu dərindən təmizlə". Amma qulağa və gözə tökülən damlalar, gözə sürtülən sürmə və.s isə orucu batil etmir. Çünki bu kimi şeylərə dəlil yoxdur və bu orqanlar yeyib içmək orqanları deyildir.

28. Sual: Oruclu olarkən sərinlənməyin hökmü nədir?
Cavab: Oruclu olarkən sərinlənmək olar. "Peyğəmbər ona Allahın salavatı və salamı olsun oruclu olarkən sərinlənmək üçün və susuzluğu yatırmaq üçün başına su tökərdi". Həmçinin Ibni Ömər susuzluğun və istinin qarşısını almaq üçün paltarını yaş edərdi. Ümumiyyətlə rütubət oruca təsir etmir. Çünki rütubət su kimi mədəyə daxil olmur.

29. Sual: Oruclu adam ağzını və ya burnunu yuyarkən mədəsinə su gedərsə bu onun orucunu pozurmu?
Cavab: Belə halda oruc batil olmur. Çünki o bunu qəsdən etməyib.

30. Sual: Burundan açılan qan orucu pozurmu?
Cavab: Burundan açılan qan orucu pozmur, çünki bu onun öz ixtiyarı ilə olmur.

31. Sual: Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra günəşi görür. Belə olan halda yemək-içməyi dayandırmalıdırmı?
Cavab: Belə olan halda yemək-içməyi dayandırmaq lazım deyil. Çünki iftar vaxtı onlar yerdə idilər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Gecə bu tərəfdən gəldikdə, gündüz isə bu tərəfdən getdikdə və günəş batdıqda oruclu orucunu açır". Hava limanında iftar edən adamın günü bitmişdir. Günü bitmişdirsə deməli yemək-içməkdən imtina sabahkı gün olacaqdır. Həmçinin o iftarını şəriətə uyğun olan dəlillə açmışdır, yenidən -belə halda- oruca davam etmək üçün də şəriətə uyğun dəlil olmalıdır.

32. Sual: Oruc tutana bəlğəm və ya burundan çıxan suyu udmağın hökmü nədir?
Cavab: Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy vardır.

• Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.

• Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər.

Çünki ağız suyunu ağzında cəm edib udarsa bu orucu batil etmir. Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı və Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sünnəti olmalıdır. Həmçinin biz bir işin ibadəti pozmasında şəkk etsək ki, bu ibadəti batil edir yoxsa yox? Əsl odur ki, batil etmir. Buna əsasən də bəlğəm və burundan axan suyu udmaq orucu batil etmir. Hər halda insan oruclu olsada olmasa da belə şeyləri udmaqdan çəkinməlidir və ağzına gələnləri bayıra çıxartmalıdır. Amma bunun orucu batil etməsinə isə dəlil lazımdır ki, insan üçün Allahın qarşısında hüccət olsun.

33. Sual: Yeməyin dadına baxmaq orucu batil edirmi?
Cavab: Yeməyin dadına, onu udmadan, baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.

Mənbəə:
Abubakr-mescidi.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka