Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NAFILƏ NAMAZLARI

[ Namaz / 7343 dəfə baxılıb ]   
|
 
Əs-salamu aleykum və rahmətullahi və bərəkətuhu!

Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.
« Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (Al-i İmran, 102)
« Ey insanlar! Sizi tək bir nəfisdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadındlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir» ( Nisa, 1)
« Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar» ( Əhzab, 70-71).
Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin – sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir.

Möhtərəm müsəlmanlar! İlk əvvəl təkvalı olmağınıza çağırıram. Bilmək lazımdır ki, Allah və Rasulunun (s.ə.s) buyurduğu əməllər fərqlənir. Həm qüvvədə, həm təsirdə, həm də fəzilətdə. Məsələn: İxlas surəsi Təbbət surəsi kimi deyil. Peyğəmbər (s.ə.s) deyir ki : « İxlas surəsi Quranın üçdə biridir». Çünkü İxlas surəsi əzəmətli mənalar daşıyır. Amma Təbbət surəsində İxlas surəsinə nisbətdə böyük mənalar yoxdur. Həmçinin ayələr də fərqlənir. Bəzi ayələr bəzi ayələrdən əfzəldir, qüvvətdə, təsirdə, savabı qazanmaqda və s. Məsələn, Ayətul Kursi, ən əzəmətli ayədir. Necə ki, Ubey ibn Kaab (r.a) Peyğəmbərdən (s.ə.s) soruşanda ki, ən əzəmətli ayə hansıdı? O, (s.ə.s) deyir ki: « Ən əzəmətli ayə Ayətul Kursidir». Hansı ki, Allah Sübhənə və Təalənin isim və sifətləri bu ayədə cəm olub. Kim Allah Sübhənə və Təaləni tanımaq istəyir Ayətul Kursini, İxlası oxusun.
Həmçinin əməllər də fərqlənir. Əməllərin əzəmətlərindən biri də namazdır. Namaz şəhadətdən sonra ən əzəmətli ibadətdir. Allah Sübhənə və Təalə müsəlmanlara namazı fərz(vacib) edib. Nə üçün müsəlmanlara, çünkü kafirlərə namaz fərz deyil. İnsan birinci şəhadəti (Lə iləhə illallah, Muhəmmədən rasulallah) deməlidir, sonra namaz qılmalıdır. Və kafir bunu qəbul etmirsə ona namaz qılmaq da lazım deyil. Ancaq müsəlman üçün namaz vacibdir. Namaz elə ibadətdir ki, tək cümə günü yox, Ramazanda yox, gərək gündə olsun, ölənə qədər. Bu elə ibadətdir ki, başqası sənin yerinə edə bilmir. Məsələn: «öləndən sonra övladlarım edər, xəstələnəndə: sən mənim yerimə et…» və s. sözlər düzgün deyil. Bu ibadət şərik qəbul etmir. Və bu elə ibadətdir ki, heç yerdə qalmır, yəni elə bir hal yoxdur ki, orada namaz qılmaq mümkün olmasın. Amma başqa əməllər bəzi vaxtlarda düşür, məsələn səfərdə və başqa yerlərdə.
Namazın İslamda böyük yeri var. Lakin bu gün mövzumuz fərz namazından deyil. Namaz qılanların çoxusu bəzi namazlara yumuşaq yanaşırlar. Hərdən edirlər, hərdən yox. Bunlar da nafilə namazlarıdır. Gəlin görək müsəlman sübhdən işa namazınadək fərzdən başqa hansı namazları etməlidir. Ümumən Allah Sübhənə və Təalə namazları qorumağı, yəni vaxtında, necə lazımdır qılmağı əmr edib: «Namazlara xüsusilə orta nmaza (əsr namazına) riayət (əməl) edin» ( Bəqərə, 238).
Bilmək lazımdır ki, Quran və sünnə nafilə, yəni fərzdən başqa namazlar haqqında da danışır. Fəqət bunlar da fərqlənir. Məsələn: mütləq namazlar – hərdən bu namazları qılmaq yaxşıdır; təyin olunmuş namazlar – fərzə yaxın namazlar. Nafilələrdə də hikmət ondadır ki, insan nə qədər də istəsə kamil namaz qılsın, lakin bacarmır. Əgər fərzdə naqislik olursa, nafilələr həmin boşluğu örtür. Bu birinci cəhət. Həmçinin biz görürük ki, namaz ən əzəmətli ibadətdir. Ona görə müsəlman tək fərz namazları ilə kifayətlənməməlidir. Qiyamət günü ən birinci namazdan soruşulacaq. Görəcəklər ki, əməl yoxdur onda deyəcəklər «baxın namazlarından bir şey var?». Namaz həm də kafirlə müsəlmanı ayıran əməldir. Belə halda görürük ki, belə ibadətin tək fərzlərilə kifayətlənmək düzgün deyil. Başlayaq sübh namazından. Görək sübhdən hansı nafilələr var.
Gəlir ki, Peyğəmbər (s.ə.s) sübhdən əvvəl iki rükət sünnət qılardı. Peyğəmbərimiz (s.ə.s) buyurub ki, «Sübh namazının sünnəti dünya və onun içindəkilərdən xeyrlidir». Ümumən namazların yanında qeyd olan sünnətlər on ikidir. İbn-i Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) buyurub: « Kim gündə on iki rükət sünnət namazı qılsa, Allah Sübhənə və Təalə onun üçün cənnətdə ev tikər».
Sonra Rasulallahdan (s.ə.s) gəlib ki, «Kim sübhü qılar və günəş bir dirsək və ya bir nizə qalxanadək zikr edər, sonra iki rükət işraq qılar, o insan elə bil ki, ümrə ziyarət etmişdir». Ümrə yəni, Kəbənin Həcc vaxtından başqa ziyarət olunan vaxtıdır.
İşraqdan sonra günün orta xəttinə çatanacan duha namazı vardır. Peyğəmbər (s.ə.s) buyurur ki, «İnsan hər əzasına gündə sədəqə verməlidir. İnsanları yaxşı yola çəkmək bir sədəqə, pis yoldan çəkindirmək bir sədəqə, «əlhəmdulilləh» demək bir sədəqə, «Allahu Əkbər» demək bir sədəqə, «lə iləhə illallah» demək bir sədəqədir. İstəyirsiz deyim bunların hamsını nə əvəz edir? – De, ya Rasulullah. – «Duha namazı». Duha namazını qılan gündəlik sədəqənin əvəzini verir. Duha namazı həmçinin Peyğəmbərin (s.ə.s) vəsiyyətidir. Əbu Hureyrə (r.a) deyir ki, Rasulallah (s.ə.s) mənə üç şeyi vəsiyyət etdi: «hər ayın üç gününü oruc tutmağı, yatmamışdan qabaq vitri qılmağı və duha namazını».
Sonra zöhr namazı gəlir. Gəlib ki, iki əvvəl iki sonra. Gəlib ki, dörd əvvəl iki sonra. Həmçinin gəlib dörd əvvəl və dörd sonra. Rasulullah (s.ə.s) buyurub ki: « Kim zöhrdən əvvəl dörd və sonra dörd rükət namaz qılsa Allah Sübhənə və Təalə ona cəhənnəmə düşməyi haram edər».
Sonra gəlir əsr namazı. Peyğəmbər (s.ə.s) buyurub ki, «Allah rəhm etsin o kəsə ki, əsrdən qabaq dörd rükət namaz qılar». Dörd rükət, yəni iki və iki, sonra isə fərz. Həmçinin iki ilə də kifayətlənmək olar. Rasulullah (s.ə.s) hərdən iki rükət də qılıb. Lakin bu həmin on iki sünnətə aid deyil. Müsthəb sünnətdir. Əsrdən sonra isə namaz yoxdur.
Sonra gəlir məğrib namazı. On iki rükət sünnətə aid olan namaz məğribdən sonra iki rükətdir. Lakin əvvəl də var. Peyğəmbər (s.ə.s) buyurub ki, « Məğribdən qabaq iki rükət qılın, məğribdən qabaq iki rükət qılın, məğribdən qabaq iki rükət qılın, kim istəyirsə». Çünkü fərz kimi başa düşməsinlər.
Sonra işa gəlir. İşadan da əvvəl qılmaq olar. Rasulallah (s.ə.s) deyir ki, «Hər azanla iqamə arasında iki rükət sünnət var». İşadan sonra isə on iki rükət sünnətə daxil olan iki rükət sünnət qılınır.
Umumiyyətlə müsəlman çalışmalıdır ki, bu on iki rükət sünnəti tərk etməsin. Peyğəmbər (s.ə.s) buyurub: « Kim gündə on iki rükət sünnət namazı qılsa, Allah Sübhənə və Təalə onun üçün cənnətdə ev tikər». On iki rükət bunlardır: sübhdən əvvəl iki, zöhrdən əvvəl dörd sonra iki, əsrdə yoxdur, məğribdən sonra iki və işadan sonra iki rükət. Amma ondan əlavə qılınan namazlar savabı artırmaq üçündür. Hərdən bunları da etmək lazımdır.
Həmçinin gündəlik ibadətlərdən vitr namazı gəlib. Peyğəmbər (s.ə.s) buyurur ki, «Allah Təalə sizə gözəl hədiyyə edib. – Ya Rasuləllah o nədir? – «Vitr». Vitr tək deməkdir. Peyğəmbər (s.ə.s) buyurur ki, «Allah təkdir və təki sevər». Bu namzı bir, üç, beş, yeddi, doqquz, on bir rükətəcən qılmaq olar. Bəyənilmir ki, on birdən artıq qılasan. Çünkü sünnədə gəlib ki, Rasulallah (s.ə.s) on birəcən qılardı.
Sonra gəlir qiyamul-leyl (gecə namazları). Peyğəmbər (s.ə.s) buyub: «Fərzdən sonra ən əfzəl namaz qiyamul-leyldir». Bunu da on bir rükətdən artıq qılmamaq yaxşıdır. Yəni vitir deyəndə, kim gecə namazı qılsa vitri gecikdirsin. Qılsın səkkiz, ya on rükət və s. sonra vitri qılsın. Aişədən (r.a) gəlir ki, «Rasulullah (s.ə.s) nə Ramazanda, nə də qeyrisində on bir rükətdən artıq qılmazdı».
Bunlardan başqa səbəbli nafilə namazları da vardır. Məsələn, məscidə girmək. Peyğəmbər (s.ə.s) buyurub ki, «Kim məscidə girsə, oturmamışdan qabaq iki rükət qılsın, sonra otursun». Səbəbli namazlardan istixarə, bayram, cümə namazı, dəstəmazdan sonra iki rükət namaz və s. misal çəkmək olar.
Həmçinin müsəlman çalışmalıdır ki, sünnət namzlarını evində qılsın. Fərzi məsciddə, nafiləni isə evdə qılmaq yaxşıdır. Rasulallah (s.ə.s) buyurub ki: «Evinizi namaz qılmayıb qəbirstanlığa oxşatmayın». Çünkü qəbirstanlıqda namaz qılmaq olmaz. Həmçinin buyurub: «Namaz qılınmayan ev qəbirstanlıqdır». Çünkü Allahı zikr etməyən ölüdür. Rasulallah (s.ə.s) deyir ki, ölü ilə diri arasındakı fərq nədir? Kim Allahı zikr edir diridir, kim isə Allahı zikr etmir ölüdür. Baxmayaraq gəzirsə, o daxilən ölüdür. Namaz, zikr insana həyat verir. Allah Sübhənə və Təalə buyurur ki, « Biz sizə yaşadan ruh göndərdik». Quran, Peyğəmbərə (s.ə.s) tabe olmaq, hamısı yaşadan ruhdur. Lakin onlar ki, belə şeylərdən məhrumdurlar, onlara Allah Təalə hidayət etmir. Çünkü onlar Allah qarşısında səcdə etməyə layiq deyillər.
Ona görə möhtərəm müsəlmanlar! Çalışmaq lazımdır bu nafilələrə riayət edənlərdən olaq. Bir gün Rabiyə ibn Malik əl- Əsləmi (r.a) Rasulullaha (s.ə.s) yaxşı bir iş görür və Rasulullah (s.ə.s) deyir: «Nə istəyirsən istə. O da deyir ki, ya Rasulallah istəyirəm ki, cənnətdə səninlə bir yerdə olum. Peyğəmbər deyir: Sonra nə istəyirsən? O da deyir ki, bu mənim üçün kifayətdir. Və onda Rasulullah (s.ə.s) buyururur ki, çoxlu səcdə et». Yəni çoxlu namaz qıl. Bu da dəlildir ki, müsəlman yalnız fərz namazları ilə kifayətlənməməlidir.
Beləliklə, müsəlman tənbəllik edib özünü nafilələrdən, xüsusilə on iki rükət sünnətdən məhrum etməməlidir. Dinin qüvvətli olması ibadətin çoxluğundandır.
Allah Sübhənə və Təalə bizi bu ibadətləri etməkdə kömək olsun. Amin!
Allah Sübhənə və Təalə bütün müsəlmanlara kömək olsun. Amin!
Allah Sübhənə və Təalə kimin xəstəsi var ona şəfa versin. Amin!…

Qamət Süleyman
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka