Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NAMAZDA MÜTİLİYƏ APARAN 33 AMİL

[ Namaz / 16 dəfə baxılıb ]   
|
 
MÜQƏDDİMƏ

Bütün bu təriflərə layiq olan Allah heç bir şəkk-şübhə olmayan kitabında belə buyurur: «O kəslər ki, namazlarında müti olub boyun əyərlər!» Yenə namaz haqqında belə buyurur: «Şübhəsiz bu, xuşu ilə namaz qılanlardan başqalarına çox çətin gəlir». Müttəqilərin başçısı, ruhən və cismən inananların alicənabı və Allahın Rəsulu Məhəmməd salləllahu əleyhi va səlləmə, ailəsinə və səhabələrinə dua və salam olsun.
Beləliklə, dinin əməli rükülərindən ən əsası namazdır və namazda xüşulu olmaq dinin əmridir. Şeytanın ilk gündən insan övladını yolundan azdırmağı əhd etməsi Quranda belə izah edilir: «Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» («Əraf» surəsi, 17).
Şeytanın müxtəlif vasitə və səbəblərdən istifadə edərək törətdiyi ən böyük hiylə insanları xuşu ilə namaz qılmaqdan uzaqlaşdırmaqdır. O, bütün qüvvəsi ilə çalışır ki, bir tərəfdən, insanlar bu ibadətdən zövq almaqdan məhrum olsun, digər tərəfdən isə əcr və savabdan heç bir şey qazanmasınlar. Bugünkü insanların bir çoxu şeytanın bu toruna düşmüşdür. Həmçinin İslama görə bilirik ki, yer üzündə hər şeydən əvvəl ruhən və cismən Allaha inanmaq hissi aradan qalxacaq. Bu səbəbdən də demək olar ki, axirətə yaxınıq. Hüzeyfə radiyallahu anhın sözü sanki haqqımızda deyilmişdir. O, belə deyir: «Dindən ən əvvəl Allaha qəlbən və cismən boyun əymək hissi, daha sonra isə namaz aradan qaldırılacaqdır. Hətta elə namaz qılanlar da olacaq ki, onlar heç bir xeyir əldə etməyəcəklər. Bu vaxt çox da uzaqda deyil, sizlərdən biriniz məscidə gəldiyiniz zaman Allaha qəlbən və cismən boyun əyib namaz qılan bir insan belə görməyəcəksiniz».
Bir çox insan namaz qılarkən vəsvəsənin (namaz qılarkən insanın diqqətini yayındıran kənar maneələr) tez-tez baş verməsindən, qəlbən bağlanaraq namaz qıla bilməməkdən şikayət edir. Hətta şəxsən özümüz də belə halla qarşılaşırıq. Elə buna görə də qələmi ələ alma ehtiyacı meydana gəldi. Bu kitabı yazmaqda ilk məqsədim hər şeydən əvvəl özümü bu hallardan müdafiə etmək və tez-tez öz-özümə xatırlatmaqdır. Bundan sonra isə müsəlman qardaşlarımın qəlbən və cismən Allaha bağlanmasının həqiqətini onlara başa salmaq istədim. Uca Allahdan mənim bu fəaliyyətimi faydalı etməsini arzulayıram.

« Xuşu» sözünün terminoloji mənası

Uca Allah belə buyurur: «Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (xuşu-hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» («Miminin» surəsi,1-2).
«Xuşu-qorxub çəkinməkdən ötrü meydana gələn qəlbən və əmin olaraq təmkin və təvazökarlıqla namazı yerinə yetirməyin adıdır».
«Xuşu yalvararaq və səmimi qəlbilə aləmlərin Rəbbinin önündə dayanmağa verilən addır»
«Allaha itaət üçün ayağa qalxın (namaza durun)» (« Bəqərə» surəsi, 238).
Ayə haqqında Mücahid rəhmətullahi əleyh belə deyir: «(Allaha hörmətlə boyun əymək kimi tərcümə edilən xuşu sözü) Allaha itaət, Allah qorxusu nəticəsində bədəndə yaranan sükunət, qəlbdə olan qorxu, namaz qılarkən gözlərin aşağı baxması, çiyinlərin də aşağı vəziyyətdə olmasıdır».
Xuşu əsasən qəlbdə olmaqla yanaşı onun əlamətləri bədənin üzvlərindən görünür. Çünki bədənin bütün üzvləri ürəyə tabedir. Diqqətsizlik və ya vəsvəsə (insanı namazdan yayındıran xüsusiyyətlər) səbəbilə qəlbdəki xuşu yox olduğu zaman bədən üzvlərindəki ibadətin keyfiyyəti də yox olur. Çünki ürək padşah, onun başqa üzvləri isə sanki bir əsgərdir. Onlar ürəyin əmrlərinə tabe olur və bu əmrlərə uyğun hərəkət edirlər. Əlbəttə ki, yalnız görüntü olaraq yerinə yetirilən xuşu arzuolunmaz bir haldır. Çünki belə ibadət münafiqliyin (ikiüzlülük) əlamətlərindən sayılır.
Hüzeyfə radiyallahu anh belə buyurur: «Münafiqcəsinə yerinə yetirilən xuşudan uzaq olun». Bir insan «Münafiqcəsinə xuşu nədir» sualını verdiyi zaman: «Bədəndə xuşu əlamətləri olduğu halda qəlbdə bu əlamətlərin olmamasıdır» buyurdu. Fudayl İbn İyad rəhmətullahi əleyh də belə buyurur: «Bir insanın qəlbində olan xuşudan daha artıq xuşulu görünməsi mənfi haldır». Elmli bir insanın çiyinləri aşağıda olanı gördüyü zaman sinəsinə işarə edib: «Ey filankəs ! Xuşu buradadır, xuşu çiyinləri yerə əyməkdə deyil» demişdir.
İmam İbn Qeyyim əl-Cəvziyyə rəhmətullahi əleyh imanla əlaqədar olan xuşu arasındakı fərqi belə izah edir: «Həqiqi imanla əlaqədar olan xuşu Allahın hüzurunda olmaq üçün qorxu, Onun əzəmətinə və böyüklüyünə qarşı ciddilik, qorxu və həyanın olmasıdır. Ürəkdə qorxu, utanmaq, məhəbbət olursa və qəlb Allahın nemətləri qarşısında öz səhv və qüsurlarını xatırlayarsa, bu zaman xuşu meydana gəlir. Qəlbdəki xuşu isə bədən üzvlərindən bəlli olur. Münafiqcəsinə yerinə yetirilən xuşu isə bədən üzvlərində xuşu olduğu halda qəlbdə xuşunun olmamasıdır. Bəzi səhabələrin belə dedikləri təsbit edilmişdir: «Münafiqcəsinə edilən xuşudan Allaha sığınıram». «Münafiqcəsinə edilən xuşudan məqsəd nədir» deyə sual verildiyi zaman: «Bədəndə xuşu olduğu halda qəlbin xuşu sarıdan boş olmasıdır kimi cavab verilmişdir. Sözün əsl mənasında xuşu sahibinin atəşli arzuları artıq sönmüş, hətta bunun dumanı qəlbdən çıxmış olur. Allah qorxusu onun qəlbini fəth edir. Onun nəfsanı istək və arzuları da məhv olur…
Namaz qılarkən olan xuşu isə namaz üçün qəlbini təmizləmiş, bütün başqa işləri bir kənara ataraq namaza üz tutan bir insana nəsib olur. Yalnız bu şəkildə qılınan namaz onun üçün rahatlıq və göz açıqlığı olur. Həmçinin bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Gözümün sərinliyi namazda yerləşdirildi».
Uca Allah «Əhzab» surəsinin 35-ci ayəsində belə buyurur: «Həqiqətən Allah məhz müti kişilər və qadınlar, və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!»
Xuşunun ən böyük faydalarından biri də namazı yerinə yetirməyin qul üçün asan və rahat olması, onun çətin gəlməməsidir. Allah subhanəhu və təala belə buyurur: «Səbr edin və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da Allaha itaət edənlər üçün ağır deyildir» (Bəqərə» surəsi, 45).
Beləliklə, bütün bunlardan aydın oldu ki, xuşu çox böyük əhəmiyyətə malikdir. Çunki xuşu çox az insana nəsib olan və erkən də yox ola bilən bir haldır. Xüsusilə də zəmanəmizdə heç rast gəlinməyən bir haldır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Bu ümmətdə ən əvvəl xuşu ortadan qaidırılacaq. Elə bir dövr gələcək ki, heç bir xuşu sahibinə rast gəlməyəcəksən».

Xuşunun dini hökmü

Ən çox qəbul olunan baxışlara görə, xuşu vacibdir. Şeyxülislam İmam İbn Teymiyyə rəhmətullahi əleyhin dediyinə görə: «Hər şeyə qadir və uca Allah belə buyurur:
«Səbr edin və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da Allaha itaət edənlər üçün ağır deyildir» (Bəqərə» surəsi,45).
Xuşu sahibi olmayanlar bu ayə ilə məzəmmətlənmişdir. Məzəmmət isə yalnız fərz və vacib olanları tərk etməkdən və ya haram olanları aradan qaldırmaqdan ötrü edilir. Bu da xuşunun vacib olduğunu bir daha sübut edir. Xuşunun vacib olmasının ikinci bir dəlili isə budur: «Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (xuşu-hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» (Muminin» surəsi, 1-2). Ayənin ardında isə belə buyurulur: «Onlardır (bilin) varis olanlar- Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!» («Muminun» surəsi, 10-11).
Uca Allah bu ayələrdə yalnız belə xüsusiyyətlərə malik olanların cənnətə girəcəyini bildirmişdir. Bu xüsusiyyətlərin xaricində olanlar isə cənnətə layiq görülməyəcək. Beləliklə, xuşunun vacibliyi məlum olduğu zaman həmçinin bilinməlidir ki, xuşu qəlbən və səmimi bir şəkildə ibadəti yerinə yetirməyə deyilir. Hər hansı bir insan toyuq dimdikləməsi kimi səcdə edirsə, o insan xuşunun vacibini yerinə yetirməmişdir. Həmçinin bir insan rüküdən başını tam düzəldərək gözləmirsə, o insanın da namazı qəlbən və əmin olaraq yerinə yetməmiş olur. Hər kim ki, rüki və səcdəsində qəlbən və əminliklə hərəkət etmirsə, deməli, o insan xuşuya riayət etməmişdir. Xuşuya riayət etməyən insan isə günahkar insan hesab olunur. Namaz qılarkən xuşunun vacib olmasına Rəsulullah salləllahu əleyhi va səlləmin bizə gəlib çatan məsləhətləri və qoyduğu məhdudiyyətləri də dəlildir. Xuşunun faydalarına və mövcud olmadığına dair xəbərdarlıq aşağıdakı hədisdə toplu şəkildə belə bəyan edilmişdir: «Qadir Allah gündə beş dəfə namaz qılmağı fərz olaraq insanlara göndərmişdir. Hər kim gözəl şəkildə dəstəmaz alsa və onları vaxtında yerinə yetirsə, rüküsünə və xuşuna diqqət yetirsə, Allah həmin insanı bağışlayacağına söz vermişdir. Hər kim də bunlara riayət etməsə, Allah onlara heç bir vəd verməmişdir. Allah belələrini istəsə bağışlayar, istəsə də əzab verər». Xuşunun faydası haqqında Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Hər kim gözəl şəkildə dəstəmaz alıb daha sonra qəlbən və üzü ilə (xuşu ilə) yönələrək iki rükət namaz qılsa, onun keçmiş günahları bağışlanır».


Xuşunun səbəbləri

Namaz qılarkən xuşunun səbəblərinə nəzər yetirdiyimiz zaman bunların iki növ olduğunu görürük:
1. Xuşunu yaradan və onu möhkəmləndirən səbəbləri öyrənmək.
2. Xuşunu aradan qaldıran və zəiflədən səbəblərdən uzaqlaşmaq.

Xuşunun yaranmasına kömək edən səbəbləri bəyan edərkən Şeyxülislam rəhmətullahi əleyh belə deyir: «Bu iki səbəb xuşunun yaranmasına kömək edir:
1. Xuşunu yaradan səbəblərin güclü olması.
2. Xuşudan uzaqlaşdıran səbəblərin zəif olması.

1. Xuşunu yaradan səbəblərin güclü olması. Buradakı məqsəd qulun namaz qılarkən nə dediyini bilməsi, dərk etməyə çalışması, qiraət, zikr, dualar haqqında düşünməsi və fikrində daim «Mən Allahla danışıram» sözünün olmasıdır. Çünki bir insan nə vaxt namaz qılmaq məqsədilə ayağa qalxırsa, o, Rəbbi ilə danışır. Peyğəmbər salləllahu əleyhi və səlləm ihsanın keyfiyyətini aşağıdakı kimi açıqlayır: «Allaha gözlərinlə görürmüş kimi ibadət et. Əgər bunu edə bilmirsənsə, ən azı bunu bil ki, O, səni görür». Bir insan namazdan zövq aldığı zaman ona hədsiz bağlı olur. Bu isə həmin insanın qüvvəsindən asılıdır. İmanı artıran bir çox səbəblər var. Peyğəmbər salləlləhu əleyhi və səlləm belə buyurmuşdur: «Yer üzərindəki həyatda mənə qadınlar və gözəl ətir sevdirildi. Vücudumun rahatlığı namazda yerləşdirildi». O, yenə belə buyurdu: «Ey Bilal! (Haydı, azan ver) bizi namazla rahat et».
2. Xuşunu pozan səbəbləri aradan qaldırmaq. Qəlb insanın fikrini yayındıran düşüncələrdən təmizlənməlidir. Hər bir insan onu namazın məqsədindən uzaqlaşdıran səbəbləri düşünüb onları aradan qaldırmağa çalışmalıdır. Bu baxımdan hər bir insanın vəziyyəti fərqlidir. Vəsvəsə əsasən nəfsi arzuları (mənfi əməl və arzuları) çox olan insanda əmələ gəlir. Həmin insan nəfsi arzularının quluna çevrilir. Arzu etdikləri həyata keçmədiyi zamanda qəlbi rahat olmur, həmin arzulara bağlı qalır. İndi isə bir az əvvəl aparılmış bölgüyə görə, ilkin xuşunu yaradan və möhkəmləndirən səbəbləri nəzərdən keçirək.

I - FƏSİL


Xuşunu meydana gətirən və onu gücləndirən səbəblər

1. Namaza hazırlıq

Namaza hazılaşmaq dedikdə bura bir cox əməl daxildir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
-Müəzzinlə (azan verən) birlikdə azanın sözlərini təkrarlamaq.
-Azandan sonra sünnə olan bu duanı oxumaq:
«Ey Allahım! Ey bu böyük (doğru yola) dəvətin və qılınan namazın Rəbbi! Məhəmmədə (s.ə.s) doğru yolu ve fəziləti (xeyirxahlığı) ehsan et. Onu vəd etdiyin Məqamı Mahmuda yetir»
- Azanla qamət arasında dua etmək»
- Tam şəkildə dəstəmaz almaq. Başlayarkən «Bismillah», sonda isə sünnə olan bu sözləri oxumaq:
«Allahdan başqa ibadət ediləcək tanrı olmadığına şahidlik edirəm. O, təkdir və heç bir şəriki yoxdur. Və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və rəsuludur».
«Ey Allahım! Məni daim tövbə edənlərdən və daim öz təmizliklərinə, sağlamlıqlarına diqqət edənlərdən et».
-Misvaqdan (diş təmizləmək üçün kiçik ağac budağı) istifadə etməyə əhəmiyyət vermək. Beləliklə, ağzımız təmiz və gözəl qoxulu olacaq. Çünki bir azdan Quran oxuyacağıq. Bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Ağzınızı Quran üçün təmizləyin».
- Gözəl və təmiz bir paltar geyinərək bəzənməyə əhəmiyyət vermək. Belə ki, Allah Təala belə buyurmuşdur:
« Ey Adəm oğulları! Hər ibadət vaxtı ( namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızn geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!» («Əraf» surəsi, 31).
Bəzənməyə ən layiq olan Allahdır. Bundan əlavə, gözəl və təmiz paltar geyinmək zehni rahatlıq üçün də imkan yaradır. İş, ev və ya yataq paltarı isə zehni qarışıqlığa səbəb olur - İslam adətinə görə, geyimin bədəni örtməsi, namaz qılınacaq yerin təmiz olması, vaxtında evdən çıxmaq, məscidə yavaş - yavaş və ciddi bir şəkildə getmək, barmaqları şaqqıldatmamaq, namazı gözləmək – bütün bunlar « namaza hazırlığa» daxildir.
- Namaz qılarkən cərgəyə diqqət yetirmək və aradakı boşluğu dolduraraq cərgəni tamamlamaq. Çünki cərgələrin arasındakı boşluqlarda şeytan gəzir.

2. Namazda tələsməmək və fasilə etmək

Peyğəmbər salləllahu əleyhi və səlləm namazı tam sükutla yerinə yetirirdi. Namaz qılarkən hər rüküdə oynaq hissələri tam bükülənə qədər ağır hərəkət edirdi. Namazında səhv edənə də diqqət və sükutu əmr edərək belə buyururdu:
«Bunları yerinə yetirməyənə qədər heç birinizin namazı tamam olmaz».
Əbu Qatadə radıyallahu anh da Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Oğurluğun ən pisi namazdan edilən oğurluqdur» deyildi ki: «Ya Rəsulullah, bir insan namazdan necə oğurluq edir». «Rüküsünü və səcdəsini tam olaraq yerinə yetirməyərək
Əbu Abdullah əl- Əşari radıyallahu anh Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Rüküsünü düzgün yerinə yetirməyən, səcdədə ikən yeri sanki dimdikləyən insan bir-iki xurma yeyib heç bir fayda almayan ac insana bənzəyir».
Təmkinlə namaz qılmayan bir insan xuşu əldə edə bilməz. Çünki tələsmək xuşunu aradan qaldırır. Yeri dimdikləməyə bənzər namaz qılmaq isə savabları heçə endirir.

3. Namazda ölümü xatırlamaq

Bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Namaz qıldığınız zaman ölümü xatırlayın. Əbəttə ki, insan namazda ölümü xatırlayanda onun qıldığı namaz daha da gözəlləşir. Və növbəti namazı qılmağa heç bir ümidi ol mayan insan kimi namaz qılın».
Əbu Əyyub əl- Ənsari radıyallahu anh Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Namazı son dəfə namaz qılan kimi qıl». Yəni növbəti namaza yetməyəcəyəm» inancı ilə namaz qılın. Hər namaz qılan insan da bir gün öləcəyi üçün bizim də son namazımız bir gün yetişəcək. Hər namaz qılan insan belə düşünsə, namazındakı xuşuya əhəmiyyət verib onu əldə etmiş olar. Əslində insan haradan bilir, bəlkə də bu qıldığı namaz elə onun son namazıdır.

4. Quran ayələrinə və namazda deyilən sözlərə diqqət

edib düşünmək və yeri gəldiyi zaman ayələrə cavab vermək
Qurani – Kərim dərk edilmək və düşünülmək üçün nazil edildi. Hər şeyə qadir olan Uca Allah belə buyurur:
«Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!» («Sad» surəsi, 29).
Oxucu mahiyyəti anlamaq və ondan ibrət almaq üçün oxuduğunu dərk etməlidir. Allah-Təala aşağıdakı kimi buyurur:
«O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani- dildən qulaq asar )…» (« Furqan» surəsi, 73).
Beləliklə, təfsirin əhəmiyyəti ortaya çıxır. İmam İbn Cərir ət-Təbəri deyir ki, «Mən Quranı dərk etmədən oxuyan insana təəccüb edirəm. O, Quranın zövqünü necə alsın».
Quran ayələrini təkrar-təkrar oxumaq düşünməyə, nəsihət və ibrət almağa çox kömək edir. Quranı təkrar-təkrar oxumaq Peyğəmbər salləllahu əleyhi və səlləmin əməli sünnəsidir. Bir hədisdə belə bildirildiyinə görə, Peyğəmbər salləllahu əleyhi və səlləm bir gecə namazda səhərə qədər eyni bir ayəni oxuyaraq namaz qılmışdır. Həmin ayə budur:
«Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən! (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!)» («Maidə» surəsi, 118).
Bundan başqa, Quranı düşünüb nəticə çıxarmağa kömək edən ikinci amil yeri gələndə ayələrə cavab verməkdir. Hüzeyfə radıyallahu anh belə nəql edir: «Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Peyğəmbər salləllahu əleyhi və səlləm ayələrdən oxuyurdu. Təsbihlə (Allaha mənfi xüsusiyyətləri yaraşdırmamaq) bağlı ayələr gəldiyi zaman Allahı təsbih edir, dua ayəsi gəldiyi zaman Allaha dua edir sığınmaq lazım olan bir ayə gəldiyi yerdə isə Allaha sığınırdı». İkinci bir rəvayətdə isə belə bildirilir: «Bir gecə mən Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Rəhmətlə bağlı bir ayə gəldiyi zaman Allahdan rəhmət diləyir, əzabdan danışıldığı zaman isə Allaha sığınırdı. Allahın böyüklüyündən bəhs edən ayələrdə isə Uca Allahı təsbih edirdi» Bu tərz də dua və qiraətin təəccüd namazında olduğu bildirilmişdir.
Qatadə ibn Numan radıyallahu anh məşhur səhabələrdəndir. Bu səhabə bütün gecəni başqa heç nə əlavə etmədən, yalnız «İxlas» surəsini oxuyaraq keçirmişdir.
Səid ibn Übeyd ət- Tai radıyallahu anh danışır: «Səid ibn Cübeyr radıyallhu anh Ramazan ayında bizə namazda imamlıq edirdi. Onun tez-tez aşağıdakı ayəni oxuduğunu eşitdim:
«Kitabı (Qurani) və peyğəmbərlərimizə göndərdiyimiz (vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar» (Mumin» surəsi, 70-72). Qasim radıyallahu anh belə danışır: «Bir gecə Səid ibn Cübeyr radıyallahu anh namaz qılmaq üçün ayağa qalxdı və namazda yalnız bir ayəni iyirmi dəfədən artıq oxudu. Bu ayə aşağıdakılardır:
«Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və ( haqsız yerə) zülm olunmayacaqdır!» («Bəqərə» surəsi, 281).
Əbu Abdullah əl- Qaysi belə danışır: «Bir gecə Həsən əl – Bəsri ilə birlikdə namaz qılmağa başladıq. Həsən əl-Bəsri səhərə qədər yalnız bir ayəni təkrar-təkrar oxudu:
«Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz» («İbrahim surəsi , 34). Səhər açıldığı zaman biz ondan soruşduq: «Ey Əbu Səid! Bütün gecəni yalnız bir ayəni oxudun, bunun səbəbi nədir?» Dedi ki, «Bundan alınacaq ibrətlər vardır. Bir dəfə gözü açıb-bağlaya bilmək iki ayrı nemətdir. Həm də sizin heç bilmədiyiniz nemətlər də vardır, onların da sayını düşünün». Harun ibn Rəbab əl-Üzeydi radıyallahu anh gecə namaz qılarkən bəzən bu ayəni səhərə qədər oxuyar və ağlayardı:
«Gətirilib od üstündə saxlandıqları zaman sən onların: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!» demələri ni görəydin!» (Ənam» surəsi, 27).
Bir insanın oxuduqlarını dərk etməsi üçün Qurandan müəyyən hissələri əzbərləyib namazın müxtəlif yerlərində oxunan zikr və duaları öyrənməsi Quranı düşünməyə imkan verən əsas şərtlərdəndir. Quranı düşünmək, təkrarlayaraq oxumaq və oxuduğu ayələrə müvafiq cavab vermək xuşu yaradan mühüm ünsürdür. Qadir və Uca Allah belə buyurur: «Onlar üzüqoylu səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar» («İsra» surəsi, 109).
İnsana olduqca təsir edən və üzərində düşündüyümüz zaman Peyğəmbər salləllahu əleyhi və səlləmin Quran ayələrindən nə qədər ibrət aldığını dərk edəcəyimiz bu heyrətamiz hadisədə Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatında xuşunun yeri və əhəmiyyətinə diqqət yetirək: «Ata İbn Əbu Rəbah danışır ki: «Mən və Übeyd ibn Amir möminlərin anası ilə Aişə radıyallahu anhanın yanına getdik. Übeyd ibn Amir «Peyğəmbər salləllahu əleyhi və səlləmin ən heyrətamiz vəziyyətlərindən birini danış» dediyimiz zaman Aişə (r.a) ağladı və belə dedi: «Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləm namaz üçün ayağa durdu və belə buyurdu ki: «Ey Aişə! Bu gün mənə izn ver Rəbbimə ibadət edim». Mən isə: «Ey Allahın Rəsulu, sənə yaxın olmaq mənim üçün xoşdur. Və sənin xoşladığın mənim üçün də xoşdur» dedim. Peyğəmbər salləllahu əleyhi və səlləm də dəstmaz aldı və namaza qalxdı. Elə hey ağlayırdı, bundan saqqalı da islanmışdı. Hətta o qədər ağladı ki, paltarı və namaz qıldığı yer də islandı. Elə bu vaxt Bilal Peyğəmbər salləllahu əleyhi və səlləmi sübh namazı üçün oyatmağa gəldi. Peyğəmbər salləllahu əleyhi və səlləmi belə vəziyyətdə gördüyündə: «Ey Rəsulallah! Sən ağlayırsan? Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb» dedi. Peyğəmbər əleyhissəlam isə: «Allaha şükr edən bir qul olmayım? Bu gecə mənə elə ayələr nazil oldu ki, bu ayələri oxuyub düşünməyənlərin halına təəssüf edirəm!» «Yerin və göylərin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində düşünən insanlar üçün bir çox işarələr vardır».
«Fatihə» surəsindən sonra «amin» demək də «ayələrə yerinə görə cavab vermə»yə aiddir. Allahın Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Namaz qılarkən imam «amin» dedikdə siz də «amin» deyin. Belə ki, bir insanın «amin» deməsi mələklərin «amin» deməsi ilə üst-üstə düşərsə, onun bütün keçmiş günahları bağışlanır». Həmçinin imam: «Səmiallahu limən hamidəh» dediyi zaman imamın arxasında namaz qılan da: «Rabbənə valəkəl hamd» deməlidir. Bunun da böyük əcr və savabı vardır. Rifaa ibn Rafi radıyallahu anh belə nəql edir: «Bir gün Peyğəmbər salləllahu əleyhi və səlləmin arxa tərəfində namaz qılırdıq. Peyğəmbər salləllahu əleyhi və səlləm rüküdən başını qaldırıb: «Səmiallahu limən hamidəh» dedi. Bir nəfər bunun ardınca: « Rabbənə valəkəl hamd. Hamdən kəsiran tayyibən mubərakən fih» (mənası: «Ey Rəbbimiz! Bütün mədhlər yalnız sənin üçündür. Mədh və təriflərin ən çoxu, ən təmizi, ən mübarək olanı…») dedi. Peyğəmbər salləllahu əleyhi və səlləm namazı bitirdiyi zaman soruşdu: «Onu kim dedi?» Bir nəfər: « Mən» dedikdə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: « Otuzdan çox mələyin bu sözləri yazmaq üçün bir-biri ilə yarışdığını gördüm».

5. Hər ayəni oxuyandan sonra fasilə etmək

Bu tərzdə oxumaq mənanı dərk etmək və onun haqqında düşünə bilmək baxımından olduqca faydalıdır. Və bu Peyğəmbər salləllahu əleyhi və səlləmin sabit (təsdiq olunmuş, heç bir şübhə olmayan) sünnəsidir. Ümmü Sələmə radıyallahu anha belə nəql edir: «Peyğəmbər salləllahu əleyhi və səlləm «Bismilləhirrahmənirrahim» deyər və fasilə edərdi. Sonra « Ərrahmənirrahim» deyər və fasilə edərdi. Daha sonra «Məlikiyaumiddin» deyər və fasilə edərdi. Beləliklə, hər ayəni oxuduqdan sonra fasilə edərdi». Hər ayəni oxuduqdan sonra fasilə etmək Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnəsidir. Hətta ayələr mənaca bir-birinə yaxın olsa da O bu fasiləni edərdi.

6. Quranı qaydalara riayət edərək ağır-ağır oxumaq və oxuyarkən avazı gözəlləşdirmək

Allah subhanəhu və təala belə əmr edir: «Həm də ( gecə ibadət etdiyin zaman) aramla, ağır-ağır Quran oxu!» (« Muzəmmil» surəsi, 4).
Rəsulullah salləllahu əleyhi və səlləm oxuduğu ayələrin hər bir hərfini aydın tələffüz edirdi. Hər hansı bir surəni tam qaydalarına uyğun oxuduğu zaman bu, hətta ən uzun surələrdən də uzun olurdu. Ayə ağır-ağır və qaydalara uyğun oxunduğu zaman ondan sürətli oxunandan daha çox nəticə çıxarmaq olur. Bu, həmçinin düşünüb ibrət almaq və xuşu üçün çox faydalıdır. Quranı gözəl səslə oxumaq da xuşuya səbəb olan amillərdəndir. Rəsulullah salləllahu əleyhi və səlləm də buna diqqət yetirərək belə buyurmuşdur:
«Quranı avazınızla bəzəyin. Çünki gözəl avazla Quranın gözəlliyi daha da artır».
Quranı gözəl avazla oxumaq Quranı uzadılması lazım olmayan yerdə uzadaraq oxumaq demək deyil. Və ya müğənnilərin oxumasına bənzər oxumaq deyil. Bunun əksinə olaraq Quranı gözəl avazla oxumaq Allah qorxusu ilə birlikdə avazı gözəlləşdirərək oxumaqdır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Quranı gözəl oxuyan kəs dinlədiyiniz zaman avazından Allahdan qorxduğunu hiss etdiyiniz insandır».

7. Namaz qılan insan bilməlidir ki, Allah qıldığı namazında ona cavab verir

Rəsulullah salləllahu əleyhi və səlləm belə bildirir:
«Uca Allah və Qadir Allah belə buyurdu: «Mən namazı özümlə qulum arasında iki bərabər hissəyə böldüm. Və quluma istədiyi veriləcək. Qul: «Əlhamdulilləhi Rabbil aləmin» dediyi zaman Uca Allah: «Qulum məni mədh etdi» buyurur. Qul: «Ərrahmənirrəhim» dediyi zaman Uca Allah: « Qulum məni uca qəbul etdi» buyurur. Qul: «Məlikiyaumiddin» dediyi zaman Qadir Allah: «Qulum mənim böyüklüyümü bəyan etdi» buyurur. Qul «İyyəkə nəbudu va iyyəkənəstəin» dediyi zaman Qadir Allah: « Bu, mənimlə qulum arasındadır və quluma istədiyi veriləcəkdir» buyurur. Qul: «İhdinəssıratal mustaqim. Sıratəlləzinə ənamtə aleyhim. Ğeyril mağdubi aleyhim valəddllin» dediyi zaman Uca Allah: «Bu, qulumun haqqıdır və ona istədiyi verilmişdir».
Bu, çox böyük bir hədisdir. Əgər namaz qılan bu həqiqətlə hərəkət etsə, xuşu öz-özünə meydana gələcək, «Fatihə» surəsinin güclü və böyük təsiri görüləcəkdir. Beləliklə, o, Rəbbinin onunla danışdığını hiss edəcək və öz arzusuna çatdırılacağını biləcəkdir. Bunun üçün də gərək namaz qılan insan bu danışığın şərtlərini yerinə yetirsin və bunlara əhəmiyyət versin. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Sizlərdən hər hansı biriniz namaz qıldığı zaman həqiqətən Rəbbi ilə danışır. Belə olduğu halda danışığınıza diqqət edin».

8.Namaz qılarkən sütrəyə yaxın dayanmaq

Namaz qılarkən sütrəyə yaxın dayanmağa diqqət yetirmək xuşu yaradan mühüm şərtlərdən biridir. Bunun nəticəsində namaz qılanın görmə dairəsi məhdudlaşır. Beləliklə, şeytandan qorunmuş olur və insanlar da onun qarşısından keçmirlər. Çünki namaz qılanın qarşısından keçmək onun fikrini yayındırır və əsrini azaldır. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurub:
«Sizlərdən biriniz namaz qıldığı zaman qarşısında bir sütrə yaratsın və ona yaxın dayanaraq namaz qılsın». Sütrəyə yaxın dayanaraq namaz qılmağın bir çox faydaları var. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Sizlərdən biriniz namaz qılarkən şeytanın bu namaza mane olmaması üçün sütrə yaratsın». Sütrə ilə namaz qılan insanın dayandığı yer arasında üç zira (təqribən 180sm) məsafə olmalıdır. Səcdə edilən yerlə sütrə arasında isə bir qoyunun keçə biləcəyi qədər məsafə olmalıdır. Bütün bu deyilənlər səhih hədislərlə təsdiq olunmuşdur. Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılan insana sütrə arasındakı məsafədən heç bir insanın keçməsinə izn verilməməsini təkidlə belə bildirmişdir:
«Sizlərdən biriniz namaz qülarkən qarşınızdan bir insanın keçməsinə izn verməyin. Bacardığınız qədər bunun qarşısını almağa çalışın. Əgər həmin insan təkidlə yenə də keçmək istəsə, onunla mübarizə aparın. Çünki o insanla birlikdə şeytan da vardır».
İmam Nəvəvi belə deyir: «Sütrənin hikməti gözün öz sahəsindən kənara baxmasının qarşısını almaq və namaz qılanın qarşısından keçən insanlara mane olmaqdır». Bundan əlavə, sütrə namaz qılanın qarşısından keçib namazını pozaraq şeytana da imkan vermir.

9. Sağ əli sol əlin üzərinə qoyaraq hər ikisini sinənin üzərində bağlamaq

Rəsulullah salləllahu əleyhi və səlləm namaz qıldığı zaman sağ əlini sol əlinin üzərinə qoyurdu. Və hər iki əlini də sinəsinin üzərində bağlayırdı. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: «Biz peyğəmbərlər topluluğuna namazda sağ əli sol əlin üzərinə qoymaq əmr edilmişdir.».
İmam Əhməd ibn Hənbəl radıyallahu anha «Namaz qılarkən sağ əli solun üzərinə qoymağın mənası nədir» deyə sual verldiyi zaman belə cavab vermişdir: «Bu, qalib və hər şeyə qadir olan Uca Allahın qarşısında acizliyimizi bildirən bir hərəkətdir.».İmam ibn Hacər əl-Əsqalani radıyallhu anh belə yazır: «Alimlər namazdakı bu cür duruşun mənasını belə izah etmişlər: 1. Bəzilərinə görə, bu, yalvara-yalvara Allaha üz tutanın vəziyyətidir. 2. Belə bir duruş insanı mənasız və boş işlərdən çəkindirir. 3. Bu vəziyyətdə dayanmaq xuşuya daha yaxındır».

10. Səcdə edilən yerə baxmaq

Aişə radıyallahu anha belə nəql edir: « Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılmaq üçün durduğu zaman başını əyər və gözlərini yerə dikərdi». Peyğəmbər salləllahu əleyhi və səlləm Kəbənin içinə daxil olduğu zaman oradan çıxana qədər baxışlarını səcdə yerindən ayırmırdı. Təşəhhüd (oturan vəziyyətdə dua oxumaq) əsnasında isə barmağını hərəkət etdirərək işarə edir və gözü ilə bunu izləyirdi. Peyğəmbər salləllahu əleyhi və səlləmin bu əməli mötəbər mənbələrdən bizə çatdırılmışdır. «Təşəhhüd üçün oturduğu zaman şəhadət barmağı ilə qibləyə doğru işarə edir və buna baxırdı». İkinci rəvayət isə belədir: «Rəsulullah salləllahu əleyhi və səlləm təşəhhüd zamanı şəhadət barmağı ilə işarə edər və gözü ilə ona baxardı».
Namaz qılarkən gözləri yummaq
Namaz qılanların bəzilərinin ağlına belə bir sual gələ bilər: «Namazda gözləri bağlamağın dini hökmü nədir? Xüsusən də əgər bu, xuşunun artmasına səbəb olursa? Bu, Rəsulullah salləllahu əleyhi və səlləmin bir az əvvəl qeyd olunan mübarək sünnəsinə ziddir
Namaz qılarkən gözü bağlamaq namazın qiyamında (düz dayanarkən) səcdə əvəzinə təşəhhüd zamanı şəhadət barmağına baxmaq sünnəsinin aradan qalxması deməkdir. Buna baxmayaraq məsələni müfəssəl şəkildə dərk etməliyik. İmam ibn Qeyyim radıyallahu anh bu məsələyə belə cavab vermişdir: «Namaz qılarkən gözləri bağlamaq Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnələrinə və göstərdiyi doğru yola daxil deyil. Bir az əvvəl də təşəhhüd əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləmin şəhadət barmağına baxdığını və bundan gözünü çəkmədiyini qeyd etmişdik. Bundan əlavə, yenə də namaz qılarkən gözlərin açıq saxlanılmasına dair müxtəlif dəlilləri var. Məsələn, Kusuf namazı əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləm cənnət üzümlərini gördü və onları dərmək üçün əlini uzatdı. Burada o, həmçinin cəhənnəm odunu da gördü. Pişiyi bağlayan qadını da namazda gördü. Dəyənəklə insanları soyan adamı da gördü. Qarşısından keçmək istəyən heyvana da mane olmuş, onun keçməsinə izn verməmişdi. Namazda ikən yenə də ona salam verən insana əli ilə işarə edərək cavab vermişdir. Buna bənzər bir çox hədislər də var. Bir hədis də də göstərildiyi kimi, Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən şeytan gələrək onun qarşısında dayanmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu tutub boğazından sıxmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləm onu adi gözlə görmüşdü. Qeyd olunan hədislərdən və başqa bir çox hədislərdən də aydın olduğu kimi, Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən gözlərini bağlamamışdı.
İslam ailmləri arasında namazda gözlərin bağlamasının məkruh (qadağan olunmuş, lakin müstəsna hallarda yol verilən) olması məsələsində ixtilaf yaranmışdır. İmam Əhməd və digər imamlar buna «məkruh» demişlər. Və bunun yəhudilərin adəti olduğu bildirilmişdir. Bəzi alimlər isə bunu «mübah» (qadağan olunmayan) kimi qəbul etmişdir. Doğru olan görüş isə budur: əgər gözü açıq vəziyyətdə namaz qılmaq xuşuya zərər vermirsə, o zaman gözü açıq namaz qılmaq faydalıdır. Əgər gözü açıq namaz qılmaq xuşuya əngəl törədirsə, o zaman gözü açıq olaraq namaz qılmaq daha fəzilətlidir. Məsələn, qarşısında bəzək, naxış və ya nəzərə çarpan əşyaya görə qəlbin xuşusu və rahatlığı pozulursa, bu zaman gözü bağlamaq olar. Dinin əsli və mahiyyəti nəzərə alınsa, onda belə hallarda gözün bağlanmasının daha məqsədəuyğun olduğu ortaya çıxır. Əlbəttə ki, ən doğrusunu Allah bilir.
Nəticə olaraq ən əsası və sünnəyə uyğun olanı gözü açıq namaz qılmaqdır. Lakin müstəsna hallarda və xuşuya mane olan vəziyyətlərdə gözü yumaraq namaz qılmaq da olar.

11. Barmağı hərəkət etdirmək

Namaz qılanların əksəriyyətində bu məsələ ilə bağlı tənbəllik nəzərə çarpır. Çünki onlar bu məsələnin böyük faydasından və bu hərəkətin xuşunu təmin edən yönündən xəbərsizdir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Barmağı bu şəkildə hərəkət etdirmək şeytana dəmirdən daha şiddətlidir».
Çünki bu şəkildə barmağı hərəkət etdirmək qula Uca Allahın vahid olduğunu öyrədir və işarə etməyin mənası budur ki, ibadətə ən layiq olan yalnız Allahdır, buna görə də şeytan bu hərəkətə nifrət edir.
Belə mühüm bir məsələdə səhabələr insanları diqqətli olmağa çağırırlar. Özləri də bu işə əhəmiyyət verirlər. Bu gün bəzi insanların mənasız və qeyri-ciddi yanaşdığı bu məsələyə səhabələr xüsusi bir əhəmiyyət vermişlər. Hətta səhabənin bu məsələdə bir – birindən «bu işə etinasız yanaşmayacağıq» şəklində söz verdiyi də bildirilir. Şəhadət barmağını hərəkət etdirmək sünnəsi isə namazın salamlaşma hissəsinə qədər barmağın qibləyə doğru hərəkət etdirilməsi deməkdir.

12. Surələri, ayələri, namazın zikr və dualarını hər gün yeniləri ilə əvəz edərək oxumaq

Bu şəkildə namaz qılan insan hər gün yeni mənalara rast gəlir. Ayə və dualardakı müxtəlif məzmun və mahiyyətləri öyrənmiş olur. Lakin cəmi bir neçə surə və dua bilməklə daim bunları birləşdirərək oxumaq namaz qılan bir insan üçün heç bir zövq yaratmaz. Ayə, zikr və duaları dəyişdirərək oxumaq Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnələrindəndir və bu, xuşunun artmasına səbəb olur. Peyğəmbər səlləllahu əleyhi və səlləmin namazdakı ticarət və dualara aid olan sünnələri haqqında düşündüyümüz zaman qarşımıza bir çox müxtəliflik çıxır. Namaza başlama duası aşağıdakı kimi bir neçə şəkildə mümkündür:
«Ey Allahım! Mənimlə günahlarımın arasını şərqlə qərbi üzaqlaşdırdığın kimi uzaqlaşdır. Ey Allahım! Ağ paltar ləkədən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə. Ey Allahım! Günahlarını (Sənin bağışlamağınla) su, qar və dolu ilə yu» Namaza başlamaq üçün başqa bir dua isə belədir:
«Üzümü hənif olaraq (vahid qəbul edərək) yeri və göyü Yaradan çevirdim. Mən müşriklərdən deyiləm. Əlbəttə ki, mənim namazım, başqa ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mənə bunu yerinə yetirmək əmr edildi və mən ilk müsəlman olanlardanam». Üçüncü bir dua isə aşağıdakı kimidir:
«Ey Allhım, Səni mədh edərək qüsursuz və nöqsansız hesab edirəm. Sənin adın mübarək, şənin çox ucadır. Səndən başqa ibadət ediləcək bir varlıq da yoxdur».
Bütün bunlarla yanaşı, mötəbər mənbələrdə yer alan başqa bir çox dua və zikrlər də var. Namaz qılan bir insan bəzən namaza birinci, bəzən ikinci, bəzən də üçüncü dua ilə başlayar. Beləliklə dəyişdirə-dəyişdirə bu duaları oxuyar. Rəsulullah səlləllahu əleyhi və səlləm səhər namazında «Tival-ı Mufassal» surələrdən oxuyurdu. «Vaqiə», «Tur», «Qaf» surələrini buna misal göstərmək olar. Bunlardan əlavə, «Rum», «Yasin», «Saffat», «Cumu ə», «Səcdə» və «Dəhr» surələrinin də oxunduğu etibarlı mənbələrdən məlumdur. Bəzən isə bunlara nisbətən kiçik olan «Təkvir», «Zilzal», «Nas»,və «Fələq» kimi surələri də oxuyurdu. Peyğəmbər salləllahu əleyhi və səlləm zöhr namazının ilk iki rükətinin hər birində otuz ayə oxuyurdu. Bu surələrin «Tariq», «Buruc», «Leyl» kimi surələr olduğu bildirilir. İkinci namazının ilk iki rükətinin hər birində on beş ayə oxuyurdu. Bu surələrin də «Buruc» və «Tariq» surələri olduğu bildirilir. Axşam namazında isə əsasən «Qisar-ı Mufassal» adlanan, yəni «Tin» və buna bənzər surələri, bəzən də «Məhəmməd», «Mursəlat» və «Tur» kimi surələr oxuyurdu. Yatsı namazında isə «Şəms» və «İnşiqaq» surələri kimi «Avsat-ı Mufassal» adlanan surələrdən oxuyurdu. Peyğəmbər salləllahu əleyhi və səlləm Muaz ibn Cəbələ də yatsı namazında «Əla», «Qələm» və «Leyl» kimi uzun surələrdən oxumağı əmr etmişdi. Gecə namazında isə Rəsulullah salləllahu əleyhi və səlləm olduqca uzun surələr oxuyurdu. Bəzən bir rükətdə iki yüz, bəzən yüz, bəzən də elə olurdu ki, əlli ayə oxuyurdu.

Rüküdə oxunan dualar

Rəsulullah salləllahu əleyhi və səlləmdən rüküdə oxunan müxtəlif dua və zikrlər məlumdur. «Uca Rəbbimi hər cür nöqsandan uzaq olduğuna inanıram».
«Uca Rəbbimi mədh edərək hər cür nöqsandan uzaq olduğuna inanıram».
«Mələklərin və Ruhun Rəbbi tərifə layiq və müqəddəsdir».
«Ey Allahım! Sənə rükü etdim. Sənə iman etdim və sənə təslim oldum (inandım). Sənə təvəkkül (ümid) etdim, axı Sən mənim Rəbbimsən. Qulağım, gözüm, qanım, ətim, sümüyüm, sinirlərim aiəmlərin Rəbbi olan Allaha boyun əydi»
Qiyamda oxunan dualar

Rüküdən qalxdığı zaman Peyğəmbər salləllahu əleyhi və səlləm «Səmiallahu limən hamidəh» deyər və bundan sonra bu dualardan birini oxuyurdu: Bəzən oxuduğu dualara bunu da əlavə edirdi:
«Göylər qədər, yer qədər və bundan başqa istədiyi şeylər qədər» Və ya bunu da əlavə edirdi: «Ey mədh və şərəf sahibi olan Alahım, sənin verdiyin ehsanın qarşısını heç bir qüvvə ala bilməz. Sənin aldığını da heç kim verə bilməz. Şərəf sahiblərinin şərəfləri Sənin şəninin yanında onlara heç bir fayda verməz».
Səcdədə oxunan dualar

Səcdədə aşağıdakı dualardan hər hansı birini oxumaq sünnədir:
«Uca Rəbbimi hər cür nöqsandan uzaq hesab edirəm»
«Uca Rəbbimi mədh edərək hər cür nöqsandan uzaq edirəm»
«Mələklərin və Ruhun Rəbbi tərifə layiq və müqəddəsdir»
«Ey Allahım! Ey Rəbbimiz! Səni mədh edərək hər cür nöqsandan uzaq olduğuna inanıram. Allahım məni bağışla»
«Allahım sənə səcdə etdim. Sənə iman etdim və sənə təslim oldum (inandım). Üzüm
onu yaradıb şəkil verənə, üzərində göz və qulaq çuxurları açana səcdə etdi. Ən gözəl şəkildə yaradan Allah ucaların ucasıdır»
Cəlsədə oxunan dualar

«Rəbbim! Məni bağışla. Rəbbim! Məni bağışla»
«Ey Allahım! Məni bağışla və mənə rəhm et. Məni doğru yola yönəlt və məni mükafatlandır. Mənə sağlamlıq və ruzi ver. Və məni ucalt»

Təşəhhüd oturuşunda oxunan dualar
«Bütün salamlar, dualar və gözəl nə varsa, hamısı Allah üçündür. Salam olsun sənə, ey peyğəmbər…»
«Eyyuhən-nəbiyyu»dan sonrakı mənalar açıqdır və hər üçündə də eynidir. Namaz qılan bir insan bəzən birincini, bəzən ikincini, bəzən də son şəkildə verilmiş təşəhhüdü oxuyur.
Salavatlar

«Allahım, Məhəmmədə və onun ailəsinə, İbrahimə və onun ailəsinə dua etdiyin kimi dua et. Şübhəsiz ki, sən mədhə layiqsən və çox Ucasan. Allahım, Məhəmmədə və onun ailəsinə, İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver. Şübhəsiz ki, sən şükrə və şərəfə layiqsən»
Zikr və dualar müxtəlif ifadələrlə Peyğəmbər salləllahu əleyhi və səlləm sünnəsinə daxildir. Sünnəyə uyğun olan qayda isə bütün bu duaları dəyişdirərək oxumaqdır. Əgər hər hansı bir duaya hədis kitablarında daha çox istinad edildiyinə görə və ya səhabənin verdiyi suala Peyğəmbər salləllahu əleyhi və səlləmin belə öyrətdiyinə görə əməl edilirsə bu da mümkündür. Lakin dəyişdirərək oxumaq daha uyğun olanı və daha çox məsləhət görüləndir.

13.Tilavət səcdəsi etmək

«Səcdə» ayəsinə rast gəlindiyi zaman səcdə etmək də tilavətin şərtlərindəndir. Uca və Qadir Allah Qurani-Kərimdə peyğəmbərlərin və salehlərin zikrində belə buyurur:
«Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar» («Məryəm» surəsi, 58).
İmam ibn Kəsir radıyallahu anh belə deyir: «Peyğəmbərlərə və salehlərə əsaslanaraq burada səcdə edilməsinin lazım olduğu alimlərin əksəriyyəti tərəfindən qəbul edilmişdir».
Namazda tilavət səcdəsinin çox mühüm yeri var və bunun nəticəsində xuşu artmış olur. Allah subhənəhu və təala belə buyurur:
«Onlar üzüquylu səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar» («İsra» surəsi, 109).
Rəsulullah salləllahu əleyhi və səlləm namazda «Nəcm» surəsini oxuduğu zaman səcdə etmişdir. Əbu Rəfi radıyallahu anh belə nəql edir: «Mən Əbu Hüreyrənin arxasında işa yatsı namazı qılırdım. «İnsiqaq» surəsini oxuyurdu və namazda tilavət səcdəsi etdi. Mən sual verdiyim zaman belə cavab verdi: «Mən Əbil Qasim Peyğəmbər salləllahu əleyhi və səlləm in arxasında olduğum zaman səcdə etdim. Onunla yenidən görüşənə qədər bu səcdəni davam etdirəcəyəm».
Namaz qılarkən tilavət səcdələrinə diqqət etmək lazımdır. Tilavət səcdəsi şeytanı rəzil və rüsvay edir, onu ağladır. Həmçinin namaz qılana qarşı hiylə və iftiraları azaldır. Əbu Hüreyrə radıyallahu anh belə nəql edir: «Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: «İnsan övladı səcdə ayəsini oxuyub səcdə etdikdən sonra şeytan ağlayaraq uzaqlaşır və deyir ki, «Vay halıma! İnsan övladı səcdə əmrini yerinə yetirərək cənnətə daxil olacaq. Mənə də səcdə etməyi əmr etdilər, lakin mən rədd etdim, indi mənim üçün cəhənnəm əzabı var».

14.Şeytandan Allaha sığınmaq

Şeytan bizim düşmənimizdir. O, düşmənçiliyinin rəmzi kimi namaz qılanlara vəsvəsə verir (onları müxtəlif yollarla namazdan yayındırır). Şeytan çalışır ki, namaz qılanın xuşusu yox olsun və namazı tamamilə unutsun. Hər bir insan zikr, tilavət və başqa bir ibadətlə məşğul olmağa başlayan kimi şeytan dərhal gəlir və ona vəsvəsə verməyə bəşlayır. Belə olduğu halda bir müsəlmanın ən başlıca vəzifəsi məqsədini dəyişməmək, səbr etmək, zikr və namazla məşğul olmaq, şeytana aldanmamaqdır. Əgər o, şeytana müqavimət göstərsə, şeytanın bütün hiylə və fitnə-fəsadları öz-özünə məhv olub gedəcək. Uca və Qadir Allah belə buyurur: «Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!» (Nisa» surəsi, 76).
Qul qəlbən Allaha yaxınlaşmaq istədiyi anda şeytan özünün saysız-hesabsız vəsvəsələri və fitnə-fəsadları ilə dərhal özünü yetirir. Şeytan yol kəsən quldura bənzəyir, qul Allaha doğru yürüməyə başladığı zaman o quldur dərhal yolun qarşısını kəsir. Bir alimə «Yəhudi və xristianlar özlərində vəsvəsənin olmadığını iddia edirlər» sualı verildiyi zaman o, belə cavab verdi: «Çox düz deyirlər, onsuz da viran olmuş bir evdə şeytan gəlib nə etsin?»
Buna aid bir misal da belədir. «Üç ev təsəvvür edək. Bunlardan biri içində xəzinələr, qızıl, gümüş və hər cür ləl-cəvahirat olan padşahın evi, digəri isə adi bir insanın evidir. Bu evin içində az da olsa qızıl, gümüş və başqa zinətlər var, lakin padşahın evində olduğu qədər deyil. Üçüncü evdə isə bu saydıqlarımızın demək olar ki, heç biri yoxdur. İndi özünüz fikirləşin. Belə bir şəhərə hər hansı bir oğru girsə, hansı evdən oğurluq etmək istəyər?»
Qul namaza başladığı zaman şeytan gələrək onun vücuduna girir. Çünki qul çox yüksək və Allaha yaxın bir məqamdadır. Bu da şeytana çox böyük bir əzab verir. Bu səbəbdən şeytan var qüvvəsi ilə namaz qılan insanı namazdan yayındırmağa çalışır. Namazı onun qəlbindən çıxarmaq ona vədlər verir, ümidlərə daldırır, sanki atlı və ya piyadası ilə birlikdə namaz qılan insana hücum edir. Şeytan daha çox namaz qılan insanı öz namazında tənbəlliyə sövq etməyə çalışır. Güman edir ki, bəlkə namaz qılan insan bu yolla bir gün namazını tərk edər. Əgər şeytanın bu əməli də baş tutmayıb namaz qılan insan aldanmasa, o zaman Allahın düşməni ikinci bir yola əl atır. Bu dəfə o, namaz qılan insana yaxınlaşaraq onun fikrini və diqqətini namazdan yayındırıb ona vəsvəsə verməyə çalışır. Bəzi şeyləri ona xatırladır. Hətta çoxdan unutduğu bir çox hadisələri namaz qılarkən ona xatırladır. Beləliklə, şeytan onun qəlbini namazdan, özünü də Allahdan uzaqlaşdırmağa çalışır. Bundan sonra həmin insan görünüşdə namaz qılsa da əslində qəlbən namaz qılmır. Bir insan qəlbən namaza diqqət yetirmədiyi zaman da Allahın lütfündən, şəfqətindən, yaxınlığından və rəhmətindən məhrum olur. Nəticədə isə səhv və günahları ilə necə namaza başladısa, elə həmin səhv və günahlarla da namazı bitirər. Çünki namaz yalnız onu lazımınca yerinə yetirənləri günahlardan qoruyur».

Şeytanın vəsvəsəsinin çarəsi

Şeytanın hiyləsinin qarşısını ala bilmək və vəsvəsələrini dəf etmək üçün Rəsulullah salləllahu əleyhi və səlləm aşağıdakı yolları öyrətmişdir.
Osman İbn Əbil-As radıyallahu anh belə nəql edir: «Mən Peyğəmbər salləllahu əleyhi va səlləmə: «Ey Rəsulullah! Şeytan mənə qıldığım namazda mane olub Quranı unutdurur, bunun çarəsi nədir» deyə sual verdiyim zaman Peyğəmbər salləllahu əleyhi va səlləm belə cavab verdi:
«Belə şeytana «Xinzəb» deyilir. Bu şeytan sənə yaxınlaşdığı zaman onun hiyləsindən və vəsvəsəsindən xilas olmaq üçün üç dəfə sol tərəfinə tüpür və Allaha sığın».
İbn Əbil-As: «Mən bunu etdiyim zaman Allah məni şeytanın hiyləsindən qorudu» dedi. Şeytanın hiylə və vəsvəsələrindən xilas olmaq üçün Rəsulullah salləllahu əleyhi və səlləmin öyrətdiyi ikinci yol aşağıdakılardır:
«Sizlərdən hər hansı biriniz namaz qılmaq üçün ayağa qalxdığı zaman şeytan ona yaxınlaşır. Və şeytan namaz qılan insanı azdırıb yoldan çıxarmağa çalışır, həmin insan da nə qədər qıldığını unudur. Əgər sizlərdən biri bu hala qarşılaşsa, oturan vəziyyətdə iki səcdə etsin».
Rəsulullah salləllahu əleyhi və səlləm yenə də şeytanın başqa bir hiyləsini belə bildirir
«Sizlərdən biri namaz qılarkən arxasından (yel çıxma kimi) bir hissə qapılarsa, səs eşidənə və qoxu hiss edənə qədər dəstəmazının pozulmadığına əmin olsun».
Aşağıdakı hədisdə şeytan vəsvəsəsinin nəticələrini görmək olar.
Abdullah ibn Abbas radıyallahu anh nəql edir: «Peyğəmbər salləllahu əleyhi və səlləmə «Əslində dəstəmazı pozulmadığı halda bir insanın dəstəmazının pozulduğunu zənn etməsinin dini hökmü nədir» deyə soruşduğum zaman Peyğəmbər salləllahu əleyhi və səlləm belə cavab verdi:
«Sizlərdən biri namaz qıldığı zaman şeytan ona yaxınlaşır və onun məqadini (yəni şeytan insanı aldadaraq onda yel çıxması kimi şübhə yaradır) açır. Buna görə də həmin insan dəstəmazının pozulduğunu güman edir. Halbuki onun dəstəmazı pozulmamışdır. Sizlərdən biriniz bu halla qarşılaşdığı zaman qulağınıza səs gəlməyincə və burnunuzla qoxu hiss etməyincə dəstəmazınız pozulmur. Belə olduğu halda namazı tərk etməyin».

15.Sələf-i salehinin namaz anındakı vəziyyətinə diqqət yetirmək

Sələf-i Salehinin namaz qılmasına diqqət yetirmək xuşunun artmasına səbəb olacaqdır. Və onların bu şəkildə namaz qılması hər bir insanı cəlb edəcək.
Mücahid radıyallahu anh belə nəql edir: «Sələfdən biri namaz qılmağa başladığı zaman Allah qorxusu hiss etdiyi üçün başqa heç bir şeylə maraqlanmır, ətrafa baxmırdı. Namaz qılarkən üzünü sağa və sola çevirmir, səcdə yerində olan xırda daşlarla məşğul olmurdu, hətta dünyaya aid işləri ağlından belə keçirmirdi».
Abdullah İbniz-Zubeyr radıyallahu anh namaz qılarkən xuşuya elə dalırdı ki, görənlər onu yerə basdırılmış bir ağac zənn edirdilər. Bir gün sələfdən olan Sələmə ibn Bəşər radıyallahu anh məsciddə namaz qılırdı. Qəflətən məscidin bir hissəsi dağıldı və insanların çoxu qaçmağa başladı. O isə hələ də namaz qılmağa davam edirdi. Heç xəbər də tutmamışdı. Həmçinin sələfdən bəziləri namaz qılarkən atılmış geyimə çevrilir, bəzilərinin isə Allahın qarşısında dayanma dəhşətindən üzlərinin rəngi dəyişirdi. Bəzi sələflər isə namaz qılarkən sağ-sollarında kimlərin dayandığını unudurdular.
Sələfdən olanlar namaz üçün dəstəmaz almağa başladıqları zaman rəngləri dəyişirdi. Ətrafdakılardan biri ona: «Sənə nə oldu, dəstəmaz almağa başladığın zaman rəngin dəyişdi» deyə sual etdikdə o, belə cavab verdi: « Namaz qılarkən mən kimin qarşısında dayandığımı çox yaxşı bilirəm».
Əli ibn Əbu Talib radıyallahu anh namaz üçün hazırlaşdığı zaman üzünün rəngi dəyişər və ayağı büdrəyərdi. Ona: «Sənə nə oldu» deyə soruşduqları zaman Əli ibn Əbu Talib radıyallahu anh belə cavab vermişdir: « Allaha and olsun ki, həmin ağır əmanəti yerinə yetirmək vaxtı gəlmişdir. Bunu Allah göylərə, yerə və dağlara təklif etdiyi zaman onlar qəbul etmədilər. Mən isə bu əmanəti qəbul etdim».
Səid ət-Tənuhi radıyallahu anh namaz qıldığı vaxt gözlərindən axan yaş bütün saqqalını isladırdı. Tabiindən (Peyğəmbər salləllahu əleyhi və səlləmin ardıcılları) olan bir insan haqqında bizə belə bir hadisə məlumdur. O, namaz qılmağa başladığı zaman üzünün rəngi dəyişir və belə deyirdi: « Mənim kiminlə danışacağımı bilirsinizmi?»
Amir ibn Abdulqeys radıyallahu anha belə bir sual verdilər: «Sən namaz qılarkən öz-özünə ürəyində danışırsan?» O, belə cavab verdi: «Namazı tərk edib ondan başqa məşğul olacağım qiymətli bir şey var?» Sual verən insanlar yenə də: « Biz namaz qılarkən öz-özümuzə ürəyimizdə danışırıq» dedikləri zaman bu dəfə belə buyurdu: «Cənnət və hurilər haqqında danışırsınız?» Onlar da « Xeyr, o barədə deyil… Ailəmiz, malımız və mülkümüz haqqında danışırıq» deyə cavab verdilər. Bundan sonra o, belə dedi: «Bədənimizə nizə batsaydı, mənim üçün bundan daha yaxşı olardı. Əlbəttə ki, mən belə halla rastlaşmıram».
Səd ibn Muaz radıyallahu anh belə demişdir: «Üç yerdə mənə elə üç gözəl hal gəlir ki, əgər hər zaman məndə bu gözəl hallar olsaydı, mən ən yüksək dərəcələrə ucalardım.
Birincisi, mən namaz qılmağa başladığım zaman fikrimdən yalnız namazla bağlı şeylər keçir. İkincisi, Rəsulullah salləllahu əleyhi və səlləmdən nə vaxt bir söz eşitdimsə, bu sözün doğruluğuna şübhə etmədim. Üçüncüsü, hər dəfə cənazə mərasimində iştirak etdiyim zaman «görəsən indi buna o biri dünyada nə suallar veriləcək» deyə düşünürəm».
Hatəm radıyallahu anh belə deyir: «Mən həyatımı əmr edildiyi kimi yaşayıram. Qorxa-qorxa yürüyürəm. Hər hansı bir işə əcr və savab ümidilə başlayıram. Böyük olan Allahı düşünərək «Allahu Əkbər» deyirəm. Qurana onu dərk edərək və çox diqqət və əhəmiyyət verərək oxuyuram. Rükünü xuşu ilə, səcdəni isə tam yerinə yetirirəm. Sükutla təşəhhüd oxuyuram və savab qazanmaq ümidilə salam verirəm. Sırf Allahin razı qalması niyyətilə namaz qılıram. Allah qorxusu ilə nəfsimi sınağa çəkirəm. Bununla yanaşı ibadətimin qəbul edilib- edilməyəcəyindən də narahatam».
Əbu Bəkr əs-Səbuği belə nəql edir: « Mən bu iki imamın dövrünə çatdım, lakin onlar dan heç bir hədis dinləmədim. Bu imamlardan biri Əbu Hatim ər-Razi, digəri isə Məhəmməd ibn Nəsr əl-Mərvəzidir. İmam Məhəmməd ibn Nəsr əl-Mərvəzidən daha yaxşı namaz qılan başqa birisini görmədim. Namaz qılarkən bir eşşək arısı onu alnından sancmışdı. Alnından aşağıya doğru qanın axmasına baxmayaraq o, yenə də öz namazını davam etdirirdi.
Şeyxülislam ibn Teymiyyə rəhmətullahi aleyh namaz qılarkən bədən üzvləri kağız kimi olurdu».
Bir tərəfdə salehlərin namazı, digər tərəfdə isə bizim qıldığımız namazlar; bəziləri vaxtı izləyir, bəziləri paltarı ilə oynayır, bəziləri burnunu təmizləyir, bəziləri beynində alış-verişlə məşğul olur, bəziləri divarların və sütunların naxışları ilə məşğul olur, bəziləri də ətrafında namaz qılanların hərəkətlərini izləyir. Bir az düşünün, bu insanlar dünyadakı yüksək vəzifə sahiblərindən birinin qarşısında olsaydılar, heç bu hərəkətləri edərdilərmi? Əsla yox! Bəs Uca Rəbbimizin qarşısında niyə belə davranırlar?

16.Namaz qılarkən xuşunun fəzilətini bilmək

Namazda xuşu ilə hərəkət etməyin bir çox faydaları var. Bunların bəzilərini qeyd edək. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Hər hansı bir müsəlman fərz namazına yetişərsə, doğru dəstəmaz alarsa, rüküsünə də tam əməl edərək namazı yerinə yetirərsə, bir daha böyük günahlar etməmək şərti ilə onun bütün keçmiş günahları bağışlanacaq. Və bu belə də davam edir».
Namazın əcr və savabı xuşu ilə mütənasibdir. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurub:
«Şübhəsiz ki, qul namaz qıldığı zaman yalnız onda bir, doqquzda bir, səkkizə bir, yeddidə bir, altıda bir, beşdə bir, dörddə bir, üçdə bir və ya yarım savab qazanır».
Kim nə qədər xuşuludursa, bunun müqabilində də əcr və savab alacaq. Abdullah ibn Abbas raduyallahu anh belə demişdir:
«Sən namazdan yalnız bildiklərinin və dərk etdiklərinin savabını qazanırsan».
Namaz yalnız xuşu ilə və tam yerinə yetirildiyi zaman günahlarından qoruyur. Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurur:
«Qul namaza başladığı zaman günahları gətirilərək başı və çiyinləri üzərinə qoyulur, daha sonra o, rükü və səcdəni yerinə yetirdiyində isə bu günahlar tökülməyə başlayır».
İmam Minəvi rahmətullahi aleyh haqqında danışdığımız hədisi izah edərkən belə deyir: «Namazın hər hansı bir rükünü yerinə yetirildiyi zaman günahların bir hissəsi bağışlanır. Beləliklə, namazı tamamlayana qədər bütün günahlar sanki tökülür. Belə bir hal yalnız şərtlərini tam yerinə yetirərək, rükülərinə, vaciblərinə riayət edilərək və xuşu ilə qılınan namazlara aiddir. Bu, bütün hədislərin məzmunundan məlum olur».
Xuşu ilə namaz qılan bir insan namazı bitirdiyi zaman ruhu yüngülləşir. Çox böyük yüklərin altından qalxmış biri kimi azad olur. Hətta onda yenidən namazı davam etdirmək arzusu yaranır. Çünki namaz onun vücudunun rahatlığıdır.Ruhuna rahatlıq, qəlbinə isə sakitlik verir. Namaz dünyanın sıxıntı və problemlərinin həlli üçün ən rahat yoldur. Mömin insan həyatda hər hansı bir darlığa düşdüyü zaman və ya onu sıxıntılar əhatə etdikdə namaza başlayaraq sakitliyə və rahatlığa qovuşur. Namazı sevənlərin sözü budur: «Namazı rahat olmaq üçün qılırıq». Bu sözü iman edənlərin öndəri Peyğəmbər salləllahu əleyhi və səlləm də buyurmuşdur: «Ey Bilal! Namazla bizi yüngülləşdir». Yenə də belə buyurmuşdur:
«Vücudumun rahatlığı namazda yerləşdirildi».
Əgər bir qulun bütün vücudunun rahatlığı namazdadırsa, o, namazsız necə rahatlıq və sakitlik əldə edə bilər və namazı tərk etsə, buna necə dözüb səbr edər?

17.Namaz qılarkən dua etməyə üstünlük vermək

Şübhəsiz ki, Allah qarşısında ehtiyacını bildirmək, Onun hüzurunda acizlik və gücsüz olaraq yalvarmaq və istədiyi vaxt inadlı olmaq qulla Rəbb arasında müəyyən bir münasibət meydana gətirir. Dua isə ibadətin əsasıdır. Buna görə də qula dua etmək əmr edilmişdir. Allah subhanəhu və təala belə buyurur:
«Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» («Əraf» surəsi, 55).
Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Hər kim Allahdan diləməzsə, Allah ona qəzəb edər».
Namaz qılarkən dua etmək Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnəsinə daxildir. Peyğəmbər salləllahu əleyhi və səlləm bu üç yerdə dua edirdi: səcdədə, iki səcdə arasındakı oturuşda və təşəhhüd oturuşunda (salam verməzdən əvvəl). Bu yerlərdən ən əhəmiyyətlisi və ən böyüyü səcdə vaxtıdır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurur:
«Qulun (sahibinə) Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır. Elə isə səcdədə çox dua edin». Yenə də belə buyurmuşdur:
«Səcdələrdə dua etməyə çalışın. Çünki bura duanın qəbul olunacağı yerdir».
Rəsulullah salləllahu əleyhi və səlləmdən səcdədə oxunaraq bir çox dualar məlumdur: «Ey Allahım! Mənim bütün günahlarımı; kiçiyini və ya böyüyünü, əvvəlkini və ya da gələcəkdə olanı, gizli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka