Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GET NAMAZI YENIDƏN QIL !

[ Namaz / 4244 dəfə baxılıb ]   
|
 

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Salam və dua Allahın elçisinin, onun ailəsinin, əshabələrinin, həm də qiyamət gününə qədər onun yolunu təqib edənlərin üzərinə olsun.


Sevimli qardaşım, Allah rizası üçün sənə səmimi bir tövsiyəm olacaq. Çünki sən özünü Allah üçün sevdiyimiz bir qardaşımızsan. Rəhmətini umduğun və əzabından qorxduğun Xaliqin əmrinə bir cavab olan, camaatla namaz mövsümündə səy göstərməyin, yaxşılığının və doğru yolda olduğunun əlamətidir. Doğru yolda olduğun və Allahın əmrinə boyun əydiyin üçün Allaha çoxluca həmd et. Allahın eiçisi (s) belə buyurur:


 В«Bizim onlarla aramızda əhdimiz namazdır. Kim bu namazı tərk edərsə, küfr etmiş olurВ» Əksinə, hədislə müjdələn ki, qəlbin rahatlaşsın və qədəmlərin xoş olsun:


В«Bir kəsi namaz qılan görsəniz, imanına şahid olunВ» (ət-Tirmizi).
В«Yeddi cür insan vardır ki, qiyamət günündə, Öz kölgəsindən başqa heç bir kölgə olmadığı bir gündə Allah-təala Özü onları kölgələndirər»«Peyğəmbər(s.) bunlardan birinin məhz qəlbi məscidlərə bağlı adamın olduğunu bildirmişdir (əl Buxari və Müslüm).
Namaz qılan qardaşım, sənə müjdələr olsun! İndi məscidə gecənin zülmətində gedirsən, Qiyamət günündə isə tam bir nur, aydınlıq içərisində, işıqlıqda gəzəcəksən. Necə ki, bu, peyğəmbərimizin (s) hədisində bəyan olunmuşdur:


В«Məscidlərə qaranlıqda gedənləri qiyamət günündə tam aydınlıqda olacaqları ilə müjdələyinВ» (Əbu Davud və ət-Tirmizi).


 Allahın evləri sayılan məscidlərə yarışaraq gələn bu nurlu üzləri görməkdə biz də sevinc hissi duyuruq. Bunların arasında illərin ahıllaşdırdığı yaşlı kimsələrlə yanaşı özlərini oyun-əyləncədən, fitnədən çevirən gənclər də var. Aralarında yaşı 10-dan çox olmayan, millətin ümidi olan uşaqlar da var. Hamısı birinci səfə keçmək üçün rəqabət edir. Bu əzəmətli fəzilətinə görə Allaha həmd edirəm. Müsəlman qardaşım! Sevimli qardaşlarım, bəli, müsəlmanlar məscidlərə gedirlər. Bizim də sizlərlə doğru bir nəsihətdən və dostcasına edilən qınağımızdan ibarət bir söhbətimiz olacaqdır.


Günümüzdə namaz qılanların durumlarına bir an nəzər salsaq, namazın əhəmiyyətinə xələl gətirən bəzi halların şahidi olarıq. Bunlardan ən önəmliləri bunlardır:



  1. Namazı qərarsızlıqla, sükunətsiz qarğanın dəni dimdikləməsi kimi tələm tələsik icra etmək;
  2. Namazda yerdəki çınqılla, xırda daşlarla oynamaq, gözlərini naxışlara,bəzəklərə çevirmək;
  3. Namazda sağa-sola nəzər salmaq və gözlərini səmaya dikmək;
  4. Namazda yanılmaq və diqqətini bir yerə cəm etməmək və ya neçənci rükətdə olduğunun fərqində olmamaq;
  5. Namazda ürəyində bir çox şeyləri fikirləşərək dünya işlərini xatırlamaq;
  6. Qolundakı saatla oynamaq, ona baxmaq, paltarını düzəltmək, tərpədib oynatmaq və s;
  7. Rüki və səcdədə imamla yarışmaq;
     Namazda qərarsızlıq, itaətsizlik əlamətlərini müəyyənləşdirən bəzi digər hallar da vardır ki, hər namaz qılan bunları görür. AllahВ»Təala bunları kitabın- da bildirmişdir. Ey namaz qılan qardaşım! Sən məscidə ancaq AllahВ»Təalaya itaət və Onun əmrinə tabe olmaq üçün gəldin. O halda niyə namazda yol verdiyin bir çox gərəksiz hərəkətlə və qəflətlə bundakı savabı itirirsənВ».. Bilmirsən ki, mütilik hissi (xüşu) namazın ruhudur, həyatının maddəsi və göz bəbəyidirВ».. Bu mütilik imanın səmərəsi və ruhun və ruhun dinclik və sakitlik tapmasıdır. Sən isə sənin üçün bəlkə də bir cavab yazılmadığı halda, namazına görə azacıq bir şeylə dönüb gedirsən. Peyğəmbərimiz (s) buyurmuşdur ki:

В«Adam namaz qılıb gedir və ona ancaq namazın onda biri, doqquzda biri, səkkizdə biri, yeddidə biri, altıda biri, beşdə biri, dörddə biri, üçdə biri, nəhayət yarısı qədər əcr (savab) yazılırВ» (Əbu Davud və ən-Nəsai).
Allahın elçisi (s) namaz qılanları qarğa kimi dimdikləməkdən, canavar ki- mi yerə yayılmaqdan və daim bir yerdə bağlanılan dəvə kimi məsciddə bir yeri məkan etməkdən çəkindirmişdir. Bu məzmunlu hədisi Əhməd, Əbu Davud və başqaları rəvayət ediblər. Allahın eiçisindən (s) onun belə dediyi sübut olunmuşdur: -В»Oğurluq baxımından insanların ən pisi namazından oğurluq edəndirВ». -В»Namazdan necə oğurluq etmək olar, ey Allahın elçisi»«-soruşulduqda: -В»Rükunu və səcdəni tam icra etməməkləВ»- cavabını vermişdir. İmam Əhməd Əbu Hüreyrənin (r) rəvayət etdiyi hədisdə Peyğəmbərin (s) beəl buyurduğunu bildirir: В«Rüku və səcdəsi arasında belini tam düzəltməyən adama Allah baxmazВ». Peyğəmbərimiz (s) buyurmuşdur:


 В«Münafiqin namazı belədir: Günəşi göz- ləyər, günəş şeytanın iki buynuzu arasına gəldikdə qalxar, qarğa kimi dimdiklə-yərək tələm-tələsik xilas olar və onda Allahı azacıq zikr edərВ» (Müslim).


Əbu Hüreyrənin (r) rəvayət etdiyi əl-Buxari və Müslümün В«əs-SəhihВ» əsərindəki hədisə görə:


 В«Allahın elçisi məsciddə olarkən biri içəri daxil olur, namaz qılır və sonra gəlib peyğəmbərimizə (s) salam verir. Peyğəmbər salamını alır və ona: В« Get, yenidən namaz qıl, çünki sən namaz qılmadın!В»- deyir. Həmin adam gedir və öncə qıldığı kimi qılır, sonra gəlib Peyğəmbərə (s) salam verir. Peyğəmbər salamını alır və ona : В« Get, yenidən namaz qıl, çünki sən namaz qılmadın!В» -deyir. O gedir və öncə qıldığı kimi qılır, sonra gəlib Peyğəmbərə (s) salam verir. Peyğəmbər salamını alır və ona: В« Get yenidən namaz qıl, çünki sən namaz qılmadın!В»- deyir. Üçüncü dəfəsində adam dedi: В«Ey Allahın elçisi, səni haqq olaraq göndərən Allaha and olsun ki, bundan daha yaxşısını edə bilmirəm, məni öyrət. Peyğəmbər buyurdu: В«Namaza durduğun zaman təkbir et. Sonra Qurandan sənə asan olanı oxu, sonra tam rahat olana qədər rüki et. Sonra tam şəkildə düzələnə qədər qalx və sonra tam rahat olana qədər səcdə et, rahatlaş.. Bunu bütün namazlarında etВ».


 Əl-Buxari Hüzeyfə bin əl-Yəmənin (r) rəvayət etdiyi hədisi vermişdir: В«Hüzeyfə rükunu və səcdəni tam şəkildə icra etməyən bir adamın namaz qıldığını görür və ona deyir: В«Namaz qılmış sayılmırsan, əgər sən bu namazı qılarkən ölsən Məhəmmədin (s) sünnəti xaricində ölmüş olarsanВ». İmam Əhməd (r) mərhum Əbu Məsuddan (r) Allah elçisinin (s) belə buyurduğunu rəvayət etmişdir: В«Rükusunda və səcdəsində belini tam düzəltməyən adamın namazı doğru olmazВ». Bu hədisi Əbu Davud və ət-Tirmizi rəvayət etmişdi. Bir başqa rəvayətdə: В«belini tam düzəldənə qədər»« -deyilir. Rüku və səcdədən sonra qiyamda olduğu kimi belini tam düzəltməyən kimsə haqqında peyğəmbərimizin (s) ifadələri budur və belələrinin namazı batildir. Bu, bədənin əzalarının hər birinin öz yerini alaraq qərarlaşması, sükunət və rahatlıq tapmasına da aiddir. Peyğəmbər (s) buyurmuşdur ki, В«Allahın qulları üzərində fərz etdiyi beş vaxt namaz vardır ki, kim bunları icra edərsə, bunlardan heç birinə laqeyd qalıb zay etməzsə, o kimsəni cənnətə salacağına dair Allah dərgahında onun üçün bir əhd vardır, kim də bunları icra etməzsə, Allah dərgahında onun üçün heç bir əhd yoxdur. İstəsə, əzab verər, istəsə də, cənnətə salarВ» (Əbu Davud və ən-Nəsai). Uca Allah buyurur: В«Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyrlər!В» (əl-Miminun,1-2). Namazda mütilik-sükunət, namaz vaxtı bütün əzaların hər birinin qərarlaşması, öz yerini alması, ehmalca və yavaş hərəkət etmək, təmkinli və təvazökar olmaq deməkdir, mütiliyə sövq edən isə Allahdan və Onun namaz qılana nəzarət etməsindən olan qorxudur. Həm də mütilik Rəbbin hüzurunda rahatlıqla və qəlbən boyun əyən insanın duruşudur. Mücahidin belə dediyi rəvayət olunur: ««Allaha itaətkarcasına ayağa qalxınВ» (əl-Bəqərə,238) ayəsindəki itaətkarcasına sözü (В«qanitinВ») В«qunutВ» sözündəndir ki, o da:- Allah qarşısında əyilmək, İzzətli Allahın hüzurunda heybətdən duyulan zəlillik hissi, gözlərin aşağı dikilməsi, çiyinlərinin düşməsi, bütün bunlarla birlikdə xəyalında, könlündə, düşüncəsində Allah qorxusunu yaşamaqdırВ». Namazda mütiliyə gəlincə, o, qəlbini və diqqətini tamamilə namaza yönəldən və namazı başqa şeylərdən üstün tutan kimsədə hasil olur. Allah təala müti olan kişi və qadın qulları üçün bağışlanma və böyük bir mükafat hazırlamışdır.

NAMAZDAKI MÜTİ OLANLARIN DURUMLARI


 


Ömər bin əl-Xəttab (r) minbərdə olarkən belə demişdir: -Bir adamın islam yolunda başı ağarır, amma Allah üçün bir namazı belə icra etməmiş olur. -Bu necə olurВ»- soruşurlar. -Namazın mütilikdə, təvazökarlıqda, Allahın hüzuruna yönəldilmiş halda yerinə yetirməzВ»-buyurur. İslamın ilk dövrlərində namaz qılanlar haqqında həzrəti Ömər (r) belə söyləmişsə, o zaman bu günkü müsəlmanların halı necə olarВ» Rəbbimin mərhəmət göstərdiklərindən başqa bir çoxunun fikrini dünya hər tərəfə çəkib aparır. O sözdə namaz qılır, fəqət qəlbini dünyaya, bazara göndərmiş, alıb-satır, artırıb-əksildirВ» Nəhayət,bu ancaq qəflətdəndir. Əl-Həsən demişdir: В«Amir bin Abdi Qeys itmiş bir şeyi namazda xatırladıqlarını danışıldığını eşitdikdə soruşur: -Heç olmasa tapa bilirsinizВ» Onlar bəli dedikdə, o demişdir: -Allaha and olsun namazda olarkən nizələrin bədənimə batması mənim üçün- daha yaxşıdırВ». Sevimli qardaşım! Bizlərə nə olub ki, namazdan üz çevirmişik,vacibləri itirmişik. Abdullah bin Məsud (r) namaz qılarkən sanki atılmış bir paltar idi. Said bin Cubeyr (r) namaz qılarkən sanki paya kimi dimdik olardı. Əziz qardaşım, onlar hara,biz haraВ» İndi sənə Abdullah bin əz-Zubeyr rüku edərkən elə bil arxasına (çiyninə) qüzğun qonacağmış kimi dümdüz və səcdə edərkən sanki atılmış bir paltar kimi özündən getmiş olmasından danışım. Biz bu cür mütilik və sükunəti təəssüblə qarşılayırıq. Ancaq bu, gerçək həyatımızda belə halları görmədiyimizdəndir. Yoxsa adətən lay divar kimi olan Ənbəs bin Üqbə səcdə edərkən elə bil arxasına sərçələr qonacaqmış kimi hərəkətsiz, dümdüz olardıВ».. Gəlin əməli-salehlərlə yolumuza davam edək: Əbu Bəkr bin Ayyaş buyurur: В«Həbib bin Əbu Sabiti səcdə edərkən gördüm Əgər sən onu görsəydin, səcdəsini nə qədər üzatmağını görməyindən savayı, bu, ölüdür, deyərdinВ». İbrahim ət-Teymi səcdə etdiyi zaman sanki arxasına sərçələrin qonduğu bir divar qalığı (uçmuş divarın qalığı,izi-tərs.) kimi olurduВ». İbn Vəhb demişdir: В«əs-Saurini axşam (məğrib) namazından sonra Haramda namaz qılarkən gördüm. Sonra bir səcdəyə qapandı, ta işa namazının əzanı verilənə qədər başını qaldırmadıВ». Onları namazda yayındıran bir məşğuliyyət yox idi. Allah ilə onların arasında bir maneə yox idi, bütün diqqətləri namaza, Allaha mütiliyə və onun hüzurun da itaətə yönəlmişdi. Əbu Abdullah ən-Nəbahi bir gün Tarsuslularla namaz qılırdı. Bu əsnada həyəcan qışqırıqları gəlir və o namazı qısaltmır və tezləşdirmir. Namaz qurtardıqdan sonra ona: -Sən casussan!-deyirlər. -Nəyə görə deyirsizВ»-soruşur. -Sən namazda ikən həyəcan qışqırıqları gəldi, lakin sən namazı qısaltmadın В« deyirlər. O deyir: -Namaz qılan birinin qulağına Allah təalanın xitabından başqa bir şeyin girəcəyini zənn etməmişdim. İmam əl-Buxari bir gecə namaz qılır və cır arı on yeddi dəfə onu sancır. Na-mazını bitidikdən sonra deyir: В«Hələ bir baxın görək, arı mənə zərər verə bilib»« Məymun bin Həyyanın belə dediyi rəvayət olunur: В«Müslüm bin Yasərin namaz qılarkən nə qısa, nə uzun qıldığını, heç sağa-sola baxdığını da görmədim. Bir dəfə məscidin bir tərəfi uçdu və bazar camaatı həyəcandan təlaşa düşmüşdülər, o isə məsciddə namaz qıldığı halda heç halını da pozmadı (yəni vəziyyətini dəyişmədi)В». Xəlf bin Eyyubdan soruşurlar ki, namazda ikən qara milçəklər sənə zərər verən zaman, onları qovmursanmıВ» O cavab verdi: -Namazdan pozacaq heç bir şeyi özümə rəva bilmərəm. Ondan soruşurlar: -Bəs buna necə səbr edirsənВ» O cavab verir: -Eşitdiyimə görə fasidlər hökmdarın qırmanclarına səbr edirlərmiş. Haqlarında filankəs səbrlidir, deyildikdə onlar buna görə fəxr edirlər. Elə isə, mən Rəbbimin hüzurunda namazda ikən milçəyə görə tərpənimmiВ»! İbn əz-Zubeyr namaz qılarkən mütilikdən sanki bir odun kimi olurdu. Əbu Təlba (r) ağac olan divar qarşısında namaz qılır. Ağac xoşuna gəlir, onun bər-bəzəyi diqqətini cəlb edir və bir qədər gözü ilə onu süzərək neçə rükət qıldığını bilmir. Başına gələni Allahın elçisinə (s) ərz edir və deyir: -Ey Allahın elçisi, bu sədəqədir, onu istədiyin yerə qoy. Qasim bin Məhəmməd demişdir: В«Günlərin birində bir yerə gedərkən Aişəyə (r) baş çəkdim və ona salam verdim. Bir gün yenə getdim, baxıb gördüm ki, düha namazını qılır və: В«Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm əzabından qoruduВ» (ət-Tir,27) ayəsini oxuyur, ağlayır, dua edir və ayəni təkrar edir. Nəhayət onun eyni halda qalmasından bezərək qalxdım və öz-özümə fikirləşərək ki, gedim dərdəsərimi görüm, sonra yenə geri dönərəm,- bazara getdim. İşlərimi görüb qayıtdım və gördüm ki, o eyni vəziyyətdə ayəni təkrarlayır, ağlayır və dua edir»« Hatim əl-Əsəmdən (r) namazı necə qılması haqqında soruşanda cavab verir: В«Namazın vaxtı yaxınlaşanda yaxşıca dəstəmaz alıram, namaz qılacağım yerə gəlirəm, öz fikrimi cəmləyənə qədər otururam. Sonra namaza qalxıram və Kəbəni qaşlarımın ortasında, Siratı ayağımın altında, Cənnəti sağımda, Cəhənnəmi solum da, ölüm mələyini arxamda fikirləşərək zənn edirəm ki, bu mənim son namazımdır. Sonra qorxu ümid hissləri arasında olan bir halda durub açılış təkbirini edirəm. Sonra ağır-ağır oxuyuram, təvazökarlıqla rüku edirəm, sonra müti və rahatlıqla səcdə edirəm. Sonra sol yanım üzərində otururam, sol ayağımı yerə yayaraq, sağ ayağımı baş barmaq üzərində dik saxlayıb ixlaslı olmağa çalışıram. Sonra da bilmirəm bu məndən qəbul olundu, ya olunmadı»« Namaza istəkli olmağı və dürüst şəkildə onu tamamlamağı vəsiyyət edən Bəkr əl-Muzni demişdir: В«Namazının sənə fayda verməsini istəyirsənsə, fikirləş ki, bəlkə də bundan sonra başqasını qıla bilmərəmВ». Namaza o qədər səy göstərməyinə və tələbkarlığına rəğmən Osman bin Əbu Dəhriş demişdir: В«Heç elə bir namaz qılmadım ki, ondakı qüsuruma görə Allah təaladan bağışlanmaq diləməyimВ». Qardaşlarım! Allah təalanın bəzi qövmləri vardır ki, əmr olunanlara sarılır-lar, xəta etməkdən çəkinərək itaət edirlər, gecəni oyaq halda ibadətlə keçirirlər, etdiyi günahları xatırlayıb sınırlar (peşman olurlar), sevdiyinin qapısını döyüb üzür diləyirlər. В«Həqiqətən, mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardırВ» (əl-Muminun,110) ayəsi məhz onlara aiddir. Elə isə namazda mütiliyə aparan yol necədirВ» Buna kömək edən vəsilələr nələrdirВ» Namaz qılan qardaşım! Bir çox səbəblər vardır ki, bunlara diqqət edənin namazı mütıliklə qılması mümkündür. Bunlar iki qisimdir.  
 


NAMAZLA ƏLAQƏSİ OLMAYAN SƏBƏBLƏR




Bu qism səbəblər aşağıdakılardır:



  1. Allah təalanı rübubiyyətdə, uluhiyyətdə, ad və sifətlərində təkləşdirmək;
  2. Uca Allaha təzimdə, səmimiyyətdə (ixlasda) qüsura yol verməmək, istər aşkarda, istər gizlində hər zaman Onun nəzarəti altında olduğunu bilmək;
  3. Peyğəmbərə (s) şərtsiz itaət etmək;
  4. Əmr edilənlərin icrasında, qadağanlardan çəkinməklə Allahdan qorxmaq;
  5. Təmiz və halal olanı yemək, haramdan uzaq olmaq, şübhələrdən qaçmaq;
  6. Səni müti etməsi üçün Allaha dua etmək, yalvarmaq;
  7. Müti olan kəslərlə söhbət etmək və onlarla yoldaşlıq etmək, bir olmaq. 

                     
    NAMAZLA ƏLAQƏSİ OLAN SƏBƏBLƏR

    Bu qismə aşağıdakıları aid etmək olar:
  8. Namaza başlamazdan öncə özünü, fikrini toplamaq, qəlbən hazır olmaq;
  9. Önündə duracağın Allahın əzəmətini xatırlamaq;
  10. Namazın savabını tam əldə etmək üçün Ona yalvarmaq, dua etmək;
  11. Yaxşıca dəstəmaz almaq, suyu israf etməmək, daban və dirsəklərin ətraflarının islanmasına diqqət etmək;
  12. Namaza başlamazdan əvvəl hazırlanmaq. Yemək hazır ikən, böyük və ya kiçik iş üçün ayaqyoluna olarsa namazı qılmamaq. Namaz üçün yeri də hazırlamaq;
  13. Namazı camaatla qılmaqda və əzan verilərkən namaza getməkdə süst, tənbəl davranmaqdan çəkinmək;
  14. Nafilə namazlarını tərk etməmək. Xüsusilə beş vaxt namazın sünnətlərini vitr namazını, sübhün sünnət və gecə namazlarını (qiyamul-leyl) qılmaq;
  15. Oxuduğun və təkrarladığın ayə və zikrlərin mənalarını düşünmək;
  16. Namazda tələsməmək. Namaza necə olur-olsun icra edəcəyin bəsit bir şey kimi baxmamaq; Tərpənməmək, sağa-sola baxmamaq, namazda yasaqlanmış şeylərlə məşğul olmamaq, ədəbli olmağa çalışmaq;
  17. Namazın hökmlərinin ədəbinə riayət etmək, namazda gözləri səcdə ediləcək yerə dikmək. Peyğəmbərimiz (s) buyurmuşdur: В«Mənim namaz qıldığımı gördünüzmüВ» Mənim kimi namaz qılınВ»;
  18. İmama uyğun olmaq. İmam ancaq ona tabe olmaq üçündür;
  19. Dünya işlərindən, məşğuliyyətlərindən qəlbi boşaltmaq. Bütün bunlar içindəki məşğuliyyətlərə birlikdə Allah nəzərində bir milçək qanadına bərabər deyil;
  20. Musiqi alətləri, təsvirlər, gurultu və səs-küyün olduğu yerlərdə namaz qılmaqdan çəkinmək;
  21. Namazı dünya ilə vidalaşan kəsin qıldığı namaz kimi qılmaq. Çünki tanıdıqlarının hamısı hər hansı bir namazı qıldıqdan sonra dünyadan köçdülər.
     Sənin də onlar kimi olmağın qaçılmazdır.

 


MÜSƏLMAN QARDAŞIM!


 Peyğəmbərimiz (s) demişdir: В«Hər kəs əmr olunmuş namazları qılar və dəstəmazını və rükusunu mütiliklə yaxşıca icra edərsə, bu onun böyük günahları işlətmədiyi təqdirdə keçmiş günahlarının kəffarəsi olar. Bu hər zaman (dəhr boyu) belədirВ» (Müslüm). Allahdan diləyirəm ki, əməlimizi ən doğru, ən xalis, ən səmimi etsin, əcr və savabımızı tam və mükəmməl versin. Amin! Ey Allahım! Bizlər müti olmayan qəlbdən, ağlamayan gözdən və qəbul olun mayan duadan Sənə sığınırıq! Ey Allahım! Günahlarımızdan keç, bizi,valideynlərimizi və bütün müsəlmanları bağışla. Allahın salamı peyğəmbərimiz Məhəmmədə olsun! İstəkli qardaşlarım! Sonda bir daha mövzunun əhəmiyyətini nəzərə alıb, bu mövzunu daha geniş şəkildə işıqlandıran kitabı əldə etməyi, oxumağı, həm də oxuduqlarınızı tətbiq etməyinizi tövsiyə edirəm.
Allahin salamı və xeyir-duası üzərinizə olsun!


Azerislam.com

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka