Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏQDİM

[ Oxu! / 8154 dəfə baxılıb ]   
|
 
"Nəhayət onların arxasından elə bir nəsil gəldi ki, onlar namazı buraxdılar; nəfslərinin arzularına uydular..."

Həmd, heç bir şəriki olmayan, yaradan, yaşadan, idarə edən, öldürən, dirildən, hesaba çəkən və eləcə də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salat, Onun uca Peyğəmbərinə, sevgili müəllimimizə... Salam, o Peyğəmbərin əhli beytinə, səhabələrinə, onun izini təqib edib, onun yolunda ölənlərə.

Müsəlman olmaq və özünü İslama aid etmək, ancaq İslama uyğun praktiki əməllərlə mümkündür. Şüphəsiz ki, Allaha iman etməyin nə demək olduğunu dərk edən bir möminin edəcəyi ilk tövhid əməli namazdır. Peyğəmbərimizin ifadəsiylə: "İman təmənnidən ibarət deyil." Namaz, icrası vacib olan qəlbin, ağılın və əzaların təsdiq etdiyi hərəkətlər bütünüdür. Namaz, möminin ürəyində iz buraxan bir nurdur. İmanın praktik həyata əks olunmasıdır. Bəli, namaz, imanı təmənnidən, nəzəriyyədən, quru sözlərdən qurtarmaq və əmələ çevirməkdir. Rəbbimizə haqqı ilə qul olmaq istəyiriksə, bu həqiqəti yaxşı dərk etməli və gündəlik həyatımıza əks etdirməliyik.

Namazın əhəmiyyətinə dair bir çox əsərlər yazılıb. Lakin hələ də namazlarımız namaz olmayıb, həyatımızdakı təsirini göstərməyib. Bunun səbəbi, əhəmiyyətinin anlaşılmamağından, Allahın istədiyi və Rəsulullahın öyrətdiyi kimi icra edilməməyindən qaynaqlanır. Buna görə istədik ki, "bilinməyənləri" deyil, "edilməyənləri" yenidən xatırladaq.
Bu bir həqiqətdir ki; bilinərək və şüurlu olaraq edilən hər iş və əməl, möhkəm və faydalıdır. Təsirli və nəticə verəndir. Bu gün qıldığımız namaz, biz müsəlmanları heç bir pislikdən saxlamadığı kimi, İslamın yer üzündə yayılmasına, Allahın adının ucaldılmasına və İslam cəmiyyətinin meydana gəlməsinə çox az təsir edir. Bunun səbəbi əlbəttə, namaz deyil, onu lazımi kimi qılmayan bizlərik. Eyni namaz, Rəsulullah və səhabələrini fəaliyyətə keçirərkən, onları bir əməl insanı edərkən, bizlərin təmbəl və qorxaq olmağına, pisliklərə və haqsızlıqlara qarşı səssiz dayanmağımıza vəsilə olur. Bu da ondan qaynaqlanır ki, biz şəkil və mənanı birləşdirərək Peyğəmbərin qıldığı kimi namaz qıla bilmirik. Halbuki Cənabı Mövlamız, "Şübhəsiz" kəlməsi ilə namazla bu işlərin ediləcəyini bəyan etmişdi.

Yenə bunun səbəbi, namazın ruhundan günbəgün uzaqlaşmamız, onu alışılmış bir idman hərəkəti kimi şüursuzca təkrarlamağımızdır.
Əsrimizdə müsəlmanların namaza yanaşmaları çox fərqlidir. Bunlardan bəziləri, müsəlman olduqlarını söylədikləri halda namaza yaxın belə getmirlər. Ömürləri boyunca ya bir neçə dəfə, ya da heç namaz qılmayıblar. Onlar namazı lazımsız bir ibadət kimi görürlər. Ürəklərinin təmiz olduğunu və namaza gərək olmadığını ifadə edirlər. Buna baxmayaraq özlərinin namaz qılanlardan daha yaxşı olduqlarını, Peyğəmbərin şəfaətinə güvənərək Allahın onları bağışlayacağını söyləyirlər. Şüphəsiz ki, onlar özlərindən başqa heç kimi aldada bilməzlər.

Bir başqa qrup isə, İslam dəvəti üçün çalışdığı, İslami məsələləri və Allahın qanunlarını müdafiə etdiyi halda namazlarına laqeyd yanaşır. Onlar bəzən qılıb bəzən tərk etməkdə, qıldıqları zaman da şüurlu olaraq qılmamaqdadırlar. Onlara Allahın bu ayəsini xatırladırıq: "Vay halına o namaz qılanların ki, onlar namazlarından qafildirlər." [Maun Surəsi; 4-5]

Onlardan daha çox bizim diqqət çəkməyə çalışdığımız insanlar, namaz qıldıqları halda namazlarından xəbərsiz olanlardır. Onları namazlarından xəbərdar etməyə əzm göstərdik. Rəsulullahın namazını necə örnək almaları və namazda huşunu necə əldə etmələri gərəkdiyini,-anlatmaq mümkün olmayıb, yaşanması vacib olsa da belə,-izah etməyə çalışdıq.

Çünki insanların əksəriyyəti namazlarını mexaniki bir hərəkət kimi yerinə yetirməkdədir. Namazın şəklini atalarından miras almış, uzun zaman qıldıqları üçün adət etmişdilər. Nə namazın sirlərini bilirlər, nə də oxuduqları ayələrin mənalarını. Onlar, lazımlı sözləri söyləyib lazımlı hərəkətləri edərək namazlarını tamamladıqlarında, fərz olan vəzifələrini etdiklərini, cəzadan xilas olduqlarını, namazlarını əda etdiklərini, buna görə də savaba nail olduqlarını zənn edərlər. Onlar zənlərində yanılırlar. Çünki bu söz və hərəkətlər namazın yalnız xarici görünüşüdür.
Bir hədisi şərifdə ifadə edildiyinə görə: "Namaz; duadır, huşudur, təvazödür, zikrdir, nurdur, münacaatdır..." [Tirmizi və Nəsai]

Möminlərin bir qisimi də namazının mənasını anlayanlardır. Namaz qılanlar içərisində onların sayı çox azdır. Onlar namazlarının zövqünü dadmış, Rəsulullahın bu müjdəsinə nail olmuşlar: "Bir insan vaxtında namaz üçün qalxar, dəstəmazını gözəl bir şəkildə alar, rükusunu, səcdəsini huşuyla etsə onun namazı dümağ bir səhifə halında yüksələr və belə deyər;
- Sənin məni qoruduğun kimi Allah da səni qorusun.
Namazı bu şəkildə əda etməyənin namazı isə qapqara bir səhifə halında yüksələr və belə deyər;
- Məni məhv etdiyin kimi Allah da səni məhv etsin.
Bu namaz Allahın dilədiyi yerə varınca, köhnə bir paltar kimi bükülər və sahibinin yüzünə çarpılar."
Bu yazını ‘inandım' deyənlərin namazlarını haqqıyla qılmaları və heç olmasa bir az da olsa nəticəyə çatmalarında köməkçi olmaq üçün qələmə aldıq.

Rəbbimdən bu işi, haqqı axtararaq namaz şüuruna çatmağa çalışan və müsəlmanlara nəsihət vermək istəyənlərə faydalı etməsini niyaz edirəm.
"[İnsanları] Allaha çağıran; saleh əməl işləyən və ‘mən müsəlmanlardanam' deyəndən daha gözəl sözlü kim ola bilər?" [Fussilət Surəsi; 33]
Davamızın sonu, aləmlərin Rəbbi olan Allaha həmd etməkdir.
"Yalnız gücümün çatdığı qədər islah etmək istəyirəm. Uğurum, Allaha aiddir. Yalnız Ona istinad etdim, yalnız Ona yönəldim." [Hud Surəsi; 88]



Həsən Hafızoğlu


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka