Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Ş İ R K

[ əqidə / 95 dəfə baxılıb ]   
|
 
بسم الله الرحمن الرحيم

Şirk - Allaha ortaq qoşmaq, insanın işlətdiyi ən böyük günahdır. Uca Allah istədiyi günahı bağışlayacağını, şirki isə əsla bağışlamayacağını bildirmişdir.
Buna görə də Allah Qur'anda bir çox yerdə möminləri şirkdən qaçmağa çağırmışdır:
«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə böyük bir günah etmiş olur.¿ (Nisa, 48)
Loğmanın (ə.s) oğluna verdiyi nəsihət: «Ey oğlum Allaha şirk qoşma. Şübhəsiz şirk həqiqətən böyük bir zülmdür.¿ (Loğman13)
Şirk qoşanların ibadətləri belə qəbul olunmayacağı bir çox ayələrdə göstərilmişdir.
«Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdu: Əgər Allaha şərik qoşsan, sənin əməlin puç olacaq və sən ziyana düşənlərdən olacaqsan.¿ (Zumər, 65)

Şirk nədir? Çox insan şirkin böyük günah olduğunu, lakin özünün bunun etmədiyini düşünər. Müşriklərin (şirk qoşanlar) yalnız totemlərə (bütlərə) itaət edən şəxs olduğunu düşünər. Ona görə müşriklər sadəcə Peyğəmbərimizdən (s.ə.s) əvvəl Kə'bədəki bütlərə itaət edən cahiliyyə ərəbləri və onlara bənzəyən ilk bütpərəstlərdir. Ancaq şirk sadəcə totemlərlə bağlı deyil, başqa hallarla da müşahidə olunur. Həyatını Allahdan başqa bir varlığa, bir insana və ideologiyaya bağlayanlar, bir-birlərinə dəlicəsinə aşiq olanlar, məqsədlərinə nail olmaq üçün başqa insanların xoşuna getməyə çalışanlar, «bunlar bizi Allaha yaxınlaşdıracaq¿ - deyə ölülərə dua edənlər…

Bunların hamısı tam mənasıyla şirk içindədirlər.

Ümüd edirik insanlar bütün bütləri buraxıb, sadəcə və sadəcə əsl Rəbbləri olan Allaha itaət edəcəklər.
Şirk nədir? Şirkin kəlimə mənası «ortaqlıq¿ deməkdir. Şirk termini Allaha şərik qoşmaq, tay qoşmaq mənalarına da gəlir. Qur'anda şirk hər hansı bir şeyi, kimsəni dəyər vermə baxımından Allahdan üstün tutmaqdır. Qur'anın təməl prinsipi Allahdan başqa bir ilah olmadığıdır. Qur'an ifadəsiylə «Lə iləhə illallahdır¿. Bu ifadə Qur'anda bir çox yerlərdə təkrarlanır va imanın birinci şərti olaraq vurğulanır. Bu təməl gerçəyin əksinə bir inanc və davranışın şirk olduğunu da görürük.

Qur'anda müşriklər neçə qrupa ayrılırlar;

Qur'an şirk mövzusuna çox böyük yer verir. Şirkin özü və məntiqi eyni olsa da, şirk qoşmanın bir çox növünü Qur'andan öyrənməkdəyik. Şirkin məntiqi bütün müşriklərdə eyni olsa da şirk qoşma növləri müxtəlifdir. Qur'anda bəhsi keçən başlıca müşrik növləri bunlardır;

Kitab-Əhli

Kitab əhli Qur'anda xristianlar və yəhudilərə verilən termindir. Hər iki dinin mənsubları haqq dininin özündən uzaqlaşmış, şirkə dayanan bir anlayışa boyun əymişlər. Bunların şirkə düşməsi peyğəmbərlərini və din adamlarının ilahlaşdırması nəticəsində olmuşdur. Xristianlar ən başda olaraq peyğəmbərləri İsanı (ə.s) ilahlaşdıraraq şirkə düşmüşlərdir. İsanı (ə.s) Allahın oğlu olduğunun, dolayısıyla onun da bir ilah olduğunu iddia edirlər.
«And olsun, şübhəsiz Allah Məryəm oğlu Məsihdir deyənlər küfrə düşmüşdür. Allah Məryəm oğlu Məsihdir-deyənlər küfr etdilər. Məsih isə demişdi: Ey israil övladları! Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik çıxarsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəm odudur. Zalımlara heç bir kömək edən olmaz.
Allah üçlüyün (üç tanrının) üçüncüsüdür - deyənlər küfr etdilər. Halbuki vahid tanrıdan başqa heç bir tanrı yoxdur. Əgər onlar belə söz-söhbətlərinə son qoymasalar, onların kafirlərinə üzücü bir əzab dəyəcəkdir. (Maidə 72-73)
Bu iki qövmün Allaha şirk qoşduqları digər insanlar isə din adamlarıdır. Yəhudilər din adamlarının Allah adına uydurduqları hökmləri ilahi hökmlər kimi mənimsəmişlər. Tarix boyunca Tövrata və digər din kitablarına əlavə olunan bu hökmlər yəhudi xalqı tərəfindən əsrlər boyu din adına istifadə olunmaqdadır.
Eyni hal xristianlarda da var. Onlar da din adına onlara hökm edən rahiblərin, keşişlərin, papaların ardınca kor-koranə gediblər. Allahın deyil, onların şəkil verdikləri bir din anlayışını mənimsəyiblər. Hər iki dinin din adamları, tarix boyunca Tövrata və İncilə əlavə, çıxarma dəyişdirmələr edib bu kitabları təhrif etmişlər. Hər iki ilahi kitabın gətirdiyi haqq dini bu şəkildə əslindən uzaqlaşdırılaraq din adamlarının əlində şirk dininə çevrilmişdir. Allah şirkə düşən hər iki qövmün vəziyyətini aşağıdakı ayədə belə göstərir:
«Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini Məryəm oğlu Məsihi də rəblər etdilər. Halbuki onlara yalnız bir tanrıya –Ondan başqa tanrı yoxdur - ibadət etmək buyrulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır.¿ (Tövbə 31)
Başqa bir çox ayələrdə də bunların şirk qoşmaları qınanmışdır. Qur'an şirkə düşən hər iki qövmün mənsublarını bütün haqq dinin özünə, yəni Allahı tək bir ilah qəbul edib ondan başqasına qulluq etməyə dəvət edir.
«Ey kitab əhli! Bizimlə öz aranızda eyni bir sözə [fikrə] gəlin ki, ancaq Allaha ibadət edək, heç nəyi Ona şərik qoşmayaq və Allahı qoyub bir birimizi rəbblər etməyək! Əgər onlar üz döndərərlərsə, onda: Bizim müsəlman [Allaha təslim] olduğumuza şahid olun! - deyin.¿ (Ali-İmran-64)

Rəhbərləri ilah edənlər

Başlarındakı idarəçiləri ilah edənlərə Qur'anda misal Fir'on qövmüdür. Allahın Qur'anda minlərcə illər yaşamış Fir'on və qövmünün vəziyyətini insanlara başa salması əlbəttə insanlara tarixi bilik vermək deyildir. Fir'on haqqındakı qissələrin Qur'anda söylənməsi Fir'onun yaxın çevrəsinin və qövmünün işlətdikləri şirkdən indiki müsəlmanların uzaqlaşdırılmasıdır. Fir'on qövmü içində ilahiliyini elan etmiş qövmü də ona boyun əymişdir. Fir'onun ilahlığının dilə gətirməsini Qur'an belə deyir:
«Camaatını çağıraraq toplayıb səsləndi. Sizin ən böyük Rəbbiniz mənəm.¿ (Naziat 23-24)
Firona ilk tabe olanlar onun yaxın adamları idi. Yaxın çevrəsindən sonra ona boyun əyən ordusu və Misir xalqı idi. Fəqir, gücsüz, möhtac olan xalq bir yandan da Fir'on tərəfindən əzilərək ona boyun əymişdilər. O sırada Misirdə əsarət altında olan İsrailoğulları zülm və qorxudan qaynaqlanan bir şirk içində idilər və bu da şirkin bir növüdür.

Bütlərə inananlar

Əslində şirk qoşulan canlı və ya cansız hər şey əsl anlamda büttür. Fəqət biz burada klassik bütlərdən yəni daş, taxta, metal kimi maddələrdən, şəkil və surət verilib hazırlanan butlərdən danışacağıq. İlk baxışda insan bu cür bütlərə inananların yalnız bəzi geri qalmış qəbilələrin adəti olduğu nəzərdə tutulur. Ancaq bu bütə inanmanın səbəblərini araşdıraq.
Bütlərərə inanamanın simvolik məntiqi var.
Çünki bu cür şirkin özündə bu heykəllərin təmsil etdiyi adamlar və anlayışlar durur. Yonulan bütlər əslində şirk qoşulan varlığı adamı və anlayışı təmsil edərlər. Qur'anda da İbrahimin (ə.s) muşrik qövmünün də bənzər şəkildə bütlər yonaraq onlara sitayiş etdiyi görünməktədir.
«O zaman o, öz atasına və camaatına demişdi: «Bu nə heykəllərdir ki, siz onlara ibadət edirsiniz?¿ Onlar dedilər: «Biz ata-babalarımızın onlara ibadət etdiyini görmüşdük.¿ (Ənbiyə 52-53)
Dolayısıyla bütlərə inanmaq nə qədər məntiqsiz bir şey olsa da adət-ənənə vasitəsilə də bugünkü müasir topluma da keçmişdir. Yonulan bütlərin bir özəlliyi də bunların nəzərdə tutulan adamla eyni tutulmasıdır. Məsələn: Hindistanda əvvəl «buddanın¿ şəxsi ilahiləşdirilmişdir. Daha sonra onu təmsil edən heykəllər düzəldilmiş, xatirə və düşüncələri qorununb saxlanılmışdır. Bu gün isə bu heykəllər ilahiləşdirilmiş və insanların sitayiş etdikləri bütlər halına gəlmişdir. Dünyanın bir çox yerində bu tip bütlərə sitayiş mövcuddur.

Cinlərə sitayiş edənlər.

İnsanların Allaha ortaq qoşduqları bir qism varlıqlardan biri də cinlərdir. cinlər fiziki yaradılış baxımından insandan fərqlidir. Qur'an ayələrində cinlərin atəşdən yaradıldığı deyilməkdədir.
«Cinləri isə təmiz [tüstüsüz] oddan xəlq etdi.¿ (Rəhman 15)
Cinlər hər zaman gözlə görünmədikləri, insanlardan fərqli güc və xüsusiyyətlərə sahib olduqlarına görə bəzi cahil insanlar onları gözlərində şişirdib onlardan kömək umurlar. Qısaca olaraq cinləri ilah kimi görürlər. Bu hadisə ayələrdə belə izah olunur:
İnsanlardan bə'ziləri cinlərdən bə'zilərinə pənah gətirir və onlar da bunların azğınlığını artırırdılar. (Cin 6)
Onlar cinləri də Allaha şərik qoşdular, halbuki onları da Allah yaratmışdır. Özləri bir şey bilmədən Onun adına oğullar və qızlar uydurdular. Ona tə'riflər olsun! O, onların təsəvvür etdiklərinin fövqündədir.
Cinlər də bütün yaradılmışlar kimi Allahın qullarıdır. Allahın onlara verdiyi gücdən başqa heç bir gücləri yoxdur. İnsanlar kimi cinlərin də mö'mini və kafiri var. Bu dünyada imtahan olunur və imanlarına görə cənnətə və cəhənnəmə göndəriləcəklər. Qur'anın bir çox ayələrində xüsusilədə Cin surəsində cinlərlə bağlı önəmli məlumatlar verilmişdir.
Bir çox vaxt cinlər, cin olduqlarını gizləyərək özlərini Allahın elçiləri olan mələklər kimi insanlara tanıdırlar. Onlara Allah adına bir çox yalan sözlər söylər, onları gerçək dindən, doğru yoldan sapdırırlar. Günümüzdə cinlərin sapdırdığı müxtəlif mistik qruplar və təriqətlər vardır. Bunlar özlərinə ya da başlarındakı liderlərinə Allahdan vəhy gəldiyinə və insanların artıq bu vəhyə uymaları lazım olduğuna inanırlar. Aralarında cinlərin özlərinə ilham etdikləri sözləri kitab halına gətirib bunun ilahi bir kitab olduğunu, artıq bu kitabın inanılması lazım olduğunu bildirirlər. Bu şəkildə cinlərin təlqini altında qalaraq özünü peyğəmbər hesab edən və bu yolla da kibirlənən bir çox insan gəlib keçmişdir.
Qur'an bunların axirətdəki vəziyyətlərini belə xəbər verir:
«O günü O, onların hamısını bir yerə toplayacaq, sonra isə mələklərə deyəcəkdir: «Sizə (qulaq asıb) ibadət edənlər bunlardırmı?¿
Onlar deyəcəklər: «Sənə təriflər olsun! Bizim ixtiyar sahibimiz onlar yox, Sənsən. Xeyr, onlar cinlərə (qulaq asıb) ibadət edirdilər, çoxusu onlara iman gətirmişdi.¿ (Səbə 40-41)
cinlərdən kafir olanlar, insanları doğru yoldan azdıra bilmək məqsədiylə onları bu şəkildə özlərinə çəkib şirkə sürüklərlər.
Ondarın hamısını bir yerə toplayacağı gün (deyəcəkdir): «Ey cinlər tayfası! Siz insanlardan bir çoxunu (şirnikləndirib) yoldan çıxartdınız¿. Onların tərafdarı olan insanlar deyəcəklər: «Rəbbimiz, biz biri-birimizdən faydalandıq və Sənin bizim üçün tə'yin etdiyin əcəlimizə gəlib çatdıq.¿ O deyəcək: «Allahın istədiyi kəslərdən başqa sizin yeriniz cəhənnəm odudur ki, orada əbədi qalacaqsınız.¿Həqiqətən, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Ənam 128)

Nəfsini ilah edənlər.

Qur'anda bəhs edilən, insanların ilah etdikləri şeylərdən biri də «nəfsdir¿. Nəfsin ilah edilməsi insanın öz nəfsinin istəklərini Allahın əmir və istəklərindən öndə tutması ilə olur. Nəfsin ilah edilməsi gerçəkdə bütün müşriklərin içində olduğu bir sapqınlıqdır. İstər heykəllərə itaət etsin, istər cinlərə, istərsə də başqa kimsələr ya da varlıqlara itaət etsinlər, bütün müşriklər eyni zamanda əllərindən gəldiyi, imkan tapdıqları ölçüdə nəfslərinin arzu və əmrlərini yerinə yetirməyə çalışırlar. Ancaq buraya qədər saydığımız bütlərə sitayiş etməyib, yalnızca nəfslərini ilah edənlər müasir cəmiyyətdə də görünməkdədir. Nəfsin istəkləri sərhədsizdir və istəklərinin hamısının təmin edilməsini istər. Bu səbəblə də insanı Allahın sərhədlərini aşmağa, Allahın əmir və yasaqlarını pozmağa məcbur edər.
Mən özümə bəraət qazandırmıram. Rəbbimin rəhmi gəlməsə nəfs (adamı) pis işlərə vadar edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir. (Yusuf 53)

Misal üçün: Nəfs çox zəngin olmaq, mal mülk və sərvətə sahib olmaq istər. Ancaq bunu halal yolla əldə etmək çətindir. O üzdən də nəfs bu arzusuna çatmaq üçün oğruluq etməyi, saxtakarlıq etməyi, insanların mallarını haqsızlıqla yeməyi, faiz almağı və bunlara bənzər vasitələri istifadə etməyi əmr edər. Bunların hamısı isə Allahın haram qıldığı hərəkətlərdəndir. İman edən bir kimsə Allahın əmirlərinə tabe olar və haram qıldıqlarından qaçınar. Nəfsini ilah edən kimsə isə bunun tərsinə nəfsinin əmrinə uyar, Allahın yasaqlarına tabe olmaz, əmrlərini də yerinə yetirməz.
Şəhvət də nəfsin sərhədsiz istək və arzuları arasındadır. Nəfs bəyəndiyi, arzu etdiyi bir kimsəylə (qadın və ya kişi) qeyri qanuni yolla əlaqəyə girməyə, zina etməyə sövq edər və hətta insanı buna məcbur edər. Ancaq zina müsəlmanlara haram olunmuşdur. Allahın bunu haram qıldığını bilə-bilə qəsdən zina edən və bunda heç bir günah görməyən, peşman olmayan, tövbə etməyən kimsə açıqca nəfsini ilah etmiş, onu Allaha şərik qoşmuşdur.
Zinakar kişi ancaq zinakar qadınla və ya müşrik qadınla evlənər. Zinakar qadın da ancaq zinakar kişiyə və ya müşrik kişiyə ərə gedər. Mö'minlər isə bu qadağan edilmişdir. (Nur 3) Sən öz həva (nəfs) həvəsini özünə tanrı etmiş kəsi gördünmü? Məgər sən ona zamin olarasan? Yoxsa sən elə hesab edirsən ki, onların əksəriyyəti söz eşidib anlayır? Onlar ancaq heyvanlar kimidirlər, hətta yolu daha çox azıblar. (Furqan 43-44)
Nəfsini ilah etmə müasir toplumda ən geniş yayılmış olan şirk növüdür. Allah insanları imtahan etmək və kimin nəfsinin əmirlərinə uyub onu ilah etdiyini, kimin də nəfsinə hakim olub yalnızca Allahın əmrlərinə tabe olduğunu ortaya çıxarmaq üçün nəfsdə belə bir xüsusiyyət yaratmışdır.
Nəfsini ilah etmə müasir cəmiyyətdə daha çox yayılan şirk növüdür. Nəfsin arzu və istəkləri sonsuzdur. Nəfslərini bu dünyada təmin etmək üçün Allahın qanunlarına əməl etməməklə imtahanı uduzarlar. Bu dünyada Allahın əmrlərini hər şeydən üstün tutan, nəfslərinə uymayan kimsələr isə Allahın razılığını və cənnəti qazanarlar.
Onlar üçün qızıldan sinilər və piyalələr dolandırılacaqdır. Orada ürək istəyən və göz oxşayan şeylər olacaqdır və siz orada əbədi qalacaqsınız. (Zuhruf 71)

Allah adına din adına şirk qoşanlar;

Quranda ayrıca olaraq din adına bir sıra hökmlər, əmrlər, halal və haramlar qoyan müşrik insanlardan bəhs olunur. Bunlar dini öz istək və arzularına görə dəyişdirir və əslindən azdırırlar. Beləliklə, haqq dinlə eyni adı daşıyan, ancaq içərisi başqa olan batil bir din qurarlar. Quran ayələrində bildirildiyi kimi, dində Allahdan başqa bir hökm qoyan yoxdur. Beləliklə belə bir iş tutanlar, özlərinə ilahlıq vermiş və şirkə girmişlər. Müşriklər bu şəkildə ancaq özlərini deyil, başqa insanları da şirkə sövq edərlər. Dinin əslindən xəbəri olmayan cahil kütlələr din adamı hesab etdikləri bu adamlara inanıb onların dinini mənimsərlər.
Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini, Məryəm oğlu Məsihi də rəblər etdilər. Halbuki onlara yalnız bir tanrıya – Ondan başqa tanrı yoxdur - ibadət etmək buyrulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır. (Tövbə 31)
Din içində şirk qoşanların ən vacib xüsusiyyətlərindən biri də aralarında bir çox firqə və məzhəblərin olmasıdır. Bunlardan hər biri öz məzhəbini və tutduğu yolun doğru olduğunu, digərlərinin zəlalətdə olduğunu düşünür.
O kəslərdən ki, onlar öz dinini parçalayaraq firqə-firqə oldular. Hər firqə isə özündə olanla qürrələnib fərəhlənər. (Rum 32)
Bunlar özlərinin nə qədər dindar, ihlaslı, çox ibadət edən, təqva sahibi olduğunu iddia etsələr də Allah dərgahında müşriklərdir.
Allaha şərik qoşanlar deyəcəklər: «Əgər Allah istəsəydi nə biz Ona şərik qoşardıq, nə də atalarımız. Heç bir şeyi də haram saymazdıq. ¿ Onlardan əvvəlkilər də bizim gücümüzü dadana qədər beləcə yalan danışdılar. De: «Sizdə elə bir bilik varmıdır ki, onu bizə göstərə biləsiniz? Siz ancaq gümana uyur və yalnız yalan uydurursunz. ¿
Ayədən anlaşıldığı kimi, müşriklər Allahdan qəti olaraq gələn xəbərləri bir yana buraxaraq zən və təhminlə hərəkət etməkdədirlər. Müşriklərin Allahın kitabında yazılı olan dini buraxıb ata və babalarındın öyrəndikləri məntiqsiz bir dini mənimsədiklər bir başqa ayətdə belə bildirilir:
«Xeyr! Onlar dedidər: Biz ata-babalarımızı (özgə) bir e'tiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik. (Hər peyğəmbər öz ümmətinə) dedi: «Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (e'tiqaddan) daha doğrusunu gətirsəm necə?¿ Onlar dedilər: Biz sizinlə göndərilən şeylərə əsla inanmarıq.¿ (Zuhruf 22-24)
Onlar bir pis iş tutanda deyirlər: «Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub¿. De: «Allah əsla pis işlər buyurmaz. Doğrudanmı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz? ¿ (Araf 28)
Buraya qədər incələdiyimiz ayələrdən belə bir nəticə çıxır ki, müşriklərin yollarının azmasının təməlində Allahın kitabını əsas almamaları yatar. Müşriklər atalarının dediklərini əsas tutar və ona əməl edərlər. Allahın halal qıldığı şeyləri ataları haram qılmışsa onu da haram hesab edərlər. Allahın fərz buyurmadığı, fəqət ata-babalarının din adına fərz buyurmadığı şeyləri yerinə yetirməyə çalışarlar. İnsanın atalarına-babalarına sitayiş etməsinin isə imanla heç bir əlaqəsi yoxdur. Allahdan qorxan və onun rizasını qazanmaq istəyən bir insan atalarının adətlərini qorumağa deyil, sadəcə Allahın hökmünü yerinə yetirməyə borcludurlar.

Sosial bir sinif olaraq Müşriklər

Müşriklərlə bağlı Quran ayələrini incələdiyimizdə, dinin içində şirk qoşanların sosial bir zümrə olaraq ələ alındığını görə bilirik. Quranda ümumi olaraq şirk və müşriklərdən danışılarkən onlar müstəqil bir sinif kimi göstərilir. Bunlar ortaq xüsusiyyətə sahib sosial bir zümrədir.
Həqiqətən, Allah möminləri, yəhudiləri, sab'iləri, xaçpərəstləri, atəşpərəstləri və Allaha şərik qoşanları qiyamət günü bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir. (Həcc 17)
Təhrif olunmuş dinlərinə tabe olan yahudilərin, xristiyanların ulduzlara və oda sitayiş edənlərin də Allaha şirk qoşduqları açıq bir gerçəktir. Ancaq ayədə bunların xaricində bir də «şirk qoşanlar¿ deyə ayrı müstəqil bir zümrədən bəhs edilməkdədir. Ayədə adı keçən zümrələrin ortaq xüsusiyyətə özlərinə məxsus inanc sistemləri olan batil dinlərin mənsubları olmalarıdır. Görəsən bunlar kimlərdir? Peyğəmbərin (s. ə. s) dövrünə baxdığımızda sualın cavabını tapa bilərik. O zaman İbrahimin (ə.s) gətirdiyi haqq dindən saparaq şirkə söykənən bir inanc və ibadət sistemini mənimsəmiş bir ərəb toplumu vardı. Bunlar yanlış qənaətin əksinə Allahı tam olaraq inkar edib bütlərə inanırdı. Allahın varlığını bilir, ancaq özlərinin uydurduqları bütlərlə Allahı bir tutur, ona ortaq qoşurdular. Hətta bütləri Allahla öz aralarında vasitə və onları özlərinə şəfaətçi hesab edirdilər. Ayə müşriklərin bu inanclarını belə tərif edir:
«Onlar Allahı qoyub özlərinə nə zərəri, nə də xeyri dəyənlərə ibadət edərək deyərlər: «Bunlar Allah dərgahında bizə havadar olacaqlar¿. De: «Məgər siz Allaha göylərdə və göylərdə Onun bilmədiyi şeylər haqqındamı xəbər verirsiniz? «O, onların Ona qoşduqları şəriklərdən uzaqdır və yüksəkdədir.¿ (Yunus 18)
Biz müşriklərin həccə getdiklərini, namaz qıldıqlarını Qur'andan öyrənirik. Bunlar özlərini dindar, Allah qatında qəbul olunmuş kimsələr kimi görürlər. Özləriniı nə qədər dindar, nə qədər üstün, Allaha yaxın saysalar da, Allah onları pis insanlar kimi görmüş, onların Məscidi-Harama girmələrini qadağan etmişdir.
«Ey İman gətirənlər! Müşriklər ancaq natəmizdirlər. Ona görə də özlərinin bu ilindən sonra qoy onlar Məscidül-Hərama yaxın gəlməsinlər.¿ Əgər kasıbçılıqdan qorxarsınızsa, Allah istəsə sizi Öz lütfündən varlandırar. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!¿ (Tövbə 28)
Quran hər bir dövrə xitab etdiyi üçün bu ayələri yalnız Peyğəmbərin (s. a. s) dövrünə aid etmək düzgün deyil. Bu ayələrin müasir dövrlə də əlaqəsi vardır. Görüldüyu kimi bu müşrik sinfinə aid olanlar, özlərini nəinki dinsiz, hətta əks dinə bunlardan daha çox bağlanan bir insan olmadıqlarını sanarlar. Bu üzdən də tarix boyunca haqq dini pozub, şirkə düşən toplumlar özlərini doğru yola, xalis dinə döndərmək üçün göndərilən elçiləri yolundan azmış özlərini isə dində qərarlı bir kimsələr olaraq görmüşlər.
«Sizin üçün qulaqlar, gözlər və ürəkləri yaradan Odur. Siz nə az şükr edirsiniz.¿ (Muminun 78) «Yoxsa onlar: «O Allaha qarşı yalan uydurub!¿ - deyərlər? Həqiqətən, Allah istəsəydi, sənin ürəyinə möhür vurardı. O, yalanı silib aparır və Öz sözlərilə haqqı bərqərar edir. Axı o, ürəklərdə olanları da bilir! (Şura 24)
Dinin içində şirk qoşanlar, özlərini dindar və doğru yolda sandıqları üçün müşrik olduqlarının fərqində deyildirlər. Hətta axirətə getdiklərində belə şirk qoşduqlarını onlara xəbər verildikdə müşrik olduqlarını qəbul etmək istəməzlər. Onların bu durumu ayədə belə bildirilir:
«O günü (qiyamət günü) onların hamısını bir yerə toplayacağıq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik : «(Allaha qoşmaq ) iddiasında olduğunuz şərikləriniz hanı?¿
Dinin içində şirk qoşanlar, özlərini dindar və doğru yolda sandıqları üçün müşrik olduqlarını başa düşmürlər. Hətta axirətə getdiklərində belə şirk qoşduqları onlara xəbər verildikdə müşrik olduqlarını qəbul etmək istəməzlər. Onların bu vəziyyəti ayədə belə bildirilir.
Sonra onların: «And olsun Rəbbimizə ki, biz şərik qoşan olmamışıq¿. -deməkdən başqa bir bəhanələri olmayacaqdır.¿ (Ənam 22-23)
Buraya qədər gördüyümüz ayələrdən də başa düşüldüyü kimi, dinin içində şirk qoşmanın təməlində, Allahın endirdiyi hökmləri deyil, insanların, din adamlarının din adına uydurduqları hökmləri mənimsəmək yatır. Bu kimsələr Allahı Quranın tanıtdığı kimi tanıyıb təqdir etmədikləri üçün şirkə düşmüşlər. Tanıdığı, anladığı, xəyal etdiyi Allah isə bambaşqadır. Zehnindəki bu ilahı Allaha şərik qoşar.


Şirkin iki təməl əsası cəhalət.

İnsanları şirkə sürükləyən ən əsas səbəblərdən biri cahillikdir. İnsanın şirkdən qurtulması və şirkə düşməməsi üçün birinci şərt lazımlı və yetərli imani biliyə sahib olmasıdır. Bu biliyə sahib olmadıqca insanın şirkdən qorunması mümkün deyildir. Ayə şirk qoşanların biliksiz bir toplum olduğunu bildirmişdir.
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını eşitsin, sonra isə (islamı qəbul etməsə) onu özünün əmin olduğu yerə çatdır. Çünki onlar (din-imandan heç nə ) bilməyən adamlardır. (Tövbə 6)
Xalis imanın şərti olan biliyə insan ancaq Qurani Kərim sayəsində çata bilər. Quran insanlara tövhidin nə demək olduğunu açıqca bildirmişdir. Nə üçün Allahdan başqa ilah olmadığını, bütlərin nələr olduğunu, Allahın razı olduğu davranış və zehniyyətin necə olduğununu Quran açıqca göstərmişdir.
Şübhəsiz bütün bunları bilib öyrənmədən şirkdən uzaqlaşmaq, xalis bir iman əldə etmək çox çətindir, hətta imkansızdır. Söz etdiyimiz öyrənmənin əlbəttəki quru bir bilik artırma olmadığını vurqulamaq lazımdır. Quranın nəzərdə tutduğu bilik, yəni «elm¿ insanın qəlbinə təsir edən, onun ağlını və vicdanını hərəkətə gətirən bir bilikdir.
Quranda Allahın birliyi, Ondan başqa ilah olmadığı, şirk və şirk qoşanların vəziyyətləri haqqında yüzlərcə ayələr vardır. Bu mövzuların sıx-sıx vurğulanması və ən incə detallarıyla tərif edilməsi, bunların qavranmasının insanlar üçün nə qədər həyati bir önəmə sahib olduğunu göstərməkdədir.

Səmimiyyətsizlik

Burada səmimiyyətsizlikdə nəzərdə tutduğumuz məqsəd, insanın gerçəkləri gördüyü, öyrəndiyi halda nəfsinin xoşuna getməməsi, ya da bir çox dünyəvi məqsədlər səbəbiylə bu gerçəklərə uymaması hətta bunların tam tərsinə hərəkət etməsidir. Quranı lazımi kimi oxuyan, bir parça ağla və vicdana sahib olan kimsə Allahın razı olacağı inanc və davranışın necə olması lazım olduğunu görür, anlar. Ancaq səmimiyyəti dərəcəsində bu anladığına uya bilər və həyatını buna görə şəkilləndirir.
Səmimiyyətsiz insan bəzi kiçik hesablar və mənfəətlər uğruna bildiyi doğruları bir anda tərkedər. Nəfsinin istək və arzularının ardınca gedər. Allahın qoyduğu sərhəddi aşar, əmirlərini gözardı edər. Qısaca dünyaya meyl edər, axirətini isə çox ucuz bir qarşılığa satar.
Onlara o kəsin xəbərini çatdır ki, Biz ona ayələrimizi bəxş etmişdik, o isə onlara inanmayıb bir kənara atmışdı. Şeytan onu özünə tabe etmiş və o, yolunu azanlardan olmuşdu.
Əgər istəsəydik Biz onu ayələrimizlə yüksəldərdik. Lakin o, yerə [ dünya ne'mətlərinə ] meyl saldı və öz həva-həvəsinə uydu. Onun məsəli itin məsəlinə bənzər; onun üstünə getsən də ləhləyir, onu tərk etsən də ləhləyir. Bizim ayələrimizi yalan hesab edənlərin məsəli bax belədir. Belə əhvalatlar danış ki, bəlkə onlar bir fikirləşələr. (Araf 175-176)
Səmimiyyətsizliklərindən ötrü şirkə düşən kimsələr dindar göründükləri halda ikili standard həyata keçirməyə çalışan, bir yandan dünyalarını qurtarmağa, nəfslərini məmnun etməyə çalışarkən, digər yandan da həyatlarına dini motivlər qatmağa çalışaraq vicdanlarını rahatlamağa çalışan kimsələrdir.
Bunlar ən başda Allaha qarşı səmimiyyətsizdirlər. Çünki Allah bunların qəlblərindən keçəni, niyyətlərini, saxtakarlıqlarını bilməkdə və hər etdiklərinə şahid olmaqdadır.
Müəyyən bir biliyə malik olduqları halda şirkə yönələn insanın şüurunun qapalı olduğunu ayələrdən anlayırıq.
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütövlükdə Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Ona tə’riflər olsun! O, (müşriklərin) Ona qoşduqları şəriklərdən yüksəkdədir. (Zümər 67)
Səmimiyyətsiz, iki üzlü bir müşrik, bir yandan din adamı sifətiylə ortaya çıxırsa, o zaman təkcə özünü deyil, eyni zamanda din və möminlər üçün də bir fitnə və təhlükədir. Çünki bunlar dini bilikləriyə özlərini cahil xalqa alim qəbul etdirdikləri üçün insanlar onların dedikləri hər bir şeyi qəbul edərlər. Peyğəmbərimizin vəfatından sonra dini özündən, əslindən sapdıran, Qurandan uzaqlaşdıran bu cür müşrik din adamları qurduqları batil məzhəb və təriqətlərlə milyonlarla insanı sapdırmışlar.
Sevgi
İmani bir şüura sahib bir insan bütün qəlbiylə sevməsi, yaxınlaşması, bağlanması lazım olan varlığın Allah olduğunu bilir. Çünki onu yoxdan var edən, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu bütün hər şeyi ona verən Odur. Bütün ehtiyaclarını qarşılamış və qarşılamaqdadır. Onun üçün bu dünyada saysız nemətlər yaradmışdır. Bütün bunları da yalnızca özündən bir rəhmət və lütf olaraq qarşılıqsız bir şəkildə verməkdədir. O, halda əsl mənada hər kəsdən çox sevilməyə, bağlanılmağa layiq olan yalnızca Allahdır.
Sevginin baş verməsi səbəblərindən biri də sevilən kimsədəki üstün və gözəl xüsusiyytlərə qarşı duyulan maraq və heyranlıqdır. Bu maraq və heyranlıq qarşılıqlı olduqda aradakı münasibət qüvvətli bir sevgiyə çevrilir. Ancaq burada olan önəmli bir nöqtə üstünlük və gözəlliyin gerçək sahibini tapmaq və sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. Sevgi ancaq Allahın zatına duyulur. İnsanın bir kimsəni və ya bir əşyanı onu Allahdan müstəqil bir varlıq olaraq görüb Allahı sevər kimi sevməsi, onun şirk qoşduğunun ən bəlli əlamətlərindən biridir.
Qadın kişi münasibətlərində Allah rizası xaricində qarşılıqlı qurulan bağlılıq və bərabərliklər, insanları şirkə sapdıran ən önəmli mövzulardan biridir. Ümumiyyətlə romantizm, duyğusallıq və qarşılıqlı bir qism mənfəətlər üzərinə qurulan bu cür bərabərliklərdə insanlar Allahın rizasını deyil, bir birlərinin rizasını qazanmaq istəyərlər. Bir birlərini məmnun etmək üçün Allahın qoyduğu qanunları pozmaqda bir narahatçılıq hiss etməzlər. Sonda Allaha qarşı yerinə yetirmələri lazım olan bütün vəzifələri bir birlərinə qarşı gətirən, bir birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı duymaları lazım olan hissləri bir birlərinə qarşı duyan insanlar ortaya çıxar. Quranda bu cür münasibətlər bir birlərinə itaət, bir birlərini ilah etmə olaraq tanımlanır.
Onlar Allaha deyil, ancaq qadın bütlərə ibadət edirlər, onlar ancaq inadkar şeytana ibadət edirlər. (Nisa 117)
Mömünün sevgisi, nurlu qəlbdə fərahlıq gətirən bir sevgidir. Çünki sevginin əsl sahibi Allahdır. Buna görə dünyada Allahın təcəllilərini əks etdirdiyi üçün sevdiyi bir kimsə və ya varlıq ölüncə və ya sevdiyi bir əşya itincə, özündən alınınca mömün üzülməz, bir məhrumiyyət, ayrılıq acısı çəkməz.
Çünki sevdiyi varlıqdakı maddi, mənəvi bütün gözəlliklərin, təcəllilərin əsl sahibi Allahdır. Allah isə ölməz, yox olmaz, əbədi və əzəlidir. Hamısından ən vacibi özünə şah damarından daha yaxındır.
İnsan sevdiyi və bağlandığı şeyləri Allah yolunda fəda edərkən tək və əsl hədəfinin Allahı razı etmək olduğu qəlbinə çox daha sağlam bir şəkildə yerləşir, imanı sarsılmaz bir hala gəlir, özünə güvəni artar.
Müşrik üçün isə vəziyyət tam tərsinədir. Sevdiyi, bağlandığı adamlar və əşyalar bir-bir onu tərk etdiyində, hər biri üçün sonsuz ayrılıq acısını qəlbində duyar. Allaha dəyişdiyi, şirk qoşduğu hər kəs və hər şey onun dünyada və axirətdə əzabına səbəb olar. Bu dünyada sevdikləri bir-bir ölür və ya onu tərk edər. Çox zaman qarşılıqsız buraxır, hətta xəyanət edirlər. Müşriklərin bu vəziyyətləri bir çox mahnıların, şerlərin, romanların və filmlərin mövzusunu təşkil edərlər.
Bu şəkildə dünyada başlayan əzabları axirətdə çox daha şiddətli bir maddi və mənəvi əzabla sonsuzadək davam edir.
Allah ona xəyanət edən, haqsız yerə şirk qoşanlardan həm dünyada həm də axirətdə intiqam alır.
Qorxu
İnsanları şirkə sürükləyən ünsürlərdən biri də qorxudur. Yalnızca Allaha qarşı yönəlməsi lazım olan qorxu hissi Onun yaratdıqlarına qarşı duyulduğunda və bu qorxu insanın davranışlarına təsir etdikdə bu şirk olur. Çünki əslən qorxulmağa layiq olan tək varlıq Allahdır. Mütləq gücün sahibi odur. Onun diləməsi olmadıqca heç bir şey insana zərər verə bilməz.
Allahdan başqasından qorxmaq isə qorxduğu şeyi Allah xaricində bir güc və qüdrət sahibi olaraq görmək, onun Allahdan müstəqil olduğunu, Allahın yazdığı qədər xaricində qərar verib hərəkət etdiyini düşünmək qısaca onu ilahlaşdırmaq anlamına gəlir.
Müşriklər Allahdan deyil, insanlardan, hətta möminlərdən qorxarlar. Quran bunun ağılsızlıqlarının bir sonu olduğunu söyləyir.
"Axı siz (ey möminlər!) onların ürəklərində Allahdan da qorxulusunuz, çünki, onlar ( haqqı) anlamayan adamlardır." (Haşr 13)
Allahdan müsəlmanları şirkin və haramların pisliyindən təmizlənməsini diləyib, hamımızı doğru yola yönəltməsi üçün dua edirik! Amin!
«Sənə təriflər olsun! Bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!" (Bəqərə 32)

Məqaləni Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Musayev Cavid hazırladı.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka