Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BIZ PEYĞƏMBƏRIN AD GÜNÜNÜ KEÇIRMƏLIYIKMI?

[ əqidə / 2277 dəfə baxılıb ]   
|
 
Kitab və Sünnədə (Peyğəmbər (s.ə.s)-dən varid olan səhih hədislərdə) Allahın və Rəsulunun şəriətinə tabe olan işləri n əmr olunması və dində yeniliyin qadağan olunması gizli deyil. Uca Allah belə buyurur : «(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"» (Ali İmran surəsi, 31) Başqa bir ayədə: «Rəbbinizdən sizə nazil edilənə (Qur’ana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!» (Əraf surəsi, 3) və belə buyurur : «Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!"» (Əl-Ənam surəsi, 153) Peyğəmbər (s.ə.s) belə buyurur: «Ən doru söz Allahın Kitabıdır, yolların doğrusu Məhəmmədin (s.ə.s) yoludur, işlərin ən pisi yeni olanıdır» və başqa hədisdə : «Bizim etmədiyimiz bir əməli kim edərsə o rədd olunmuşdur.» Bu hədisləri Buxari rəvayət etmişdir.
İsanların münkər bidətlərindən biri də Rəbiəl Əvvəl ayında Peyğəmbər (s.ə.s)-in doğum gününü keçirmək bidətidir. Bu günü bir neçə cür keçirən var. Onlar aşağıdakılardır:
- Bəziləri bu gün münasibətilə yığışıb mövlud hekayələri, xütbə və qəsidələr deyirlər.
- Bəzilər bu gün münasibətilə yemək və şirniyyat bişirib gələnlərə verirlər.
- Bəziləri bu günü məscidlərdə, bəziləri də evlərdə keçirirlər.
- Bəziləri yuxarıda sadaladığımızla kifayətlənməyib buna haram və qadağalar qataraq qadınlarla kişilərin bir yerə yığışıb, rəqs edib mahnı oxumasını təşkil edirlər və Allahın Rəsulu (s.ə.s)-dən şirk edərək kömək istəyirlər, onu çağırırlar və dinin düşmənlərinə qarşı ondan kömək istəyirlər.
O bütün növləri ilə, dəyişik şəkilləri və dəyişik qəsdləri ilə şəksiz və şübhəsiz haram yenilik olan bidət olduğu və Fatimi şiələrin 3-cü əsrdə müsəlmanların dinini ifsad etmək üçün çıxardmışlar. İbn Xulkan və başqalarının dedikləri kimi onu onlardan sonra ən birinci yayan padşah Müzəffər Abu Səid Koukəburi İrbil şahın hicri ilinin 6-cı əsrinin sonu, yeddinci əsrinin əvvəlində etmişlər.

Əbu Şamə demişdir: «Bunu ən birinci edən məşhur salihlərdən olan Şeyx Ömər ibn Məhəmməd etmişdir.»
Müsəlmana qalan isə Sünnəni dirildmə və bidəti öldürmədir.
Peyğəmbər (s.ə.s)-in ad gününü keçirmənin hökmü
Peyğəmbər (s.ə.s)-in ad gününü xüsusi münasibətlə keçirmək bir neçə şərtə görə qadağan və rədd olunmuşdur. O şərtlərin bəziləri aşağıdakılardır.
1. Bu nə Rəsulallah (s.ə.s)-in, nə də onun Xəlifələrinin sünnəsindən (yolundan) deyil. Bunlardan olmayan hər şey qadağan olunmuş bidətlərdən sayılır. Çünki Peyğəmbər (s.ə.s) belə buyurur : «Sizin üzərinizə mənim sünnətim və məndə sonra düz yolda olan Raşidi Xəlifələrin sünnəsidir. Ondan bərk yapışın, hətta azı dişlərinizlə, sizin üzərinizə yeni işlər də düşür, həqiqətən hər yenilik bidətdir, hər bidət dəlalətdir.»
Ad günü keçirmə müsəlmanları ifsad etmək üçün onu Fəzilətli qövmdən sonra şiə Fatimiilərin çıxartdğı bidətdir. Allaha yaxınlaşdıracaq və lakin Rəsulallah (s.ə.s)-in eləmədiyi və onun əmr etmədiyi, ondan sonra Raşidi xəlifələrin etmədiyi bir şeyi etmək, Rəsulallah (s.ə.s)-ə insanlara dinlərini öyrətməməkdə ittiham etmək və Allahın bu sözünü yalanlamaqdır: «bu gün Mən sizini dininizi kamil etdim» (Maidə surəsi, 3) Çünki o əlavə ilə gəlib onun dindən olduğunu, Rəsulun (s.ə.s) isə gətirmədiyi bir şeyi demişdir.

2. Peyğəmbər (s.ə.s)-in ad gününü keçirmək bidət olub nəsranilərə oxşamaqdır. Hər ikisi (bidət olmağı, nəsranilərə oxşamağı) haramdır. Bununla onu şişirdib, hətta Allahın əvəzinə ondan nəisə istəməyə gətirib çıxardır. Necə ki, indi bunu (Allahdan başqa rəsulundan istəməyi), ad günü keiçirənlərin çoxusu edir. Onu mədh etmək üçün şirk qəsidələr qoşurlar. Halbuki Rəsulallah (s.ə.s) onu mədh etməyi qadağan etmişdir: «Məni, nəsranilərin Məryəmin oğlunu böyütdükləri kimi böyüdməyin. Mən ancaq Allahın quluyam, ona görə Allahın qulu və rəsulu deyin.» (Buxari ) Nəsranilərin Məryəm oğlu İsa (ə.s)-ı mədh edərək şişirdib axırda onu Allahın oğlu (Sübhanallah! – Allah bundan uzaqdır!) hesab etdiyi kimi şişirdməyin. Allah bunu onlara qadağan edərək buyurmuşdur: «Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!» (Nisa surəsi, 171)

3. Mövlud bidəti başqa bidətlərə də qapı açır. Və ona görə bidətçilərin bidətləri artıraraq sünnədən uzaq durduqlarını görürsən. Hətta sonra onların bütün dinləri mövlud bidətləri ilə dolur. Öz aralarında firqələrə bölünürlər. Hər firqə öz aliminin mövludunu keçirməyə başlayır. Və nəticə olaraq bu ölüləri şişirdərək onlardan istəmə, Allahdan başqa onlara dua etmə olur. Və etiqad edirlər ki, onlar eşidib onlara xeyir və zərər verə bilirlər. Və bununla Allahın dinindən çıxırlar. Və cahiliyə dininə qayıdırlar. Onlar haqqında Allah Təala belə buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"» (Yunis surəsi, 18) başqa ayədə isə : «Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!» (Əz-Zumər surəsi, 3)
Bu barədə şübhələr
Onların bu bidəti diriltmələrində gətirdikləri dəlillər hörümçək toru kimi zəif dəlillərdir. Onlar aşağıdakı kimi ola bilər.
1. onlar iddia edirlər ki, bununla Peyğəmbər (s.ə.s)-ə təzim var.
Cavab olaraq biz deyirik ki: «Peyğəmbər (s.ə.s)-ə təzim ona itaət edib, onun əmrinə tabe olub, onun nəhy etdiyi şeylərdən uzaq durub, onu sevərək olur, ona təzim etmək bidət, xurafatlar, asilik, ad günü keçirməklə olmur. İnsanların Peyğəmbər (s.ə.s)-ə ən çox təzim edənləri səhabələr (Allah onlardan razı olsun) olublar. Necə ki, İbn Məsud (r.a) Qureyş üçün deyir: «Ey qövm, Vallahi mən padşahlara elçi göndərildim, Qeysərə, Kisraya, Nəcaşiyə elçi göndərildim. Məhəmmədin (s.ə.s) əshabələrinin ona təzim etdiyi kimi onların tərəfdarlarının onlara təzim etdiyini görmədim... (Buxari) » Bu təzimlə yanaşı onlar (Allah onlardan razı olsun) Onun (s.ə.s) ad gününü bayram və şənlik kimi keçirmirdilər. Əgər bu şərən vacib olsaydı onu tərk etməzdilər.»

2. Sübut ki, guya bu müxtəlif ölkələrin müxtəlif insanlarının etdiyi bir işdir.
Cavab olaraq biz də deyirik ki, Peyğəmbər (s.ə.s)-dən gələn dəlil odur ki, bidətlər ümumi qadağan olunub, bu da o deməkdir ki, əgər insanların etdikləri dəlilə qarşı olursa bu bir dəlil deyil. Əgər çox olsalar belə. «Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!» (əl-Ənam surəsi, 116)Allaha şükrlər olsun ki, hər əsr bu bidətləri inkar edirlər və onun batil olduğunu bildirirlər. Haqq bəyan olandan sonra münkər bir əməli davam etməyə heç bir dəlil yoxdur.
Belə ad günü keçirməyi inkar edənlərdən şeyxulislam ibn Teymiyyə «iktida əssiratəl mustəqim» əsərində, imam Şatibi «İtisam» əsərində, şey Tacəddin Əli ibn Ömər bunu inkar edən xüsusi yazdığı kitabında, hörmətli şeyx ibn Baz kimi alimlər hər il qəzet və jurnal səhifələrində bu bidətləri inkar etmək üçün məqalələr yazırlar.

3. Deyirlər ki, mövlud gününü keçirməklə Peyğmbər (s.ə.s)-i yada salırıq.
Cavab olaraq deyirik: Peyğmbər (s.ə.s)-i zikr etməyi müsəlman daima edir. Müsəlman Peyğmbər (s.ə.s)-in adını azanda, iqamədə, xütbələrdə, dəstəmazdan sonra gətirdiyi şəhadətdə, namazlarında zikr edir, və ya hər dəfə müsəlman Peyğəmbər (s.ə.s)-in əmr etdiyi bir saleh vacib və ya bəyənilən bir əməl işlətdikdə o bununla Peyğmbər (s.ə.s)-i yada salır. Beləliklə Allahın buyurduğu kimi gecə və gündüz, bütün həyatı boyu, yalnız mövlud günü deyil (bu bidət olub sünnəyə ziddir) bu bidət insanı Peyğmbər (s.ə.s)-dən uzaqlaşdırır.
Peyğmbər (s.ə.s) bu bidətdən uzaqdır. Allahın onu ucaldması bundan üstündür. Necə ki, Uca Allah belə buyurur : «Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər)» (Şərh surəsi, 4) Azanda, iqamədə, xütbələrdə Allahın adı çəkilməklə yanaşı Peyğmbər (s.ə.s)-in də adı çəkilir. Bundan da böyük əzəmətləndirmə olarmı? Onu əzəmətləndirmək, onu yada salmağı yeniləmək üçün bu kifayətdir.

4. Deyirlər ki, mövludu keçirmək yaxşı bidətdir. Bununla Allaha Peyğmbər (s.ə.s)-i bizə verdiyinə görə şükr edirik.
Cavab olaraq deyirik ki: «Bidətdə yaxşı şey yoxdur. Peyğmbər (s.ə.s) demişdir : «kim bizim etmədiyimiz bir şeyi etsə o rədd olunmuşdur» (Buxari 2697)» başqa bir hədisdə Peyğmbər (s.ə.s) demişdir : «Hər bidət zəlalətdir.» (Əhməd 126/4) bütün bidətlərin hökmü odur ki, o zəlalətdir. O isə deyir ki, hər bidət zəlalət deyil, yaxşı bidətlər də var. Hafiz ibn Rəcəb Ərbəin Nəvəvini şərh edərkən belə deyir : «Peyğəmbər (s.ə.s)-in «hər bidət zəlalətdir» sözü bütün sözlərə aiddir, ondan heç bir şley istisna olmur. O, dinin üsullarından olan əzəmətli üsuldur. Bu Peyğəmbər (s.ə.s)-in «Kim bizim etmədiyimiz bir şeyi etsə o rədd olunmuşdur» sözünə bənzəyir. Kim ki, dinə heç bir əsli olmayan yeni bir şey çıxardıb onu dinə nisbət etsə, ona söykənsə, bu zəlalətdir, və din bunlardan uzaqdır. Etiqad, əməl, zahiri və batini sözə aid olan məsələrdə də bu eynidir.» (Cami əl Ulum vəlhukum əsəri, s.233)
Onlara heç Ömər (r.a)-nun təravih namazı üçün dediyi : «Bu necə də gözəl bidətdir» sözü də dəlil deyil.
Onlar deyirlər ki, onlar sələfin inkar etmədikləri şeyləri də ediblər. Məsələn Quranı cəm halda bir kitaba yığıblar, hədisləri yazıb nəşr ediblər. Cavab da odur ki, bunların hamısının dində əsli vardır.
Ömər (r.a)-nun «bu nə gözəl bidətdir» sözündə o «şəri bidət yox, lüğəvi bidəti nəzərdə tutur.» bunun da şəriətlə heç bir əlaqəsi yoxdur. Əgər deyilsə ki, bu bidətdir, bu şəri bidət olmayıb lüğəvi bidət sayılır. (yəni Ömər (r.a)-nun dediyi bidət)
Quranın bir kitab olmasının da şəriətdə əsli var. Necə ki, Peyğmbər (s.ə.s) Quranın yazılmasını əmr edirdi. O isə, ayrı-ayrı yazılmış formada idi. Səhabələr də onu bir kitab halına gətirdilər. (toplayıb yığdılar)
Təravih namazlarına gəldikdə isə, Peyğmbər (s.ə.s) onu iki gecə səhabələri ilə qılıb, sonra səhabələrin onu fərz hesab edə biləcəklərinə görə camaatla qılmağı tərk edib. Səhabələr də Peyğəmbər (s.ə.s)-in həyatında, ondan sonra onu ayrı-ayrı qılıblar. Sonra Ömər (r.a) səhabələrin o namazı Peyğəmbər (s.ə.s)-in arxasında qıldıqları kimi, yenə də onu camaat halında bir imamın arxasında qılmaqlarını istəyib. Bu da dində bidət deyil.
Hədislərin yazılmasının da şəriətdə əsli var. Peyğmbər (s.ə.s) bəzi səhabələrə bəzi hədisləri yazmağa icazə verib. Sonra hədislərin Quranla qarışıq düşməsindən qorxularaq onun yazılışı dayandırılıb. Peyğmbər (s.ə.s) rəhmətə gedəndən sonra isə Quran tam toplanıb qətiyyən bilindiyinə görə onun Quranla qarışma təhlükəsi olmayıb və yenidən yazılmağa başlanıb. Sonra müsəlmanlar Peyğəmbər (s.ə.s)-in sünnəsini qoruyub ona zərərin düşməməsi üçün yazmağa başlayıblar. Onların Allahın kitabını və Peyğmbər (s.ə.s)-in hədislərini belə yığıb yazdıqlarına görə Allah onlardan razı olsun.
Onlardan soruşulur : «nəyə görə ən yaxşı əsrlər hesab edilən Peyğəmbər (s.ə.s)-in səhabələrinin, tabiinlərinin, təbəəttabiinlərinin dövründə etməyiblər, halbuki onlar Peyğəmbər (s.ə.s)-i ən çox sevənlər və yaxşı əməllər etməkdə ən çox həris olanlardır və şükrü daha çox edənlərdir»

5. Onlar deyirlər ki, Peyğmbər (s.ə.s)-in ad gününü keçirmək onun məhəbbətindən irəli gəlir. Bu da məhəbbətdən irəli gəlir, Peyğəmbər (s.ə.s)- ə itaətdir.
Cavab olaraq biz deyirik ki: «Peyğəmbər (s.ə.s)-i öz nəfsindən, öz övladlarından, öz valideynlərindən və bütün insanlardan daha çox sevmək hər bir müsəlmana vacib olan bir əməldir.» ancaq bu o demək deyil ki, bununla hər hansı bir bidət edək. Əslində ona məhəbbət bəsləmək ona itaət etmək deməkdir.
Peyğəmbər (s.ə.s)-ə qarşı məhəbbət onun sünnəsini yaşatmaqdır, onun sözlərinə və əməllərinə qarşı bir şey etmək isə ona asilikdir. Və bu aydındır ki, onun sünnəsinə zidd olan hər şey bidətdir və açıq-aydın asilikdir. Buna da misal olaraq onun ad gününü keçirmək və başqa bidətlər. Niyyətin yaxşı olması dində bidətə icazə vermir. Din iki əsl üzərində qurulub: «İxlas və itaət» Uca Allah buyurur : «Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər» (əl Bəqərə surəsi, 112)

6. onların şübhələrindən biri də onlar belə deyirlər : «Biz o gündə Peyğəmbər (s.ə.s)-in həyatını oxuyuruq və onunla rahatlıq tapırıq»
biz də deyirik : «Peyğəmbər (s.ə.s)-in həyatını oxumaq və ondan qidalanmaq hər bir müsəlmanın üzərinə düşən borcudur. Və o bu borcu bütün il boyu, bütün həyatı boyu etməlidir. Ancaq bunun üçün heç bir dəlilsiz xüsusi bir gün müəyyənləşdirmək bidətdir. «Və hər bidət zəlalətdir.» və bidət də şərrdən və Peyğəmbər (s.ə.s)-dən uzaqlaşmaqdan başqa bir şey hasil etmir»
Sözün xülasəsi olaraq isə deyirik: «Peyğəmbər (s.ə.s) mövludunu keçirmək bütün növləri və şəkillərinin fərqliliyi ilə bidətdir. Müsəlmanlara vacibdir ki, onun və başqa bu cür bidətlərin qarşısını alsın, sünnəni diriltməklə məşğul olmalıdır. Bu bidətləri çıxaranlar sünnələri diriltməkdənsə bidətləri çoxaldırlar. Bəlkə də əslən sünnələrlə heç məşğul olmurlar. Kimin ki, niyyəti belədirsə onu izləmək olmaz. Hətta əgər bu insanlar sayca çox olsa. Əksinə insanlar sələf salihin sünnəsindən yapışmalı və onu sayları az olsalar belə izləməlidirlər. Haqq insanlara görə tanınmır, isnanlar haqqa görə tanınırlar. »
Peyğəmbər (s.ə.s) belə deyir : «Sizdən çox yaşayanlar çoxlu ixtilaflar görəcəklər. Sizin üzərinizə düşən mənim sünnəmdən (yolumdan), məndən sonra düz yolda olan Raşidi xəlifələrin yolundan arxa dişlərinizlə tutmaqdır. Sizin üzərinizə yeni bidətlər(i məhv etmək) düşür. Hər bidət zəlalətdir.» (Əhməd 126/4) bu hədis şərifdə Peyğəmbər (s.ə.s) bizə ixtilafları görəcəiyimizi deyir və sözdə və əməldə sünnəyə müxalif olan hər şeyin bidət olduğunu deyir. Və hər bidət zəlalətdir.
Biz əgər Peyğəmbər (s.ə.s)-in mövluduna baxsaq, onun əslinin Peyğəmbər (s.ə.s)-in sünnəsində, Raşidi xəlifələrin sünnəsində görmərik. Demək ki, o yeni çıxan zəlalət bidətlərdən hesab olunur. Buna dəlil olaraq bu ayəni də misal gətirə bilərik. «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.» (ən Nisa surəsi, 59)
Allaha qayıtma Onun kitabına qayıtmaqdır. Peyğəmbər (s.ə.s)-ə qayıtmaq onun sünnəsinə qayıtmaqdır. Kitab və sünnədə Peyğəmbər (s.ə.s)-in mövludunu keçiməyə dəlil haradadır? Bunu edibonu yaxşı görən isə bu və başqa bu kimi bidətlərdən əməllərdən tövbə etməlidir. Əsl mömin haqqa can atır, ancaq ona dəlil göstəriləndən sonra kibirlənən insanın işi isə Allaha qalır.
Bununla biz Allahı görəcəyimiz günə qədər Allahdan Onun Kitabına və Peyğəmbər (s.ə.s)-in sünnəsinə sarılmaq neməti ilə riziqləndirməsini istəyirik.
Saleh ibn Fouzan əl Fouzan

Allahin salamı və xeyir-duası üzərinizə olsun!
Çevirən: Abdullah
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:08
GÜNƏŞ06:12
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka