Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSANDA İMAN VƏ ETİQAD NİYƏ LAZIMDIR

[ əqidə / 10092 dəfə baxılıb ]   
|
 

Bismilləhir-Rəhmanir-Rəhim


 


İman və ya nəyəsə inam haqqında çox eşidirik, çox oxuyuruq və çox yazanlar görürük. İman kəlməsi heç də yeni deyil bizlər üçün. İnsan mütləq nəyəsə inanır. Heç nəyə inanmayan şəxsin isə həyatda heç bir prinsipi və məqsədi yoxdur.


 


İman haqqında söhbət çox qədim və hamımıza tanış bir söhbətdir. Bunun haqqında kifayət qədər söhbətlər də eşitmişik, kitablar da oxumuşuq. Lakin bu dəfə açacağımız söhbət, başqalarının imanı necə görməsidir. Yəni, iman, bizdən başqa xalqların və millətlərin gözüylə. Daha dəqiq desək, qərbin və qərb millətlərinin gözündəki iman. O mühitdə ki, yalnız pulun və mal-dövlətin səsi eşidilir, materialın və maddənin bayrağı qaldırılır, mənəviyyat sayılmır.


Qərbin gözüylə görünən imanı elə milliyətcə qərbli olan yazıçı təsvir edir. O, qərb univesitetlərindən birində işləyən professor və diyanət elmləri, müqayisəsi və tarixi üzrə dünyada tanınmış bir mütəxəssisdir. Uzun müddət təcrübəsi və geniş dünya görüşü olan bu mütəxəssis 50 ildən çox elə bu sahədə çalışmışdır.


Dinlər tarixi üzrə mütəxəssis, Kalifornia Berkli Universitetinin və bundan əvvəl Vaşinqton Universitetinin professoru Hyuston Smizin kitabları, dinlər haqqında ingilis dilində yazılmış ən mənalı və maraqlı kitablar kimi tanınır.


Uzun illər təcrübəsi olan Professor Hyuston Smizin təsvirlərindən və yazdıqlarından burada sizə çatdıracaqlarımız, bir neçə dəqiqəlik yazı olacaqdır.


Professor Hyuston Smizin "Niyə Din?" kitabından sizlərə, imana yeni baxış haqqında fikirlər çatdırmaq istəyirik və bu yeni baxış qərbin gözüylə olacaq.


 


İMAN VƏ İNAM


Keçən il nəşr olunan bu kitabda müəllif əvvəl öz uşaqlığı və öz həyat təcrübəsi haqqında danışır. Müəllif, Çində missionerliklə (xristianlığı yaymaqla) məşğul olan valideynləri haqqında söhbət açır. Beləki, dini təbliğat özü çətin bir işdir və üstəlik Çində bununla məşğul olmaq daha çətindir. Buna görə də müəllifin ailəsi bu yolda çox fədakarlıqlar etməli idi. Onlar gözəl və rahat həyatlarını tərk edib imansız və dinsiz bir millətin içinə gəlmişdilər.


Valideynlər belə bir ağır işi boyunlarına götürdüklərinə baxmayaraq, onlar öz övladlarına ən gözəl və ən faydalı miras qoymuşdular, bu da iman idi. Bu insan imanla yaşamış, həyatı boyu iman onun ömründə barmaq izlərini buraxmışdı. O, daim inamlı və güvənən bir şəxsiyyət olmuşdur. Professor Smiz deyir ki, imanın insan həyatında ən böyük rolu odur ki, iman həmin insana əmin-amanlıqda və güvənli əllərdə olduğunu hiss etdirir. Artıq insan, keçib gedənlərə, itirdiklərinə peşman olmur və gələcəkdə baş verəcəklərə görə də narahatlıq keçirmir. O bilir ki, Allah hər şeyi lazımi miqdarıyla edir bu həyatda və bizi yalnız xeyrə doğru yönəldir.


Professor Smizin bu sözlərini oxuyarkən, biz sanki Peyğəmbərimizin (s.a.s) İbn Abbasa etdiyi nəsihəti eşidirik; "Bilki, sənin başına gələn, səhv olaraq səndən yan keçməyəcəkdi və səndən yan keçən sənin başına gəlməyəcəkdi. Bilki, qələbə yalnız səbrlə olur və hər bir çətinliklə asanlıq vardır."


Allahu Təala Əl-İmran surəsində belə buyurmuşdur: (((Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!))


Professor Smiz Çini tərk edib Amerikaya qayıdarkən özüylə imanını götürmüşdü və ömrü boyu onu qorumaq üçün mübarizə aparmışdı. Axı bu (iman) ona qalan ən faydalı miras idi.


 


MÜASİR DÖVRÜN ÇƏTİNLİKLƏRİ


Professor Smiz müasir dövrün çətinliklərini iqtisadi və siyasi problemlərdə deyil, ruhi və mənəvi problemlərdə görür. Sanki bütün aləm ruhi depressiya keçirir və bu, dini dəyərlərimizi məhv edərək bəşəriyyətin ruhi yüksəlişi və mənəvi təmizliyinin qarşısını alır.


Bütün bu olanlar həyatın mənasını itirib, gördüyümüz bütün işlər quru və alətlərin hərəkət etdiyi kimi təkrar əməllərdir. O vəziyyətə çatmışıq ki, artıq başımıza gələn problemlərlə üzləşməyə daxilimizdə lazımi inam və möhkəmlik qalmayıb.


Günəbaxan bitkisinin işığa tərəf yönəlməsi işığın, quşun qanad çalması havanın mövcud olduğunu deyir. "İlahi"-nin adından asılı olmayaraq, ruh "İlahi" adlanan bir həqiqəti daim axtarmaqdadır. Bu "İlahi" isə mücərrəd bir cism deyil, yön göstərəndir. Cism olsaydı, ruhumuz öz ehtiyacını ödəyə bilməyəcəkdi.


 


Təəssüf ki, müasir elmlər inkişaf etdikcə qərb öz iman libasını çıxarıb, özünü geniş və dərin bir dənizə atıb. Bu, dəlillər, fərziyyələr, terminlər, elmi araşdırmalar, müxtəlif həndəsi üsüllar və sair kimi elmi dəyərlər dənizidir. Qərb bu elm dənizinə düşməklə hər şeyi əldə etdiyini sanır.


Smizdən müsahibə alarkən, ondan elmə niyə bu qədər qəzəbli olduğu haqda sual verilib. Smiz isə belə deyib: Mən elmə qəzəblənmirəm, əksinə mən elmi sevir və daim elmə çağırıram. Mən, bir qərbli kimi, özümüzə qəzəblənirəm ki, həyatımızda maddəyə daha çox yer vermişik. Hansı ki, bu maddə elmi fərziyyələrdən başqa bir şey deyil. Bu fərziyyələr bizim beyinlərimizi doldurub, gözlərimizi örtüb və mənəviyyatımızı itirib. Həmçinin biz bu elmi fərziyyələrin bizim imani sabitliyimizə və əxlaqi dəyərlərimizə vəlvələ gətirməsinə icazə vermişik. Bütün bunlar isə ruhi və mənəvi problemlərin yaranmasına gətirib çıxarır. İctimai, siyasi, iqtisadi, ekoloji və sair kimi problemlər azmış kimi, buna mənəvi problemləri də artıraraq, yeni minillikdə yeni problemlərlə üzləşdik.


 


Professor Smiz qərbdə yaşanan vəziyyəti belə təsvir edir; Qərb özünü "müasirləşmə" prossesi gedən bir tunelə salıb. Bu tunel isə ruh və mənəviyyatımızı məhv edib. İmanımızı və ruhumuzu məhv edən bu tunel, dörd bir tərəfdən, döşəmə, tavan, sağ və sol divardan ibarətdir.


Tunelin döşəməsi "elmi" təmsil edir. Elm bəşəriyyətə xidmət etmək yerinə, onun məhvinə səbəb olub. Həqiqətlərə çatmaq üçün biz yalnız elmə dayanırıq. Elmimiz isə görünən və hiss olunan şeylər üzərində qurulub. Bu da mənəviyyatımızı və ruhumuzu inkar edir.


Tunelin sol tərəfi ali məktəbləri, institut və universitetləri təmsil edir. Bu da həmin universitetlərdə təhsil alan gənclərimizin mənəviyyatını və ruhunu məhv edir.


Tunelin tavanı media və mətbuatımızı təmsil edir. Bunlar da bir tərəfdən insanları yollarını azmasına həvəsləndirir. Şirkətlər öz mallarını hər hansı bir yolla satmaq üçün, insanların hisslərini, şəhvətlərini və həvəslərini oyandırırlar. Həvəsləri oyanmış insanlar isə ehtiyaclarını ödəmək üçün bu malları əldə etmək üçün can atırlar və beləcə həyatımız maddəyə həvəs üzərində qurulur. Şəhvət və həvəs, arxasınca şəhvət gətirər, ardı arası kəsilməz. Yaponların bir məsəli var: Kişi bir qədəh götürər, sonra o qədəhin ardından bir qədəh də götürər, sonra qədəh kişini götürər.


Tunelin sağ tərəfi isə qanunu təmsil edir. Qanunla da dinin əlaqəsi barədə bir çox problemlər yaranıb. Hökümət isə kilsənin dövlət işlərinə qarışmasından imtina edir. Ya kilsənin dövləti ələ almasından qorxur, ya da dinin siyasətə bulaşmasından.


 


Lakin Professor Smiz əlavə edir ki; Elmin bizi saldığı tunel həmişə belə zülmət olacaqmı, yoxsa bunun sonunda bir nur var?!


Nur - aydınlıq, təvazökarlıq, sadəlik və anlayış deməkdir. Zülmət isə təmamilə bunların əksidir. Bəs biz bu nura necə çata bilərik?! Bu nura yalnız imanın gözündən keçərək çata bilərik.


 


Professor Smizin bu sözlərini oxuyarkən sanki biz Allahu Təalanın dəfələrlə Qurani Kərimdə "Allah göylərin və yerin Nurudur" sözünü eşidirik.


Professor Smiz öz kitabında imanı haqq gözüylə görməyə çağırır, adi gözlərlə deyil. Maddi həyatdan və materializmdən qurtulub ruhların ehtiyacını dinləməyə, bu qaranlıq tuneldən çıxıb nura tərəf yönəlməyə və dini hifz etməyə  çağırır. Din ən qiymətli və ən ali xəzinədir, məhz bununla bəşəriyyət qurtula bilər və öz inamını doğrulda bilər.


Professor Smizin yazdıqları ürəkdən gələn səmimi sözlərdir. Dinindən və etiqadından asılı olmayaraq o da biz müsəlmanlar kimi imanın və dinin insan həyatında ən əhəmiyyətli amil olduğunu təkid edir. İmanın insan həyatında misilsiz və sehirli iz buraxdığını hiss edən professor bunu hamıya çatdırmaq istəyir.


 


Bizlər isə Allahdan həqiqi iman və imanımızı sabit etməyi diləyirik!


 


 


Mənbə: islam-online saytından tərcümə olunub

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka