Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

LƏ İLƏHƏ İLLƏL-LAH - MƏNASI VƏ ŞƏRTLƏRİ

[ əqidə / 12802 dəfə baxılıb ]     
|
 

Allahdan başqa ilah yoxdur (Lə iləhə illəl-lah) sözü, xalis tövhidin mənasıdır, Allahu Təalanın qullarına əmr etdiyi ən böyük fərzdir və dindəki yeri, başın bədəndəki yeri kimidir.
Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə dair gəlmiş hədislərə nəzər yetirək;
Buxari və Müslimdən rəvayət olduğuna görə, Abdullah bin Ömər (r.a) deyiblər ki, Rəsulullah (s.a.s) belə buyurmuşdur: ((İslam 5 təməl üzərində qurulub. Allahdan başqa İlah olmadığına və Muhəmməd onun rəsulu (elçisi) olduğuna şəhadət (şahidlik) etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazanda oruc tutmaq.))
Əl-Albani təshih etdiyi, Tirmizinin rəvayət etdiyi hədisdə Peyğəmbərimizdən (s.a.s) rəvayət olunmuşdur ki, belə buyurub: ((Mən və məndən qabaq gələn peyğəmbərlərin söylədiyi ən xeyirli kəlimə: Allahdan başqa ilah yoxdur, O təkdir Onun şəriki yoxdur, mülk Onundur və həmd Onadır. O hər şeyə qadirdir.
Əl-Albaninin həmçinin təshih etdiyi və Buxarinin "Əl-Ədəbül müfrəd" kitabındakı rəvayətlərində də gəlmişdir ki, Peyğəmbərimiz (s.a.s) belə demişdir: ((Allahın rəsulu Nuh (Allahın səlatı və səlamı olsun onun üzərinə) vəfat edərkən oğluna belə demişdir: Allahdan başqa ilah olmadığına əmr edirəm sənə, yeddi qat səma və yeddi qat yer tərəzinin bir gözünə, Lə iləhə illəl-llah tərəzinin o biri gözünə qoyulsa, Lə iləhə illəl-lah olan göz ağır gələr. Yeddi qat səmə və yeddi qat yer bir hələqə (dairə) olsa, Lə iləhə illəl-lah o hələqəni qırar.))

Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə aid çox hədislər var. Bu kəlimənin mə'nasına gəldikdə isə, alimlərin söylədiklərinə görə belədir; İbadətə layiq olacaq Allahdan başqa ilah yoxdur, bu da iki əsas hissədən ibarətdir. Birincisi, Allahu Təaladan başqasının ilah olduğunu hər mə'nası ilə inkar etmək. İkincisi, İlah olmağa layiq yalnız Allah olduğunu təsdiq etməkdir.
Həmçinin, Peyğəmbərlərin dəvəti yalnız bu kəliməni tələffüz etdirmək üçün deyil, bu kəlimənin şərtlərini də insanlara çatdırmaq idi. Çünki yalnız şərtləri yerinə yetərsə bu kəlimənin Allah yanında faydası olar. Alimlər də bu kəlimənin şərtlərini dəqiqləşdirmişlər, onlardan bə'ziləri bunlardır:
1. Mənasını tam anlamaq. Yə'ni bu kəliməni deyən kəs, kəlimənin bütün mə'nasını anlamalı, ilah olaraq yalnız Allahı seçməli və başqa hər şeyi inkar etməlidir. Muhəmməd surəsinin 19-cu ayəsində buyurulur ki: ((Bilki Allahdan başqa ilah yoxdur…))
2.
 Yəqinlik. Bu kəliməni dilinə gətirərək, dediklərinə inanaraq şəhadəti edən insan, tam olaraq kəlimənin məzmununa inanmalıdır. Yə'ni öz gətirdiyi şəhadətə görə qəlbinə zərrə qədər də olsun şəkk-şübhə gətirməməlidir. Allahu Təala Əl-Hücurat surəsinin 15-ci ayəsində buyururki: ((Mö'minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!)) Hətta peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: "Şəhadət edirəmki Allahdan başqa ilah yoxdur və mən Onun rəsuluyam. Kim buna şəkk gətirmədən Allahı qarşılayarsa mütləq cənnədə daxil olacaq" (Müslim rəvayət etmişdir)
3. Bu kəliməni dil və qəlblə qəbul etmək, təkəbbürlük və böyüklük etməmək, inkar etməmək. Çünki bizdən öncə bu kəliməni inkar edən qövmlərin hamısına Allah əzab vermişdir. Əs-Saffat surəsinin 34-35-ci ayələrində buyurulubki: ((Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik. Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbürlük göstərirdilər.))
4.
 Bu kəliməni sadiq olaraq demək, dillə tələffüz edərkən qəlb də eyni zamanda bunu təsdiq etsin. Əl-Bəqərə surəsinin 8-9-cu ayələrində Allahu Təala deyirki: ((İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö'minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.))
5.
 Bu kəliməni təsdiq edərək Allahu Təalanın əmr etdiyini yerinə yetirmək, çəkindirdiyindən əl çəkmək. ((Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qur'andan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)) Loğman  surəsi 22-ci ayə
6. İxlas. Bu kəliməni həqiqətən Allah üçün, Allahın rizasını qazanmaq üçün demək. ((Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!)) (Əl-Beyyinə surəsi 5-ci ayə)
7. İnsanların və hər şeyi yalnız bu kəlimə üçün, bu kəlimənin xatirinə sevmək və bu kəliməni sevməyəni, inkar edəni sevməmək. Allahu Təala Əl-Bəqərə surəsinin 165-ci ayəsində buyururki: ((İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.))


Çoxları, Lə iləhə illəl-llah deyən şəxs mütləq cənnətə daxil olacaqdır, deyirlər. Lakin bilmirlər ki, yalnız bu kəliməni tələffüz etməklə insan cənnətə daxil ola bilməz. Bu kəlimənin mənasını tam anlamaq, onu qəlblə təsdiq etmək, şərtlərini yerinə yetirmə və hüquqlarını tamamlamaq lazımdır. O zaman həmin şəxslər qiyamət günü əzabdan qurtula bilərlər.
Allahu Təala bizi nicat tapmışlardan etsin!

|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka