Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VƏHYƏ İMAN

[ əqidə / 6279 dəfə baxılıb ]   
|
 
Zaman, Allah "ol" deyincə başladı. Vəhyin başlanğıcı həm də zamanın başlanğıcıdır.

Vəhy, Allahın insanla danışmasıdır. Allahın insanla danışması, O sonsuz və mütləq varlığın sonsuz rəhməti və şəfqətiylə insana tənəzzül etməsidir. Buna görə vəhy insanın ürəyinə nazil olmuş bir göy süfrəsidir.


Vəhy ilahi bir inşa proyektidir. Əvvəl yer üzünə insan nazil olmuş, sonra nazil olan insana yol göstərmək üçün vəhy nazil olmuşdur. İlk vəhydən son vəhyə qədər bütün vəhylər eyni qaynaqdan nəşət* etdilər. Bütün vəhylərin qaynağı bir olduğu kimi hədəfi də bir idi. Bu hədəf insanlığın əbədi səadəti idi. Bu səadətin ətrafında döndüyü üç mehvər var: Tövhid, ədalət və azadlıq. Bütün vəhylər məhz bu üç mehvər ətrafında söz söylədilər. İnsanı qula qulluqdan Allaha qulluğa, şirk və küfr zülmündən iman və İslam ədalətinə, nəfsinə əsarətdən ruhun azadlığına çağırdı.

Vəhyə imana, Musaya endirilən Tövrat, Davuda endirilən Zəbur [Məzmurlar] və İsaya bildirilən İncil olmaq üzrə, bütün peyğəmbərlərə endirilən vəhylər daxildir. Vəhy prosesinin zirvəsi Quran vəhyidir. Quran, Allahın insanlığa endirdiyi ən son yol xəritəsidir.
Quran vəhyi ilə peyğəmbərlik sona çatmış, artıq risalət insanlardan qanunlara keçmişdir. Buna görə Quran vəhyi həm qaynağından ilk hədəfinə qədər ilahi qoruma altına alınaraq qorunmuş, həm də ilk hədəfindən son möminə qədər könüllərdə, yaddaşlarda, dillərdə, əllərdə qorunmağa davam edəcəkdir.

Quran, ona görə də ölü bir mətn deyil yaşayan bir xitabdır. Həyata çağırar və həyat verər. Ölü qəlblərə Quran vəhyi ilə can gəlir, qəlbin kor gözləri onunla nurlanar, kar qulaqları onunla eşidən hala gələr, lal olan dilləri onunla haqqı söyləməyə başlayar.
Göz üçün işıq nədirsə, ağıl üçün də vəhy odur. İşıq olmadan görən göz kor olar. Vəhy olmadan ağıllar qaranlığa məhkum olar. Quran vəhyi, əvvəllər heç bir dini vəzifə icra etməmiş, heç bir ayin yönəltməmiş, heç bir dini sifət daşımamış, heç bir dini kitab oxumayan Həzrəti Məhəmməd əleyhissalama Hira dağında varlıq suallarıyla dopdolu olduğu və öz daxilinə səfər etmək üçün inzivaya** çəkildiyi bir zamanda enməyə başladı. O qırx yaşında idi. O, vəhyin şahidliyiylə "möhtəşəm bir əxlaqa sahib idi". İndi isə o əsl xəzinə, ilahi vəhylə işlənib inşa ediləcəkdir. Məhz ilk vəhy, ilk külüngünü çaldı:

"Oxu, yaradan Rəbbin adına! O, insanı tək bir hüceyrədən yaratdı. Oxu! Rəbbin sonsuz kərəm sahibidir! O, qələmlə öyrətdi, insana bilmədiyini öyrətdi!" [96:1-5]

"Oxu!" əmriylə başlayan bu proses, başda ilk müxatibi olmaq üzrə vəhyə iman edən hər kəsə aləmlərin Rəbbi olan Allahın ən böyük müəllim, həyatın məktəb, insanın tələbə, varlığın kitab olduğunu öyrətdi. Və insan bu əmrlə bu dörd kitabı oxumağı öyrəndi.


*Nəşət - eyni qaynaqdan çıxan.
**İnziva - cəmiyyət həyatından qaçıb tək başına həyata çəkilmək. Xarici dünyayla bütün bağlarını kəsərək Allaha qovuşmaq üçün insanın öz içinə qapanması.


Mustafa İslamoğlu. "İman şüuru" kitabından.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka