Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AŞURA

[ Digər günlər / 27290 dəfə baxılıb ]     
|
 
Qəməri ayların ilki olan Məhərrəmin onuncu günü Aşura adı ilə tanınmışdır. Bu gundə oruc tutmaq Allaha xoş gedən əməllərdəndir. Aşura orucu deyilən bu oruc İslamdan öncə Ərəblərdə də mövcud idi. Aşura kəliməsinin ibranicə aşurdan gəldiyi və o gündə ərəblərin də oruc tutduğu diqqətə alınarsa, kəlimənin bütün Sami dillər arasındakı ortaq bir kəlimə olduğu anlaşılır. (Buxari Savm 1, Ümdətul-Kari fi Şərhi Sahihul Buxari V,351) Bu kəlimə yəhudilərdə böyük kəfarət günü üçün işlənmişdir. (Tövrat, Levililer, 16, 29) Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) Mədinəyə gəldiyi zaman Yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və bunun nə orucu olduğunu soruşdu. Cavab olaraq belə dedilər: Bu gün xeyirli bir gündür. Allah İsrail oğullarını Fironun zülmündən məhz bu gün qurtarmışdır və Musa peyğəmbər (Allahın salamı ona olsun!) Allaha şükür əlaməti olaraq bu gün oruc tutmuşdur. Bizdə ona görə oruc tuturuq. Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!): Biz Musanın sünnətinə (yoluna) sizdən daha yaxınıq dedi və o gün oruc tutdu və əshabələrinə də oruc tutmalarını əmr etdi. (Buxari əs-Savm 69, Təcrid Sarih, VI, 308,309)

Aişə (Allah ondan razı olsun!) nəql edilən aşağıdakı hədisdə Allah rəsulunun Məkkə dönəmində də aşura orucu tutduğu anlaşılır.

Cahilliyə dövründə Qureyş, Aşura günündə oruc tutardı. Hicrətdən öncə Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) də Aşura günü oruc tutardı. Mədinəyə hicrət etdikdən sonra bu oruca davam etdi. Əshabına da bunu əmr etdi. Gələn il Ramazan orucu fərz qılınınca, aşura orucunu buraxdı, istəyən bu orucu tutdu, istəyən də tutmadı. (Buxari əs-savm, 69; Təcridi Sarih, VI,307,308)

İslam alimləri aşura orucunu vacib deyil, müstəhəb (bəyənilən) əməl olduğu görüşündədirlər.

Müsəlmanlar tərəfindən Məhərrəm ayının 10–u oruc günü qəbul edilərkən, bəzi tarixi səbəblərdən dolayı da müqəddəs sayılır. Xüsusilədə Nuh peyğəmbərin (Allahın salamı ona olsun!) gəmisinin bu gündə tufandan qurtulub Cudi dağının təpəsinə endiyi bildirilir.

Bəzi müsəlmanlar peyğəmbərimizin nəvəsi Hüseyn (Allah ondan razı olsun!) Kərbəlada şəhid edildiyi gün olan Məhərrəmin onuncu günü matəm günü sayırlar və Məhərrəmin 1-i ilə 10-u arasında gülməz, ət yeməz, yeni geyim geyməz, yeni işə başlamazlar. Onlara görə Məhərrəmin onu döyülmə və yas günüdür. Yas bitdikdən sonra isə aşura mərasimləri başlayır.

Aşura günü sürmə çəkmək, qüsl etmək, xına yaxmaq, böyükləri, alimləri, xəstələri ziyarət etmək, yetimlərə baş çəkmək, ixlas surəsini oxumaq, bu günü ayrı bir gün olaraq qeyd etmək İslam dinində olmayan bir davranışdır. Bu halda Aşura günü halva bişirib yaxınlara və qonşulara paylamaq tamamən bidət (dinə yenilik gətirmək) və İslamda olmayan bir adətdir. Bununla bağlı Peyğəmbərdən (Allahın salamı və salatı onun üzərinə olsun!) gələn nə səhih nə də zəif bir hədis vardır. Hədis adı ilə rəvayət edilən bəzi sözlər tamamən uydurmadır. Əshabələrdən, sələf alimlərindən də bu barədə bir rəvayət olmadığı kimi, mötəbər kitabların heç birində də buna dair bir xəbər yoxdur. (İbn Teymiyyə Məcmuul-Fətava, Qahirə 1326,II,48). Allah bizi doğru yolda olanlardan etsin. Amin.

Cavid Musayev
İlahiyyatçı
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka