Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YAY, YOXSA CƏHƏNNƏM İSTİSİ...

[ Aktual / 20838 dəfə baxılıb ]   
|
 
Yay fəsli rəsmi olaraq girməsinə baxmayaraq öz şiddətli istisini hələ də bizə nümayiş etdirməyib. Amma hamımız bilirik ki, çox az bir müddət, hətta bir neçə gün qalıb ki, qızmar yay fəsli özünü olduğu kimi göstərsin. Hər səhərimiz açıq havalı, bəzən sakit və bəzən mülayim mehlə və çox qızmar olacaq. Bir çoxlarımızı bu fəsli səbirsizliklə gözləsək də, bəzilərimiz isə onun gəlməsini heç arzulamırıq.
Keçək mətləbə... Yay gəlir, hər bir insan yayın nə gətirəcəyini, yayda nələr baş verəcəyini və özü nələr edəcəyini düşünür. Çox gözəl. Hər kəs müxtəlif cür düşündüyü üçün təbii ki, müsəlmanın da düşüncə tərzi fərqlənməlidir. Müsəlman şəxsiyyəti bu cür mövsümlərin və ya hadisələrin gəlişini analiz edərkən, onu mənfi və müsbət amillərlə izah edir.
Qəribədir, insanlar yay mövsümünün yaxşı cəhətlərini fikirləşərkən, onun bəzi mənfi tərəflərini də müsbət sayırlar.
Bilirsinizmi ki, yayda problemlər çoxalır, insanlar arasındakı əlaqələr, ailə daxili rəftar sərtləşir və kobudlaşır. Havanın istisi insanı darıxdırdığı üçün, insan hövsələdən çıxır, səbirsizləşir, yoldaşı ilə kobud rəftar edir, uşaqlarına qarşı amansız olur. Hətta yay fəslində boşanmalar da çoxalır. Bir tərəfdən bunlar az deyilmiş kimi, insanlar daha azad və sərbəst olmağa çalışır. Təbii ki, yay fəslinin gəlişi ilə müşahidə etdiyimiz açıq-saçıq geyim tərzi də şəhərimizi "bəzəyir". Bu məyusedici halı müzakirə etmədən qoyaq bir kənara, keçək insanların daxilən keçirdiyi hallara. Çoxlarımız yayın istirahət fəsli olduğunu deyərək, istirahətin hər şeydən təcrid olunmasını iddia edir. Sanki bütün məsuliyyətlər atılmalıdır bir kənara, ailə olmalıdır arxa planda, halal-haram nəzərə alınmadan, harada, nə zaman, necə olsa istirahətə vaxt ayrılmalıdır. Yay fəslinin ən bədbin həqiqətlərindən biri də odur ki, insanların iradəsi zəifləyir, işə və ciddiyyətə qarşı həvəs ölür, hər bir mühüm işdə yayın istisini üzrlü səbəb kimi ortaya atırlar. Bu üzr hətta Qur’ani-Kərimdə də çox gözəl təsvir olunub:“...Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər...” (ət-Tövbə, 81).
Çox uzatmaq istəmirik, sadəcə yay fəslində insan daha sərbəst və azad olduğu üçün, boş vaxtı da çoxalır və təbii ki, boş vaxt isə insanın ən böyük bədbəxtçiliklərindəndir. Boş vaxt olduğundan, Ramazan ayında qandallanmış şeytanlar yay fəslində əllərindən gələni edir və acıqlarını soyudurlar.
Belə bir mövsümdə isə gənclər daha aktiv olurlar. Halbuki, onların vaxtı daha dəyərlidir və onlar daha çox işlər görə bilərlər. Əslində vaxtın özü hər bir müsəlmanın həyatında ən qiymətli və dəyərli bir cövhərdir. Maddiyyatçılar vaxta qızıl deyirlər, amma vaxt əslində qızıl yox həyatdır, ömürdür. Axı insanın həyatı saatlar və saniyələrdən ibarətdir. Həsən əl-Basri (Allah ona rəhmət etsin) deyib ki; “Ey Adəm oğlu, sən, günlərsən (günlərdən ibarətsən), əgər bir günün keçib getdisə, sənin bir hissən getdi.”
Bilirsinizmi ki, insan oğluna qiyamət günü ilk verilən suallardan biri onun vaxtı haqqındadır. Hətta bu sual ona müxtəlif formada iki dəfə verilir. Allah təala buyurur ki, Peyğəmbərimizin (s.a.s) hədisində gəldiyi kimi; Gəncliyinı hara sərf etdi və ömrünü nəyə xərclədi.
Hətta Peyğəmbərimizin (s.a.s) başqa bir hədisində vaxtın dəyərinə dair belə gəlmişdi ki; “İki nemət vardır ki, onların qədrini insanların çoxu bilmir, sağlamlıq və boş vaxt.”

Buna görə də , qarşımıza gələn bu yay tətilində və bu qızmar mövsümdə xüsusilə gənclərimizə üzümüzü tutub demək istəyirik ki, Allah təalanın hər zaman hər yerdə hamını nəzarət etdiyini unutmasınlar. İndidən gənclik dövrlərində yüksək nailiyyətlər əldə etməyə, xeyir işləri çoxaltmağa can atsınlar. Gənc yaşda elə işlər görmək lazımdır ki, qocalarkən baş ucalığı və ürək rahatlığı gətirsin. Həm də gənc yaşda görülən xeyir işlərin savabı və qarşılığı daha üstün olur.

Allah bütün müsəlman ümmətini və xüsusilə də bu ümmətin gənclərini qorusun! Bu ümmətin əvvəlində Peyğəmbərimizin (s.a.s) yardımçıları həmişə gənclər olub, qoy gənclərimiz hər şeyi əldə etməyə qadir olsunlar!
Allah bizlərə yayın isti və uzun günlərindən elə faydalar bəxş etsin ki, bunlar cəhənnəm istisindən qorunmamıza səbəb olsun...

Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:57
GÜNƏŞ07:30
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:21
İŞA [ 4 rükət ]18:50
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka