Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSCİDİL ƏQSA

[ Müxtəlif / 22876 dəfə baxılıb ]   
|
 
Əl-Məscidil Əqsa, Qüdsdəki qədim Süleyman məbədinin mövcud olduğu yerdə inşa edilmiş olan məscidin adıdır. "Ən uzaq məscid" mənasına gələn bu anlayışa ilk olaraq Quranı Kərimin Meracla bağlı olan ayələrində rast gəlinir.

Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. (əl İsra 17/1)

Məscidül Əqsaya günahlardan təmizlənmə yeri anlamında “Beyti Məqdis” yaxud Beyti Müqəddəs” adı da verilmişdir. Beyti Məqdis, İbrani dilində “bethammikdaş” kəliməsindən alınan ilhamla istifadə olunub “Məbəd” anlamına gəlir və bununla Süleyman (ə.s) məbədi qəsd olunur. (əz-Zərkəşi İlamus Sacid Qahirə 1397, s.277)

Məscidül Əqsaya ən uzaq məscid anlamında bu ismin verilməsi, Məkkədəki Məscidi Harama piyada yürüşü ilə bir aylıq məsafədə olması səbəbindəndir. Peyğəmbər (s.a.s) Merac gecəsində ; Büraka mindim Beytül Məqdisə getdim . (Müslim, İman , 259) buyurmuşdur.

Yer üzündə Məscidi Haramdan sonra tikilən ən qədim məscidlərdən biri də Məscidil Əqsadır. Tikilməsin Davud (a.s) başlamış və Süleyman (a.s) tərəfindən tamamlanmışdır. (əz-Zərkəşi İlamus Sacid Qahirə 281-287)

Məscidil Əqsa, hicrətin 16 -cı ayına qədər müsəlmanların qibləsi idi. Peyğəmbər (s.a.s) niyyət ilə ziyarətinə izn verdiyi üç məscid arasında Məscidi aqsa da vardır.

Ömər (r.a) dövründə Qüds fəth edilincə, oraya girən xəlifə bir gecə vaxtı Beytül Məqdisə girdi və bütün gecə orada namaz qıldı. Səhər açılınca da azan oxudaraq camaat ilə namaz qıldı.
Bundan sonra Ömər (r.a) Kabul Ahbarı çağıraraq müsəlman məscidinin harada tikilə biləcəyini soruşdu. Kab, əs-Sahra (qaya) ya işarə etdi və hətta bunun qiblə olmasını istədi. Ömər (r.a) ona İslam qibləsinin Kəbə olduğunu xatırlatdı. Fəqət Beytül Məqdisin müqəddəs xatirəsinə da bir məscid tikdirdi və qibləsini Kəbə tərəfə yönəltdi.
Bura daha sonra Kübbətüs-Səhranın yeri oldu.
Kübbətüs-Səhra zəlzələlərdən zərər görmüş və bir neçə dəfə təmir edilmişdir. Bura dörd yandan nərdivanlarla çıxılan geniş bir səddin ortasında, səkkiz guşəli və yüksək qübbəli bir bina idi. Dördü nərdivanlara açılan, səkkiz ulduzlu tunc sədr ağacından qapısı var idi. İçəridə iç-içə dairəvi sütun və mozaikalı qübbənin altında səhra (qaya) durmaqda idi.

Kübbətus Səhranın olduğu səddin üç tərəfindən, daha kiçik üç qübbəli tikili də var idi. Bunlar Kübbətüs Silsilə, Kübbətül-Mirac və çox künclü bir tikili olan Kübbətün Nəbi idi. Bu gün bunların formaları qismən dəyişilmişdir.
Kübbətüs Səhranın bir ziyarət yeri olmasına qarşılıq, Məscidi Əqsa bunun bir ibadətxanasını təşkil edir.

Məscidül Əqsa deyilincə İslam qaynaqlarında Xəlifə Əbdülməlikdən, Osmanlı padşahı Qanuni Sultan Süleymana qədər gəlib keçən bir çox xəlifə və padşahlar tərəfindən burada inşa edilib yarımçıq qalmış, ziyarət məqsədi ilə tikilmiş binalar anlaşılır. Dar anlamda Məscidil Əqsa deyilincə Kübbətüs Səhradan uzaqda olmayan və Əbdülməlik tərəfindən inşa edilmiş məscid nəzərdə tutulur.

Tarixdə bir neçə dəfə dəyişdirilən Qüds,Meracın ilk dayanacağı olan Məscidi Əqsa bu gün yəhudilərin işğalı altındadır.

Azerislam
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka