Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜASİR DİŞ FIRÇALARI MİSVAQDIRMI?

[ Sünnə / 35319 dəfə baxılıb ]   
|
 
İslam dini təmizliyə çox böyük önəm vermiş və bunu imanın göstəricilərindən saymışdır. Bədənin, namaz qılınacaq yerin, iş, istirahət yerinin təmiz tutulması ilə bağlı əmr və tövsiyələri sünnətdə tapmaq mümkündür. Bədən təmizliyi ilə bağlı fitrətdən gələn keçmiş peyğəmbərlərin də tətbiq etdiyi bəzi təmizlik nöqtələrinə diqqət çəkilmişdir.

Dırnaqların kəsilməsi, qoltuq altının, qasığın təmizlənməsi, bığların uzun hissəsinin qısaldılması, sünnət olmaq və xüsusilə də dişlərin təmiz tutulması da bunların arasında sayıla bilər. (Müslim Tahara 56, Əbu Davud Tahara, 29)

Dört şey keçmiş peyğəmbərlərin sünnətindəndir. Həya duyğusu, ətirlənmək, diş təmizliyi və nikah. (Tirmizi Nikah,1)
Dişlərin təmizlənməsi üçün istifadə olunan misvaqın İslamda xüsusi bir yönü də vardır.


Aişə (r.a) dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.s) belə buyurmuşdur: "Misvaq istifadə edilərək qılınan namazın, misvaqsız, namaza üstünlüyü yetmiş qatdır."
(Əhməd b. Hənbəl, Müsnəd, VI,272)

Başqa bir hədisdə də, namazla birlikdə diş təmizliyinə belə diqqət çəkilir: "Əgər ümmətimə ağır gəlməsəydi, onlara hər namazda misvaq istifadə etməsini əmr edərdim." (Buxari, Cümə,8, Təmənni, 9, Savm, İbn Macə Taharə,7)

Rəsulullah (s.a.s) in dəstamaz və ya namazla əlaqəli olmadan da, misvaq istifadə etdiyi, xüsusilə də Quran oxumaqdan öncə də diş təmizliyinə diqqət etdikləri görülməkdədir. Misvaq istifadə edilməsində məqsəd ağız təmizliyidir. Şübhəsiz ki, misvaq ağız üçün təmizləyicidir. (Buxari Savm, 27,Nəsai Təharə,4)


Peyğəmbər (s.a.s) in gecə misvaq yanında olmadan yatmadığı, səhər qalxar-qalxmaz ilk işinin dişlərini təmizləmək olduğu nəql edilir.
(Əbu Davud Taharə, 30, Əhməd b. Hənbəl,I,373)
Bəzi səhabələr, Onun gündə neçə dəfə dişlərini misvaqladığını saya bilmədiklərini söyləmişdilər.

Digər yandan da Peyğəmbər (s.a.s) dişləri saralmış bir halda hüzuruna çıxan bəzi səhabələrə belə buyurduğu bildirilir: "Heyrət edirəm, necə olur ki, belə saralmış dişlərlə dolaşıb gəzirsiniz? Dişlərinizi misvaqla təmizləyin!" (Əhməd b. Hənbəl I, 214)

Bütün bu hədislər göstərir ki, diş təmizliyi yalnız dəstəmaz və namaz, ya da Qurani-Kərim oxuyarkən deyil, sağlıq baxımından və toplum içinə çıxarkən diqqət edilməsi lazım olan önəmli təmizlənmə şəklidir. Diş təmizliyinin bu dərəcədə önəmli olmasını diqqətə alan İslam alimləri beş vaxtda bu təmizliyinin müstəhab olduğuna diqqət çəkiblər.
Bu vaxtlar aşağıdakılardır:

1)Dişlər saralarkən.
2) Ağız qoxusu dəyişildikdə.
3)Yuxudan oyanarkən.
4) Namaz qılmazdan öncə.
5) Dəstamaz alarkən.

Sivaq - fel olub təmizləmək deməkdir.
Misvaq - təmizliyi icra edərkən istifadə edilən nəsnədir.
Sivaq sözü misvaqla eyniköklü söz olub hədislərdə daha çox istifadə edilmişdir.

Misvaq alətinin əsli olan ərak ağacında diş sağlığı baxımından faydalı olan florin maddələrinin olduğu, ağıza gözəl bir qoxu verdiyi və mədə üçün bir qisim faydalarının olduğu müəyyən edilmişdir. Lakin müasir dövrümüzdə islamı ölçülərə uyğun olaraq hazırlanmış fırça (yəni donuz tükü və s. maddələr istifadə edilməyən ) misvaq kimi istifadə edilə bilər. İnsan diş firçasını misvaq niyyətilə istifadə edərsə, ərak ağacının misvaqından aldığı əcri alar. Buxarinin hədisindən bəlli olur ki, Peyğəmbər (s.a.s) ölüm yatağında olarkən palma ağacının gövdəsindən hazırlanmış misvaqla dişlərini təmizləmişdir. Burdan aydın olur ki, dişi təmizləmək üçün istifadə olunan hər bir şey misvaq adlana bilər.

Önəmli olan ağızın içinə - dişlər də daxil olmaqla düzgün və mütamadi qulluq etməkdir. Sünnət olan ərak ağacı deyil, sünnət olan diş, damaq və s. də daxil olmaqla ağız boşluğunun təmizliyinə diqqətlə riayət etməkdir.


Ərak ağacından olan misvaq


Tərkibi ərak ağacında olan maddələrlə zənginləşdirilmiş misvaq məcunu.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka