Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏBR, TƏMKİN VƏ İFFƏT - İbn əl Cevzi

[ Görkəmli şəxslər / 26482 dəfə baxılıb ]   
|
 
İbn əl Cevzi öz xatirələr kitabında belə yazır;
Günlərin birində nəfsimin istəyinə (şəhvətinə) üstün gəldim, istədiyi şey susuzluqdan yanan kəsin ağzına süzülən bir qurtum suyun dadı kimi idi.
Nəfsim:
- Nədir bunu saxlayan, ya qarşısını alan? – dedi.
Əslində imtina olunan şey caiz bir şey idi. Sadəcə iki qərar arasında tərəddüd etdim, sonra nəfsimə ondan imtina etməyi əmr etdim.
Öz-özümə də təəccübləndim ki, bundan imtina etməyin məqsədi nə idi ki?! Sadəcə şəriətin çəkindirdiyi bir şeyə yaxınlaşmamaq.
Dedim:
- Ey nəfs, vallah, nə bu istədiyinə, nə də başqasına bir yol yoxdu. Həyəcanlandı, üstünə hayqırdım ki; Nə qədər istədiklərinə razılıq vermişəm, elədiyimin isə ləzzəti getmiş, təəssüfü qalmışdır. İstədiyimi etdikdən sonra, peşmançılıq çəkdiyim müddət ləzzət anından qat-qat uzun deyilmi?!
Nəfsim:
- Bəs necə edim?
- Səbr et. Vallah sevgiyə üstün gələcək qədər deyiləm, amma yenə də səbr edirəm.

Mən Rəbbimdən bu əməlimin mükafatını gözləyirəm. Səhifənin qalan hissəsini ağ saxlayıram. Allahdan bu səbrimin qarşılığını arzulayıram, inşallah, olunca davamını yazacam. Səbrin mükafatı tez də ola bilər, gec də.

Tez olarsa yazaram, gec olsa da Rəbbimin məqamından qorxan kəsin mükafatına şübhəm yoxdur. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah onun əvəzində daha xeyirlisini nəsib edəcək.
Vallah mən də bunu yalnız Allah üçün tərk etdim, bunu tərk etmə fəxri elə özü mənə yetər.
Hətta mənə; -Yadındamı filan günü Allahı öz istəyindən üstün tutdun? – deyilsə belə bəsdir.
Səni müvəffəq edənlə fəxr et, ey nəfsim!
Neçələrini rüsvay etmiş...
Diqqətli ol, sən də belə rüsvay olma!
Allahdan başqa qüvvət sahibi yoxdur!

Yuxarıda olanlar 561-ci ildə idi, 565-ci ilə girəndə ondan da daha xeyirlisi ilə əvəz olundum. Dedim ki, al, ey nəfsim, hələ bu dünyadaykən tərk etdiyin müqabilində Allah Təalanın sənə verdiyi...
Axirət mükafatı daha xeyirlidir.
Həmd olsun Allaha!


Halalı və caiz olanı əldə etməyə tələsmə!

Əlbəttə, halal olan dünya ləzzətini halal yolla istəmək və əldə etməyə bir şey demirəm, çünki hər kəs tərk etmək iqtidarında deyil. Amma problem o halalı tələb etməkdədir. Əgər onu axtararkən tapmazsa, ondan çoxunu axtararsa və ya ancaq haram yolla axtarma məcburiyyətində qalarsa ya da vecinə almadan əldə etməyə cəhd göstərərsə?!
Bax bu problemin qarşısında ağıl ilk səhvini edir, sahibinə isə ağlı bir fayda vermir. Çünki etdiyi günahın cəzasını aldığı ləzzətlə müqayisə edə bilsəydi, alacağı ləzzət ilk zərrəsində sönərdi.
Neçələrini görmüşük ki, şəhvətini üstün tutmuş, dinini itirmişdir.
Ağıllı insan onların halını araşdıranda heyrət edir. Çünki özləri ilə davam etməyəcək bir şeyi necə seçə bilərlər ki, onun əvəzində onları tərk etməyən cəza alacaqlar.
Ağlınızı itirməyin!
Getdiyiniz yerdə atdığınız addıma baxın!
Tələsən quyuya da düşə bilər.
Gözünüz açıq və ayıq olsun, siz sanki bir savaş meydanındasınız, bu meydanda isə nizənin haradan gələcəyi bilinməz.
Nəfsinizə yiyə durun, ona dəstək olmayın!


İtaətin ləzzəti!

Haqq olan Allah Təala insana şah damarından da yaxındır, amma onunla uzaq və qayıb olan Biri kimi müamilə edir. Ona görə də insanlara Ona üz tutmağı, əl açıb niyyətləri Onu qəsd edərək Ondan istəməyi əmr edib.
Cahil qəlblər bu uzaqlığı hiss edir və ona görə də bir çox günaha batırlar.
Ayıq olanlar isə Onun nəzarətini daha çox hiss edir, Onun yaxında olduğunu bilir və günahlara əl atmırlar.
İtaət isə çoxlarının zənn etdiyi kimi namaz qılıb oruc tutmaq deyil, Onun buyurduqlarına tabe olub, çəkindirdiklərindən uzaq durmaqdır.
Bu qaydadır və əsasdır.
Neçə abidlər var ki, ömrü ibadətlə keçir, amma Ondan uzaqdırlar.
Qaydanı və əsası pozmaqla isə yalnız Ondan uzaqlaşırlar.

Hazırladı: Əhməd/AZƏRİSLAM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka