Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SİDDİQ VƏ SADİQ

[ Müxtəlif / 26852 dəfə baxılıb ]   
|
 
Həqiqətən, şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyir, nəfsimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o, doğru yolda olar, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran surəsi, 102)

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.
( ən-Nisa surəsi, 1)

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar. (əl-Əhzab surəsi, 70-71)
Ey iman gətirənlər! “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!

Ey iman gətirənlər! “Sizdən biriniz qardaşının gözündə çöp görür, öz gözündəki tiri isə unudur
( Səhih Ədəbul Mufrad,398)

Ey iman gətirənlər! Gəlin əsassız olaraq müsəlmanlara nifrət etməyək, onlara həsəd aparmayaq əksinə, onlar üçün Allahdan rəhmət diləyib deyək: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən Şəfqətlisən, Rəhmlisən!
(əl-Həşr surəsi, 10)

Peyğəmbərlə (s.a.s) bir zamanda yaşamış, ondan gözəl tərbiyə almış Əli, Fatimə, Həmzə, Cəfər, Peyğəmbərin (s.a.s) zövcələri, Abbas, Həsən, Hüseyn və digərləri – Allah onların hamısından razı olsun! – bir-birilərinə qarşı çox mehriban olmuş və aralarındakı isti münasibətlər onların sonrakı nəsillərinə də təsir etmişdir.

Belə ki, pak əhli-beyt Peyğəmbərin (s.a.s) sadiq əshabələri ilə qohumluq əlaqələrini möhkəmləndirməklə böyük bir nəsilə çevrilmişlər. Onların isti münasibəti neçə-neçə tarix kitablarında öz əksini tapmış və sonrakı nəsillərin xatirəsinə həkk olunmuşdur.

Çox acınacaqlı bir haldır ki, bir çox müsəlmanlar, ömrünün sonuna qədər Peyğəmbərə (s.a.s) sadiq qalmış, həmçinin onun vəfatından sonra da bir camaat olub İslam dini üçün böyük işlər görmüş möminlərin arasında olan mehriban münasibətlərdən bixəbərdirlər. Bu risalədə də məhz belə isti münasibətlərdən biri xəlifə Əbu Bəkr əs-Siddiqlə (s.a.s) imam Cəfər əs-Sadiq arasında olan qohumluq əlaqələrindən bəhs edir. İmam Cəfər əs-Sadiq demişdir: “Əbu Bəkr əs-Siddiq (r.a) məni iki dəfə dünyaya gətirmişdir. (Siyəru Əlamu Nubəla 6/255)

Bununla imam Cəfər əs-Sadiq demək istəmişdir ki, onun ana babası və ana nənəsi Əbu Bəkr əs-Siddiqin nəvələridir. Biz imam Cəfər əs-Sadiqin şəcərəsinə nəzər salsaq bu deyilənlərin həqiqət olduğunu görərərik:



Yuxarıda göstərilən şəcərədən imam Cəfər əs-Sadiqin şərəfli nəsildən olduğu açıq-aydın görünür. Elə bu səbəbdən də, iki möhtərəm xəlifənin nəslindən olan bu imama “Əmuduş-Şərəf”
( Silsilətul Əlamul Hidayə” 8/41.) yəni şərəf dirəyi deyirdilər.

Bu möhtərəm imamın babaları Əli ibn Əbu Talib və Əbu Bəkr əs-Siddiq arasında lap əvvəldən mehribançılıq olmuş, qohum olduqdan sonra bu münasibətlər bir az da möhkəmlənmişdir. Onlar bir-birinin ünvanına kifayət qədər gözəl sözlər söyləmiş, bir-birini tərifləmiş və müsəlmanları Peyğəmbərin ailəsini və əshabələrini sevməyə çağırmışlar. Əli ibn Əbu Talib Əbu Bəkr əs-Siddiqi tərifləyib demişdir: “Müsəlmanların ən yaxşısı, Allaha və Onun Peyğəmbərinə ən yaxın olan – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yeri həqiqətən də böyükdür... Allah onlara rəhmət etsin və onları gördükləri yaxşı işlərə görə mükafatlandırsın!”
( Meysəmin “Şərh Nəhcul-Bəlağə” əsəri, 1/31)

Əbu Bəkr əs-Siddiq isə əhli-beyt barəsində belə demişdir: “Canım Əlində olan Allaha and olsun ki, Peyğəmbərin ailəsi mənim üçün öz ailəmdən daha əzizdir.
”( Səhih əl-Buxari”, 3713)

Diqqət edin! Peyğəmbərin sevimli qızı Fatimeyi Zəhra ölümündən əvvəl xəstə yatarkən Əbu Bəkr əs-Siddiq öz həyat yoldaşı Əsmaya onun yanında qalmağı buyurmuşdur.

Fatimeyi Zəhranın vəfatından sonra Əsma bint Əmis onun qüslündə də iştirak etmişdir. (Biharul Ənvar” 43/192)

Nəhayət Əbu Bəkr əs-Siddiq vəfat etdikdən sonra Əli ibn Əbu Talib Əsma ilə evlənmiş və ondan Yəhya adlı bir oğlu da olmuşdur. Əli ibn Əbu Talib Əsmanın Əbu Bəkr əs-Siddiqdən olan oğlu Muhəmmədi öz oğlanları – Həsən və Hüseynlə birgə tərbiyə etmişdir. Ömər ibn Xəttab xəlifə olduğu dövrdə böyük imperiyalar fəth edildikdə ələ keçirilən cariyələrdən Yezdəcird ibn Şəhriyarın iki qızını Əli ibn Əbu Talibə verib demişdir: “Zadəgan ailəsindən olan qızlar yalnız hörmətli insanlara çatmalıdır.” Əli ibn Əbu Talib bu qızlardan birini (Lubabul Ənsab vəl Əlqab vəl Əqab” 1/22)

Hüseynə digərini də Muhəmmədə vermiş, sonra onlardan Əli Zeynəlabidin və Qasım dünyaya gəlmiş, beləliklə də onlar əmi uşaqları olmuşlar. Nəhayət Hüseyn ibn Əlinin oğlan nəvəsi Muhəmməd Baqir Muhəmməd ibn Əbu Bəkrin qız nəvəsi Ümmü Fərvayla evlənmiş və bu şərəfli insanlardan da imam Cəfər əs-Sadiq dünyaya gəlmişdir.

Diqqət edin! Peyğəmbərin zövcəsi, Əbu Bəkr əs-Siddiqin qızı və möminlərin anası Aişə imam Cəfər əs-Sadiqin babası Qasımın doğmaca bibisi olmuşdur. Cəfər əs-Sadiq dövrünün böyük alimlərindən olmuş, imam Əbu Hənifə, Şafii və başqa bu kimi tanınmış alimlər ondan elm öyrənmiş, habelə onun özü də atası Qasim ibn Muhəmməd, Urva ibn Zubeyr, Əta ibn Əbu Rəbah, Zuhri, Nafi, Muhəmməd ibn Munkədir və başqa bu kimi tanınmış alimlərdən hədislər rəvayət etmişdir. (Siyəru Əlamu Nubəla” 6/255.)

Diqqət edin! Əhli-beytin Əbu Bəkr əs-Siddiqə olan məhəbbəti onların kunyalarından, habelə övladlarına verdikləri adlardan da bəlli olur:
Əbu Bəkr ibn Əli ibn Əbu Talib
Əhli-beytdən olan bu möhtərəm imam, Əli ibn Əbu Talibin zövcəsi – Leyla bint Məsuddan dünyaya gəlmiş və Peyğəmbərin reyhan qoxulu nəvəsi Hüseyn ibn Əli ilə birgə Kərbəla çölündə şəhid olmuşdur.
(Tarix ət-Təbəri” 3/162; “əl-İrşad”səh: 186; “Biharul Ənvar” 42/120; “Ənvar ən-Nomaniyya” 1/371; “Muntəhal Əmal” 1/544)
Əbu Bəkr ibn Həsən ibn Əli

Əhli-beytdən olan bu möhtərəm imam Peyğəmbərin sevimli nəvəsi Hüseyn ibn Əli ilə birgə Kərbəla çölündə şəhid olmuşdur. (Tarix ət-Təbəri” 3/343; əl-Bidayə vən-Nihayə 8/189; əl-İrşad səh: 248; “Tarixul Yəqubi” Həsənin övladları fəsli; “Ənvar ən-Nomaniyya” 1/371; “Muntəhal Əmal” 1/544)

Əbu Bəkr Əli Zeynəlabidin ibn Hüseyn ibn Əli
(Kəşful Ğummə Əli Zeynəlabidinin tərcümeyi-halı)

Əbu Bəkr b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Muhəmməd b. Əli b. Huseyn b. Əli (Kəşful Ğummə 3/10)

Əbu Bəkr Əli (Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Muhəmməd b. Əli b. Huseyn b. Əli
(Məqatil ət-Talibin səh: 562 )
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka