Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DİLƏNÇİLİK ETMƏNİN YASAQ OLMASI

[ Müxtəlif / 17463 dəfə baxılıb ]   
|
 
Dinimiz işləməyi əmr və tövsiyə etdiyi kimi, bu əməli üstün bir fəzilət olaraq görmüş, tənbəlliyi və buna bağlı olaraq dilənçiliyi də pisləmiş və qadağan etmişdir.
Yoxsulu doydurmaq, ehtiyacı olana kömək etmək hər bir müsəlmanın borcudur.

Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) yalnız üç sinif insan üçün kömək istəmənin halal olduğunu bildirmişdir. Bunlar: Bir şəxsə və ya topluluğa kəfil olub borclanan və borcunu ödəyəməyən, bütün malı bir fəlakətl itirən, fəqir düşən və fəqirliyi onu tanıyanlara qəbul edilən kişilərdir. Bunların xaricində qalan və bir günlük yeyəcəyi olub, çalışıb qazanıla biləcək gücə sahib birinin dilənməsi isə caiz (icazəli) görülməmişdir. (Müslim,Zəkat)

Peyğəmbərimiz (Allahın salamı və salatı onun üzərinə olsun!) məslək halına gətirilən dilənçiliyi şərəfsizlik saymış və belə buyurmuşdur: "Sizdən bəziləri dilənməkdən əsla vaz keçməz. Ən sonunda qiyamət günündə bu şərəfsiz insan, üzündə bir tikə ət parçası olmadan Allaha qovuşar. (Müslim, Zəkat 103)

Hər kim ki, çox mal toplamaq üçün, imkanı olan insanlardan dilənərsə, o sanki bir atəş parçası istəmiş kimi olur. (Müslim, Zəkat 105)

İslam dini işləməyən, tənbəl, başqalarına yük olan insanları yaxşı bir müsəlman saymamışdır. Yuxarıdakı hədislərdən anlaşıldığı kimi, dilənmək və dilənçiliyi bir peşə halına gətirmək şiddətlə yasaqlanmışdır.

Dilənçilik: təmbəllik və xalqın yardım duyğularını istismardan başqa bir şey deyildir. Belələri İslamın təvəkkül anlayışını da öz düşüncələri baxımından dəyərləndirməkdən çəkinməzlər. Onlar çalışmadan oturub başqalarından bir şeylər gözləməyi təvəkkül sayırlar.

İslam dini qədər insana özünü dərki, mənliyini, şərəfini qorumanın yollarını öyrədən heç bir din, heç bir əxlaq sistemi yoxdur. İslama görə ümmətin gələcəyi, toplumun şərəf və namusu nə qədər önəmlidirsə, insanın izzət-nəfsi də o qədər önəmlidir və mütləq qorunması lazım olan bir şeydir. Hər müsəlman bu dəyərli əmanəti qorumaqla mükəlləfdir. Beləliklə bu əmanəti qoruya bilmək üçün insanlara bütün fəzilət yolları göstərilmiş, pisliklərdən çəkinmələri əmr edilmişdir.

Hər bir pislik insanın mənliyindən və şərəfindən bir şeylər aparır. Heç bir ehtiyacı olmadığı halda isə əl açıb dilənənlərin vəziyyəti isə daha da pisdir. Çünki onlar, dilənməklə, şərəf və etibarlarının İslam fəqir olmayanların dilənmələrini də eyni şiddətlə yasaqlamışdır.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka