Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLÜMÜN BAŞLANĞICI

[ Müxtəlif / 13135 dəfə baxılıb ]   
|
 
İbni Əbu Şeybə və İmam Əhməd Həsəndən (Allah ondan razı olsun) rəvayət edirlər ki, Allah Adəm və zürriyyətini yaratdığı vaxt mələklər: “Yer bunları saxlaya bilməz” dedilər. Allah təala onlara belə cavab verdi: “Mən onların içinə ölümü göndərəcəm”. Mələklər dedilər: “Onda həyat onlara xoş gəlməyəcək”. Allah təala belə cavab verdi: “Mən onların qəlblərinə əməl yerləşdirəcəyəm”. Əbu Nueym “Hilyə” kitabında Mücahiddən belə rəvayət edir: “Adəm (ə.s) yerə endiyi vaxt Rəbbi ona belə dedi: “Yıxılmaq üçün düzəlt, ölmək üçün doğur”

Mala və bədənə bir zərər gəldiyi vaxt ölümü istəmək və ölümün gəlməsinə dua etməkdən çəkindirmək.

Buxari və Müslimin, Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiklərinə görə, Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) belə buyurmuşdur: “Bax heç kim özünə toxunan bir zərərdən ötrü ölümü istəməsin. Əgər özünü ölümü istəməkdən kənar tuta bilmirsə belə desin: Ya Rəbbim, yaşamaq mənə xeyirli olana qədər məni yaşat, ölümüm mənə xeyirli olan vaxt ruhumu al”.

Müslimin Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayətinə görə, Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) belə buyurmuşdur: “Heç biriniz əsla ölümü istəməyin, ölüm gəlməmişdən öncə də gəlməsi üçün dua etməyin. Çünki, sizdən biriniz öldüyü vaxt əməli kəsilər. Həm də möminin ömrü özünə xeyirdən başqa bir şeyi artırmaz”. Buxari və Nəsai Əbu Hüreyrədən (Allah ondan razı olsun), o da Peyğəmbərdən (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) belə buyurduğunu rəvayət ediblər:

“Bax ha, heç biriniz ölümü istəməsin. Əgər o, yaxşı insandırsa ola bilsin yaxşılığını artırar. Əgər pis insandırsa ola bilsin ki, pisliyini tərk edər”. Cabirdən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) belə buyurmuşdur: “Ölümü istəməyin. Çünki, ölümdən sonra, axirətə çıxışın qorxuncluğu çox şiddətlidir. Həm də Allah, insana tövbə və doğru yola yönəlməyi nəsib edənə qədər ömrünün uzanması xoşbəxtçilikdir”.

Buxari və Müslimin rəvayətinə görə, Ənəs (Allah ondan razı olsun) belə buyurmuşdur: “Əgər Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ölümü istəməyi qadağan etməsəydi, ölümümüzü istəyərdik”.

Buxari Qeys bin Əbu Həzmdən (Allah ondan razı olsun) belə nəql etmişdir: “Xabbəbın (Allah ondan razı olsun) yanına getdik. Onu ziyarət etdik. Xəstə idi, yeddi dağla dağlanmışdı. Bizə dedi: “Əgər Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) bizi ölümü istəməkdən qadağan etməsəydi, ölümü istəyəcəkdim”.

Mərvizi, Müaviyənin köləsi Qasımdan (Allah ondan razı olsun) rəvayət edir ki; “Sə’d bin Əbu Vəqqas (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) eşidəcəyi bir tərzdə ölümü istədi. Allahın rəsulu (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ona belə buyurdu: “Ölümü istəmə, əgər cənnət əhlindənsənsə yaşamaq sənə daha xeyirlidir, əgər cəhənnəm əhlindənsənsə, niyə ona doğru qaçırsan?”.

Xatib Bağdadi, tarix kitabında İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edir: “Heç kim ölümü istəməsin. Çünki, özünə nə hazırlandığını (yəni başına nə gələcəyini) bilməz”.

İmam Əhməd, Əbu Yə’la, Təbərani və Hakim, Ümmü Fədildən (Allah ondan razı olsun) rəvayət etdiklərinə görə: “Allahın rəsulu (Allahın salamı və xeyir-duası onun üzərinə olsun), onların yanına gəldi.

Əmisi Abbas (Allah ondan razı olsun) xəstə idi. Şikayətlənib ölümü istəyirdi. Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ona belə buyurdu: “Əmi! Ölümü istəmə, əgər sən yaxşısansa əcəlinin gecikib, yaxşılığını artırmağın sənin üçün daha xeyirlidir.”
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka