Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖDƏMƏLƏRİNİZİ ETMİSİNİZMİ?

[ Aktual / 9779 dəfə baxılıb ]   
|
 
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
O Allah ki, bizi bir damla sudan yaratdı, haqqı dərk etməyimiz üçün göz, qulaq, qəlb və saymaqla bitməyəcək dərk etdiyimiz və etmədiyimiz sonsuz neymətləri bizlərin ixtiyarına verdi. O, necə də Rəhmli və necə də sonsuz mərhəmət sahibidir. Yalnız O, hər şeyə qadirdir. Odur ixtiyar sahibi, Odur bizi öldürən və Qiyamət günü yenidən dirildəcək olan...
Ona sonsuz, həmd və layiqincə şükürlər olsun.
Onun sonuncu Peyğəmbəri Muhammədə, onun ev əhlinə və Qiyamətə qədər onun yolunu davam etdirənlərin üzərinə Allahın salamı olsun.

Möhtərəm qardaş və bacılarımız, Ramazanın son günlərini yaşayırıq. Geriyə qayıdıb baxdıqda sanki dünən başlamışdı Ramazan. O möhtəşəm ay... Əməllərimizə baxanda isə sanki heç nə edə bilmədik. Nə qədər oldu ki, bizə əmanət olunan risaləti, vəhyi lazımınca qəlbimizə yığmadıq. Günlərimiz ağacdan qopan yarpaq misalı tökülür. Vaxt qısa. Səfərimiz, axirət səfərimiz uzun, azuqəmiz isə nə qədər az və yetərsizdir. Hazırlayırıqmı axirət üçün azuqələrimizi, dünyada bir səfərə çıxdığımız anda hazırladığımız qədər? Xeyr... Qafilik. Sanki qış yuxusuna getmiş canlılar misalı yuxudan oyanmaq belə istəmirik.

Nə zamandır nəfsini sorğu-sula çəkmirsən, deyilmi?
Heç sən padşahla onun mömin qardaşının misalını eşitmisən?
Elə isə diqqətlə anlamağa çalış bu misalda olan hikməti.

Bir ölkənin padşahının mömin bir qardaşı vardı. Günlərin birində padşahın qardaşı ona məxsus olan torpaq ərazisini satır. Əldə etdiyi qızıl pulları isə kiçik bir kisədə əlində gəzdirir.
Bunu görən padşah qardaşına təklif edir ki, o, pullarını dövlətin xəzinəsində saxlasın ki, itirib və ya oğurlatmasın.
Qardaşı razılaşır, lakin bir şərtlə ki, istənilən vaxt ona məxsus olan əmanəti geri istəsə padşah onu şərtləşdiyi kimi geri qaytarmalıdır.

Bu əhvalatdan xeyli bir vaxt keçir və bir gün padşahla qardaşı çimmək üçün hamama gedirlər.
Çimməyə yenicə başladıqları an qardaşı padşahdan qızıllarını istəyir. Padşah qardaşına başa salmağa çalışır ki, hazırda o ixtiyar sahibi deyil və bu dəqiqə pulları ona qaytara bilməz. Xəzinənin yaxında olduğunu xatırladan padşahın bütün söylədiklərinə baxmayaraq qardaşı yalnız bu dəqiqə əmanətinin geri verilməsini istəyir və ona razılaşdıqları şərti xatırladır ki, o nə zaman istəsə, əmanəti geri verəcəyinə vəd verib. Beləliklə çarəsiz qalan padşah məsələnin nə ilə bitəcəyini dərk etməsə də bu işin imkan xaricində olduğunu dəfələrlə qardaşına söyləyir.

Elə bu vaxt ağıllı qardaş padşaha hər birimiz üçün ibrətli ola biləcək və hər zaman gözləməli olduğumuz nəsihətləri edir.
O, deyir:
- Ey əziz qardaşım, sən bu dünyada mənim əmanətimi istənilən anda qaytara bilmədin, bəs Qiyamət günü, bax indiki kimi çılpaq vəziyyətdə Allah qarşısında durduğun zaman səndən haqq sahibləri haqqlarını istəyəndə onları necə qaytaracaqsan?
Neçə ki, gec deyil, neçə ki, yaşayırsan, get, üzərində haqqı olan insanların haqlarını qaytar!

Bu müdrik tərbiyədən faydalanan padşah məsələnin mahiyyətini anlayır və əmələrini bir daha, qiyamət tərəzisi qurulmamışdan yenidən gözdən keçirməyə, çəkməyə və adilləşməyə səy edir.

Bəli, əziz mömin və möminə baçı qardaşlarımız, gəlin, bir daha bu mübarək ayın, bir azdan həsrətini çəkəcəyimiz ayın - Ramazanın sonu da olsa, gecikmədən haqların ödənişi haqqında düşünək.
Necə ki, dünya məşəqqətlərində olduğu kimi evimizə istədik-istəmədik gələn kommunal xərclərimizin qəbzləri kimi.
O qəbzləri göstərilən vaxtda ödəməyə çalışdığımız kimi yubanmadan haqların ödənişini düşünək. Bunun üçün nə bir idarəyə getmək, nə növbələrdə durmaq, nə də pul xərcləmək lazımdır.
Sadəcə olaraq əməllərimizi bir gün tərəziyə qoyulmamışdan öncə özümüz ölçək və dərhal, ölüm bizi haqlamamışdan ödəmələrimizi etməyə çalışaq.

Uca və Nöqsansız Allahdan istəyirik ki, ən başlıca Onun, sonra Rəsulunun (s.a.s), dağların əmanət olaraq götürə bilmdiyi və Yaradanın qorxusundan parça-parça olduğu, insanın isə götürdüyü vəhyi doğru bir şəkildə, hər bir hərfin haqqını ödəyərək oxumaqda, onu Allah Rəsulunun və onun ardıcıllarının anladığı kimi anlamaqda və bu risalətə tabe olmaqla üzərimizdə olan haqq sahiblərinin haqqlarını ödəməkdə bizə yardım etsin.
Amin!


Abdulla - AZƏRİSLAM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka