Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏBU ZƏR ƏL-ĞIFARİ (r.a)

[ Səhabələr / 16802 dəfə baxılıb ]   
|
 
İlk müsəlmanlardan olan əshabə Əbu Zərr, Bəni Ğifar qəbiləsinə mənsub olub, doğum tarixi dəqiq bilinmir. H. 31 (M.651/652) ilində Məkkə ilə Mədinə arasında bir yer olan ər-Rəbəzədə vəfat etmişdir.

Əbu Zərr (r.a) in və atasının adı barəsində qaynaqlarda çeşidli isimlər zikr edilməkdədir. Bəzi əsərlərdə adının Cündüb b.Cənadə b. Səkən, bəzi əsərlərdə Səkən b.Cənadə b.Kavs b.Bevaz b.Ömər olaraq zikr edilir. Bəzilərində Cündüb b. Cənadə b.Kays b.Bəyaz b. Amr olaraq yazılır. Bu sonuncusunun daha doğru olması ehtimalı var. Beləki anasının künyəsi Ümmü Cündübdür. (İbnul-əsir, Üsdul-Ğabə,VI,99-101)

Cündüb b. Cənadənin künyəsi Əbu Zərdir. İslam tarixində adından əlavə bu adla xatırlanır. Ləqəbi isə Məsihul-İslamdır. Bu ləqəbi ona Peyğəmbər (s.a.s) vermişdir. Əbu Zər əl-Qiffarinin qəbiləsi və ailəsi cahiliyyə dövründə yol kəsmək, karvanları soymaqla məşhur idilər. Əbu Zər cəsarəti və şücaəti ilə o qədər böyük bir şöhrət tapmışdı ki, adını eşidən qorxuya düşürdü.

Gənc yaşdakı Əbu Zər bir gün, birdən birə dəyişərək əməllərindən əl çəkib həniflərdən oldu. İslamın hələ zühur etmədiyi bir zamanda Allah yolunu tutdu. Belə ki, ətrafındakılara; “Allahdan başqasına ibadət edilməz. Bütlərə ibadət etməyin, onlardan heç bir şey istəməyin!” deməyə başladı. Beləcə haqq yolunu tapmış və ləbbeyk demişdir.

Əbu Zər (r.a) İslam daha duyulmadan haqqın dəvətinə cavab verən və ruhən iman edən böyük əshabələrdən biridir.

Əbu Zər (r.a) İslam ilə şərəflənməsi belə rəvayət olunur;
Bir gün Ğıfaroğulları qəbiləsinə mənsub olan bir kişi, Məkkədən öz qəbiləsinə dönərkən Əbu Zərin yanına getdi və Məkkədə bir şəxsin zühur edib, peyğəmbər olduğunu iddia edərək insanları yeni bir dinə dəvət etdiyini və Cənabı Haqqın təkliyi haqqında xalqı maarifləndirdiyini xəbər verdi. Qəbilə yoldaşının verdiyi məlumatları diqqətlə dinləyən Əbu Zər (r.a) qarşısındakının sözləri bitdikdən sonra: “Cənabı Haqqa and olsun ki, bu şəxs yaxşı əməlləri öyrənməli və pisliklərdən çəkinmələri üçün xalqa nəsihətlər etməkdədir” dedi.

Bu hadisədən bir müddət sonra Əbu Zər Məkkəyə getdi. Bu aralarda Peyğəmbər (s.a.s) vəziyyəti ağır olduğundan əshabələri onu qoruyur və yerini heç kimə demirdilər. Əbu Zər Peyğəmbəri kimdən soruşdusa heç kimdən bir xəbər ala bilmədi. Çarəsiz Kəbəyə getdi. Zəm -Zəm suyundan içərək bir az rahatladı. Təkrar Peyğəmbəri (s.a.s)-i axtarmağa başladı. Yenə kimsədən bir xəbər ala bilmədi.

Nəhayət onun xəbəri Rəsulullaha çatdırıldı. Sonra onun zərərsiz bir kimsə olduğu araşdırılınca Əli (r.a) vasitəsi ilə Peyğəmbərin yanına aparıldı. Rəsulullah (s.a.s) ilə qısa söhbətindən sonra kəliməyi-şəhadət gətirərək İslamı qəbul etdi. Artıq o gündən etibarən bütün güc-qüvvəti, elmi ilə İslamı yaymağa və öyrətməyə başladı. Əbu Zər qardaşı Uneysin İslama girməsinə səbəb oldu. Qəbiləsində də İslama dəvət fəaliyyətlərinə girişdi və bir çoxları da haqqı qəbul etdi. Peyğəmbər (s.a.s) Mədinəyə Hicrətindən sonra meydana gələn Bədir, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. Məkkə fəthi ərəfəsində öz qəbiləsinin bayraqdarı olmuşdur. Əbu Zər (r.a) təbiətən fəqir, zahid bir insan idi. Dünyaya heç dəyər verməzdi. Bundan dolayı Peyğəmbər (s.a.s.) ona Məsihul-İslam demişdir. Hələ Əbu Bəkir (r.a) da vəfat edincə Əbu Zər (r.a) tamamən özünə qapıldı. Ürəyindəki acılar çəkilməz oldu. Mədinədən ayrılıb Şama gəldi.

Osman (r.a) dövründə fəth hərəkətləri olduqca genişlənmiş və bu üzdən də fəth edilən bölgələrin adətləri İslama təsir etməyə başlamışdı. Bunun nəticəsi olaraq əmirlər, sadəlikdən ayrılaraq dünyəvi bir həyata aludə olmuşdular. Əbu Bəkir, Ömər (r.a) dövrünün sadəlikləri unudulmuşdu. Bu sadəliyi unutmayanlardan biri də Əbu Zər əl-Ğifari idi. O, sadə yaşayışına davam edirdi. Mal və sərvət yığmırdı. Dəbdəbəli bir həyat tərzi keçirənləri xəbərdarlıq edir, bu vəziyyətlərinin onlara pislikdən başqa bir şey verməyəcəyini, bir gün bunlara görə hesaba çəkiləcəklərini söyləyirdi. Tez-tez dəlil olaraq ; “Qızıl və gümüş yığıb, Allah yolunda sərf etməyənlərə əzabı müjdələ” bu ayəni oxuyardı.
Müaviyə və əmirlərinin həyat tərzlərini tənqid edirdi. Bu səbəbə görə də Şamda fəsad çıxardığı iddiası ilə Əbu Zər (r.a) dan Osmana (r.a) şikayət edildi. Osman Əbu Zəri Mədinəyə çağırdı. Mədinəyə gəldikdən sonra Osmana (r.a) dedi: Mənim dünya malına ehtiyacım yoxdur. Əbu Zərin Mədinəyə gəlişi camaata çox böyük təsir göstərdi. Fəqət Əbu Zər Mədinədə çox qalmayaraq, Məkkə yaxınlığında yerləşən Rəbəzəyə gedərək oraya yerləşdi. Osman (r.a) ona bir neçə dənə qoyun, bir dəvə verdi ki, dolana bilsin.

Mədinədə asilər Osman (r.a) əleyhinə fəaliyyətlərə başladıqları zaman Əbu Zəri bu işə qarışdırmaq istədilərsə də bir kənara çəkilib asilərə bu fürsəti vermədi. Əbu Zər Rəbəzədə çox sıxıntılı günlər keçirdi. Evi dağılmış, paltarı cırılmışdı. Ailəsi paltardan bəhs etdikcə, o mənə paltar deyil, kəfən lazımdır deyirdi. Nəhayət xəstələndi. Öləcəyini anlayan yoldaşı onun kəfəninin olmadığını söyləyərək nə edəcəyini və onu necə dəfn edəcəyini həm düşünür, həm də Əbu Zərə düşüncəsini açıqlayırdı. O isə yatdığı yatağından bir az qalxıb zövcəsinə üzülməməyini, Məkkə tərəfindən bir qafilə (karvan) gəlmədikcə ölməyəcəyini, bir gəncin ona kəfən gətirəcəyini bildirmişdir.

Nəhayət H.31 (M.651-652) ilində bir gün üfüqdə bir karvan görsəndi. Karvan gəldikdən sonra Əbu Zər vəfat etdi. Ənsardan bir gənc gəlib onu kəfənlədi və cənazə namazını qıldıraraq Rəbəzədə dəfn etdi. (Hayrəddin Zirikli əl-Aləm, II, 140)

Uzun boylu, enli kürək, ağ saçları ilə Əbu Zər bir abid kimi idi. Vəfatında geriyə xarab bir ev, üç qoyun və bir neçə keçidən başqa bir şey qoymadı.

Əbu Zər əshabə tərəfindən “elm dəryası” sifəti ilə vəsf edilmişdir. Çünki məlumat toplamaq üçün Peyğəmbər (s.a.s)-ə tez-tez suallar verərdi. İman, əmir, nəhy, yaxşılıq və pislik haqqında nə varsa hamısını Rəsulullahdan (s.a.s) soruşaraq öyrənmişdir. Hər hərəkət və işində Peyğəmbərə (s.a.s) tabe olduğunu göstərirdi. Çox qənaətcil olub, bəsit və sadə yaşayırdı. Abid, zahid idi. Haqqı söyləməkdən qorxmaz və və çəkinməzdi. Əbu Musa əl-Əşarini isə yaşayışından dolayı çox sevərdi və ona, “Sən mənim qardaşımsan” deyirdi.

Əbu Zər (r.a) haqq sevər bir əshabə idi. Ümmət arasında meydana gələn fitnə və fəsadlara qarışmaqdan son dərəcə çəkinərdi. Osman (r.a) və Müaviyəyə müxalif olaraq tanınardı. Fəqət bütün bunlara baxmayaraq onlara qarşı müxalif olmadı.

Əbu Zər çox az sayda fitva vermişdi. Bu xüsusda çox diqqətli idi. Ancaq haqlı bir məsələdə xəlifəyə qarşı gəlməkdən çəkinməzdi.

Əbu Zərin oğlu sağlığında ölmüşdü. Geridə yalnız bir zövcəsi və bir qızı qalmışdı.
(M.Asım Göksal, İslam Tarixi, Məkkə dövrü s.177-180)
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka