Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DAVUD PEYĞƏMBƏR

[ Peyğəmbərlər / 14128 dəfə baxılıb ]   
|
 
Qurani Kərimdə zikr olunan, israil oğullarına göndərilmiş peyğəmbərlərdən biridir. İsrail oğullarının Yahuda qəbiləsindən Yasanın səkkizinci oğludur.
Bəşəriyyət hərə dəfə yolunu azıb zəlalət bataqlığına düşdüyündə, Allah təala onları bu bataqlıqdan xilas etmək üçün peyğəmbərlər yollamışdır. İsrail oğullarına da bir çox peyğəmbər göndərilmişdir. Ümumiyyətlə onlar bu peyğəmbərlərə üsyan, hətta xəyanət edirdilər.
Musanın vəfatından sonra israil oğulları yenə üsyan və zəlalət qaranlığına qərq oldular. Onalar azğınlıq edib Musanın gətirdiyi əqidəni tərk etdilər. Allah da onların üzərinə başqa bir qəbiləni göndərdi.
Musanın (a.s.) vəfatından sonra israil oğullarınıYuşa idarə edirdi. O, onları səhralardan qurtararaq atalarının torpaqlarına yerləşdirdi. Bu torpaqlar Kənan ölkəsi olub ataları Yaqubun yaşadığı torpaqlar idi və israiloğulları üçün müqəddəs sayılırdı.
İsrail oğulları həmçinin peyğəmbərləri Musanın (a.s.) ölümündən sonra Fələstin ərazisində məskunlaşmış Əmaliqa qəbiləsi ilə qarşı-qarşıya gəldilər. onlar Əmaliqa ilə vuruşmadan məğlub çıxdılar. Özlərinə gələrək yenidən düşmənlə vuruşmaq istədilər. Uca Allah onların bu halını belə zikr edir:

(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!" - dedilər. O da (onlara): "Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?" - söylədi. Onlar cavabında dedilər: "Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq". Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!

(İsrail övladının) peyğəmbəri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi". Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: "Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!" (Bəqərə 2/246-47)

Israil oğulları tərəfindən müqəddəs qəbul edilən bir sandıq var idi. Bu sandıq Quranda “Tabut” adlandırılır. Əmaliqalılarla baş verən döyüşdən sonra bu tabut Əmaliqalıların başçısı Calutun (Golyatın) əlinə keçir. İsrail oğulları bunun heyfsilənirlər lakin eyni zamanda hökmdarları Taluta da etiraz etməkdən çəkinmirdilər.Tabutun israil oğullarının əlinə keçməsi onları daha da ürəklədirdi. Onlar yenidən Əmaliqalılarla döyüşə girdilər.

Talutun ordusunda Yaqubun (a.s.) nəslindən olan Davud (a.s.) da var idi. Davud (a.s.) döyüşdə yaşca ən kiçiyi, yeniyetmə bir gənc olmasına baxmayaraq israil oğullarının amasız düşməni Calutu sapand daşı ilə vuraraq öldürür.Bu hadisə Allaha təvəkkül edən möminlərin zalımlara necə qələbə çalacağını göstərir.
Calut zalım, varlı və qorxunc bir hökmdar idi. Onun açıq bir üstünlüyü var idi. Lakin həqiqi güc və qüdrət sahibi Allah zəifi güclüyə qalib gəlmək iqtidarındadır. Hər şey onun istədiyi kimi olmaqdadır. İnsanlara dşən isə Allah verdikləri vədi və əhdləri , o cümlədən vəzifələrini yerinə yetirməkdir. Allah zalım və güclü hökmdarın ölümünü gənc Davudun öhdəsinə buraxır. Həmçinin burada Allahın murad etdiyi başqa bir hikmətdə var idi. Talutda sonra mülkə Davud (a.s.) və oğlu Süleyman (a.s.) varis olmalı idi. Davud (a.s.) Calutu öldürməklə öz gücünü göstərmiş oldu.

Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır. (Bəqərə 2/251)

Calutun ölümüylə Əmaliqalılar darmadağın oldular. Bu hadisədən sonra xalq Davuda (a.s.) qarşı daha da çox hörmət bəsləməyə başladı.
Talutun ölümündən sonra yerinə Davud (a.s.) keçdi.
Quran Kərimdə Davudun (a.s.) çox gözəl səsi olduğu bildirilir. Zəburu oxumağa başladığında ətrafında onu dinləmək üçün quşların toplandığı xəbər verilir. Zəbur dörd böyük səmavi kitabdan biri olub Davuda (a.s.) göndərilmişdir. Bu müqəddəs kitab yüz əlli surədən ibarətdir. Bu kitab şəri (hüquqi) hökmləri əhatə etmədiyi üçün Davud (a.s.) Musanın gətirdiyi şəriətlə hökm vermişdir.Yəhudi mənbələri Davudun (a.s.) “Mizmar” adlanan bir musiqi alətindən də istifadə etdiyini qeyd edir.

Davud (a.s.) həm hökmdar, həm də peyğəmbər idi. Nemət olaraq bu iki xüsusiyyət ona verilmişdi. İsrail oğulları onun zamanında ən parlaq dövrlərini yaşadılar. O, Qüdsü fəth edərək bu şəhəri özünə paytaxt seçdi. Davud (a.s.) bu ölkəni qırx il idarə etdi və Rəbbinə qovuşdu. Yerinə Süleyman keçdi və ona da peyğəmbərlik verildi.
Abdullah b.Amrdan rəvayətdə: Abdullah hər gün gündüzləri oruc tutar, gəcələri ibadətlə keçirərdi. Onun bu vəziyyəti Rəsulallaha (s.a.v.) bildirildiyində Rəsulallah (s.a.v.) onu çağırdı və belə buyurdu: “Bir gün oruc tut, bir gün iftar et. Bax bu Davudun orucudur.” (Muslim, siyam)
Digər bir hədisdə Rəsulallah (s.a.v.): Allah ən sevdiyi oruc Davudun orucudur. O, bir gün oruc tutar bir gün iftar edərdi. Allah ən sevimli namaz da Davudun namazı idi. O, hər gecənin yarısını yatar, üçde birində namaz qılar, təzədən altıda birini əd yatardı. (Muslim, siyam)
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka