Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HİCAB-QƏRBİ DƏLİ EDƏN HƏQİQƏT

[ Ailə / 19425 dəfə baxılıb ]   
|
 
Bismilləhirrəhmanirrahim
Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) rəvayət olunan hədislərin birində deyilir ki, Rəsulullah belə buyurub; “Ümmətlər (millətlər) sizin üstünüzə gələcəklər (hücum edəcəklər), necə ki, heyvanlar öz yem qablarına gəlirlər.”

Budur, şərqdən tutmuş qərbə kimi bütün millətlər biz müsəlmanların üstünə gəlirlər, yalnız işləri bizimlədir. Nə olsa bizim üstümüzə yıxırlar, qanunlarımızı və şəriətimizi dəyişməyə çalışırlar, yaşadığımız həyata həsəd aparıb, qısqanıb dağıtmaq istəyirlər. Əxlaqımız onların göz dağı olur deyə, mədəniyyətimizi söküb talan edirlər. Hər cür vasitəylə bizi rəzil etməyə çalışırlar. Adı müsəlman olanlar da var ki, bizi içimizdən dağıdırlar, kafirlə əl-ələ tutub üstümüzə gəlirlər.

Hər gün daha dəhşətli hallarla üzləşirik. Fransa höküməti İslami örtüyə qarşı çıxması az deyilmiş kimi, Misir Mədəniyyət naziri “Hicab, bir addım arxaya qayıtmaqdır”- deyir.

Müsəlman bacılarım və əzizlərim!
Sizin hicabınız və örtünməyiniz qərbi həqiqətən dəli edir. Bu qədər açıq-saçıqlığın, əxlaqsızlığın, mədəniyyətsizliyin, gəncliyin çöküşə və rəzilliyə getdiyi bir dönəmdə sizlərin hələ də namuslu və təmiz gəzdiyiniz onları yandırır. Dünya bu qədər dəyişir, hisslər, ehtiraslar və istəklər baş alıb gedir, müsəlman qadın isə Allahın əmrindən çıxmayaraq öz örtüsündə gəzir. Bilirsinizmi bu, imansızları nə qədər incidir?!

Adını müsəlman qoymuş amma Allahın əmrlərinə tabe ola bilməyənlər, iradələrini boğmağı bacarmayanlar, haqqın yolunda addımlayanları görüb rahat yaşaya bilmirlər, buna görə onları da yollarından çıxarmaq istəyirlər.

Başa düşmək olmur, niyə Qərbin ürəyində və içində bu qədər kin-küdurət və nifrət var? Onlar deyillərmi demokratiya deyə qışqıran və bizləri də bağırdan?! Onlar deyillərmi insan hüquqları və azadlığı deyə dünyaya car çəkən? Bəs hanı insan hüquqları ki, bir qadın örtünüb gəzmək istəyir qoymurlar, cəmiyyətin içində açıq-saçıq gəzənləri alqışlayırlar?!

Müsəlman bacım!
Əgər onların sözlərinə və fikirlərinə bircə dəqiqə də qulaq assan, Allahın düşmənlərini sevindirəcəksən. Onları hədəflərinə çatmağa qoyma! Axı bir gün hamı tək-tək durduğu kimi, sən də Rəbbinin qarşısında dayanacaqsan və örtüyünü niyə atdın deyə səndən soruşulacaq. Rəbbin səndən bunu soruşmağını təsəvvür edirsənmi? O gün üzləşəcəyin halından həya et!

Çöldə-bayırda bədənlərini açıq qoyub gəzən, gözəlliklərini yadlara nümayiş etdirən qadınlara sən də qoşulma! Kiminsə sənə baxmasına görə sən də məsuliyyət daşıyırsan. Əgər örtülü olsan, hansı cazibə qüvvəsi onlarda pis niyyət yaradacaq?!

Hörmətli bacım!
Örtüyünü qorumaqla, Rəbbinin əmrinə tabe olmaqla, heç kimin sözünü nəzərə almayaraq təmiz və hicabda gəzməklə sən cihad etmiş olursan. Bu cihaddan isə səbr və təmkinlə sən qalib kimi çıxacaqsan. Qalib olsan mükafatını Allahdan alacaqsan. Bu sənin üçün böyük və əvəzolunmaz bir şansdır. Tanıdığın müsəlman bacılarına da daim bu cihadda səbrli olmağı tövsiyə et. Qoy həmişə örtükləri ilə şərəf duysunlar, kafirlər isə yanıb tökülsünlər.

Eynilə üzümüzü evdəki atalara, qardaşlara və ərlərə tutub deyirik: Qadın evdən bəzənib-düzənib niyə görə çıxmalıdır, kimə görə çıxmalıdır?! Ata qızının qeyrətini çəkmirmi?! Qardaş özü də oğlanların halından xəbərdar olduğu halda, bacısını küçəyə tamaşa üçün çıxmağa necə icazə verir?! Ərlər öz xanımlarını gündə yeni bir qiyafədə çölə çıxmalarını qısqanmırlarmı?!

Belə bir hekayəni sizlərə də çatdırmaq istərdik. İslam ölkələrinin birində Hicri tarixi ilə 286-cı ildə, bir qadın qaziyə şikayət edərək, ərinin evlənməzdən əvvəl söz verdiyi 500 dinarı hələ də ona vermədiyini bildirir. Qadın ətraflı məlumat verdikdən sonra şahidlər qadından sifətinin örtüyünü açmasını tələb edirlər ki, qadını tanısınlar. İddia edən qadın həqiqətən şikayət olunan kişinin xanımı olub olmaması aydın olunmalı idi, bunun üçün də qadın sifətini örtən niqabı açmalı idi. Qərar verildikdə qadının əri dözə bilmir və deyir ki; “Etməyin, o doğru söyləyir! İddiasında haqlıdır.” Kişi, hətta məhkəmədə şərt olaraq lazım olan məqamda nə hakimin, nə də şahidlərin qadının sifətini görməsinə razı olmur. Qadın isə ərinin bu hərəkətini gördükdə anlayır və deyir ki; “Mehrim dünya və axirətdə ona halal olsun!” Beləcə şikayətə gələn qadın da öz mehrindən imtina edir.
Bu sadəcə bir hekayə idi, lakin namus və qeyrət o zamanlar həqiqətən belə idi.

Ey müsəlmanlar! Rəzilliyin, pozğunluğun, mədəniyyətsizliyin, əxlaqsızlığın və açıq-saçıqlığın yayılmasına biz göz yumsaq, razı olmuş kimi sayılarıq. Rəzilliyə razı olmaq isə bilirsinizmi Allah qatında necə qəbul olunur? “Möminlər pisliyi (çirkinliyi, pozğunluğu, fahişəliyi) yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (ən-Nur, 19)

Qadın azadlığı deyərək çağırıb qadını bir məhsul kimi işlətmək istəyənlərin nidasına hay verməyin. Öz istəklərini həyata keçirənlərin ovuna çevrilməyin. Yalnız Allahın əmrlərinə tabe olun! Allahın buyurduğu ilə oturub duranlar heç bir zaman peşman olmazlar.


"İslamway" saytınından tərcümə etdi:
Əhməd Abdullah
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]12:51
ƏSR [ 4 rükət ]15:23
MƏĞRİB [ 3 rükət ]17:42
İŞA [ 4 rükət ]19:13
GECƏYARI00:03
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka