Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YERİN BUZ ÖRTÜYÜ AZALIR

[ Elm / 28148 dəfə baxılıb ]   
|
 
İqlim şəraitinin dəyişkənliyinin bəzi prametrləri haqqında Qlyasiosfera qatının tədqiqi məlumat verir. Qlyasiosfera - Yer səthində təbii buz və qar örtüyünün birlikdə miqdarıdır. O, bir tərəfdən, ətraf mühitdə baş verən dəyişikliyə reaksiya göstərir. Digər tərəfdən bu dəyişiklikləri nəzarətdə saxlayan güclü faktor kimi çıxış edir. Bununla da təbii qarşılıqlı təsirlərin mürəkkəb sistemini yaradır. Son illərdə dəniz-okean-quru-atmosfer qarşılıqlı təsir sistemlərinin öyrənilməsində mühüm nailiyyətlər əldə edilmişdir. Göstərilən iqlim dəyişikliklərinin hərtərəfli tədqiqi qlyasiosfera örtüyünün bütövlükdə ölçüsünün kiçildiyini söyləməyə əsas verir.

İqlim şəraitinin dəyişməsinin bəzi parametrləri haqqında məlumatı, Antarktida qitəsinin buz örtüyünün yarım milyon il ərzində baş verən dəyişkənliyi analiz etməklə, əldə etmək mümkündür. Buz uzun illər ərzində baş verən yağıntının miqdarı haqqında məlumatı qoruyub saxlaya bilir. Antarktida 3 km dərinlikdən qaldırılmış buzun izotop analizi aparılmışdır. Həmin analiz, keçmiş minilliklər ərzində mövcud olmuş hərarət və yağıntının miqdarını təyin etməyə imkan verir. Bu uzun müddətli iqlim dəyişkənliyinin əsas xüsusiyyəti, onun çox ciddi periodikliyə malik olmasıdır. Hər 100 min ildə hərarət orta hesabla 8-90 Selsi dəyişdiyi halda, maraqlıdır ki, son 50-60 ildə ən böyük dəyişmə qeydə alınmışdır.

Soyuqlaşma dövrlərində 100 il ərzində 0,010 Selsi dəyişmə müşahidə olunurdusa, indi qlobal istiləşmə periodunda 100 ildə 0,10 Selsi istiləşmə müşahidə olunmuşdur. Bu əvvəlki dövrlə müqayisədə 10 dəfə artıqdır.

Yer kürəsinin buz örtüyünün azalmasını sübut edən amillərdən biri də, böyük su höfzələrində, okeanlarda Aysberqlərə son dövrlərdə daha tez-tez təsadüf olunmasıdır. Aysberq Yerin buz örtüyündən qlobal istiləşmə nəticəsində ayrılmış böyük buz parçalarına deyilir. Həmin buz parçaları dəniz nəqliyyatı üçündə böyük təhlükə mənbələridir.

Qlobal istiləşməyə gətirən səbəblər bir neçədir. İnsanın gündəlik fəaliyyəti nəticəsində planetimizin atmosferinə atılan karbon qazının (CO2) və digər komponentlərin qaz, toz, aerozol və s. miqdarının artması. Məlum olduğu kimi Yer atmosferində istixana effekti yaradan örtük əsasən su buxarındın və karbon qazındın ibarətdir. Su burada təbii kompanentdir. Yer kürəsinin su hövzələrindən və insanın gündəlik tələbatını ödəmək məqsədi ilə istifadə etdiyi sudan buxarlanma baş verir.

İstixana effektini yaradan ikinci əsas faktor karbon qazıdır (CO2). Karbon qazı isə əsasən Yerdə fəaliyyətdə olan zavod və fabriklərdən, daş kömürün yanacaq kimi istifadə olunmasından külli miqdarda karbon qazı atmosferə atılır. Burada daha bir təbii faktor vulkan püskürmələri zamanı külli miqdarda karbon qazının Yer atmosferinə atılmasıdır. Ancaq qeyd etmək lazımdır ki, vulkan püskürmələri qısa müddətli xarakter daşıyır.

İqlim şəraitinin uzunmüddətli dəyişməsi haqqında etibarlı məlumat almaq xeyli çətindir. Bunun əsas səbəbi, Yer kürəsinin keçmiş dövrlərində iqlim şəraitinin dəyişməsi haqqında dəqiq hidrometeoroloji məlumatların olmamasıdır. Bunun səbəbi isə Yer kürəsində hidrometoroloji xidmətlərin 1860-cı ildən aparılmasıdır.

XX əsr ərzində Yerdə orta hesabla hərarət 0,60S ± 0,20S artmışdır. Son dövrlərdə aparılan tədqiqatlar bu istilik artımının bütün Yer kürəsi üçün real olduğunu göstərir.

Bu fakt Yer kürəsində qlobal istiləşmənin baş verməsi haqqında məsələ qaldırmağa əsas verdi. Təhlükənin ciddiliyini nəzərə alaraq Ümumdünya Klimat Proqramı yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən klimat dəyişkənliyi barədə aralıq Konvensiyası qəbul edildi. İqlim dəyişkənliyini nəzarətdə saxlamaq üçün BMT tərəfindən Beynəlxalq Ekspert Qrupu yaradılmışdır.

Ümumdünya Meteoroloji təşkilatı tərəfindən 1961-1990-cı illərdə aparılmış hesablamalar bizim planetin səthində qlobal istiləşmənin baş verməsinə heç bir şübhə yeri qoymur. Müşahidə materialları göstərir ki, 13 isti ildən 11-i 1990-cı ildən sonrakı dövrə düşür. 1860-cı ildən sonra 1998, 2002 və 2003-cü illər, ən isti illər kimi qəbul olunur. Bu tendensiya hazırda da davam etməkdədir. Son iki min ildə ən böyük istilik artımı XX əsrin II yarısına təsadüf edir. İstiliyin artması nəzəri olaraq Yer kürəsində yağıntının miqdarının artmasına gətirməlidir. Hələlik yağıntının orta illik miqdarını dəqiq təyin etmək mümkün deyildir. Ancaq bir məsələni əminliklə qeyd etmək olar ki, orta enliklərdə yağıntının miqdarı xeyli artmışdır.

Ən yaxşısını və doğrusunu Allah bilər.

Nazim Hüseynov Əli oğlu
Fizika – riyaziyyat elmləri namizədi
Şamaxı astrofizika rəsədxanasının böyük elmi işçisi

Loğman Halvaçı
İlahiyyatçı

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka